Ormilitarism
Ir al canal en Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Mostrar más7 301
Suscriptores
Sin datos24 horas
-297 días
-7230 días
Archivo de publicaciones
7 300
ABŞ Hərbi Hava Qüvvələrinin katibi doktor Troy E. Meinkin sözlərinə görə, müdafiə naziri Pit Heqset ilə məsləhətləşmələrdən sonra A-10 “Warthog” hücum təyyarəsinin xidmət müddətinin 2030-cu ilə qədər uzadılması barədə qərar qəbul edilib.
7 300
+4
ABŞ Hərbi Hava Qüvvələri ERAM proqramı çərçivəsində Ukrayna üçün hazırlanan AGM-188A “Rusty Dagger” qanadlı raketinin F-16D qırıcısından sınaq buraxılışlarını həyata keçirib.
Rəsmi press-relizdə nə “Rusty Dagger”, nə də ERAM proqramının adı çəkilir. Bunun əvəzinə proqram 2026-cı il büdcə sorğusunda istifadə olunan FAMM-L (Family of Affordable Mass Munitions-Lugged) adı ilə təqdim olunur.
Ukraynanın hava qüvvələrinə ilk partiya olaraq 840 ədəd raketin 2026-cı ilin oktyabrında çatdırılması planlaşdırılır. Büdcə sorğusunda isə 3010 ədəd raketin alınması üçün 656,3 milyon dollar ayrılması istənilib.
İlkin mərhələdə proqramda raketin MiQ-29 qırıcılarından da buraxıla bilməsi tələbi var idi və ötən ilin oktyabrında Ukraynada sınaqlar üçün 10 prototipin verilməsi planlaşdırıldığı bildirilirdi.
7 300
+9
KXDR mediası yeni döyüş başlıqları ilə təchiz olunmuş “Hvasong-11Ra” operativ-taktiki raketlərinin raket kompleksi tərkibində uğurla sınaqdan keçirildiyini bildirib.
“Sınaq buraxılışının məqsədi taktiki ballistik raketlər üçün kasset və qəlpəli-fuqas döyüş başlıqlarının xüsusiyyətlərini və gücünü təsdiqləmək idi.
Müəyyən olunmuş hədəf-ada ətrafındakı zonaya doğru 136 km uzaqlığa buraxılan 5 taktiki ballistik raket 12,5–13 hektar sahədə yüksək cəmlənmiş zərbə endirərək döyüş qabiliyyətini aydın nümayiş etdirib.
“Hvasongpho-11Ra” raket kompleksi KXDR-in raket silahlanması sistemində mühüm rol oynayır. Bu kompleks həm böyük sayda istehsal edilərək Koreya Xalq Ordusuna verilir, həm də bir çox yeniliklər ilk olaraq məhz onun bazasında tətbiq olunur. Məsələn, peyk naviqasiyasından asılı olmayan dəqiq avtonom naviqasiya sistemi.
7 300
CENTCOM ələ keçirilmiş İran gəmisinə ABŞ dəniz piyadalarının çıxmasını əks etdirən görüntülər yayıb.
7 300
Ukrayna dronları gecə ərzində Rusiyanın Krasnodar vilayətində yerləşən Tuapse neft emalı zavoduna zərbə endirib və nəticədə böyük yanğın baş verib.
7 300
ABŞ gəmisinin İran dronu ilə vurulduğu xəbərləri yayılır. Tasnimin mənbə kimi göstərilməsinə baxmayaraq Tasnimdə belə bir xəbərə rastlamadım.
Səhər biləcəyik.
7 300
Bu barədə daha əvvəldə xəbər vermişdik ki, dənizlə bağlı ediləcək manevr Bab Al Mandabin bağlanmasına yola aça bilər.
7 300
"Bab əl-Məndeb boğazını artıq da atəş dairəsinə daxil edirik. Düşmən üçün cəhənnəm saatları başlayacaq".
- İran Dövlət Televiziyası
7 300
Trampın açıqlaması:
Bu gün təxminən 900 fut uzunluğunda və demək olar ki, bir təyyarədaşıyan qədər ağır İran bayrağı daşıyan TOUSKA adlı yük gəmisi, bizim dəniz blokadasını yarmağa cəhd. Nəticə onlar üçün yaxşı olmadı.
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS SPRUANCE adlı idarəolunan raket esminesi Oman körfəzində TOUSKA gəmisini saxladı və dayanması üçün xəbərdarlıq etdi. İran ekipajı buna əməl etmədi, buna görə də ABŞ gəmisi maşın dairəsinə zərbə endirərək onları hərəkətsiz vəziyyətə gətirdi.
Hazırda ABŞ dəniz piyadaları gəmini nəzarətə götürüb. TOUSKA gəmisi əvvəlki qanunsuz fəaliyyətlərinə görə ABŞ Maliyyə Nazirliyinin sanksiyaları altındadır.
Gəmi tam nəzarətimizdədir və içərisində nə olduğu yoxlanılır.
