cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

𝚀𝚊𝚛𝚊𝚚𝚊𝚗

Qaraqan (Elxan Zeynallı) sənətinə həsr olunur. Tələb, təklif, şikayət: @Nadir_Cafarov @Oruc_Ali not: səhifədə kontentdən kənar paylaşımlar ola bilər, anlayış üçün təşəkkürlər.

Mostrar más
Publicaciones publicitarias
639
Suscriptores
+124 horas
-17 días
-1930 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Dostumuzun track-i onlayndı. Dinləyib dəstək olmağı unutmayın❤️
Mostrar todo...
🔥 4
Repost from N/a
https://youtu.be/AyyAm4Oao3A?si=gJ8ven3V7Zvpfx-m Trek onlayndır. Xoş dinləmələr!
Mostrar todo...
Məkan — Dərdin Libası

Məkanın ifa etdiyi "Dərdin Libası" track-ı artıq onlayndır. Söz: Məkan Musiqi: Jahn Beatz Cover&Design: Məkan Studio: Musiclabnoise Mix&mastering: Tural Bağırzadə Muğam: Məkan İnstagram:

https://instagram.com/mekanmusicgr

X:

https://x.com/mekhanmusic?t=QNN5Sd5-0ZJYLokicafvbA&s=09

Facebook:

https://www.facebook.com/profile.php?id=61551821557305&mibextid=ZbWKwL

Teleqram:

https://t.me/mekhan7

Sözlər: Geyindim dərdin libasın, bürünüb dərdin donuna, Nə qədər qaçsam da, ərmişlər çıxdı yoluma. Bu gün bıçaqlardan sözlərim daha da kəskin, Özümü boş verib ayrı sözlərlə damarımı kəsdim. Öyrəndim yaşanılan hər hadisədən olmağı təmkin, Bu elə bədəndir ki, bütün ruhlar olub ora təhkim. Və sən unudulmarsan ağlıma girsə də hər kim, Ancaq artıq sənə çatmayacaq heç bir ərkim. Məhkum çayların səsi asta, ya gur, Düşsəm də taqətdən, gözüm həmişə baxırdı məğrur. Sən də sevinərdin şeirimə olanda qəbul, Dosta rəva görmədiyim dərd bədənimə məqbul. Son zaman oynuyurdun duyğularımla gizlən-qaç, Şamların sönəndə icazə ver mən olum sirac. Aldanma hər zirvəyə, aldatmasın hər yamac, 3 gün yemək yemirəm, hiss etmirəm hələ də ac. Taxt-tac gəldi keçər, bəs nədir daimi qalan? Olsun bir yoldaş, bir də kiçicik bir yuvan. Var-dövlət çox olsa da, bir çörəkdir ümüdü, Xoşbəxtliyi boş ver, onsuz dediyim də xəyal ürünüdür. Səni sevdim mən, bölüşək eyni qüsuru, Mən çirkə batan övladı-adəm, sən ol qüsulum. Biruzə ver günahıma və dərhal çağır tövbəyə, Arzum bu ayaq basaq səninlə eyni türbəyə. Ruhun keçirilib əlinə, sən də azad əsirsən, Bu qədər cahu-cəlal sənə əbəs gəlirsə. Zəncirin iri qayaya bağlanıb, boşuna nəfəs dərirsən, Bu sənin genindədir, haram ağacdan həmişə meyvə dərirsən. Unutma, yer üzündə səfirsən, Talehin öz əlinə bağlı billur ya da səfilsən. İnsansan, heyvansan, bilmirəm hər kimsən, 50 il sonra eninə, uzununa bir qəbirsən. Qılıncım qınımdadır deyə elə bilirlər yox gücüm, 4 il doğru zamanı gözlədi dil adlı ülgücüm. İnsan öləndə keçrilir həfti, üçü, nə üçün? Beynimdəki səs-küy sanki Hunların böyük köçü. Mahnılarla tədarük yığırdım mən dar günə, Ayı ay edən günəşdi, amma naz edir hələ də ay günə. Burda elə bir insan var görüb əzab hər cürə, İndi hüzur tapır məscidə getməklə hər cümə. Düşün qələm bol amma vərəqlər bitib daimi, Yəni şair olsam da deyiləm incəsənət xadimi. Nə qədər yaxşılıqlar edib dəryaya atdım, Amma bunu nə balıq bildi, nə də onun xaliqi..

