Ormilitarism
Ir al canal en Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Mostrar más7 274
Suscriptores
Sin datos24 horas
-247 días
-8130 días
Archivo de publicaciones
7 274
Bu marşrutun təyinatı dəqiq deyil. Xəbərlər fake ola bilər. İstiqamət tam bilinmir.
7 274
MC‑130 Super Hercules ABŞ Hərbi Hava Qüvvələrinin xüsusi əməliyyatlar üçün nəzərdə tutulmuş ixtisaslaşmış nəqliyyat təyyarəsidir və klassik C‑130 platforması əsasında hazırlansa da, imkanlarına görə ondan ciddi şəkildə fərqlənir.
Bu təyyarə birbaşa ABŞ Xüsusi Əməliyyat Qüvvələrinə xidmət edir və yüksək riskli, gizli və çevik əməliyyatların icrası üçün istifadə olunur.
MC‑130-un əsas vəzifələri xüsusi təyinatlı qüvvələrin daşınması, aşağı hündürlükdə havadan desant əməliyyatlarının həyata keçirilməsi, düşmən nəzarətində olan ərazilərə yük atılması, eləcə də helikopterlərə uçuş zamanı yanacaq ötürülməsidir. Xüsusilə MH‑60 və MH‑47 kimi xüsusi əməliyyat helikopterlərinə havada yanacaq doldurmaq imkanı bu təyyarənin əsas funksiyalarından biridir.
Hazırda əsasən MC‑130J Commando II versiyası istifadə olunur. Təyyarə gücləndirilmiş naviqasiya və relyef izləmə sistemləri, elektro‑optik və infraqırmızı sensorlar, elektron müharibə və özünü müdafiə vasitələri ilə təchiz edilib. Bu avadanlıqlar ona gecə vaxtı, pis hava şəraitində, aşağı hündürlükdə və radar nəzarətinin zəif olduğu marşrutlar üzrə uçuşlar həyata keçirməyə imkan verir. Eyni zamanda MC‑130 qısa və şəratsiz (torpaq) uçuş‑eniş zolaqlarından istifadə edə bilir ki, bu da onu klassik hərbi-nəqliyyat təyyarələrindən fərqləndirən əsas üstünlüklərdəndir.
7 274
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C‑17A Globemaster III və MC‑130 Super Hercules nəqliyyat təyyarələrinin Türkmənistanda açıqlanmayan bir aerodroma eniş etdiyi bildirilir.
7 274
MArG artilleriya sistemi (155 mm / 39 və 45‑cal)
MArG (Multi‑terrain Artillery Gun) Hindistanın Bharat Forge / Kalyani Group şirkətinin hazırladığı təkərli özüyeriyən artilleriya qurğusudur. O, 4×4 yüksək hərəkətliliyə malik şassi üzərində qurulur və fərqli ərazilərdə sürətli döyüş manevrlərinə imkan verir.
Atəş məsafəsi: standart sursatlarla 36 km‑dən çox. Daxildə 18 mərmi ehtiyatı var. Heyəti 6 nəfərdir.
Döyüş xüsusiyyətləri: “shoot‑and‑scoot” (“at və qaç”) – atəş açdıqdan sonra tez yerini dəyişmək imkanı.
Atəş sürəti: 3 dəqiqədə 10 mərmi, bir saatda 42 mərmi.
Bu sistemlər həm yüksək atəş gücü, həm də dinamik döyüş şəraitində çevik manevr qabiliyyəti ilə seçilir.
7 274
Ermənistan Müdafiə Nazirliyi Hindistandan alınmış yeni silahların görüntülərini yayımlayıb.
Yayımlanan videoda Hindistan istehsalı olan bir sıra silah sistemləri əks olunub. Bunlara Bharat Forge / Kalyani Group tərəfindən istehsal edilən 155 mm / 39 kalibrli MArG artilleriya qurğuları, 155 mm-lik ATAGS (Advanced Towed Artillery Gun System) yedəkli artilleriya sistemləri, eləcə də 214 mm kalibrli Pinaka reaktiv yaylım atəşi sistemi daxildir.
7 274
Şənbə günü ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandiri, admiral Brad Cooper, Ağ Evin xüsusi elçisi Steve Witkoff və Prezident Trampın qaynı oğlu Jared Kushner ilə birlikdə Ərəb dənizindəki USS Abraham Lincoln (CVN-72) gəmisi üzərində dənizçilərlə görüşüb.
Bu səfər regionda İrana qarşı artan gərginlik fonunda və Cümə günü Oman’da ABŞ və İran rəsmiləri arasında keçirilmiş danışıqlardan sonra baş tutub.
