cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

İSLAM_MƏDƏNİYYƏTİ

Bu kanalda müqəddəs islam dinin maddi və mənəvi mirasları, həmçinin islam kulturu və islami mədəniyyət barəsində məlumatlandırılacaqsınız. Admin: @Tural_Salmanov1 15.04.2020

Mostrar más
Publicaciones publicitarias
444
Suscriptores
Sin datos24 horas
-37 días
-1630 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
Niyə müsəlman ölkələri bu qədər mənfi vəziyyətdədir? Niyə müsəlmanlar arasında birlik yoxdur? Niyə müsəlman müsəlmanın qanını axıdır? Yüzlərlə belə niyələrin səbəbini QƏDİR-XUMda Allah-təala tərəfindən əmr almış hz. Muhəmməd (s) açıqlamışdır: "Əgər Quran və vilayətdən ayrı düşsəniz, zəlalət və sapmalar sizinlə olacaqdır". Bu sözləri dedikdən sonra hz. Peyğəmbər (s) sözünün sonlarında belə dedi: فلیبلغ الحاضر الغائب و الوالد الولد الی یوم القیامة "Beləliklə, qiyamət gününə qədər burada iştirak edənlər etməyənlərə, valideynlər də övladlarına {bu məsələni} çatdırsınlar". Onlar bunu unutduqları və çatdırmadıqları üçün hz. Peyğəmbərdən (s) sonra o müsibət və faciələr yaşandı. Biz unutduğumuz üçün isə bu faciələr yaşanır. Unudulmuş bayramınız mübarək olsun. https://t.me/islam_kulturologiyasi
Mostrar todo...
1
#qədir_xum                   ❤️أشهدُ أنَّ عليًّا ولّيُ الله❤️ bayramnız mübarək olsun Qədir Xümm hadisəsi hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum (Ğədir əl-Xümm) adlı yerdə baş vermiş məşhur hadisənin adıdır Hz Məhəmməd (s) o gün belə demişdir: "Ey camaat! Möminlərə başçılıq etməyə onların özündən daha layiqli olan kimdir?" Yerdən cavab verdilər: «Bunu Allah və Onun elçisi yaxşı bilir». Peyğəmbər (s) buyurdu: «Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam və onlara hökm etməyə özlərindən daha layiqəm. Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır». «İlahi, Əlinin dostları ilə dost, düşmənləri ilə düşmən ol! Əlini sevənləri sən də sev, ona kin bəsləyənlərlə ədavət et! Əliyə kömək edənlərə köməkçi ol, ondan üz çevirənlərdən sən də üz çevir! İlahi, Əli hansı tərəfə getsə, haqq-ədaləti də onunla birilkdə hərəkət etdir! Ey camaat! İndicə eşitdiklərinizi burada olmayanlara da çatdırın!». https://t.me/salmanovtural
Mostrar todo...
Ən böyük ilahi bayram!       25 iyun  – 18 zilhiccə -  “Qədir-Xum” bayramı və İmam Əlinin (ə) Peyğəmbəri-Əkrəm (s) tərəfindən canişin və vəsi elan edildiyi gündür.
Mostrar todo...
Allahın Rəsulu (s) Qədir-Xum günü iki iş görmüşdü. - O, əvvəlcə tövhid və Allahın rəbbliyini gündəmə gətirmiş, sonra öz mövqe və məsuliyyətini bildirdikdə demişdir: “Mən hər kimin ixtiyar sahibiyəmsə, bu Əlidə onun ixtiyar sahibidir”. - Allah Rəsulunun (s) ikinci işi isə qəbilə böyüklərindən və müsəlmanlardan “bey'ət” almasıdır. Bu beyətin isə iki mesaj var idi: Birincisi İmam Əlinin (ə) rəhbərliyini qəbul edərək onun yanında olmaları, digəri isə bu məsələni qədir-xumda olmayanlara çatdırmaq...Tarixə müraciət etdikdə məlum olur ki, Qədir-Xumun məzlumiyyəti və unudulması ikinci məsələ üzündən daha çox olmuşdur... Allah Rəsulu (s) sözünün sonlarında belə buyurmuşdur; فلیبلغ الحاضر الغائب و الوالد الولد الی یوم القیامة "Beləliklə, qiyamət gününə qədər burada iştirak edənlər etməyənlərə, valideynlər də övladlarına {bu məsələni} çatdırsınlar". #qədir_xum https://t.me/islam_kulturologiyasi
Mostrar todo...
1