🔥 2
Mostrar todo...
Qaraqan və Nazryn — Səhraların Ulduzu

Birinci Dərəcəyə Qoşul — İntibah səndən başlayır!

https://qaraqan.org/birinci-derece/

Nazryn YouTube: @NazrynMusic Instagram:

https://www.instagram.com/nazrynmusic/

Facebook:

https://www.facebook.com/nazrynmusic

Instagram

https://www.instagram.com/qaraqanmusic/

Spotify

https://open.spotify.com/artist/6913K7v37KDMTNPMdLFIhg

X

https://twitter.com/QVRVQVN

İş birliyi və layihələrlə bağlı təkliflərinizi buraya göndərin

https://qaraqan.org/elaqe

Rəsmi saytımız:

https://qaraqan.org

*** Sənə xidmət eləməyə gəldim Amma içindəki şeytana yox, insana Tutan ipucularından açar sözlərin uçacaq asimana Əlbət, məndə açması — niyə gölün adı Xəzər, dağın adı Tərtər Amma gözlərində zümrüdü “Sonalar” baleti, otuzüç ipək pərdə Qarşında diz çökməyə gəldim Yapışıb ayaqlarından Tullayım səmaya səni İstərəm ucala göylərə səsin Səni ucaltmağa gəldim İçindəki uşağı oyatmağa gəldim Bilirəm işin, gücün, dərdin Amma içini yeyənləri parçalayıb atmağa gəldim Görəcən nədir saxta, nədir düz, nədir atəş, nədir buz Görəcən kimlər gizlədir, ağbirçəklərində buynuz Səni öpməyə gəldim, gözlərindən ki, ola aydın Yalan bağlamış yaralar laxta bitəcək acın, ağrın Gətirdiyim bir ümman kasanın ölçüsü qədər alacaqsan Ya sən, sən olacaqsan, ya da bir ömür sərsəm qalacaqsan Sənin ayaqlarını yumağa gəldim Bir yerdə girəcəyik məbədə Hansı? Əlbət, bir gün açılar sandıq, tökülər pambıq Görünər cənnət Səhraların ulduzu Kirpiklərin yuxusu Karvan ola uzana Çoban sayır quzusun Vadilərin quyusu durulsun Fəryadım səmalara duyulsun Ayinlərim vəsfi-xuda Oxur adın hər gül-budaq Gördüm onun əksin suda Mən səhraların ulduzu, səhralaşan ürəklərin səsi Qoy başını çiynimə, baxaq ulduzlara, axı deyilik özgəsi Gör necə dəyişir gürzə dərisin, elə bil tikir əynini dərzi Həzin əsər külək, qumsallar bizə söylər əsər ürək dolusu Fitrəm iki balıq, beş çörək, nə fərqi nə görsən Xallar necə çiynimdəki bənzər dolça bürcünə Ötər bitər səhra örtər hər kəsi sümüklərini tüpürər Geriyə səndən məndən qalacaq bir ovuc kül Saçlara dən, göz yaşı qəm bir neçə il Qırx ilə dörd şəbi-cümə, halva-şəkər, abu-çiçək Bir gün əkən bizi biçər Səni görməyə gəldim, sənini bulmağa gəldim Kəndirin olmağa gəldim, heyvanxanadan qaçan aslan Üç gecə yollarda nəfəsi təngi, çatdı ormana ərdi Sənin gözlərindəki əksim Göz bəbəklərindəki kainatlar Partlar bir gün, güllərin açar bir gün Ollam qəlbinə açar bir gün Bəlkə də bənövşələrini dərdim Səhraların ulduzu Kirpiklərin yuxusu Karvan ola uzana Çoban sayır quzusun Vadilərin quyusu durulsun Fəryadım səmalara duyulsun Ayinlərim vəsfi-xuda Oxur adın hər gül-budaq Gördüm onun əksin suda

