cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Özünü sev👸🏻

👸🏻 Təbii baxım 💄 Gözəllik sirləri 💇🏻‍♀ Saç modelləri 🏃🏻‍♀ Faydalı idman videoları Təklif və iradlarınız üçün - @ozunusev_bot

Mostrar más
El país no está especificadoEl idioma no está especificadoLa categoría no está especificada
Publicaciones publicitarias
201
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Qarışıq bilgilər. 🥗Pəhrizə başladığınız da bir rəfiqənizin sizinlə birlikdə pəhrizə başlamsını istəyin beləcə daha məsuliyyətli olarsınız. 👸🏻Saçlarınızın daha canlı olmasını istəyirsinizsə, ipək yastıq üzü istifadə edin, pambıq yasdıq üzü saçınızın nəmini əmər, quru və donuq saxlayar. 🍋Dirsəklərinizin və dizlərinizin sərt olmasını istəmirsinizsə, 1 dilim limon ilə ovun. Beləcə yumuşaq olacaqlar 👩🏻Üzünüzdə ləkə varsa 1 ədəd orta boy kartofu soyun və küp şəkildə doğrayın belendirdə püre halına gətirib arıq suyunu tullayın üzərinə yarım limon sıxıb qarıştırın. Pambıq yardımı ilə dairə şəkildə üzünüzə çəkib 10 dəq gözlədikdən sonra ilıq su ilə üzünüzü yuyun. 5 gün hər gün 2 dəfə bu maskadan istifadə edin. Təsirini görəcəksiniz. 💄 https://t.me/ozunusev
Mostrar todo...
Doğru şampun seçimi. Şampunların pH dəyəri qutunun bilgiləndirmə etiketində yazılır. - Saçınız daranandan sonra sərt və kobud olarsa, yaxşı daranmazsa bu halda çox qələvi şampun seçmisiniz. Əgər saçınız tez kirlənirsə, yağlanırsa demək ki, şampun çox turş mühitlidir. - pH 7-dən aşağı olarsa turşu mühitli şampundur (sayı nə qədər azdırsa, o qədər turşuluq daha yüksəkdir), 7-dən yuxarı pH isə qələvi şampundur. Quru, zəifləmiş və zədələnmiş, rənglənmiş saçlar üçün turş mühitli şampunlar (yəni yumşaq şampunlar) tövsiyə olunur. Yağlı saçlar üçün neytral və ya qələvi tarazlığı olan (pH 6-8) şampunlardan istifadə etmək tövsiyə olunur. Uşaqlar üçün pH 6-8 olan yalnız neytral şampunları seçmək lazımdır. Bəzi insanlar saçını sabunla yuyur, sabunun saçını daha həcmli və dolğun göstərdiyini söyləyirlər. PH-ı yüksək təmizləyicilər saçın üst qismindəki qapaqları açaraq saçı daha qabarıq göstərir. Ancaq sağlıqlı saçın qapaqları (kutikula qatlarınının) qapalı olmalıdır. Açıq qapaqlar saçın xarici faktorlara qarşı dayanıqlığının itməsinə səbəb olur və saçı daha mat və solğun göstərir. 💄 https://t.me/ozunusev
Mostrar todo...
Acqarnına bunları etməyin Səhəri necə açırsınızsa, bütün gününüz elə keçəcək. Lakin gündəlik vərdişlərimiz arasında elələri var ki, onlar sağlamlığı təhlükə altında qoyur. Xüsusən də qarın ac olarkən faydalı və ya ziyanlı olacağını düşünmədən etdiyimiz 4 vərdiş bizə xoş olmayan fərqli nəticələr qazandırar. QƏHVƏ İÇMƏK Faydalı tərkibi olan və enerji verən qəhvəni ac halda içmək zərərli vərdiş ola bilər. Qəhvədəki kafein alınmış olsa da, mədənin turşuluq dərəcəsini artırır və yanma hissinin yaranmasına səbəb olur. Bu zaman seçiminizi çay ilə dəyişdirsəniz daha yaxşı olar. MEYVƏ ŞİRƏSİ Narıncı meyvələrin şirəsində bol miqdarda vitamin, mineral və orqanizim üçün faydalı elementlər var. Lakin bu şirələri ac halda qəbul etməyin. Çünki qastrit və ya həzm problemləri olan kəslərin mədə turşuluğunu qıcıqlandıra bilər. Yox əgər acqarına içmək istəyirsinizsə, meyvə şirələrini eyni miqdarda su ilə qarışdırın. Bu cür meyvə şirələrini daha çox səhər yeməklərində içmək lazımdır. DƏRMAN QƏBUL ETMƏK Ac qarına aspirin, asetaminofen və steroid olmayan anti-inflamatuar dərmanlar qəbul etmək olmaz. Bu ciddi həzm problemlərinə səbəb olur. Tərkibindəki maddələr mədə qanamasına kimi gətirib çıxarır. Bu cür dərmanların təsirini azaltmaq üçün dərmanı bol su ilə qəbul edin. İDMAN ETMƏK Ac halda idman etmək yaxşı nəticələnməyə bilər. Çünki boş mədəyə idman etməklə daha çox kalorinin yandırılmasına inanmaq heç də düzgün fikir deyil. Yəni idman edərkən boş mədənin hansı kalorisini yandıra bilərsiniz ki?! Əksinə, əzələ kütləsini azaldacaqsınız. Bildiyiniz kimi, insanlar çox vaxt ac halda məşq etməyə başlayırlar. Bunun mədə üçün necə ziyanlı olduğunu bilmirlər. Siz idman edərkən təkcə bədənizdəki yağları əritmirsiniz, həmçinin mədə əzələsinə də ziyan vura bilirsiniz. Yüngül qəlyanaltı etdikdən sonra idman etməyə başlayın. Saqqız Ac qarına saqqız çeynəmək, mədəyə ziyan vura bilər. Saqqızın tərkibindəki mədə divarını qaşıyaraq mədədə qastrit yarada bilir. 💄 https://t.me/ozunusev
Mostrar todo...
