cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Kitab Məbədi

Əlaqə ~ @Mezzzahir

Mostrar más
El país no está especificadoEl idioma no está especificadoLa categoría no está especificada
Publicaciones publicitarias
1 593
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Musa Yaqub – Onda biləcəksən İndi nazın böyük, ürəyin aram, Eh, mən də səninçün belə qalmaram… Bir də görərsən ki, bir ərk yerin yox, Qalmısan neçə yad baxışın altda. Qəfil görəcəksən çətirin də yox, Əsirsən bir qərib yağışın altda. Günəşdə üstünə kölgə salan yox, Tənhasan, amma heç yada salan yox. Sönüb səndən ötrü o isti ocaq. Onda bilcəksən mənim sevgimi, Biləcəksən, o da çox gec olacaq. Könlün darıxanda, lap darıxanda, Kimlərsə hardansa qoşa baxanda, Bir də görəcəksən Sən burda təksən, Yanında boş qalıb bir sirdaş yeri, Sızlayır könlünün həmin boş yeri. O sözün, o səsin, o ərkin yoxdur, Dərdin var, bu dərdə şərikin yoxdur. Onda birdin-birə gözün dolacaq, Onda biləcəksən mənim sevgimi, Biləcəksən, o da çox gec olacaq. Məsələn, bir dəfə yeri gələndə, Bir gizli vaxt tapıb güzgülənəndə Bir də görəcəksən şümşad əllərin, Çiyninə tökülmüş dalğın tellərin, Bir gulər üzün var, amma bilən yox, Bu xumar gözlərlə birgə gülən yox. Yoxdur bu əllərin qədirbiləni, Yoxdur bu tellərin qədirbiləni, Çiynin boş, əlin boş, boş qalan qucaq.. Onda biləcəksən mənim sevgimi, Biləcəksən, o da çox gec olacaq. Soraq almayanda eldən, mahaldan, Yığa bilməyəndə gözünü yoldan, Könlün bir qanadlı söz istəyəndə, Ümid qanadıyla uçum deyəndə Bir də görəcəksən qanadın yoxdur. Çağrılır, deyilir, adı var, amma Dilimdə şipşirin o adın yoxdur, Bir nağıl, bir sevgi, həyatın yoxdur. Gün keçib, vaxt ötüb, xatirəm uzaq… Onda biləcəksən mənim sevgimi, Biləcəksən, o da çox gec olacaq.
Mostrar todo...
Musa Yaqub - Onda biləcəksən Səsləndirmə - Tuncer Ali
Mostrar todo...
Onda Biləcəksən Mənim Sevgimi.mp48.55 MB
Mostrar todo...
Musa Yaqub - Payız durnam🍂 Payız durnam, uçub getdin, Bir də dönüb gələrsənmi? Sən dönəndə mən olmasam, Ruhum ilə gülərsənmi? Ey bizlərdən təmiz vücud, Könlümü ardınca uçurt. Yerin xəzəl, göyün bulud - Mənzil-mənzil bölərsənmi? Ey hər göldən şəkər dadan, Buluda baş qoyub yatan. Mən qanadsız piyadadan Durub dilək dilərsənmi? Nə bir mənzil vurduq başa, Nə gün gördük gəlsin xoşa Heç qoşalar uçmur qoşa, Tənha uçan tək sənsənmi? O istəyir dönə məndən, Gedib ki, gizlənə məndən. O adı gizlinə məndən. Bir çınqı söz söylərsənmi? Azalıb mehri dünyanın Çəmi yox qeyri-dünyanın Yolları əyri dünyanın Keçidlərin bilərsənmi?
Mostrar todo...
Zülfün kimi, ey gül, nə ətirli nəfəsin var! Yoxsa bu lətafətlə can almaq həvəsin var? Ruhum dirilir, naz ilə hərdəm ki gülürsən, Heyrətdəyəm, ey gül, nə məlahətli səsin var! Tavus kimi azadə gəzirsən bu çəməndə, Bülbül kimi nə xar qəmin, nə qəfəsin var. Fəryadına yetdiklərin imdadına yetməz, Fikr etmə, bu aləmdə, könül, dadı-rəsin var. Vahid, mənim istəkli gözəl yarıma bənzər, Axtar bütün aləmə, görək, hansı kəsin var?! 🖋 Əliağa Vahid
Mostrar todo...
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.