es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

isayevios 🇦🇿

isayevios 🇦🇿

Ir al canal en Telegram

Operativ məlumat və xəbər kanalı Xəbər və əməkdaşlıq üçün 👉 @isayevios_admin

Mostrar más

📈 Análisis del canal de Telegram isayevios 🇦🇿

El canal isayevios 🇦🇿 (@isayevios) en el segmento lingüístico de Azerbaiyano es un actor destacado. Actualmente la comunidad reúne a 23 503 suscriptores, ocupando la posición 10 069 en la categoría Noticias y medios y el puesto 147 en la región Azerbaiyán.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 23 503 suscriptores.

Según los últimos datos del 18 noviembre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -341, y en las últimas 24 horas de -12, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 10.45%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 7.24% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 2 458 visualizaciones. En el primer día suele acumular 1 702 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“Operativ məlumat və xəbər kanalı Xəbər və əməkdaşlıq üçün 👉 @isayevios_admin”

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 19 noviembre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Noticias y medios.

23 503
Suscriptores
-1224 horas
-897 días
-34130 días
Archivo de publicaciones
🇦🇿 Prezident İlham Əliyevin Vyetnama rəsmi səfərindən fotolar
+6
🇦🇿 Prezident İlham Əliyevin Vyetnama rəsmi səfərindən fotolar
19 nov, 10:38

🇬🇪💥 Tbilisidə yaşayış binasında güclü partlayış: yaralılar və itkin düşənlər var Gürcüstanın paytaxtı Tbilisidə beşmərtəbəli yaşayış binasında güclü partlayış baş verib. Nəticədə binanın bir hissəsi dağılıb. İlkin ehtimallara görə, partlayışa qaz qızdırıcısında yaranan nasazlıq səbəb olub. Dağıntılar altından biri uşaq olmaqla 4 nəfər yaralı çıxarılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Daha 7 nəfərin, o cümlədən 3 azyaşlının itkin düşdüyü qeyd olunur. Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.
19 nov, 07:26

🇷🇺🇺🇦 Putin: “Biz ümumiyyətlə heç bir müharibəyə başlamamışıq, sadəcə onu başa çatdırmağa çalışırıq” Rusiya Prezidenti Vladimir Putin Ukraynada münaqişənin nə vaxt və hansı səbəbdən başladığına dair fikirlərini açıqlayıb. O bildirib ki, Rusiya Avropada təhlükəsizliklə bağlı qanuni tələblərini müzakirə etməyə hazırdır. Putinin sözlərinə görə, Kiyev və Avropa İttifaqı münaqişənin mövcud reallıqlarını qəbul edərsə, ABŞ-ın əvvəllər təklif etdiyi kompromislərin əldə olunması mümkün olacaq.
19 nov, 07:23

Bu gün Xankəndi Stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçiriləcək. Bu arenada I Liqanın "Xankəndi" - "Karvan-Yevlax" matçı təşkil olunacaq. Görüş saat 16:00-da başlayacaq (azertag)
19 nov, 06:57

🇦🇿🇻🇳 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib: ● Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardı
🇦🇿🇻🇳 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib: ● Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir ● 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub. ● İki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında sıx əməkdaşlıq inkişaf edir. ● Bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır. ● Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes və investisiya üçün əlavə imkanlar yarada bilərik.
19 nov, 06:54

Repost from Operativ Media
⚡️Paşinyan Azərbaycanla sülh sazişi imzalandıqdan sonra istefa verəcəyini açıqlayıb: "Mən sülh sazişinin imzalanması və ratifikasiya edilməsi, fundamental institusional sülhün təmin olunması ilə öz missiyamı yerinə yetirilmiş hesab edəcəyəm".
19 nov, 03:32

⚡️Hacıqabulda 3.2 maqnitudalı zəlzələ qeydə alınıb.
19 nov, 01:34

🇦🇿🇦🇲 Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrda Azərbaycana səfər edəcəyini bildirib
19 nov, 01:32

⚡️ Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. O, Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunub. Eyni zamanda, Elçin Babayev BDU-nun rektoru vəzifəsindən azad edilib.
19 nov, 01:32