MakeUp
Mostrar todo...
3.25 MB
Kipriklərinizi uzatmaq üçün - 7 qızıl qayda Sağlam qidalanın Saç və dırnaqda olduğu kimi kirpiklərin də uzanması sağlam qidalanmayla bağlıdır. C vitamini, riboflavin və biotin ehtiva edən qidalar istehlak etməlisiniz. A, D, E və K vitaminləri də kirpik və saç uzanmasında çox təsirlidir. Göz makiyajınızla yatmayın Gecə boyu gözlərinizdə qalan kirpik üçün tuş və layner kirpik diblərinizin hava almasını qarşısını alır, kirpiklərinizin tökülməsinə səbəb olur. Yatmadan əvvəl kirpik diblərinizi mütləq dərindən təmizləməlisiniz. Təbii yağlardan istifadə edin Kirpikləri qidalandıran yağların başında hint və zeytun yağı gəlir. Hər gecə pambıqlı çubuğun köməyiylə kirpiklərinizə qulluq edə bilər və daha qısa müddətdə uzanmasını təmin edə bilərsiniz. E vitamini tətbiq edin Kirpik uzatmada ən təsirli üsullardan biri də E vitamini istifadəsidir. Kirpiklərinizi bəsləyər, düzəldir və gücləndirər. Gecə yatmadan əvvəl pambıqlı çubuq köməyiylə kirpiklərinizə tətbiq edə bilərsiniz. E vitamini yağını apteklər ala bilərsiniz. Tuş və kirpik qıvırma cihazından az istifadə edin Davamlı tuşdan istifadə kirpikləri gücsüzləşdirir və tökülmələrinə səbəb olur. Həftənin ən az 2 günü tuşdan istifadə etməyin. Masaj edin Gündə bir neçə dəqiqə yağlarla kirpik diblərinizə masaj edərək qan axışını sürətləndirmək və kirpiklərinizin daha sürətli uzamalarını təmin edə bilərsiniz. Vazelin istifadə etmək Vazelin kirpikləri nəmləndirir, gücləndirir və uzanmasına kömək olur. Gecə yatmadan əvvəl pambıqlı çubuğun köməyiylə kirpiklərinizə tətbiq edə bilərsiniz. 💄https://t.me/ozunusev
Mostrar todo...
Saç modeli.
Mostrar todo...
7.08 MB
Bədənə qulluq üçün 10 əsas qayda. #1 - Dərinizi günəşdən qoruyun. Düzgün seçilmiş qoruma faktorlu günəşdən qoruyucu krem çəkməmiş günəşə çıxmayın. Günün ən isti saatlarında günün altında olmaqdan qaçmağa çalışın. #2 - Sabundan istifadədən imtina edin. Duş qəbul edən zaman sabundan istifadə məsləhət deyil. O dərini qurudur və qabıqlanmaya səbəb olur. Sabunu duş üçün gellə əvəz edin, ən pis halda lipidlərlə zənginləşdirilmiş sabundan istifadə edin. #3 - İlıq su ilə duş qəbul edin. Bədənin dərisi üz dərisi kimidir, gündəlik nəmlənmə tələb edir, amma həddindən artıq uzun müddətdə duşun altında qalmaq, yaxud da vanna qəbul etmək olmaz. Bu da dərini qurudur və qabıqlanmasına səbəb olur. İlıq sudan istifadə edin, qaynar sudan deyil. #4 - Dərini çiməndən sonra ehtiyatla silin. Dərini tam quruyanadək silməyin. Dəriyə təbii yolla qurumağa imkan verin. #5 - Dərini nəmləndirin. Dərinin gündəlik nəmləndirilməsini adət halına gətirin. Öz dəri növünüzə uyğun nəmləndirici krem və ya bədən losyonu seçin. Bu epidermisin hidrolipid təbəqəsini bərpa etməyə kömək edəcək. Unutmayın ki, nəmləndirmə bütün növ dərilər üçün zəruridir. #6 - Dərini şaxtadan qoruyun. Bir qayda olaraq, dərini yalnız günəşdən deyil, həm də şaxtadan qorumaq lazımdır. Qışda dəri həssas və zədələnməyə meylli olur. Dartılma və quruluq hissi əmələ gəlir. Qalın geyinin, qoruyucu kremlər və dodaq üçün balzamlardan istifadə edin. #7 - Çoxlu su için. Dərinin cavan qalması üçün gündə təxminən 8 stəkan su içmək lazımdır. Yatmazdan