🔥 4👍 2
Ən yaxşısını axtaranda ən yaxşısını itirirsiniz. - Franz Kafka
Mostrar todo...
8
00:23
Video unavailableShow in Telegram
Sabahınız xeyir dəyərli insanlar, gününüz uğurlu və gözəl keçsin hər zaman. Arzu edirəm hər kəs gözəl xatirələr üçün "bir də gəlsəm dünyaya" desin.
Mostrar todo...
6.00 MB
11
12 sentyabr - 23 may dəyişən sadəcə zamandı
Mostrar todo...
3
Rəsmi, yoxsa vətəndaş nikahı? - Sevgi. - Sevgili, yoxsa həyat yoldaşı? - Sevimli həyat yoldaşı. - Seks, yoxsa sevgi? - Təbii ki, hər ikisi. - "Qızlar", yoxsa "qadınım"? - Bu sözlərin heç biri uyğun gəlmir. Hekayələr və roman - belə deyərdim. - Dostlarınızda nəyə önəm verirsiniz? - Kişiliyə, sözü açıqlığa, mərdliyə, əqidəliliyə. - Xaos, yoxsa nizam? - Xaos, əslində, mürəkkəbliyini anlamadığımız nizamdır. - Oxucu, ya dinləyici? - Oxucular daha sadiqdir. Oxucular məni 300 səhifə oxuyacaq qədər səbrlidir. Mahnıları küçədən keçən də dinləyə bilər. - Ədəbiyyat, yoxsa musiqi? - Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm. - "Milli Kitab Mükafatı", yoxsa "Maşın Şou"? - Qələbə yarışa qatıldığın an bitir. - Məşhur olmaq, yoxsa olmamaq? - Heyvanxanadan qaçan meymun da bir gün içində məşhur ola bilər. Hörmətli olmaq daha vacibdir. - Qaraqan intorvertdir, yoxsa ekstravert? - Ağıllı insanların əhatəsində ekstravert, qalan bütün hallarda introvert. - Koelyo, yoxsa Dostoyevski? - "Yüz ölç bir biç" və "Bir işə başlamaqdan əvvəl, təbii ki, görəcəyinizi işin bütün xırdalıqlarını nəzərə alaraq, qəti fikirlərinizi və tərəddüdləri, şübhələri və ehtimalları göz önünə alıb, onların müqayisəsindən gələn nəticəyə uyğun olaraq seçiminizi etməlisiniz". Yəni zövq məsələsidir. - "Beş mərtəbəli evin altıncı mərtəbəsi", yoxsa "Quqark"? - Yalnız birincini oxumuşam, ona görə bu haqda fikir bildirə bilmərəm. - Kabab, yoxsa steyk? - Steyk - well done, BBQ sousu ilə. - Azərbaycan, yoxsa başqa bir ölkə?... - Vizasız sistem. - Şərq, yoxsa Qərb? - Bir ömür sürəcək dünya səyahəti. - Hansılarla daha yaxşı dost olursunuz: qadın, yoxsa kişi? - Qadın dostum yoxdur. - Qadında sevmədiyiniz 3 xüsusiyyət hansılardır? - Azad olmaması, müstəqil olmaması, bunun üçün savaşmaması. - Kişi üçün ən çox hansı önəmlidir? Yaraşıq, seksuallıq, intellekt? - Mənim üçün ən vacibi yaxşı insan olmasıdır. Mənə qarşı yaxşı yox, ümumiyyətlə, işıqlı, yaxşı insan olması. Daha sonra, intelekt və seksuallıq. - Xəyanətlə üzləşsəniz, reaksiyanız necə olar? - Xəyanət edənləri, pislik edənləri, satqınlıq edənləri kompüterimə düşən zərərli fayl kimi sistemdən silirəm. Səhv edənləri isə bağışlayıram. Bu planda çox soyuqqanlıyam. Emosiyaya qapılmadan düşünə bilirəm. - Xoşbəxt olmaq üçün nə lazımdır? - Xoşbəxt olmaq lazımdır ki? - Qəhrəmanınız kimdir? - Bütün yaxşı insanlar. - Kimin yerində olmaq istərdiniz? - Öz yerim çox rahatdır. - Sizi ən çox hansı sual bezdirir? - "Şəkil çəkdirmək olar?" - Nəyi etmədiyinizə görə peşmanlıq çəkirsiniz? - Məktəbi və universiteti vaxtında atmadığıma görə. Çox vaxt müqabilində həddindən az bilik verilirdi. - "H.O.S.T" olmasaydı, nə dəyişərdi? - Həyat zəncirvaridir. Yaxın dostlarımın hamısı köhnə "Host"çulardı. Səhnədə olan yox, səhnə arxasında olan "Host"çular. İndi "HOST Madhouse" olub. Adamlar eyni, ad fərqli. - Reinkarnasiyaya inansaq, dünyaya nə cür qayıtmaq istərdiniz? - Daha üst mənəvi halda. Növbəti sınaqlar üçün. - İndiyə kimi yazdıqlarınız arasında sizi tam olaraq ifadə edən bir cümlə... - "Bir neçə Saatlıq" mahnısı. - Həyat fəlsəfənizi hansı şüar ifadə edir? - Həyat anından asılı olaraq dəyişir. - "İndiki ağlım olsaydı..." - cümlənin davamını necə bitirərdiniz? - İndiki ağlım olsaydı, beyin təzyiqi qazanardım. Hər şey vaxtında yaxşıdır.
Mostrar todo...
16👍 3
Cavidan Fatihi - Snsiz Ken mr _JWuOWW5s24.m4a3.23 MB
4👍 1👏 1
Repost from N/a
Əvvəl uşaqlar elə bilirdilər ki, "sevinmək" sözünün kökü "sev"di. Müəllim başa saldı ki, o vaxt, "a bala, axı sevəndə adam sevinmir, o nətər kök ola bilər? :D"
Mostrar todo...
17👏 3👍 1
00:13
Video unavailableShow in Telegram
Və həyat bitir, doğulub, çoxalıb, ölməklə
Mostrar todo...
2.14 KB
6