es
Feedback
Ormilitarism

Ormilitarism

Ir al canal en Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Mostrar más
7 305
Suscriptores
+324 horas
-107 días
-6130 días
Archivo de publicaciones
İran dəstəkli qruplar İraqda Bağdaddakı Camp Victoria bazasına FPV dron zərbələrini əks etdirən görüntülər yayıb. Kadrlarda bir dronun AN/MPQ-64 radarına dəydiyi görülür. İkinci dron isə videonun sonunda görünən iki UH-60 Black Hawk helikopterinə doğru gedir amma nəticə bilinmir.

"ABŞ özü-özü ilə danışıqlar aparır". - SEPAH
"ABŞ özü-özü ilə danışıqlar aparır". - SEPAH

ABŞ-ın İranla bağlı irəli sürdüyü iddia edilən plan 15 əsas istiqaməti əhatə edir və əsas məqsəd nüvə proqramının məhdudlaşdırılması müqabilində iqtisadi və siyasi güzəştlərin verilməsidir. Planın mərkəzində İrana qarşı bütün sanksiyaların mərhələli şəkildə ləğvi və ölkənin qlobal iqtisadi sistemə tam reinteqrasiyası dayanır. Bununla yanaşı, ABŞ İranın mülki nüvə enerjisi proqramının inkişafına dəstək verməyi, həmçinin sanksiyaların yenidən tətbiq olunmayacağına dair zəmanət təqdim etməyi təklif edir. Nüvə sahəsində isə İranın proqramı tam dayandırılmır, lakin ciddi şəkildə məhdudlaşdırılır. Uranın zənginləşdirilməsi müəyyən limitlər daxilində saxlanılır və tam beynəlxalq nəzarət altına verilir. Eyni zamanda, yeni zənginləşdirmə imkanlarının yaradılması və mövcud potensialın genişləndirilməsi qadağan olunur. Silah səviyyəli nüvə materialının istehsalına isə ümumiyyətlə icazə verilməyəcək. Plan çərçivəsində İranın əsas nüvə obyektləri – Nətənz, İsfahan və Fordo – istismardan çıxarılmalı və ya ləğv edilməlidir. Mövcud zənginləşdirilmiş materialların isə müəyyən müddət ərzində beynəlxalq qurumlara təhvil verilməsi nəzərdə tutulur. Bütün proseslər Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən daimi monitorinq və yoxlamalar vasitəsilə nəzarətdə saxlanacaq. Raket proqramı dərhal deyil, sonrakı mərhələdə müzakirəyə çıxarılır. Burada İranın suverenliyi formal olaraq qəbul edilsə də, gələcəkdə raketlərin sayı və mənzili ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Planın icrası mərhələli şəkildə həyata keçiriləcək və hər addım İranın öhdəliklərə əməl etməsindən asılı olacaq. Paralel olaraq tərəflər arasında daha geniş regional təhlükəsizlik razılaşmaları və diplomatik münasibətlərin bərpası da planın tərkib hissəsidir.

İsrailin zərbələri.

CENTCOM İrana endirilən yeni zərbələrin görüntülərini yayıb: 🌐@GSSR44

photo content

Tramp İran haqqında bildirib ki, onların təxminən 82% qurğusunu məhv ediblər. Hörmüz boğazı ilə bağlı Tramp deyib ki, istədiyimiz hər şey üzərində nəzarətimiz olacaq. O həmçinin əlavə edib ki, Körfəz ölkələri müttəfiqləri yaxşı iş görüb.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı məsələni həll edildiyini və İranla danışıqların davam etdiyini bildirib. O qeyd edib ki, Tehran razılığa gəlməyə sadiqdir və ABŞ istədiyini edə biləcək vəziyyətdədir. Tramp İranın nüvə silahı əldə etməməyə razılaşdığını, ABŞ-ın İranda nə istəsə idarə edəcəyini və İranın onlara böyük dəyərdə hədiyyə verdiyini vurğulayıb. O həmçinin Birləşmiş Ştatların İranla müharibədə qalib gəldiyini bildirib.

İsrail hökuməti may ayının sonunadək İsrail Müdafiə Qüvvələrinə 400,000 ehtiyat əsgəri səfərbər etmək imkanı verəcək planı tə
İsrail hökuməti may ayının sonunadək İsrail Müdafiə Qüvvələrinə 400,000 ehtiyat əsgəri səfərbər etmək imkanı verəcək planı təsdiqləyəcək.

