es
Feedback
👨🏻‍💻 TechCode Azerbaijan

👨🏻‍💻 TechCode Azerbaijan

Ir al canal en Telegram

Azərbaycanın yerli proqramlaşdırma kanalı 🇦🇿💻 Paylaşımlarımız: 💡 Proqramlaşdırma dillərinə aid sual- cavab anketləri 💡 Gündəlik pulsuz udemy kursları (kuponlu) 💡 Kitablar,mega,yandexdə proqramlaşdırma arxivləri Link : @techcodeaz

Mostrar más
1 308
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
Dictionary nədir? Dictionary pythondakı built-in data növlərindən biridir. Key-value (açar söz- dəyər) formasında fiqurlu möt
Dictionary nədir? Dictionary pythondakı built-in data növlərindən biridir. Key-value (açar söz- dəyər) formasında fiqurlu mötərizələr daxilində yazılır.  Şəkildə verilmiş nümunənin nəticəsi:  id: 1 Dictionarylər mutable , yəni, dəyişiləbiləndir. Dictionarydəki dəyərlər istənilən obyekt tipi ola bilər. Açar sözlər isə immutable, yəni, dəyişə bilməyəndir. Bu o deməkdir ki, keylər integer, string, tuple ola bilər, amma list ola bilməz.  @TechCode |

Yavaş - yavaş gəlirlər
Yavaş - yavaş gəlirlər

Bu sualın cavabı : Yerli (local) dəyişənlər bir funksiya daxilində təyin edilən və yalnız yaradıldıqları funksiya daxilində əlçatan olan dəyişənlərdir. Yəni      biz   onları global mühitdə (scope) istifadə edə bilmirik. Lakin global dəyişənlər hər hansı funksiyadan kənarda təyin edilir və həm        funksiyaların xaricində, həm də daxilində istifadə oluna bilir.

📍 Pythonda yerli və global dəyişənlər nələrdir? Açıqlamasını verin.

📍 Gecənin sualı. Gecəniz xeyrə qalsın Java-da "Bir dəfə yazın və hər yerdə işləsin" funksiyası varmı? izah edin.

📍 Sual - Cavab anketi çox gəlsin?
Anonymous voting

float dəyişəninin standart dəyəri nedir?
Anonymous voting

Hansı "for" dövr strukturu ilə əlaqədar deyil?
Anonymous voting

Zamanın idarə edilməsinin "4D" texnikası. Bu metodu yaddan saxlamaq üçün ingilis dilində "D" hərfi ilə başlayan dörd sözü sad
Zamanın idarə edilməsinin "4D" texnikası. Bu metodu yaddan saxlamaq üçün ingilis dilində "D" hərfi ilə başlayan dörd sözü sadəcə əzbərləmək lazımdır: • Do - Edin - Əgər sizə tapşırıq verilibsə, yaxşı olar ki, bunu indi edin və dərhal ediləcək işlər siyahısından silin. • Delegate - Həvalə edin - nəyisə icra etməyə vaxtınız olmadıqda, lakin nisbətən az işi olan köməkçiniz varsa, tapşırığı ona həvalə edin. • Delete - Silin - bəzi şeyləri etmək o qədər də vacib deyilsə onları etməyib ediləcək işlər siyahısından həmişəlik çıxardın. • Defer - Təxirə salın - tapşırığın həcmi çox böyük olduqda və ya dərhal icra tələb etmədikdə, onu bugünlük təxirə salmaq olar. #tövsiyəm Bu gün edəcəyiniz tapşırığı seçin, onunla "4D" texnikasının etaplarına başlayın və növbə ilə digərinə keçin. Nəticəsini paylaşsanız, əla olar! #HRA. @TechCode | (c)

HANSI PROQRAMLAŞDIRMA DİLİNİ ÖYRƏNƏK?🤔 🤖 “Proqramlaşdırma öyrənmək istəyirəm, amma bilmirəm hardan başlayım”. 🤖 Bu sualın cavabı proqramlaşdırma dillərini hansı məqsədlə istifadə edəcəyimizdən asılıdır. 1️⃣ Rəqəmsal dünyada işləmək istəyənlər üçün: • HTML • JavaScript • CSS • PHP 2️⃣ Süni zəka sahəsində işləmək istəyənlər üçün: • Phyton • SQL 3️⃣ Oyun dünyasında işləmək istəyənlər üçün: • C++ • C @TechCode | Dev Networks Azerbaijan

Axşamınız xeyir. Sabah Algoritmika və İT academy məzunları üçün Azərbaycan Texniki Universitetində "Networking" tədbiri olacaq. Məndə həmin tədbirdə frontend developer kimi iştirak edəcəm. Bu tədbirdə öz suallarınızı müxtəlif şirkətlərdə işləyən developerlərə verərək cavab almış və əlaqələrinizi artırmış olacaqsınız. Hər birinizi tədbirə gözləyərik. Tədbir üçün qeydiyyat formu: https://forms.gle/8mYi4oz4ACuPqpCs8 @TechCodeAz | © Taleh Rzayev