əvvəl bir stəkan su, səhər yeməyində çay, gün ərzində mineral su, axşam saatlarında ot çayı için. #8 - Düzgün qidalanın. Düzgün qida gözəlliyiniz maksinal uzun müddətdə qorumağa imkan verəcək. Gündəlik menyunuza antioksidanlarla zəngin meyvə və tərəvəzləri daxil edin. #9 - Yaxşı yatın. Dərinin gözəlliyi bir çox hallarda sağlam yuxudan asılıdır. Hər bir orqanizmə özünü gümrah hiss etmək üçün müəyyən saat dincəlmək lazımdır. Bir qayda olaraq, sağlam yuxu ən azı 7 saat tələb edir. #10 - Siqareti tərgidin. Soqaret çəkmək sağlamlığa ən çox zərərə verən vərdişdir. O dərinin rənginə və vəziyyətinə pis təsir göstərir. Üz rəngi boğuq olur, dəri isə tez qocalır 🌟 https://t.me/ozunusev
Mostrar todo...
Sağlam qidalan. Vücudumuz bizim üçün çox qiymətlidir və sağlam olmaq üçün diqqət etməli olduğunuz qaydalardan ən asanı sağlam qidalanma proqramlarına əməl etməkdir. Sağlam qidalanma dedikdə, ağlınıza qəliz və riayət olunması çətin olan pəhrizlər gəlməsin. Yalnız bir neçə diqqət ediləcək nöqtəyə nəzər salaraq özünüzü sağlam və gənc hiss etməyə davam edə bilərsiniz. Budur, sağlam qidalanma proqramına riayət etmək üçün etməyiniz lazım olanların siyahısı:     Qırmızı və yağlı ətdən uzaq olun, yağı az olan balıq və toyuq məhsullarından istifadə etməyə çalışın;  Az yağlı süd məhsullarından istifadə edin; Qızartma, sobada bişmiş və qaynadılaraq hazırlanmış ətdən istifadə edin; Çox şəkərli və kalorili duru qidalardan istifadə etməyin; Duzdan istifadəni gündə 2 çay qaşığını keçməyəcək həddə çatdırın. Məsləhət: Öncə səhər yeməyini yemək lazımdır. Çünki gecə boyu heç bir enerji mənbəyindən qidalana bilməyən zehniniz səhər oyanan kimi ilk iş kimi qidaya ehtiyac duyacaq. Səhər yeməyindən gün bitənə qədər bir dəfəyə böyük paylar yemək yerinə, bir neçə pay daha artıraraq yeməyi azaldın. Dolu mədəylə günə davam etməyiniz həzmin çətinləşməsinə gətirib çıxardığı kimi, daha tez yaşlanmanıza da səbəb olacaq. Sudan istifadəni azaltmayın. Müəyyən aralıqlarla bir stəkan su içmək həm həzm problemlərinin qarşısını alar, həm də bədəninizdə əmələ gələ biləcək susuzluqdan yaranan çökmə və izlərdən xilas ola bilərsiniz. Meyvədən istifadə böyük əhəmiyyət daşıyır. Yeməklərlə birlikdə istifadə etdiyiniz meyvələrin qida və enerji dəyərlərinin böyük hissəsi hədər gedəcək. Buna görə də yeməkdən yarım saat əvvəl və ya üç saat sonra meyvə yemək vücudunuzun enerji və dincliyini qorumaq üçün çox faydalı olacaqdır. Az, nizamsız və ya həddindən çox qidalanma bədən tarazlığımızı pozaraq bizi xəstəliklərə, yaşlanmağa və yorğunluğa gətirib çıxaracaq. Əlbəttə, sağlam qalmaq üçün yalnız qidalanma proqramlarına riyayət  etmək kifayət deyil. Eyni zamanda idman kimi digər fəaliyyətlərlə birlikdə sağlam qidalanma proqramı siyahılarını izləməyiniz daha sürətli nəticə almağınızı təmin edəcək.  💄https://t.me/ozunusev
Mostrar todo...
Mostrar todo...
Online Ticarət

BİSMİLLƏH. Məişət əşyaları, pasdel, pakrıval, ədyal bir sözlə zövqünüzə uyğun hər şey burada. Yalnız qadınlar üçün! Naməhrəmlərin qatılmasına halallıq verilmir.❌ Bölgələrə poçt vasitəsiylə çatdırılma. (Əlavə ödənişlidi) Əlaqə üçün: @UmmuZinet

Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.