Ormilitarism
Ir al canal en Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Mostrar más7 296
Suscriptores
-424 horas
-47 días
-6730 días
Archivo de publicaciones
7 295
"MIM-23 Hawk" HHM sisteminin atıcı qurğusu, 122 mm-lik "D-74" haubitsasının (və ya onun Çin klonu olan "Type 60"-ın), həmçinin atəş mövqeyində olan növbəti ballistik raket atıcı qurğusunun və "ZU-23-2" zenit qurğusunun məhv edilməsi.
7 295
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir F/A-18 Super Hornet qırıcısının Çabahar üzərində alçaqdan uçuş etməsi.
7 295
Martın 14-də çəkilmiş peyk görüntüləri, "America" sinfinə məxsus "USS Tripoli" (LHA-7) universal desant gəmisinin və onun göyərtəsindəki 31-ci Dəniz Piyadaları Ekspedisiya Birliyinə (31st MEU) daxil olan 2500 dəniz piyadasının artıq Cənubi Çin dənizinə daxil olaraq sürətlə Yaxın Şərqə doğru irəlilədiyini qeydə alıb.
7 295
Böyük qübbənin sarsılmasını demişdik. Məhz Khorramshahr MRBM-inin əvvəlcədən aşkar edilməməsinin səbəbidə budur.
7 295
İranın bu gün Təl-Əvivə endiriyi zərbələr olduğu deyilir.
Zərbələr nəticəsində İsrailin polis təşkilatının mərkəzi binası ,Təl-Əvivdə şəhər mühafizə xidmətinin binası vurulub. Çox sayda polis zabiti həlak olub.
7 295
Fikir versəz medyada birdən birə kasset başlıqların havada süzülməsi videoları necə yayılmağa başladı.
7 295
Hər şeydən qabaq mülkü infrastrukturlara kasset başlıq atmağın özü bir terorizmdir.
Sırf bunu yayımlamaq isə insanlarda İran mülki atəş açır fikrini aşılamaq və yaymaqdır.
7 295
Baxın yuxarda Media Savaşları deyə qeyd etmişdim. İsraildə senzuranın olduğunu hamı bilir. Amma nədənsə Khorramshahr-4 (Kheibar) MRBM ilə atılan kasset başlıqlı zərbələrin videoları yayımlanır.
7 295
İsrail Hərbi Hava Qüvvələrinin, İran dronlarının anbarına endirdiyi zərbələr və ilkin partlayışdan sonra qaçan şəxsi heyətin hədəf alınaraq vurulması.
7 295
Keçən il ABŞ Dövlət Departamenti İranın hücum məqsədilə bioloji agentlərin və toksinlərin tədqiqatını hələ də dayandırmadığını bildirmişdi.
Beləliklə, anti-İran koalisiyasının əlində — "Pauellin sınaq şüşəsi" səviyyəsində də olsa — rəsmi bir bəhanə var.
Buna baxmayaraq, "BLU-119/B / GBU-31(V)5/B" sursatının açıq mənbələrdə heç bir fotosu yoxdur.
Buna görə də həmin bombanın hansı nişanlara və izlərə malik olduğunu kimsə dəqiq deyə bilməz. Üstəlik, bu silahın seriyalı istehsalının olub-olmadığı da məlum deyil. Odur ki, İsrailin F-16-larındakı bombanın məhz həmin sursat olması olada bilər olmayada bilər.
Digər bir ehtimal bunun termobarik bomba (ruslarda ODAB) olmasıdır. ABŞ-ın "BLU-118/B" adlı belə bir bombası var, lakin onun tətbiqi barədə də məlumat çox azdır. Təsvirlərə görə, onun markalanması üç sarı halqadan ibarətdir, lakin rəsmi fotoları mövcud deyil. Yəni vəziyyət yenə də müəmmalıdır.
Üçüncü variant isə bunun İsrailin öz istehsalı olmasıdır. Orada hərbi sənaye yüksək inkişaf edib və onların markalanma sistemi ABŞ-ınkından fərqli ola bilər.
Yekun olaraq yalnız bir şeyi demək olar. İrana qarşı yeni növ silahlardan istifadə olunur və ya olunacaq. Hər bir hərbi münaqişə həm də böyük bir sınaq poliqonudur, ona görə də yeniliklərin ortaya çıxması təəccüblü deyil.
7 295
Aviabomba kimi, yalnız "GBU-31(V)5/B" bomba dəsti tərkibində tətbiq olunur.
Döyüş başlığının ön hissəsində təxminən 65 kq partlayıcı maddə, arxa hissəsində isə təxminən 190 kq ağ fosfor yerləşir. Gücləndirilmiş baş hissə anbarın divarını dəlir, fuqas yükü konteynerləri parçalayır, ağ fosfor isə yaratdığı yüksək temperaturla (800 dərəcədən çox) toksinləri və ya mikroorqanizmləri zərərsizləşdirir.
7 295
"BLU-119/B Crash PAD".
2000-ci illərin əvvəlində, xüsusi olaraq İraqa müdaxilə üçün hazırlanmışdı.
O dövrdə Səddam Hüseynin kimyəvi və bioloji silahlara malik olması barədə çox danışılırdı. Məhz İraqın kütləvi qırğın silahı (KQS) anbarlarını "yox etmək" üçün "BLU-119/B Crash PAD" yaradılmışdı.
7 295
Mən belə işlər görəndə mız qoymağı sevən biri deyiləm. Mən bunu edə bilərəmmi xeyr. Camaatın uşağı ağıl işlədib əmək töküb edib halaldır.
Əsgəri minadan qoruyan çəkmənin iş prinsipi əsgərin minaya basdığı an 5~10 santimetr qalmış siqnal verib əsgəri xəbərdar etməsidir.
Görüntülərdə bu sistemin üzdə heç yerdə basdırılmamış təlim minasında sınağı var. Basdırılmış minanın sensorlar tərəfindən aşkar edilməsi məsələsini heç açmıram.
Layihələndirənlər yəqinki elə düşünürlərki əsgərlər traves gedərkən Mj Jakson kimi yeriyir. Əlində 5~7kq silah belində 20~30kq yük olan əsgərin traves gedərkən ayaqlarını yerə basmadan 5~10sm öncə siqnala qulaq asacağınıda düşünüblər yəqin. Bunu hər addımda edən əsgər yəqinki önünə qoyulan tapşırığı 1 aya tamamlayar.
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
