es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi

Ir al canal en Telegram

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi"

Mostrar más
679
Suscriptores
-124 horas
-67 días
-1530 días
Archivo de publicaciones
🤔 ChatGPT-də qısa əmrlərin işlədiyini bilirdinizmi? Bu süni intellekt modelinə aşağıdakı qısa əmrləri yazdıqda, tapşırığınız
🤔 ChatGPT-də qısa əmrlərin işlədiyini bilirdinizmi? Bu süni intellekt modelinə aşağıdakı qısa əmrləri yazdıqda, tapşırığınızı daha detallı edə bilir: /human - Mətni robot görünüşündən çıxarıb təbii və real insan kimi yenidən yazır; /improve - Mətnin aydınlığını, axıcılığını və ümumi keyfiyyətini artırır; /translate - Mətni istənilən dilə çevirir; /simplify - Qəliz üslubu sadələşdirərək mətnin başa düşülməsini asanlaşdırır; /DEBUG - Koddakı mümkün səhvləri, xətaları və məntiqi boşluqları müəyyən edir; /ELI5 - 5 yaşlı uşağa başa salırmış kimi ən sadə formada izah edir; /IDEAS10 - Bir mövzu haqqında 10 fərqli ideya yaradır; /brainstorm100 - Yüzlərlə ideya təqdim edir; /convert - Məzmunu bir formatdan digərinə çevirir. 💡 Siz bunlardan neçəsini istifadə etmisiniz?

💻 “Rəqəmsal Məsləhət” rubrikasının növbəti buraxılışı Kibertəhlükəsizlik Ayına həsr olunur. 🔐 Budəfəki mövzumuz: “Süni intellekt platformalarına fərdi və korporativ məlumatları niyə yükləməməliyik?” Süni intellektdən təhlükəsiz istifadə, məlumatların qorunması və rəqəmsal təhlükəsizliklə bağlı faydalı məsləhətləri öyrənmək üçün videomuzu izləyin. Xoş seyirlər!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşl
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşları Nazirlik yanında İctimai şuranın üzvləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə onlayn görüş keçiriblər. Ətraflı: 🔗 https://drim.az/media/press-reliz/dost-rim-emekdaslari-ictimai-sura-uzvleri-ve-qht-numayendeleri-ile-onlayn-gorus-keciribler

🇦🇿 DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Cəlal Süleymanov Vətən müharibəsi şəhidi, baş leytenant Rəşad İl
+3
🇦🇿 DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Cəlal Süleymanov Vətən müharibəsi şəhidi, baş leytenant Rəşad İlqar oğlu Rəhimovun ailəsini ziyarət edib. Azərbaycan Ordusunun baş leytenantı Rəşad Rəhimov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Zəngilan, Qubadlı və Şuşa şəhərlərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, noyabrın 9-da Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. II Fəxri xiyabanda dəfn edilib. 🔗 Ətraflı: https://drim.az/media/press-reliz/sehid-resad-rehimovun-ailesi-ziyaret-edilib

Müzəffər Azərbaycan Ordusunun Qubadlı şəhərini işğaldan azad etməsindən 6 il ötür. ✅ Qarabağ Azərbaycandır! 🇦🇿
Müzəffər Azərbaycan Ordusunun Qubadlı şəhərini işğaldan azad etməsindən 6 il ötür. ✅ Qarabağ Azərbaycandır! 🇦🇿

Repost from sosial.gov.az
“SOCGOV 2026” beynəlxalq forumu çərçivəsində “AI4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinin mükafatlandırılması məras
+5
“SOCGOV 2026” beynəlxalq forumu çərçivəsində “AI4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimindən şəkillərin davamı #ƏƏSMN #DOSTagentliyi #SOCGOV2026

