es
Feedback
Hidayet yolu

Hidayet yolu

Ir al canal en Telegram

Sən xatırlat. Çünkü xatırlatmaq möminlərə faydadır. (Zariyat :55)

Mostrar más
469
Suscriptores
-124 horas
-77 días
-230 días
Archivo de publicaciones
Yəhudi kafiri xain şuurla Sandı ki yaşayır ömrü uğurla Namərdin önündə sınmaz qururla Qorxmadan ayaqda dayandı Qəzza Qəlbi heç sıxmayın arxanızdayıq Siz olun arxayın arxanızdayıq Dedilər qorxmayın arxanızdayıq Yalançı vədlərə inandı Qəzza Əfsus çoxu dildə müsəlman oldu Ona görə verilən söz yalan oldu Bütün dünya əhli imtahan oldu. İtirən biz olduq, qazandı Qəzza Qəzza buraxıldı köməksiz bu gün Dünyanın dörd yanı edir toy düyün Bizə yardım edin dedikləri üçün Bizdən üzr istədi utandı Qəzza İnsanlar yardıma biganə qaldı Qələbə xəyala gümanə qaldı Evləri dağıldı viranə qaldı Yatıb küçələrdə oyandı Qəzza O yorğun gözlərin yoxdu yuxusu Yemək yox acından ölür çoxusu Çəkilməz Qəzzadan qanın qoxusu Körpələr qanına boyandı Qəzza Sizləri şikayət etdik Allaha Düşəsiz sağalmaz dərdə, qəm aha Ey kafir toplumu bəsdirin daha Yoruldu əzyətdən usandı Qəzza ✍️ Zaur Abu Abdulhəmid

🍃İbnul Qeyyim رحمه الله: Rasulullah صلى الله عليه و سلم Quranı ayaq üstə də oxuyardı, oturarkən də oxuyardı, uzanarkən də ox
🍃İbnul Qeyyim رحمه الله: Rasulullah صلى الله عليه و سلم Quranı ayaq üstə də oxuyardı, oturarkən də oxuyardı, uzanarkən də oxuyardı, dəstəmazlı ikən də oxuyardı, dəstəmazsız ikən də oxuyardı. Cunub (qüsulsuz) olması xaricində heç bir şey onun (Quranı) oxumasına mane olmazdı.
(Zədul məad 1:482) 📚
T.me/hidayetyolutv

🍃İshaq bin Rahuyə (rahiməhullah) demişdir: "Müsəlmanlar : Allahı söyənin , Peyğəmbəri (sallallahu aleyhi və səlləm) söyənin,
🍃İshaq bin Rahuyə (rahiməhullah) demişdir: "Müsəlmanlar : Allahı söyənin , Peyğəmbəri (sallallahu aleyhi və səlləm) söyənin, Allahın nazil etdiklərindən hər hansı bir şeyi rədd edənin vəya Allahın nəbilərindən bir nəbini öldürənin , Allahın dinində hər bir şeyə əməl etsə belə kafir olacağı üzərində icma etmişlər."
(Əs-Sərimul Məslul, 3/955)📚
T.me/hidayetyolutv

İmam Malik r.a buyurdu : Bir nəfər İbn Abbasa "zövcəmi yüz talaq ilə boşadım" bu əməli nə görürsən (günahı varmı) ? - dedi. İ
İmam Malik r.a buyurdu : Bir nəfər İbn Abbasa "zövcəmi yüz talaq ilə boşadım" bu əməli nə görürsən (günahı varmı) ? - dedi. İbn Abbas da cavabında "O ( zövcən ) səndən talağın üçü ilə boşandı. Qalan doxsan yeddiyə gəlincə ;" Onunla Allahın ayətlərini alaya almısan" - dedi.. Muvatta 1581📚 T.me/hidayetyolutv

Əssələmu aleykum əziz və dəyərli izləyicilər. Uca Allahın izniylə ateistlərin şübhələrinə rəddiyyə üçün hazırladığımız kitab artıq satışa çıxmışdır. Həqiqətən çox faydalı və hər bir müsəlmanın evində lazım olan bir kitabdır. Kitabın qiyməti 9.50 azn-dir. Şəhərdaxili metrolara çatdırılma var. Rayonlara isə poçt və expargo ilə çatdırılma mövcuddur. Kitabı əldə etmək üçün 0708136199 whatsapp vəya teleqram nömrəsi ilə əlaqə saxlaya bilərsiniz..

Kitabımız çox yaxında satışa çıxacaq inşəAllah. Hər bir evə lazım olacaq bir kitabdır. Uca Allah faydalı və bərəkətli etsin ə
Kitabımız çox yaxında satışa çıxacaq inşəAllah. Hər bir evə lazım olacaq bir kitabdır. Uca Allah faydalı və bərəkətli etsin əmin..