7 274
ABŞ ordusu, Ukraynaya artilleriya sursatlarının çatdırılmasındakı gecikmələrə görə Northrop Grumman və Global Military Products şirkətlərinə qarşı cərimə tədbirlərini başladıb.
7 274
Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus Su‑34 təyyarəsinin asqısında, uçuş məsafəsi 160 km olan UMPB‑5 modulu ilə təchiz edilmiş FAB‑500T aviabombası.
7 274
16 yanvar 2026-cı ildən etibarən ABŞ Hərbi Hava Qüvvələri Yaxın Şərqə minimum 122 uçuş həyata keçirib. Bunların 114‑ü C-17A Globemaster III təyyarələri, qalan 8‑i isə C-5M Super Galaxy təyyarələri ilə həyata keçirilib.
Uçuşların ən yüksək marşrutu İordaniyadakı Muvaffak əl-Salti aviabazasına aiddir. Məlumata görə, uçuşlar hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi, heyətin rotasiyası, döyüş hazırlığının təmin edilməsi və davam edən hərbi güc artırma əməliyyatları ilə bağlıdır.
59 uçuş — Muvaffak əl-Salti, İordaniya
20 uçuş — Əl-Udeyd, Qatar
14 uçuş — Princ Sultan, Səudiyyə Ərəbistanı
9 uçuş — Əli-əl-Saləm, Küveyt
4 uçuş — Bəhreyn (onlardan 3‑ü Kinq-İsa aviabazasına)
6 uçuş — ABŞ Dəniz Qüvvələri bazası Camp Lemoni, Cibuti
7 uçuş — Diego-Garsiya aviabazası (3‑ü Əl-Udeyd vasitəsilə)
2 uçuş — Əl-Dafra, BƏƏ
1 uçuş — Nevatim, İsrail
7 274
Rusiya telegram kanallarının ağlaşması qurmasından başa düşmək olar ki, dünyanın supergücü Rusiyanın cəbhə rabitəsinin əsasını Amerikalılar edirmiş.
7 274
Starlink və Rusiya
Rusiya ordusunda taktik rabitə və idarəetmənin zəifləməsi.
Starlink qoşunlar arasında sürətli, maneəsiz əlaqə təmin etdiyi üçün hücum planlarını, dron nəzarətini və atəş koordinasiyasını asanlaşdırırdı. Onun kəsilməsi bu imkanların itirilməsinə səbəb olur və rus hərbi birliklərinin komanda-idarəetmə səmərəliliyini azaldır. Bu, bəzi istiqamətlərdə hücum tempinin aşağı düşməsinə gətirib çıxara bilər.
Alternativ rabitə metodlarına keçid ehtiyacı
Starlink-ın yoxluğunda ruslar daha zəif və daha asan müdaxilə edilə bilən rabitə və komanda sistemlərinə (LTE, radio, optik və standart kabellər) üz tutmaq məcburiyyətində qalır. Bu da əməliyyat çevikliyini və koordinasiyanı zəiflədir.
Dron əməliyyatlarının təsirli səmərəsinin azalması
Starlink terminalı ilə təchiz edilmiş dronlar yüksək REM müdaxilələrindən qorunma imkanı verirdi. Xidmətin kəsilməsi dron nəzarətini çətinləşdirə və onun uçuş effektivliyini eləcədə mənzilini azalda bilər.
7 274
Bəzi səhifələrin və dəyərli həm vətənlərimin nəzərinə.
Baş verən uçuşların İranla hər hansı əlaqəsi yoxdur. Bu proses ABŞ-ın vitse-prezidenti Cey Di Vensin planlaşdırılan səfəri ərəfəsində həyata keçirilən təhlükəsizlik və logistika tədbirləri ilə bağlıdır.
Bu çərçivədə əsasən kortej üçün nəzərdə tutulan texnika, mühafizə vasitələri və digər təhlükəsizlik detallarının daşınması aparılır. Azərbaycana ABŞ-a məxsus C-17 hərbi-nəqliyyat təyyarələrinin sayının artması da məhz bununla bağlıdır.
Yaxın günlərdə bu amil fonunda mövzu ətrafında feyk xəbərlərin artacağı istisna edilmir. Baş verənlərin müxtəlif siyasi və ya hərbi ssenarilərlə əlaqələndirilməsi isə əsassızdır.
7 274
Rusların Ukraynada Starlink istifadəsi bir mənalı olaraq dayandırıldı.
Əvvəl sürət azaldılmışdı. İndi isə tamamən ləğv edildi.
7 274
+5
425-ci əlahiddə hücum polkunun «Skala» adlı motosiklet rotasının tərkibində olan motoçular. Bu bölmə 2025-ci ilin yazında formalaşdırılıb.