7 300
ABŞ tərəfindən İran gəmisi ələ keçirilib.
Davam edən dəniz blokadası çərçivəsində ABŞ-ın nəzarətinə götürülən ilk İran gəmisidir.
7 300
Repost from 44th Ranger Regiment
ABŞ İordaniyada HHM sistemlərini yenidən aktiv hala gətirib.
Çin mənbələri yeni yer və peyk görüntülərini SEPAH-a kömək etmək üçün sızdırır.
🌐@GSSR44
7 300
A-10lar ikinci havada yanacaq doldurma sistemi ilə təchiz olunub. Hərbi Hava Qüvvələrinə məxsus təyyarə kimi o, gövdənin yuxarı hissəsində yanacaq doldurma ştanqasını qəbul edən sistemə malik idi. İndi isə təyyarənin ön hissəsində donanmanın istifadə etdiyi “şlanq-konus” sistemini qəbul edən qurğu quraşdırılıb. Bunun sayəsində A-10 artıq, o cümlədən, Dəniz Piyadaları və axtarış-xilasetmə xidmətləri tərəfindən istifadə olunan HC-130 tankerlərindən də yanacaq ala biləcək.
Böyük ehtimal bu dəyişiklik İran üzərində vurulmuş F-15E təyyarəsinin ekipaj üzvünün xilas edilməsi təcrübəsinə əsaslanaraq edilib. Üstəlik, bu iş çox qısa müddətdə həyata keçirilib ki, modernizə olunmuş hücum təyyarəsi artıq havada yanacaq doldurma sınaqlarından keçib.
7 300
Red Wolf L3Harris Technologies tərəfindən hazırlanmış miniatür qanadlı raket və gəzən döyüş sursatıdır. Çəkisi 113 kq, uçuş məsafəsi 370 km-dir. Sürəti təxminən 900 km/saat. Döyüş başlığının kütləsi 11,4 kq-dır.
Raket peyk rabitəsindən istifadə edərək yerüstü radiosiqnallardan kənarda fəaliyyət göstərə bilir. Tuşlama sistemi kombinə olunub: GPS və radiolokasiya və ya infraqırmızı başlıq vasitəsilə hərəkətli quru və dəniz hədəflərini vurur.
Red Wolf mütləq kamikadze rejimində işləmək məcburiyyətində deyil. Qanadlı raketə paraşüt sistemi quraşdırıla bilər ki, bu da onun geri qaytarılmasına, bərpasına və yenidən istifadəsinə imkan verir. Bu isə tapşırıqların icra xərclərini azaldır.
İstehsalçının bildirdiyinə görə, proqram təminatı raketlərin bir-biri ilə “ünsiyyət qurmasına”, sürü şəklində hücumları koordinasiya etməsinə və uçuş zamanı hədəfi dəyişməsinə imkan verir.
Qanadlı raket üçün əsas tələblərdən biri nisbətən aşağı qiymət olub. İstehsalçı onun dəyərini təxminən 300 min dollar olaraq qiymətləndirir. İstehsal gücü ildə 1000 raketə qədərdir. ABŞ Dəniz Piyadaları üçün ilkin partiyanın tədarükünün 2027-ci maliyyə ilinin sonuna qədər tamamlanması planlaşdırılır.
Red Wolf paralel olaraq Green Wolf adlı versiya ilə birlikdə hazırlanıb. Zərbə variantından fərqli olaraq, Green Wolfun əsas vəzifələri kəşfiyyat və radioelektron mübarizədir. Lakin hərbçilər hələlik bu versiyaya ciddi maraq göstərməyiblər.
Skyraider II artıq ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının silahlanmasına daxil olduğundan, Red Wolf raketi xüsusi təyinatlı qüvvələr tərəfindən də sifariş edilə bilər.
Digər maraqlı məqam isə ABŞ-ın A-10-u modernizasiya etməsidir. Qırıcı baronlarının təzyiqi ilə dəfələrlə istismardan çıxarılması planlaşdırılan bu təyyarənin modernizasiyası onun hələ də xidmətə davam edəcəyinə işarə edir.
7 300
Amerikalılar hücum təyyarələrindən imtina etmək niyyətində deyil
Yüngül hücum təyyarəsi OA-1K Skyraider II Red Wolf idarəolunan raketi ilə təchiz edilib. Bu raket L3Harris Technologies şirkəti tərəfindən ABŞ Dəniz Piyadaları Korpusu ilə bağlanmış müqavilə əsasında, yüksək dəqiqlikli zərbə sursatı PASM (Precision Attack Strike Munition) proqramı çərçivəsində hazırlanır. Eyni zamanda, A-10 hücum təyyarəsi də modernizasiyaya cəlb edilib.
7 300
PDF-də yazdığım kimi dronlardan qorunmaq üçün səngər girişlərində zəncirlərin və ya setkanın quraşdırılması önəmlidir.
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