🍃İbn Teymiyyə (rahiməhullah) demişdir: "Allah sənə hidayət versin"deyildiyində qəzəblənmə. Sən insanların ən təqvalısı da ol
🍃İbn Teymiyyə (rahiməhullah) demişdir: "Allah sənə hidayət versin"deyildiyində qəzəblənmə. Sən insanların ən təqvalısı da olsan, insanların ən elmlisi də olsan, ölənədək hidayətə möhtacsan. Məcmul Fətava :7/158📚 T.me/hidayetyolutv

İmam Bərbəhəri رَحِمَهُ اللهُ تَعَالَى demişdir : Allah sənə rəhm etsin, bil ki din ancaq Allah Təbərakə və Təalə tərəfindan
İmam Bərbəhəri رَحِمَهُ اللهُ تَعَالَى demişdir : Allah sənə rəhm etsin, bil ki din ancaq Allah Təbərakə və Təalə tərəfindan gəlmişdir. Din, insanların ağılları və şəxsi görüşləri üzərinə qurulmamışdır. Həvana uyaraq heç bir şeyə sarılma yoxsa dindən çıxıb İslamdan ayrılarsan. Bunda sənin üçün heç bir üzr yoxdur. Rəsulullah ﷺ ümmətinə sünnəti açıqlamış, onu əshabına açıqca göstərmişdir. Onlar camaatdır. Onlar "səvədul Əzəmdir" (əshab və ardıyca gedənlər). Səvədul Əzəm haqq əhli olanlardır. Kim din işlərindən hər hansı bir məsələdə Rəsulullahın ﷺ əshabına muxalifət edərsə küfrə düşər. Şərhus-Sunnə 68📚 T.me/hidayetyolutv

Rasulullah (sallallahu aleyhi və səlləm ) buyurdu : "Şübhəsiz ki, insanlar arasında Allahın əhli (yaxını) olanlar vardır!”. Səhabələr : “Ey Allahın Rəsulu ! Onlar kimlərdir?” Rasulullah (Sallallahu Aleyhi və Səlləm ) "Onlar Quran əhli, Allahın əhli (yaxını) və Allahın xas qullarıdır!” - dedi.. Əhməd müsnəd , İbn Macə 📚
T.me/hidayetyolutv

▪️Təşriq günləri nədir ? Təşriq günləri Qurban bayramından sonra olan 3 gündür. Təşriq günləri insanlar kəsilən qurban ətlərini günəşdə qurudurdular ki, onu saxladıqda çürüməsin. Bu günlərin adı da bununla bağlıdır. Təşriq günlərinin vaxti 3cü günün əsr namazına qədərdir. 3cü təşriq gününün əsr namazına qədər oruc tutmaq haramdır , təşriq təkbirləri edilir və qurban kəsilə bilər. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir: "Təşriq günləri yeyib içmək günüdür. (Başqa rəvayətdə isə: "Allahı zikr etmək günüdür)."
(Muslim 1147)📚
T.me/hidayetyolutv

Əssələmu aleykum əziz və dəyərli müsəlmanlar. Qurban bayramınız mübarək olsun. Allah sizdən də bizdən də qəbul etsin , Allah günahlarımızı bağışlasın..

Bayram namazı Bayram namazının qılınma qaydası belədir: Günəş doğduqdan 15 dəqiqə sonra qılınır; Bu namaz üçün azan və iqamə oxunmur; Bu namaz sübh namazı kimi səsli şəkildə qılınır. İki rükətli namazdır. Birinci rükətdə ehram, yəni namaza giriş təkbiri ilə birlikdə yeddi dəfə təkbir gətirirsiniz, yəni Allahu əkbər deyib namaza başladıqdan sonra, ardıcıl olaraq altı dəfə Allahu əkbər deyirsiniz və hər dəfə də əlləri qaldırırsınız. Bundan sonra əl-Fatihə surəsini, ardından da, sünnəyə görə əl-Əla surəsi oxuyursunuz və əgər bu surəni əzbər bilmirsinizsə, bunun yerinə istədiyiniz başqa surəni oxuya bilərsiniz. Birinci rükəti tamamlayıb, səcdədən qiyama qalxdıqda edilən təkbirdən əlavə beş dəfə təkbir gətirirsiniz, yəni səcdədən başınızı qaldırıb, Allahu əkbər deyib ayağa qalxdıqdan sonra, ardıcıl olaraq beş dəfə Allahu əkbər deyirsiniz və bu təkbirləri gətirdikdə əlləri qaldırırsınız. Bundan sonra əl-Fatihə surəsi, ardından da, sünnəyə görə əl-Ğaşiyə surəsi oxuyursunuz və əgər bu surəni əzbər bilmirsinizsə, bunun yerinə istədiyiniz başqa surəni oxuya bilərsiniz. Bu təkbirlər arasında heç bir zikr yoxdur. Yəni hər dəfə Allahu əkbər deyəndən sonra, yaxud başqa cür desək hər iki təkbir arasında ediləcək müəyyən bir zikr yoxdur və bunu etmək sünnəyə müvafiq deyil.