USS Gerald R. Ford Orta Şərqdən ayrıldıqdan sonra Krit adasına gəlib, gəmidə baş verən yanğın nəticəsində 200-dən çox dənizçi
USS Gerald R. Ford Orta Şərqdən ayrıldıqdan sonra Krit adasına gəlib, gəmidə baş verən yanğın nəticəsində 200-dən çox dənizçi müalicəyə göndərilib. Amma bu hadisə daha dərin problemləri ortaya qoyur: 2017-ci ildə xidmətə daxil olan və 13,2 milyard dollar dəyərində olan gəmidə hələ də təyyarələrin buraxılması, radar və silah liftləri kimi əsas sistemlərdə həll olunmamış problemlər var. Müdafiə Nazirliyi gəminin döyüş qabiliyyətini təsdiqləmək üçün kifayət qədər məlumatın olmadığını bildirir.

Türkiyə Prezidenti Ərdoğan İranla bağlı açıqlamasında bildirib ki, bölgədə müharibənin uzunmüddətli qarşıdurmaya çevrilməsini istəmirlər. O qeyd edib ki, bu müharibə İsrailin Baş naziri Netanyahu-nun siyasi mövqeyini qorumaq məqsədi daşıyır və nəticədə bütün dünya bunun bədəlini ödəyir. Ərdoğan vurğulayıb ki, Netanyahu rəhbərliyindəki “qətliam şəbəkəsi” regional sülh və humanitar dəyərlər naminə dərhal dayandırılmalıdır. Türkiyə prezidenti əlavə edib ki, bütün ölkələr bu məsələdə cəsarətli və fəal mövqe sərgiləməlidir. Onun sözlərinə görə, İsrailin barışmaz, maksimalist və radikal yanaşması diplomatik həll yollarını təhlükə altına qoymamalıdır.

HHQ yeni B2 alıb 💪🏻💪🏻💪🏻
+1
HHQ yeni B2 alıb 💪🏻💪🏻💪🏻

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) son açıqlamasına görə, İranla davam edən münaqişə başlayandan bəri İran hədəflərinə qar
+3
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) son açıqlamasına görə, İranla davam edən münaqişə başlayandan bəri İran hədəflərinə qarşı 9000-dən çox zərbə endirilib. 140-dan çox İran gəmisi zədələnib və ya məhv edilib.

İranın raket qalıqları Beyruta düşüb.

ABŞ ordusunun 82-ci Hava-Desant Diviziyasının komandanı general-mayor Brandon R. Tegtmeier və onun qərargah heyətindən ibarət
ABŞ ordusunun 82-ci Hava-Desant Diviziyasının komandanı general-mayor Brandon R. Tegtmeier və onun qərargah heyətindən ibarət komanda, Pentaqonun əmri ilə Yaxın Şərqə göndərilir.

Ukraynanın Starlink ilə idarəedilən dronları Krımda Rusiyaya məxsus “Bastion” sahil raket kompleksini vuraraq məhv edib. Krımda hava hücumundan müdafiənin zəiflədiyini göstərən daha bir sübut. K-300P “Bastion” uzaq məsafədən həm dəniz, həm də quru hədəflərini vurmaq üçün nəzərdə tutulmuş mobil sahil müdafiə raket sistemidir.

+1
ATACMS və ya PrSM raketlərinin Küveytdən buraxılışı.

SEOAH Sejil raketini atəşləyərkən. İranın Sejil raketi yerli istehsal olan, bərk yanacaqlı, iki mərhələli ballistik raketdir və təxminən 2000 km uçuş məsafəsinə malikdir. Bu raket təxminən 700 kq ağırlığında döyüş başlığı daşıya bilir.

Digər hadisələr. Bir Su-35S döyüş təyyarəsi eniş zamanı qanadı ilə anbar qapısına çırpılıb və radio-elektron müharibə sistemi blokunu zədələyib Bir MiG-31BM avcı təyyarəsi əyləc paraşütü nasazlığı səbəbindən əsas eniş təkərini zədələyib. Bir Ka-52M hücum helikopteri gecə uçuşunda hidravlik sistemini itirib və torpaq üzərinə enib.

Əslində mühərriklər Rusiya üçün yeganə problem deyil. 3 yanvarda bir Su-34M təyyarəsi qalxış zamanı öz-özünə bir FAB-500 bomb
Əslində mühərriklər Rusiya üçün yeganə problem deyil. 3 yanvarda bir Su-34M təyyarəsi qalxış zamanı öz-özünə bir FAB-500 bombası buraxıb. Bomba qalxış pistinin 300 metr irəlisində düşüb, amma ekipaj buna məhəl qoymayıb və missiyasına davam edib. Beləliklə, 2026-cı ilin əvvəllərindən etibarən ən az on dəfə Rusiya bombaları öz ölkəsinə və ya işğal olunmuş ərazilərə özü-özünə düşüb. 2025-də 143 və 2024-də 165 oxşar hadisə ilə olub.

Ormilitarism - Estadísticas y analítica del canal de Telegram @ormilitarism