📍 Xankəndidə baş tutan “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum çərçivəsində əmək və
+3
📍 Xankəndidə baş tutan “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevlə Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan və Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktor müavini Sirojiddin Abdullayev arasında görüşlər keçirilib. ℹ️ Görüşlərdə “SOCGOV 2026” forumunun əhəmiyyətindən bəhs olunub, bu tədbirin sosial xidmətlərin rəqəmsal analitika əsasında inkişafı, ağıllı idarəetmə modellərinin tətbiqi sahəsində qabaqcıl təcrübələrin mübadiləsi baxımından da mühüm platforma olduğu vurğulanıb. Əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

🛡️ Cihaz və proqram təminatı təhlükəsizliyi niyə vacibdir? Gündəlik həyatımızın ayrılmaz hissəsi olan smartfonlar, noutbukla
🛡️ Cihaz və proqram təminatı təhlükəsizliyi niyə vacibdir? Gündəlik həyatımızın ayrılmaz hissəsi olan smartfonlar, noutbuklar və tətbiqlər kibercinayətkarların əsas hədəfidir. Bəs rəqəmsal qorunmanı təmin etmək üçün nələrə diqqət etməliyik? 🔄Yeniləmələri təxirə salmayın (Patch Management). Proqram təminatı yeniləmələri sadəcə yeni funksiyalar gətirmir, eyni zamanda kiberdələduzların sistemə sızmaq üçün istifadə edə biləcəyi təhlükəsizlik boşluqlarını, xüsusilə də kritik boşluqları aradan qaldırır. 🔐 Hesablarınızı qorumaq üçün çoxfaktorlu təsdiq (MFA/2MFA) funksiyasından istifadə edin. Bu üsul şifrəniz ələ keçirildikdə belə, əlavə təsdiq tələb etməklə hesabınıza icazəsiz giriş riskini azaldır. 🛡️ Cihazlarınızı zərərli proqramlardan (malware, ransomware) qorumaq üçün lisenziyalı antivirus proqramlarından istifadə edin. Lisenziyalı antivirus proqramı arxa fonda təhlükələri skan edir və yoluxmanın qarşısını real vaxt rejimində alır.

Repost from sosial.gov.az
🔴 CANLI Hazırda Xankəndi şəhərində “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirili
🔴 CANLI Hazırda Xankəndi şəhərində “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilir. ↪️ https://www.youtube.com/live/eHpDlOrnNHA?si=enPT8oI-YXQegT4H #ƏƏSMN #DOSTagentliyi #SOCGOV2026

💻 “Rəqəmsal İnsanlar” rubrikasının növbəti qonağı DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin Proqram təminatına dəstək departamentinin əməkdaşıdır. Proqram təminatının dayanıqlı fəaliyyəti, yaranan texniki problemlərin həlli və istifadəçilərə operativ dəstəyin göstərilməsi rəqəmsal xidmətlərin effektivliyində mühüm rol oynayır. 👨‍💻 Müsahibəmizdə əməkdaşımız gündəlik iş prosesi və proqram təminatına dəstək sahəsinin xüsusiyyətləri barədə bölüşür. 📹 Xoş seyirlər!

🎉 DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətinin 5 ili tamam olur. 🩵 Bu münasibətilə DOST İnklüziv İnkişaf v
🎉 DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətinin 5 ili tamam olur. 🩵 Bu münasibətilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin kollektivini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

Eksperti tanıyın | Fərhad Kərimov 🇦🇿 DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi Direktor müavini SOCGOV 2026-nın münsifi Fərhad Kərimov İT və sistemlər sahəsi üzrə ekspertdir. O, dövlət və özəl sektorda rəqəmsal xidmətlərin və innovativ həllərin tətbiqi, İT infrastrukturunun inkişafı istiqamətində layihələrdə iştirak edib. İnformasiya Texnologiyaları və sistemləri sahəsində 15 ildən artıq təcrübəyə malikdir. Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsində bakalavriat, Böyük Britaniyanın Essex Universitetində Müəssisələrin İT idarəetməsi ixtisası üzrə magistratura təhsili alıb. "Microsoft Valuable Professional" statuslu mütəxəssis və "Microsoft"-un rəsmi təlimçisidir.💡 #SOCGOV2026 #SOCGOV #SmartGovernance #DigitalGovernance #Khankendi #Azerbaijan