ArrayList aşağıdakılardan hansını istifadə edir ?
Anonymous voting

Java- da if işarəsi necə başlanılır ?
Anonymous voting

Consol’a nə çıxacaq? var a = 1; function b() {  a = 10;  return;  function a() {} } b(); console.log(a);
Anonymous voting

Consol’a nə çıxaracağ? let a = {} a.value = undefined console.log(a)
Anonymous voting

Qrup olaraq lahiyə üçün React developer axtarışındayıq Əsas tələblər : -HTML5,CSS/CSS3 ReactJS -Ən azı 2 tam React layihə -Figma kimi qrafik dizayn proqramlarında təcrübə -Git bilikləri Hər lahiyə üçün müəyyən məbləğ pul ödəniləcək .Maraqlananlar cv -ni esgerlinihad95@gmail.com ünvanına göndərə bilərlər . @TechCode

Agentlik İT sahəsi üzrə Könüllü proqramı layihəsi elan edir Yararlanın millət. CV’lərinizi göndərin gün inkişaf günüdür { 💯
Agentlik İT sahəsi üzrə Könüllü proqramı layihəsi elan edir Yararlanın millət. CV’lərinizi göndərin gün inkişaf günüdür { 💯 } @TechCode

“Mavi tık” artıq Gmail-də! ✅ 📱 Google artıq Gmail-ə də təsdiq işarəsinin gələcəyini açıqladı. 📱 Bu funksiyanın gəlməsi mail
“Mavi tık” artıq Gmail-də! ✅ 📱 Google artıq Gmail-ə də təsdiq işarəsinin gələcəyini açıqladı. 📱 Bu funksiyanın gəlməsi mail göndərən şirkətlərin həqiqi olub olmadığını anlaya bilməmizə kömək olacaq. 📱 Gmail artıq bu gündən etibarən həm iş, həm də şəxsi Google hesabları üçün təsdiq işarəsini istifadəyə verir. Bəs səncə bu funksiyanın daha hansı üstünlükləri olacaq?🤔 @TechCode

Aşağıdakı şöbələr üzrə təcrübə keçmək istəyən tələbə və yeni məzunlar müraciət edə bilərlər: ● Mühasibatlıq ● İnsan Resurslar
Aşağıdakı şöbələr üzrə təcrübə keçmək istəyən tələbə və yeni məzunlar müraciət edə bilərlər: ● Mühasibatlıq ● İnsan Resursları ● Logistika/Satınalma ● Yol-İnşaat Mühəndisliyi ● İnformasiya Texnologiyaları (Veb) ● İnformasiya Texnologiyaları (Rəqəmsal Marketinq) Təcrübəçilərə tələblər: - Ali təhsil müəssisə tələbələri və ya yeni məzun olmuş şəxslər; - Ünsiyyət qurma bacarığı; - Komandada işləmə bacarığı; - Daim öyrənmək həvəsi; - İş təcrübəsi olmayan namizədlər müraciət etsin. Proqramın müddəti: 8 – 12 həftə. Hədiyyələrimiz: 1-ci yer - MacBook Air 2-ci yer - iPad 3-cü yer - AirPods Pro Namizədlər CV dəyərləndirilməsi, test mərhələsi və onlayn müsahibə əsasında seçiləcək. * Proqramın son ayında aktiv iştirakçılarla birlikdə Mini MBA formatlı görüşlər keçiriləcəkdir. Müraciət üçün son tarix: 25.05.2023 Təcrübə proqramı ödənişsizdir. Müraciət üçün Qeydiyyat linki: https://1is.az/vtp23 * Qeydiyyatdan keçmək üçün təlimat videosu: https://lnkd.in/eapmsGcK @TechCode

📌 JavaScript FrameWork’ləri haqqında qısa məlumat 1️⃣ React ⚛️ Facebook tərəfindən hazırlanmışdır. Komponent əsaslı bölüşmə ilə yenidən istifadəsi asandır. Virtual DOM ilə performansı yüksəkdir. Geniş istifadəçi bazası və icma qüvvəsi mövcuddur. 2️⃣ Angular 🅰️ Google tərəfindən hazırlanmışdır. MVC arxitekturası ilə tətbiq yaratmaq imkanı verir. İki tərəfli məlumat bağlantısı ilə UI və logic sinxronizasiyası mövcuddur. TypeScript dəstəyi ilə daha istiqamətləndirilmiş kod yazma imkanı tanıyır. 3️⃣ Vue.js 💚 Yüngül və sürətli performans. Öyrənilməsi asan və əlverişli API. React və Anguların ən yaxşı tərəflərini birləşdirir. Virtual DOM və reaktiv məlumat modelləmə. 4️⃣ Svelte 🧩 Yeni nəsil, komponent əsaslı framework. Kodu zamanı kompilyasiya ilə minimal JavaScript generasiyası. Performansı yüksək və yüngül tətbiqatlar. Öyrənilməsi asan və sürətli geliştirilmə. 5️⃣ Next.js 🚀 React üçün server tərəfi inkişaf etdirmə və static sayt generasiyası. API Routes ilə serverless funksiyalar. Avtomatik optimizasiya və performans artımları. Geniş əlavə (extension) və modul dəstəyi.