es
Feedback
Ormilitarism

Ormilitarism

Ir al canal en Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Mostrar más
7 268
Suscriptores
+324 horas
-107 días
-7730 días
Archivo de publicaciones
Yeni “Pantsir‑SMD‑E” zenit‑raket kompleksi. “Pantsir‑SMD‑E”nin silahlanması zenit idarə olunan raketlərdən ibarətdir. Topu yo
Yeni “Pantsir‑SMD‑E” zenit‑raket kompleksi. “Pantsir‑SMD‑E”nin silahlanması zenit idarə olunan raketlərdən ibarətdir. Topu yoxdur. Kompleks ya 12 ədəd standart 57E6‑E raketlərlə doldurulmuş daşıma‑atma konteyneri, ya da 48 ədəd mini raketlərlə (BP TKB‑1055) təchiz edilmiş konteyner daşıya bilər.

+3
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin “Mərkəz” Hava Komandanlığının bölmələrindən birinin silahlanmasında olan AGM‑114L Hellfire LongBow raketləri ilə təchiz edilmiş ABŞ istehsalı Tempest zenit‑raket kompleksi barədə reportaj. Kompleks “Geran‑2” tipli kamikadze dronların məhv edilməsi üçün istifadə olunur.

Vaşinqtonda yerləşən qeyri-hökumət təşkilatı Human Rights Activists in Iran (HRANA)-nın məlumatına görə, İranda son rejim əleyhinə etirazlar zamanı 3.308 nəfərin öldüyü təsdiqlənib. Daha 4.382 ölüm faktı hazırda araşdırılır. Eyni zamanda, azı 24.266 nəfər saxlanılıb.

Suriya
+1
Suriya

Ayın əvvəlində ABŞ Miqrasiya və Gömrük Xidməti (ICE) əməkdaşı tərəfindən bir qadının vurulmasından sonra şəhərdə davam edən e
Ayın əvvəlində ABŞ Miqrasiya və Gömrük Xidməti (ICE) əməkdaşı tərəfindən bir qadının vurulmasından sonra şəhərdə davam edən etirazlar fonunda Alyaskada yerləşən Joint Base Elmendorf-Richardson bazasında dislokasiya olunmuş ABŞ Ordusunun 11-ci Hava Desant Diviziyasına aid iki batalyonun, Prezident Donald J. Trumpın göstərişi ilə Minnesota ştatının Minneapolis şəhərinə mümkün yerləşdirilmə üçün gözləmə vəziyyətinə gətirildiyi bildirilir.

ABŞ Prezidenti Donald J. Tramp bəyan edib ki, Danimarka, Finlandiya, Fransa, Almaniya, Niderland, Norveç, İsveç və Birləşmiş
ABŞ Prezidenti Donald J. Tramp bəyan edib ki, Danimarka, Finlandiya, Fransa, Almaniya, Niderland, Norveç, İsveç və Birləşmiş Krallıqdan ABŞ-a idxal olunan bütün mallara fevralın 1-dən etibarən 10% gömrük rüsumu tətbiq ediləcək. Tramp bildirib ki, bu addım Danimarka Qrenlandiyanı satmağa razılaşanadək qüvvədə olacaq. O, qərarı əsaslandırarkən Avropa ölkələrinin son dövrlərdə Qrenlandiyaya və Şimali Atlantik bölgəsinə hərbi qüvvələr yerləşdirməsini də qeyd edib. Prezidentin sözlərinə görə, Qrenlandiyanın satın alınması ilə bağlı razılaşma əldə olunmazsa, 1 iyun 2026-cı ildən etibarən rüsumlar 25%-ə qaldırılacaq.

Iran International tərəfindən əldə olunan yeni məlumatlara görə, yanvarın 8 və 9-da Tehranda rejim əleyhinə etirazçılara qarş
Iran International tərəfindən əldə olunan yeni məlumatlara görə, yanvarın 8 və 9-da Tehranda rejim əleyhinə etirazçılara qarşı həyata keçirilən sərt və amansız basqının arxasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri və onun bir neçə beynəlxalq proksi qruplaşması dayanıb. Yerində olan şahidlərin bildirdiyinə görə, bu hadisələr zamanı 5 mindən çox insan həlak olub. İddialara əsasən, qırğında İranın dəstəklədiyi bir sıra yarımhərbi qrupların döyüşçüləri iştirak edib. Bunlara Əfqanıstandakı Fatimiyun Briqadası, Pakistandakı Zeynəbiyun Briqadası və İraqın Xalq Səfərbərlik Qüvvələri (PMF) daxildir.

+1
Baş verən insident nəticəsində UH-60 Black Hawk helikopteri ciddi zədələnib və İsrail Hərbi Hava Qüvvələri tərəfindən böyük ehtimalla tam itki kimi qeydə alınacaq. Hadisə və onun səbəbləri ilə bağlı araşdırmanın başlanması barədə İsrail Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Tomer Bar göstəriş verib.

Cümə günü səhər tezdən İsrailə məxsus CH-53 “Sea Stallion” ağır yükdaşıyan nəqliyyat helikopteri İordan çayının qərb sahilində, Guş Etzion yaxınlığında bir UH-60 Black Hawk helikopterini daşıyarkən yükün bərkidilməsində nasazlıq baş verib. Nəticədə UH-60 helikopteri Qüdsün cənubunda yerə çırpılıb.

Deyr ez-Zor kənd ərazisindəki Hawaj əl-Bumsa’a qəsəbəsinin idarəsi aşiret döyüşçülərinin nəzarəti altındadır. Aşiret qüvvələri Deyr ez-Zorda Suriya ordusundan daha çox iş görür.

+2
Tabka

Aşiret üzvləri Suriya Ordusundan dəstək gözləyirlər.

Deyr ez-Zor’a bağlı Dhiban Al-Azz kəndində aşiret üzvləri YPG üzvlərini vurur.

+2
Suriye ordusu bir çox qoldan Tabkaya girir.

Tişrinə gedən əlavə Suriya qoşunları.

+4
Suriya Ordusunun bölmələri Mansur şəhərinə daxil olaraq Tabka şəhəri yaxınlığında yerləşən bir qərargahı nəzarətə götürüb. Suriya Ordusu bölmələri Rakka kənd ərazisində yerləşən Rəcm əl-Qazal kəndini ələ keçirib. Kəşfiyyat bölmələri Tabka şəhərinə yaxınlaşıb. Suriya qüvvələri Ganəm əl-Ali şəhərinə daxil olub.

Tabka hava bazası nəzarətə götürülüb.

3 dənə
+1
3 dənə

YPG salvo atəşlərini davam etdirir.

Qənimət. YPG tərəfi Humvee üzərinə 107 mm-lik RYAS quraşdırıb.