photo content

İkrimə bin Xalid r.a dedi : Səfərlərin birində ikən bəzi yolçular bir yerə yığıldılar və içlərindən dul bir qadın vəlisinin i
İkrimə bin Xalid r.a dedi : Səfərlərin birində ikən bəzi yolçular bir yerə yığıldılar və içlərindən dul bir qadın vəlisinin izni olmadan oradakı kişilərdən biriylə evləndi. Bu hadisə Xəlifə Ömər r.a-ya çatdırıldı. Ömər r.a həm kişini həm də qadını qamçılatdı və onların nigahlarını keçərsiz saydı.
Musənnəf 6/198 ; Müsnəd 2/21📚
T.me/hidayetyolutv

photo content

İmam əd-Dərimi r.a demişdir : "Haqdan ayrılmaq istəyən kimsə alimlərin şaz görüşlərinin ardıyca düşər və onların xətalarına y
İmam əd-Dərimi r.a demişdir : "Haqdan ayrılmaq istəyən kimsə alimlərin şaz görüşlərinin ardıyca düşər və onların xətalarına yapışar. Özü üçün haqqı istəyən kimsə isə alimlərin məşhur görüşünə tabe olar, onların çoxluğu hara gedərsə o da ora gedər. Bu iki yol , insanın ittiba əhli yoxsa bidət əhli olduğunu ortaya çıxaracaq iki açıq dəlildir."
[Ər-rəddu aləl cəhmiyyə s. 108]📚
T.me/hidayetyolutv

▪️**Zilhiccənin ilk on gününün fəziləti▪️ 🍃Rasulullah ﷺ buyurdu : "Allah qatında (Zilhiccənin ilk) on günündə edilən saleh ə
▪️**Zilhiccənin ilk on gününün fəziləti▪️ 🍃Rasulullah ﷺ buyurdu : "Allah qatında (Zilhiccənin ilk) on günündə edilən saleh əməldən daha sevimli heç bir əməl yoxdur." 🔺Səhabələr: "Ey Allahın Rəsulu, Allah yolunda edilən cihad da deyil ?" deyə soruşdular. 🍃 Rasulullah ﷺ buyurdu: - Bəli , Allah yolunda edilən cihad da deyil. Yalnız canıyla və malıyla cihada çıxıb bunlardan heç bir şeyi geri gətirməyən kəslər müstəsnadır." (Buxari,969)📚 T.me/hidayetyolutv

🍃Peyğəmbər (sallAllahu aleyhi və səlləm) belə buyurub: 🔺"Zilhiccə ayı gəldikdə, qurban kəsmək istəyən kəs, qurban kəsənə qə
🍃Peyğəmbər (sallAllahu aleyhi və səlləm) belə buyurub: 🔺"Zilhiccə ayı gəldikdə, qurban kəsmək istəyən kəs, qurban kəsənə qədər heç bir halda saçını və dırnağını kəsməsin!" Muslim 1977 ---------------------------------------------------- ▪️Qeyd: Bu gün 17 may, hicri təqvim ilə zilqədə ayının 30-cu günüdür. Kim Qurban kəsəcəksə, hər ehtimala qarşı bu gün məğrib namazına qədər saç, dırnaq və sair kimi olan yerləri qısaltsın və ya azaltsın. T.me/hidayetyolutv

🍃 İbn Qeyyim r.a buyurub: 🔺Zil-hiccənin ilk on günündə əfzəl olan iş, ibadətləri artırmaqdır. Xüsusilə Təkbir (Allahu Akbar
🍃 İbn Qeyyim r.a buyurub: 🔺Zil-hiccənin ilk on günündə əfzəl olan iş, ibadətləri artırmaqdır. Xüsusilə Təkbir (Allahu Akbar) Təhlil (lə iləhə illəllah) və təhmid (əlhəmdulilləh). Bu vaxtı edilən ibadətlər fərz olmayan cihaddan da üstündür. Mədəricəs - Səlikin beynə mənəzil iyyəkə nəbudu və iyyəkə nəstəin 1/89 📚 T.me/hidayetyolutv