#təfsir Əhli-beytin (ə) fəzilətlərini yaydıqları üçün böyük alimləri zəiflətmək nadanların işidir. Əbu İshaq Əhməd ibn Məhəmməd Sələbi onuncu əsrdə yaşamış islam alimidir. Sələbi Şafeyi məzhəb olsada başqa məzhəb böyüklərindən dərs almışdır. Elə buna görədə Sələbi təfsir, qiraət, hədis, ərəb ədəbiyyatı və lüğət kimi dövrünün elmlərinə kamil şəkildə öyrənmişdir. Onun məşhur əsəri olan "əl-Kəşf və'l-bəyan'ən təfsir əl-Qur'an" Qurani-Kərimin nəqli və yarı ictihad təfsiridir. Sözü gedən təfsir,alimlər tərəfindən iki səbəbə görə tənqid edilib. 1. Peyğəmbərlər haqqında olan ayələrdə yəhudi hekayələrindən daha çox istifadə etməsi. 2. Əhli-Beytin fəzilət və şənində olan rəvayətləri daha çox nəql etməsi. Birinci məsələ bir o qədərdə ciddiyə alınmamalı və ya Sələbiyə məxsus hesab edilməməlidir, çünki digər təfsirçilər də bu hekayələrdən çox istifadə etmişlər. Təbəri və başqaları kimi. Amma bəziləri Həzrət Peyğəmbərin (s) ailəsinə olan sevgisinə görə Səlbini tənqid və təhqir etmişlər. İbn Teymiyyə məhz buna görə onu “Hatibul-Ləyl” adlandırmışdır. (Bu sözü hədisləri araşdırmadan nəql edən kəsə deyilir. Hərfi mənası isə gecələr odun yığan mənasındadır.) Maraqlıdır ki, İbn Xəllikan “Vəfəyatul əyan” kitabında Sələbi barəsində belə yazır: “Sələbi təfsir elmində öz dövrünün yeganə adamı idi və digər təfsirləri üstələyən böyük təfsiri təsnif etmişdir.” Bundan daha maraqlısı budur ki, İbn Teymiyyə “Məcmu əl-Fətava”da özü özünə verdiyi bir sual-cavabda belə yazır: - (İbn Teymiyyədən soruşurlar): Zəməxşəri, Qurtubi və Bəğəvinin təfsirlərindən hansı Allahın kitabına və Peyğəmbərin sünnətinə daha yaxındır? - Cavab: Bidət və zəif hədislər baxımından onlardan ən sağlamı Bəğəvinin təfsiridir ki, Sələbinin təfsirinin xülasəsidir........ #تفسیر #ثعلبی https://t.me/islam_kulturologiyasi
Mostrar todo...
Repost from N/a
Photo unavailableShow in Telegram
Qəlbləri Allaha yaxınlaşdıran Qurban bayramı bütün müsəlmanlara mübarək olsun. Onları kəsərkən Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Həcc/36. https://t.me/salmanovtural
Mostrar todo...
Photo unavailableShow in Telegram
#Aşura #tarixdə_bu_gün (Zilhiccə ayının 8-i hicrətin 60-cı ili) İmam Hüseyn (əleyhis-salam) vəfalı yoldaşları ilə birlikdə Həcci yarımçıq qoyub Allah yolunda və İslamın ucalması naminə Məkkədən Kufəyə yola düşdüyü gündür. https://t.me/islam_kulturologiyasi
Mostrar todo...
14 iyun - 7 zilhiccə - İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür. İmam Baqir (ə) buyurur: یُبتَلَی المَرءُ عَلَی قَدرِ حُبِّهِ “Hər insan sevdiyi qədər bəlaya düçar olar”. https://t.me/mushefsherif
Mostrar todo...
MÜSHƏF

Uca Allahın bəndəsi üçün göstərişləri vardır. Bunu iman əhlinin bələdçisi olan Qurani-kərim və hədisi-şəriflərdən soruş. @Tural_Salmanov1

🤔 1
İmam Əli (ə) buyurub:
Dərk etməyib bilmədiklərinizə qarşı düşmənçilik etməyin, həqiqətən də elmin çoxu sizi dərk etməyib tanıya bilmədiklərinizdədir.
Ğurərul Hikəm Hədis 10246 @islam_kulturologiyasi
Mostrar todo...
Photo unavailableShow in Telegram
ان اللّه جميل يحب‏ الجمال‏. Allah gözəldir və gözəlliyi sevər. يعنى أنه تعالى جميل الفعال يحب منكم التجمل و التزين و اظهار نعمه. Bu o deməkdir ki, Allah-təalanın işləri [yaradılışı] gözəldir. Sizində gözəl iş görmənizi, zinətdən istifadə etməyinizi və sizə olunan nemətlərini aşkar etməyinizi sevir. Şərhul-üsul kafi Molla Saleh əl-Mazandarani, cild 10, səh: 311. https://t.me/islam_kulturologiyasi
Mostrar todo...
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.