es
Feedback
Ormilitarism

Ormilitarism

Ir al canal en Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Mostrar más
7 262
Suscriptores
-424 horas
-207 días
-8230 días
Archivo de publicaciones
Rusiyanın Orenburq vilayətindəki poliqonda raketin qalxışı və qəzaya uğraması anı. İddialara görə bu uğursuz sınaqlar RS-28 “Sarmat” və ya UR-100N raketinin “Avangard” hipersəs blokunun sınaqları ola bilər.

Dünən gülümsəyərək 28 maddəlik Tramp planının unudula biləcəyini və Zelenskinin ərazi güzəştlərini imzalamayacağını deyən Yer
Dünən gülümsəyərək 28 maddəlik Tramp planının unudula biləcəyini və Zelenskinin ərazi güzəştlərini imzalamayacağını deyən Yermak, bu gün bu prosesə mane olmamaq üçün vəzifədən uzaqlaşdırıldı.

Anti korrupsiya orqanlarının idarəsi qərbin əlindədir. Bir tərəfdən, Qərbin nəzarətində olan antikorrupsiya orqanları onun ən yaxın çevrəsinə qarşı cinayət işlərini genişləndirərək Zelenskiyə təzyiq göstərir. Digər tərəfdən isə Verkhovna Rada 2026-cı il büdcəsini Yermak istefaya göndərilmədən qəbul etməkdən imtina edərək təzyiq edir. Ukrayna prezidentinə açıq mesaj var: növbəti addım Zelenskiyə qədər çata bilərdi.

Stryker (idi)
Stryker (idi)

Nəticə uzun çəkmədi. Bu səhər Yermakın evində Ukraynanın enerji sistemində korrupsiya şübhəsi ilə NABU tərəfindən axtarışlar başladı. Böyük ehtimalla, NABU Yermakın mənzilində heç bir ciddi dəlil tapmadı. Bu sadəcə formal bir prosedurdur. Çünki ilk “Mindıç lentləri” yayımlandıqdan sonra adı keçə biləcək hər kəs yaşayış yerlərini mümkün materiallardan çoxdan təmizləyib. Üstəlik, bəzi ukraynalı media orqanlarının məlumatına görə, Yermakın ABŞ-la danışıqlar üzrə nümayəndə təyin edilməsi Zelenskinin onu cinayət təqibindən qorumaq cəhdi olub. Həm də maraqlıdır ki, Yermakın The Atlantic-ə verdiyi müsahibə əslində amerikalılara vəziyyətdən çıxış yolunu göstərmiş oldu. Əgər Zelenski Rusiyaya heç bir güzəştə getmirsə və Rusiya da Zelenski ilə heç nə imzalamaq istəmirsə, onda sadə bir variant qalır. Zelenski imzalamırsa, deməli, başqa bir prezident imzalayacaq. Zelenskinin hakimiyyətinin Yermakda cəmləndiyini nəzərə alsaq zərbə birbaşa Zelenskinin özünə deyil, hakimiyyətinin təməl strukturuna vurulur. Bu da onu çox çətin seçim qarşısında qoyur: ya ölkə daxilində öz təsir açarlarını itirmək, ya da bəzi xarici tərəfdaşların dəstəyini itirmək. Bu prosesin nə qədər uğurlu olacağını isə yaxın günlər göstərəcək.

Diqqət eləsəz görərdiz ki, Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın mənzilində NABU tərəfindən aparılan axtarışlar onun Trampın Rusiya ilə “arxa qapı razılaşması” cəhdlərini pozmaq üçün mediada aktivlik göstərməsindən dərhal sonra başladı. Əvvəlcə Yermak Axios-a müsahibə verərək sevincək şəkildə bildirdi ki, Zelenski yalnız Rusiyanın təsdiqləmədiyi 19 maddəlik planı imzalamaq niyyətindədir və buna görə də hamı Trampın 28 maddəlik planını artıq unutmalıdır. Ardınca isə sözün düz mənasında dünən Yermak The Atlantic-ə müsahibə verərək bildirdi ki, Zelenski prezident olduğu müddətdə Ukrayna heç bir ərazidən imtina etməyəcək (başqa sözlə, Trampın planını imzalamayacaq).

