Ormilitarism
Ir al canal en Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Mostrar más7 265
Suscriptores
-124 horas
-197 días
-8530 días
Archivo de publicaciones
7 265
İran Silahlı Qüvvələri bildirir ki, ABŞ-ın dünən Bandar Abbas və Buşehrdəki hərbi obyektlərə endirdiyi zərbələr nəticəsində İran İslam Respublikasının Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ümumilikdə səkkiz hərbçi həlak olub.
7 265
+1
Bandar Abbas hava limanının bir qədər şimalında yerləşən 27.25117, 56.38984 koordinatlarında NASA FIRMS-dən yanğın izi görünür. Bu bir obyektin ABŞ zərbələrinin hədəfi olduğu göstərir.
2025-ci ilə aid Google Earth peyk görüntüləri göstərir ki, həmin ərazi S-200 zenit-raket kompleksi mövqeyi kimi istifadə olunub və burada bir neçə müşahidə radarı yerləşib.
7 265
+1
ABŞ hava zərbələri ilə İranın Çabahar limanında yerləşən iki dəniz körpüsünü və dəniz nəqliyyatına nəzarət qülləsini hədəf alıb.
Görüntülər 25.315653, 60.624553 koordinatlarında yerləşən qüllənin zədələndiyini təsdiqləyir.
7 265
Dünən gecə İranda vurulan hədəflər:
– Çahbahar və Konarak şəhərləri ətrafı (partlayışlar, elektrik kəsintisi)
– Buşəhr əyaləti (partlayışlar qeydə alınıb)
– Buşəhr atom elektrik stansiyası
– Çahbaharda SEPAH-ın “İmam Əli” hərbi-dəniz bazası
7 265
NATO-nun Ankara Sammiti Bəyannaməsi
Birinə edilən hücum hamıya edilmiş hücum sayılır. Birliyimiz, həmrəyliyimiz və kollektiv gücümüz Alyansdakı bir milyard vətəndaş üçün sülhün, təhlükəsizliyin və rifahın əsasını təşkil edir.
2026-cı il üçün müttəfiqlər Ukraynaya 70 milyard avro dəyərində hərbi texnika, yardım və təlim ayıracaqlarını öhdələrinə götürür və 2027-ci ildə də ən azı eyni səviyyədə dəstəyi davam etdirmək niyyətlərini təsdiqləyirlər.
Müttəfiqlər bir daha vurğulayırlar ki, İran heç vaxt nüvə silahına malik olmamalıdır. Onlar İranı Hörmüz boğazında gəmiçilik azadlığına tam hörmət etməyə çağırırlar.
7 265
Ukrayna 5–8 iyul tarixləri arasında, 72 saat ərzində Kerç boğazı və Azov dənizi bölgəsində 21 gəmiyə zərbə endirib.
Bunlara 19 “kölgə donanması”na aid tanker, 1 yük gəmisi və 1 bərə daxildir.
Bu tankerlər kiçik ölçülüdür (təxminən 7,000 ton). Onlar Qərb sanksiyalarını yan keçərək işğal altındakı Krıma yanacaq daşıyırdı.
7 265
Önümüzdə maraqlı proseslər görəcəyik. Amma İran Omanın öz sularındakı gəmiləri vurmaqla öz ayağına güllə atdı.
7 265
+2
Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin sərhəd bölgəsində yerləşən Şelayevо və Urazovo kəndlərindəki körpüləri dağıdıb. Bu körpülər, Rusiya Silahlı Qüvvələrinin Kupyansk istiqamətindəki logistika xətlərinin bir hissəsi idi.
7 265
Məlum olub ki, “Vizar” zavodu Ukrayna Silahlı Qüvvələrinə aid deyil və onların tabeliyində fəaliyyət göstərmir. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Bildirilib ki, Silahlı Qüvvələrin Baş Komandanının yaşayış məntəqələrinin yaxınlığında sursat anbarlarının yerləşdirilməsini qadağan edən göstərişi qüvvədə qalır.
“Kiyev vilayətinin Vişnevoe şəhərində partlayışların baş verdiyi obyekt Silahlı Qüvvələrin idarəetmə sahəsinə daxil deyil və onlara tabe deyil. Eyni zamanda, Baş Komandanın mülki yaşayış əraziləri və insanların olduğu məkanların yaxınlığında sursat və oxşar obyektlərin yerləşdirilməsini qadağan edən göstərişi qüvvədədir”, – deyə Baş Qərargahın sözçüsü Dmitri Lixovoy bildirib.
Bu göstərişin real həyatda necə icra olunduğunu isə yaxın zamanda üzə çıxan bir məhkəmə qərarı göstərir. Həmin sənədlərdə qeyd olunur ki, Kiyevdə yerləşən 410-cu mülki aviasiya zavodunun ərazisində iriçaplı sursatlar saxlanılıb. 2025-ci ilin yayında bu obyektə dəfələrlə zərbələr endirilib.
7 265
F-35in daxili silah bölməsindəki Roketsan istehsalı Som-J raketi.
Üzərindəki Lockheed Martin işarəsi raketin F-35ə inteqrasiyası üçün hazırlanmış ortaq versiyası olduğunu göstərir.
7 265
Dünən gecə ABŞ hücumları zamanı İrana və Sepaha məxsus 80-dən çox hərbi hədəf, o cümlədən hava hücumundan müdafiə sistemləri və SEPAH-a məxsus qayıqlar vurulub.
7 265
Getdiyi bir çox görüşlərdə başına tomat, yumurta atılan bəzəndə şillə yeyən Makrona Suriyada bombalı hücum cəhdi edilib.
7 265
+1
Peyk görüntüləri ABŞ-nin İsraildəki Ben Qurion hava limanında yerləşdirdiyi təxminən 60–72 hava yanacaq doldurma tankerindən 32-ni geri çəkdiyini göstərir. 2026-cı ilin iyul ayının əvvəlində isə təxminən 32 tanker hələ də orada qalır.
7 265
Rusiyanın zavoda endirdiyi zərbələrdən sonra mərmilərin partlaması ilə zavodun ətrafındakı 5 küçə demək olar ki, tamamilə dağılıb. Hadisə nəticəsində 3 nəfər həyatını itirib, 26 nəfər yaralanıb. Təxminən 600 nəfər əraziyə yaxın zonalardan təxliyə olunub. Bundan əlavə, havadakı zərərli qazların səviyyəsinin normadan 5 dəfə artıq olduğu bildirilir.
