es
Feedback
Ormilitarism

Ormilitarism

Ir al canal en Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Mostrar más
7 259
Suscriptores
-424 horas
-207 días
-8230 días
Archivo de publicaciones
ABŞ Hərbi Hava Qüvvələrinin 512-ci Hava Nəqliyyatı Qoluna tabe olan 709-cu Hava Nəqliyyatı Eskadrilyasına məxsus C-5M “Super
+2
ABŞ Hərbi Hava Qüvvələrinin 512-ci Hava Nəqliyyatı Qoluna tabe olan 709-cu Hava Nəqliyyatı Eskadrilyasına məxsus C-5M “Super Galaxy” strateji ağır nəqliyyat təyyarəsi bu gün Puerto Rikonun şərqində yerləşən Ruzvelt Rouds bazasına eniş edərkən və yük boşaldarkən müşahidə olunub. Bu, təyyarənin son üç gün ərzində Corciya ştatındakı Moody Hərbi Hava Bazasından həyata keçirdiyi ikinci uçuş olub. Hazırda Ruzvelt Rouds bazasına demək olar ki, hər gün bir neçə C-17 və C-5 təyyarəsi eniş edir. Karib hövzəsində hərbi yığılmanın sürətlə artdığı, Venesuelaya və potensial olaraq Latın Amerikasındakı digər hədəflərə qarşı yaxın zamanda hərbi addımların artacağı dəqiqləşir.

photo content

+1
İŞİD Palmira bölgəsində Suriya təhlükəsizlik qüvvələri ilə görüş zamanı ABŞ hərbçilərindən ibarət nümayəndə heyətinə hücum edib. Məlumata görə, hücum nəticəsində həm amerikalılar, həm də suriyalılar arasında yaralananlar var. Yaralılar helikopterlərlə Ət-Tanf bazasına təxliyə edilib. Kadrlarda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısının Palmira üzərində uçuşu və Deyr əz-Zor – Palmira yolunun bağlanması əks olunub.

NK News tərəfindən yayımlanan yeni peyk görüntülərinə görə, KXDR-in raket proqramı daha bir yenilənmə əldə edib. Sohə kosmodr
+2
NK News tərəfindən yayımlanan yeni peyk görüntülərinə görə, KXDR-in raket proqramı daha bir yenilənmə əldə edib. Sohə kosmodromunda güclü bərk yanacaqlı raket mühərriklərinin sınaqları üçün nəzərdə tutulan üfüqi sınaq stendinin üzərindəki damın ölçülərinin əhəmiyyətli dərəcədə böyüdüyü müşahidə olunur. Əvvəlki variantda damın eni 9 metr, uzunluğu isə 16 metr idi. Hazırkı vəziyyətdə isə eni 11 metrə, uzunluğu isə 20 metrə çatdırılıb. Bu, təkcə sınaqlar üçün istifadə olunan müxtəlif köməkçi avadanlıqların funksional imkanlarının genişləndirildiyini deyil, eyni zamanda daha güclü bərk yanacaqlı raket mühərriklərinin sınaqdan keçirilməsi imkanının yarandığını göstərir. Bu da o deməkdir ki, Şimali Koreyanın 200 ton dartı gücünə malik mühərriklə bağlı son rekordu, hələ son hədd deyil. Belə olduğu halda, yaxın vaxtlarda təkcə “Hwasong-20”nin deyil, həm də daha güclü hərbi və kosmik raketlərin ortaya çıxması ehtimal olunur.

+2
Görüntülərdə 2018-ci ildə Ukrayna tərəfindən Taylanda satılmış T-84 BM Oplot-T döyüş tanklarının, 9 dekabr 2025-ci il tarixində, Taylandın şərqində yerləşən Sa Kaeo vilayətinin Ta Phraya rayonu istiqamətində, Tayland–Kamboca sərhədində Tayland Ordusunun 11-ci Xüsusi Təyinatlı Qüvvələri tərəfindən istiqamətləndirilərək Kamboca Ordusu tərəfindən istifadə olunduğu bildirilən kazino kompleksini atəşə tutduğu əks olunub.

Ukrayna SQ
Ukrayna SQ

+2
Tayland Hərbi Hava Qüvvələrinə məxsus F-16A/B qırıcıları GBU-12 Paveway II idarə olunan aviabombaları ilə Çonq An Ma sərhəd bölgəsində yerləşən kazino binasına və onun ətrafındakı kambocalı hərbçilərin mövqelərinə zərbələr endirib.

Fiber-optik FPV kabellərin əsasını yüksək təmizlikdə silisium şüşəsindən hazırlanan optik lif təşkil edir. Şüşə özü təbiət üçün nisbətən neytral material sayılsa da, onun istehsalı yüksək temperatur və enerji tələb edir. Bu isə dolayı yolla karbon emissiyalarına və sənaye çirklənməsinə səbəb olur. Yəni ekoloji təsir əsasən istehsal mərhələsində ortaya çıxır. Kabelin üzərində istifadə olunan poliuretan, akrilat və digər polimer örtüklər ekoloji baxımdan daha problemli hissə hesab olunur. Bu materiallar bioloji parçalanmır və təbiətdə uzun müddət qalır. Torpaq və su mühitinə düşdükdə zamanla mikroplastik hissəciklərə parçalanaraq ekosistemlərə mənfi təsir göstərə bilər. Xüsusilə döyüş və təlim zonalarında qırılan və ya istifadə sonrası yığılıb götürülməyən kabellər uzunmüddətli çirklənmə mənbəyinə çevrilə bilər. Bununla yanaşı, FPV optik kabellərin miqdarı və kütləsi nisbətən azdır. Bir kabel çox nazik və yüngül olduğu üçün kütləvi plastik tullantılarla müqayisədə ekoloji yükü məhduddur. Üstəlik, fiber-optik sistemlər radio ötürücülərlə müqayisədə daha az enerji sərf edir və elektromaqnit şüalanma yaratmır. Bu da onların dolayı ekoloji üstünlüyü sayılır. Əsas ekoloji risk kabelin utilizasiyası və təkrar emalı ilə bağlıdır. Fiber-optik kabellərin tərkibi qarışıq olduğu üçün onların təkrar emalı çətindir və əksər hallarda tullantı kimi qalır. Düzgün toplama və məhv etmə mexanizmləri olmadıqda bu kabellər uzun illər təbiətdə qala bilər.

