Ormilitarism
Ir al canal en Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Mostrar más7 270
Suscriptores
-224 horas
-287 días
-8030 días
Archivo de publicaciones
7 271
+3
İran Donanmasına məxsus Moudge sinifli friqat IRIS Dena dünən Hindistana gedib.
O, 2026-cı il Beynəlxalq Fleet Baxışı və MILAN 2026 təlimində iştirak edəcək. Təlimdə həmçinin ABŞ Donanmasının Arleigh Burke sinifli raketli destroyeri USS Pinckney (DDG-91) və Rusiya Donanmasının Udaloy sinifli friqatı Marshal Shaposhnikov da iştirak edəcək.
7 271
İran İslam İnqilab Keşikçiləri Korpusunun “Hormuz Boğazının Ağıllı Nəzarəti” adlı təlimindən.
7 271
+3
C-17 tipli hərbi nəqliyyat təyyarəsi ilə nüvə reaktoru və köməkçi sistemlərin ilk dəfə hava yolu ilə daşınması həyata keçirilib.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç ağır nəqliyyat təyyarəsi bazar günü səkkiz nüvə modulunun daşınmasında iştirak edib. Bu modullar “yeni nəsil” miniatür nüvə reaktorunun hissələridir.
Reaktor hissələri Cənubi Kaliforniyadakı hərbi bazadan Yuta ştatında yerləşən başqa bir hərbi bazaya aparılıb. Yola salma mərasimində hökumət rəsmiləri və layihəni hazırlayan şirkətin rəhbəri iştirak edib.
7 271
İran kanalları “tammiqyaslı müharibə” xəbərdarlığı ilə Muwaffaq Salti Air Base aviabazasının perronunu və uçuş-enmə zolağını göstərən video yayımlayıb.
İordaniyada yerləşən bu baza Yaxın Şərqdə ABŞ hərbi qüvvələrinin cəmləşdirilməsi üçün əsas mərkəzlərdən birinə çevrilib.
7 271
Repost from azOSINT
Son 48 saat ərzində ABŞ hava qüvvələrinin Yaxın Şərqə göndərdiyi döyüş vasitələri:
18xF-35A
36xF16
12xF-22
2xE-3
18xF-15E
7 271
Razılaşma olmazsa əgər əməliyatın həqiqətən olacağını təsdiqləyən dislokasiyadır bu.
AWACS-lar ABŞ-ın havada döyünən ürəyi sayılır və əməliyatın böyük bir hissəsini idarə edir.
7 271
+3
Türkiyənin ardınca, Misir Somalidə hərbi rolunu genişləndirərək əl-Şəbaba qarşı əks-terror əməliyyatlarını dəstəkləmək üçün bura helikopterlər, yüngül hücum təyyarələri yerləşdirib.
Aktivlərəq Mi-24 hücum helikopterləri, Mi-17 nəqliyyat helikopterləri və AT-802 yüngül hücum/ISR təyyarələri daxildir.
7 271
Çində səhrada DF-31 qitələrarası ballistik raketinə aid olduğu düşünülən burun konusuna bənzər cism tapılıb.
DF-31 (CSS-10) Çinin mobil, bərk yanacaqlı qitələrarası ballistik raketidir. 2006-cı ildən xidmətdədir.
Bu raket ABŞ ərazisini mənzilinə ala bilir. Tək nüvə başlığı və ya çoxsaylı döyüş başlıqları (MIRV) daşıya bilər. Pekinin nüvə gücünün əsas elementlərindən biridir.
Mənzili: təxminən 7 000 — 11 700 km
7 271
Təqaüddə olan türk generalları bildirirlər ki, terrorla mübarizə zamanı Türkiyə zəif kəşfiyyat səbəbindən İsrail istehsalı Heron PUA-larına güvənirdi, lakin bu dronlar yanlış koordinatlar verirdi, lazımi qaydada təhvil alınmamışdı və əksəriyyəti sonda qəzaya uğradı.
7 271
Sabah 3-4 günlük dağlara qalxıram. Mən nə vaxt dağa çölə getsəm hardasa əməliyyat başlayır.
3-4 gün səhifə biraz qeyri-aktif olacaq. Üzrlü sayarsız
7 271
ABŞ Silahlı Qüvvələrinə tədarük olunan F-35 döyüş təyyarələrinə Lockheed Martin tərəfindən quraşdırılan ballast yükünü.
Bu, yeni Northrop Grumman AN/APG-85 gəmi aviasiyası üçün radar sisteminin əvəzinə quraşdırılır. Çünki həmin radar hələ kütləvi istehsala verilməyib. Şəkildə ABŞ Dəniz Piyadaları Aviatsiyasının F-35B təyyarəsi görünür. Əvvəllər F-35 təyyarələrinə Northrop Grumman AN/APG-81 radarı quraşdırılırdı və bu radar bütün ixrac variantlarında hələ də istifadə olunur.
7 271
İordaniyada yerləşən Muwaffaq Salti aviabazasında, pilotsuz aparatlara qarşı mübarizə üçün xüsusi şəkildə uyğunlaşdırılmış Amerika F-15E Strike Eagle təyyarəsi.
Təyyarə 6 ədəd LAU-131 blokuyla təchiz olunub və hər blokda 7 ədəd APKWS II raketi yerləşir (ümumilikdə 42 raket). Bundan əlavə, 2 ədəd AIM-120D AMRAAM “hava-hava” raketi və 4 ədəd AIM-9X Sidewinder “hava-hava” raketi daşıyır.
Gövdə altında sağda Sniper pod, solda Lantirn pod.