Fransada keçirilən Garuda-25 adlı Fransa-Hindistan təlimlərindən görüntülər.
+6
Fransada keçirilən Garuda-25 adlı Fransa-Hindistan təlimlərindən görüntülər.

Yermək vəzifəsindən azad edildi.
Yermək vəzifəsindən azad edildi.

Ukraynanın “Protector” adlı yeni nəqliyyat-robot kompleksinin, ABŞ istehsalı 12,7 mm-lik M2 Browning pulemyotu ilə təchiz edilmiş “Tavriya” döyüş modulu vasitəsilə sınaqları keçirilib.

Bu raketlər həm müasir standartlarla çox köhnədir, həm də hədəfi vurma ehtimalı çox aşağıdır. Üstəlik vəziyyəti daha da pisləşdirən başqa problemlər də var. Kağız üzərində uzaq məsafədə işləyə bilsə də, AIM-7E-2 F-14A ilə birlikdə istifadə olunanda bort radarının bir sıra uzaqmənzilli rejimləri ilə uyğun gəlmir və faktiki olaraq 15 km-dən uzaqda tətbiq edilə bilmir. Sənədlərdə yazılan 70 km praktikada mümkün olmur. Bu problem raketin AIM-7E-4 adlı yeni modifikasiyasında aradan qaldırılmışdı, lakin həmin versiya İrana heç vaxt tədarük edilmədi. İnqilabdan əvvəl yalnız AIM-7E-2 sifariş edilmişdi, daha sonra isə ABŞ-dan bütün tədarük dayandırıldı. İran sonrakı illərdə yalnız köhnə versiyaları kontrabanda yolu ilə əldə edə bilib.

12 günlük İran-İsrail müharibəsindən yeni rəsmi materiallar ortaya çıxır. Bu dəfə İran Hərbi Hava Qüvvələri F-14 qırıcılarını
12 günlük İran-İsrail müharibəsindən yeni rəsmi materiallar ortaya çıxır. Bu dəfə İran Hərbi Hava Qüvvələri F-14 qırıcılarının fəaliyyəti ilə bağlı məlumat yayıb. Bildirilir ki, döyüş uçuşları zamanı İranın F-14-ləri cəmi üç böyük İsrail pilotsuz aparatını vurmağa müvəffəq olub və bunu da yalnız qısa məsafədən ediblər. Bununla belə, şərhçilər qırıcıların bu döyüş uçuşlarına hazırlanması ilə bağlı kadrları təhlil edərkən vacib bir detal görüblər. Bu detal, hədəflər barədə vaxtında məlumat olduğu halda belə, niyə nəticənin bu qədər zəif olduğunu izah edir. F-14-lər güclü radara sahib qırıcılar olsa da və İran onlar üçün öz uzun mənzilli Fakour-90 raketini hazırlayıb silahlanmaya daxil etsə də, müharibədə qırıcılar 1980-ci illərdən əvvəl yaradılmış köhnə hava-hava raketlərindən istifadə etməyə məcbur qalıblar: AIM-7E-2 və AIM-9J/P. Üstəlik, AIM-7E-2 ABŞ-da hələ 1960-cı illərin sonlarında qəbul olunmuş bir raketdir.

NABU və SAP Ukraynada korrupsiyaya qarşı mübarizə aparan iki əsas qurumdur: NABU (National Anti-Corruption Bureau of Ukraine) – Ukraynanın Milli Korrupsiyaya Qarşı Bürosudur. Yüksək vəzifəli məmurların korrupsiya işlərini araşdırır və istintaq aparır. SAP (Specialized Anti-Corruption Prosecutor’s Office) – Xüsusi Korrupsiya Prokurorluğudur. NABU-nun apardığı işlər üzrə prokurorluq nəzarətini həyata keçirir və işləri məhkəməyə göndərir. Bir sözlə, NABU istintaq edir, SAP isə prokurorluq mərhələsini aparır.