🇺🇸🇷🇺 Tramp və Putin arasında görüş keçirilib
19 nov, 00:52

✅ İbrahim balamızın 1-ci prosedurunun məbləği köməkliyinizlə toplandı. Hər kəsə Təşəkkür edirik İndi ikinci prosedur üçün yığ
✅ İbrahim balamızın 1-ci prosedurunun məbləği köməkliyinizlə toplandı. Hər kəsə Təşəkkür edirik İndi ikinci prosedur üçün yığım elan edirik 👦 Hüseynov İbrahim, 4 yaş 🩻 Diaqnoz: Medulloblastoma ◆ İbrahim hazırda Ankarada yerləşən Hacettepe Xəstəxanasında müalicə alır. ◆ Protokola uyğun olaraq ona hər ay kimyaterapiya tətbiq edilir və qan köçürülür. ◆ Hazırda vəziyyəti ağır, lakin stabildir. ♦️Valideynləri övladlarının müalicəsini davam etdirməsi üçün əllərində olan hər şeyi satıblar. ♦️Təəssüf ki, növbəti müalicə prosedurlarını qarşılamaq üçün artıq ciddi maddi çətinlik yaşayırlar. 🩺 Qeyd edək ki, hər bir müalicə prosedurunun dəyəri təxminən 3 000 AZN təşkil edir. İlk prosedurun məbləği toplanıb. ❗️Çatışmayan məbləğ: 375 man Ailə dəstək üçün müraciət edib Yardım üçün: 5411245306044689 M10 ilə yardım üçün: 552377977 Yardım etmiş şəxslərin çeki @isayevios_admin -ə göndərməsi arzuolunandırk
18 nov, 17:18

🇷🇺🇺🇸 Vladimir Putin və Donald Tramp sabah görüşəcək.
18 nov, 10:42

🇷🇺 Putin Çinə nüvə çamadanı ilə gəlib Rusiya prezidenti Vladimir Putin Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinə nüvə çamadanı ilə gəlib.
18 nov, 10:02

⚡️ Paşinyan: Ermənistanın dəmir yolu Azərbaycan dəmir yolu ilə birləşdirilməlidir Nikol Paşinyan bildirib ki, Ermənistan ərazisində inşa ediləcək dəmir yolu Azərbaycan dəmir yolu şəbəkəsinə birləşdirilməlidir. Bunun üçün texniki məsələlər iki ölkə arasında razılaşdırılacaq. Müzakirələr məqsədilə üçtərəfli işçi format yaradılıb. 💧 Paşinyan həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan sərhəd çaylarından istifadə ilə bağlı birgə əməkdaşlıq edəcək. Bu məqsədlə işçi qrupları yaradılacaq və əməkdaşlıq ümumi ekoloji standartlara əsaslanacaq.
18 nov, 09:47

🇦🇿🇩🇪 Azərbaycan və Almaniya xarici işlər nazirlərinin görüşü başlayıb
🇦🇿🇩🇪 Azərbaycan və Almaniya xarici işlər nazirlərinin görüşü başlayıb
18 nov, 01:17

⚡️Mərkəzi Bankın keçmiş əsas binası Maliyyə Nazirliyinin istifadəsinə verilib İlkin məlumata görə, bina Maliyyə Nazirliyinin
⚡️Mərkəzi Bankın keçmiş əsas binası Maliyyə Nazirliyinin istifadəsinə verilib İlkin məlumata görə, bina Maliyyə Nazirliyinin istifadəsinə icarə əsasında verilib. Bununla belə hələlik Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib.
18 nov, 00:51

⚡️Ramiz Mehdiyev və onun köməkçisi Eldar Əmirov barələrində olan hökmdən apellyasiya şikayəti verib.
18 nov, 00:50

🇦🇿🇬🇪 Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini Mariam Kvrivişvili ilə görüşüb.🇦🇿🇬🇪 Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib🔹 Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib.🔹 Görüşdə Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişafı, enerji və nəqliyyat layihələri, ticarət dövriyyəsinin artırılması, sərmayələr və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.🔹 Kvrivişvili Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırıb.
17 nov, 10:01

🚨 Bakıda təcili yardıma yol verən sürücünün avtomobili vuruldu Bakıda təcili yardım avtomobilinə yol verən sürücünün yan güzgüsü başqa avtomobil tərəfindən sındırılıb. Hadisəni törədən sürücü isə ərazidən qaçıb. Videodan göründüyü kimi, bəzi sürücülər gecə saatlarında tıxacdan çıxmaq üçün təcili yardımın arxasınca hərəkət ediblər.
17 nov, 08:08

🇦🇿⚡️ Milli Məclisin iclasında spiker Sahibə Qafarova ilə deputat Səyyad Aran arasında maraqlı fikir mübadiləsi olub. Səyyad Aran çıxış müddətinin məhdudlaşdırılmasına etiraz edərək qeyd edib ki, reqlamentə uyğun 10 dəqiqə danışmaq hüququ var və bu hüququnun əlindən alınmasını düzgün saymır. O, digər ölkələrin parlamentlərində çıxışlara məhdudiyyət qoyulmadığını vurğulayıb. Sahibə Qafarova isə cavabında bildirib ki, bura "danışmaqxana" deyil, parlamentdir və deputatları etik qaydalara riayət etməyə çağırıb. Spiker əlavə edib ki, çıxış müddətinin beş dəqiqəyə endirilməsi səs çoxluğu ilə qəbul olunub, amma əlavə danışmaq istəyənlər üçün imkan yaradılır. t.me/isayevios
17 nov, 07:37