Kupyansk , optik naqil məzarlığı.

Geran ilə vurulub.

Türkiyə, terror təşkilatı SDG/YPG ilə bağlı inteqrasiya sazişinə riayət edilməməsi halında hərbi müdaxilə ilə hədələyərək, ilin sonuna qədər vaxt verdi.

Odessa limanına “İskəndər” OTRK ilə zərbə endirilib. Türkiyənin Cenk Ro-Ro şirkətinə məxsus, Panam bayrağı altında aktiv fəal
+2
Odessa limanına “İskəndər” OTRK ilə zərbə endirilib. Türkiyənin Cenk Ro-Ro şirkətinə məxsus, Panam bayrağı altında aktiv fəaliyyət göstərən CENK T sərnişin-yük paromu zərbə alıb

Ukrayna tərəfi İrandan hərbi yük daşıyan “Kompozitor Rahmaninov” və “Askar-Saricə” gəmilərinə Xəzər dənizində zərbələr endird
Ukrayna tərəfi İrandan hərbi yük daşıyan “Kompozitor Rahmaninov” və “Askar-Saricə” gəmilərinə Xəzər dənizində zərbələr endirdiyini iddia edir.

1 il əvvəl
1 il əvvəl

photo content

GUR Krımda daha bir əməliyyat yekunıaşdırıb. An-26 təyyarəsi işlək halda vurulub və iki radar sistemi hədəfə alınıb.

Kupyanskda Rusiya Qoşunlarının kifayət qədər möhkəmlənməməsindən istifadə edən Ukrayna SQ kontrhücuma keçib və Kupyansk azad
+3
Kupyanskda Rusiya Qoşunlarının kifayət qədər möhkəmlənməməsindən istifadə edən Ukrayna SQ kontrhücuma keçib və Kupyansk azad edilib. Əvvəlcə Ukrayna SQ şəhərin cənub-qərb kənarında yerləşən Yubileyniy rayonunun bəzi çoxmərtəbəli binalarını geri alıb, bundan sonra hücum bölmələri Moskofka və Radkivka kəndləri istiqamətindən şəhərin şimal-qərb kənarına nüfuz etməyə başlayıblar. Əsas məqsəd ilkin olaraq Rusiya qoşunlarının şəhər mərkəzindəki qruplaşmasını Golubovka və Radkivka istiqamətindən gələn logistika xətlərindən ayırmaq olub. Çünki Kupyanskinin şərq hissəsi hələ də tam nəzarət altına alınmayıb və Oskol çayı mərkəzi hissə ilə əlaqəni çətinləşdirir. Oxşar vəziyyət bu ilin yazında Toretskdə də baş vermişdi.

Ötən gün Ukraynanın “Skala” birliyi yenidən Pokrovska mərkəzində bayraq qaldırıb. Lakin bu dəfə artıq real, süni intellekt va
+2
Ötən gün Ukraynanın “Skala” birliyi yenidən Pokrovska mərkəzində bayraq qaldırıb. Lakin bu dəfə artıq real, süni intellekt vasitəsilə deyil. Kadrlardan görünür ki, 425-ci polkun iki hücum qolu Pedaqoji məktəbin ərazisinə (dəmir yolunun cənubunda) və Pokrovskiy dinas zavodunun yaxınlığındakı yaşayış sektoruna keçib. Ön xətt artıq bu mövqelərdən çox irəlidədir, döyüşlər isə şəhərin şimal kənarlarında gedir. Bu isə ən azı iki şeyi göstərir: 1. Pokrovsk şəhərinin şimal kənarlarına hələ də tamamilə Rusiya Qoşunları tərəfindən nəzarət edilmir və Ukrayna piyadasını oradan sızdıra bilər. 2. Ukrayna hələ də Pokrovska və Mirnoqrada nəzarəti saxlamağa üstünlük verir ki, bu da danışıqlar zamanı siyasi məqsəd daşıyır. Qeyd etmək lazımdır ki, belə nümayiş xarakterli hərəkətlər həm Ukrayna, həm də Rusiya qoşunları arasında son vaxtlar əhəmiyyətli dərəcədə artıb. Bu da bir daha göstərir ki, tərəflərin müəyyən ərazilər üzərində nəzarət iddiaları əsasən siyasi motivlidir.

+7

+1
Ukrayna dronlarına kiçik infraqırmızı işıqlar quraşdırmaqla rus FPV dronlarını kor etmək sınaqları. Bu işıqlar dronun kameralarına yönəlmiş parlaq şüa yaradır. Bir hadisədə Ukrayna robo kompleksi yaxınlaşan rus FPV-dronunu kor etməyə çalışsa da, uğur əldə edə bilməyib. İkinci nümunə daha uğurlu olub. Baba Yaga dronu ona yönəlmiş zərbə dronunun operatorunu çaşdırmağı bacarıb. Hələlik bu sistem geniş istifadə olunmur, amma perspektivdə FPV-dronlara, xüsusən də fiber optik modellərə qarşı effektiv vasitə ola bilər.