NABU və SAP əməkdaşları Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın hökumət binasında yerləşən mənzilində a
NABU və SAP əməkdaşları Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın hökumət binasında yerləşən mənzilində axtarış aparır.

32 Batmobile, 2 Megatron, 1 Hulk-u yazmayıblar.

RF MN: “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 668 təyyarəsi, 283 helikopteri, 99 114 PUA-sı, 638 zenit-raket kompleksi, 26 294 tank və digər zirehli texnikası, 1 621 reaktiv yaylım atəş sistemi, 31 587 artilleriya və minaatanı, 47 814 xüsusi hərbi avtomobil texnikası məhv edilib”.

Xerson FPV dronlarının fiber naqil qalıqları.
Xerson FPV dronlarının fiber naqil qalıqları.

Moldova və Rumıniya sərhədində “Geran-2” kamikadze dronuna aid hissələr, DZRK, 18 ədəd TƏİRK və 8 RPG daşıyan yük maşını saxl
+3
Moldova və Rumıniya sərhədində “Geran-2” kamikadze dronuna aid hissələr, DZRK, 18 ədəd TƏİRK və 8 RPG daşıyan yük maşını saxlanılıb. Sənədlərdə bu sursatların İsrail üçün nəzərdə tutulduğu göstərilsə də, onlar Ukraynadan qanunsuz yola salınıb. Moldova Parlamentinin Milli Təhlükəsizlik, Müdafiə və İctimai Nizam Komitəsinin sədr müavininin sözlərinə görə, yük maşınının yük yerində ABŞ istehsalı olan FIM-92 Stinger DZRK-lər də olub. Yayılan fotolara əsasən, Leuşeni-Albica keçid məntəqəsindən həmçinin Rusiya istehsalı RPG-28 “Klyukva”, RPG-30 “Kryuk” və əvvəlcə döyüşlərdə Ukrayna Silahlı Qüvvələrinin ələ keçirdiyi PTRK “Kornet” raketlərini də keçirməyə çalışıblar.

A-60 və A-100 Qeyri işlək təyyarələr olub.
A-60 və A-100 Qeyri işlək təyyarələr olub.

Yaponiya Müdafiə İnkişaf Agentliyi sınaqlardan görüntülər yayıb. Helikopter pilotu Bell 205-dən planşet vasitəsilə Subaru şir
+1
Yaponiya Müdafiə İnkişaf Agentliyi sınaqlardan görüntülər yayıb. Helikopter pilotu Bell 205-dən planşet vasitəsilə Subaru şirkətinə məxsus beş reaktiv dronu qrup halında idarə edib. Sınaqlar 2025-ci ilin oktyabr ayında keçirilib.

Hokkaydo adasında ilk hava desantı əməliyyatı. Yaponiya və Böyük Britaniya 5–20 noyabr tarixlərində Hokkaydo adasında Vigilan
+1
Hokkaydo adasında ilk hava desantı əməliyyatı. Yaponiya və Böyük Britaniya 5–20 noyabr tarixlərində Hokkaydo adasında Vigilant Isles 25 təlimlərini keçirib. Bu təlimlərdə Yaponiya ərazisində ilk birgə desant paraşüt əməliyyatı həyata keçirilib. Təlimlərdə Yaponiya Özünü Müdafiə Qüvvələrinin 1-ci Hava Desant Briqadası, Çevik Sərhəd Qüvvələrinin amfibiya briqadası və Böyük Britaniyanın 2-ci Paraşüt Desant Piyada Taborundan desantçıları iştirak edib. Britaniya kontingenti ilk dəfə Yaponiya paraşütlərindən istifadə edərək tullanışlar edib, hər iki tərəf isə birgə təlimlər keçirərək bir-birinin avadanlıqlarını, əməliyyat prosedurlarını və taktikasını öyrənib. Hokkaydo təlimləri şərti düşmənin desant əməliyyatlarını həyata keçirməsinin qarşısını almaq və kritik əraziləri ələ keçirməsini əngəlləmək üçün kontr-desant əməliyyatlarına yönəldilib.