cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Gözəllik aləmi👸

Kanal yenidir dəstək olaq. Faydalı paylaşımlar olacag 😊

Mostrar más
El país no está especificadoEl idioma no está especificadoLa categoría no está especificada
Publicaciones publicitarias
228
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Üz üçün maska . Ləkələri açan. Üzü nemlendiren. Cavanlaşdıran. Elastikliyini bərpa edən. Xırda qırışlar qarşı.. Gerkules. 🥛Süd. Zeytun yağı. Retinola acetat. Smetan. 🍌 Banan.
Mostrar todo...
"İfritə" 6-cı bölüm Ayla: Nə baxırsan? Nəsə etmək lazımdı. Gəlib bu yaşa çatdın, amma bir kəlmə də olsun Ceylaya ondan xoşlandığını demədin. Qorxaqsan Nurlan qorxaq! Nurlan: Hə! Mə qorxaqam Ayla! Onun gözündən düşəcəyimdən qorxuram! Ona sevgimi etiraf etsəm, yox cavabını almaqdan qorxuram! Özün bilirsən ki, onu necə çox sevirəm...Bəs, birdən o mənə yox desə?! Mən ölərəm Ayla, ölərəm...susmaq ən gözəli sanıram, onu gizli sevməkdə yetər mənə... Ayla: Yetməz! Sən nəsə etməlisən, başa düşürsən?! Nəsə etməlisən! Sevmək belə olmur Nurlan. Sevən oğlan sevdiyinidə alıb qaçar buralardan, lap yeri gəlsə zorla qaçırdar. Səndən artığına gedəcək bəyəm? Hələ bir minnəti olsun! Get! Dur get kişi oğlu kimi qızı çək kənara öp! Ona sevdiyini de! Unutma ki, qızlar cəsarətli oğlanları sevir, qorxaqları deyil! Nurlan xeyli düşüncəyə gedir. Eqoist bacısının sözləri, sanki onu yatdığı qəflət yuxusundan oyadır. Əlini qəzəblə stola çırpıb, dərhal evdən çıxır. Beynində isə ancaq, axmaq bacısının mənasız sözləri dolaşırdı.
Mostrar todo...
"İfritə" 5-ci bölüm Ayla- Həyatda hər şey ola bilər Ceyla, oğlanlara inam yoxdu Ceyla, bir qədər susaraq, rəfiqəsi bildiyi Aylanın boynuna sarılır. İçin-için ağlayaraq, ürəyini bir tək ona boşaldırdı: - Ayla, mən indi onsuz necə yaşayım? O, mənim nəfəsimdir, havamdır...Boğuluram Ayla...boğuluram onsuz... Ayla, ona təskinlik verməyə çalışsada, yenə də, şeytani əməllərindən əl çəkmirdi. Bir tək istəyi Ceylanın sevdiyi Akifi özünə aşiq etmək idi. Elə bu vaxt, Nurlan qapını açıb içəri daxil olur. Ceylanı öz evində görcək, gözləri sevgidən parıldayır: Nurlan: Xoş gəlmisən qonşu qızı... Ceyla: Çox sağol Nurlan. Nurlan: Necəsən Ceyla? Gözümə qəmgin dəyirsən, kim incidib səni? Ceyla: Boş ver Nurlan, hər şey yaxşıdır narahat olma... Ayla, qardaşının Ceylaya olan münasibətindən xəbardar idi. Dodaqaltı bic-bic gülümsəyərək, sakitcə kənardan onları izləyirdi. Nurlan- Ceyla, bilirsən ki, mən səni necə çox istəyirəm. Əgər kimsə səni incitsə, mütləq mənə de, həmin adamın payını yaxşıca verim Ceyla- Narahat olma Nurlan, mən uşaq deyiləm. Özümü qorumağı bacarıram. Yenədə çox sağol... Ayla: Yaxşı da, Nurlan! Çıx otağdan, görürsən ki, biz qızlar söhbət edirik. Mane olma Nurlan: Siz qızların söhbəti qurtarmır ki, elə nə vaxt görürəm söhbət edirsiz. Arada mənidə yada salın, qoşulum o söhbətinizə )) Nurlan, qizlarla bir az zarafatlaşıb otağdan çıxır. Ayla, yenidən Ceylaya baxaraq söhbətə davam edir: - Sən çalış ki, Akifi unut. Əgər o, səni sevsəydi, belə asanlıqla ayrıla bilməzdi. Demək ki, o, heç vaxt səni sevməyib! - Bacarmıram Ayla, unuda bilmirəm. Heç cürə unuda bilmirəm... - Unutmağa məcbursan!- deyə, Ayla sərt cavab verir. Ceyla mat-məətəl, təəcüblə Aylaya baxır. Ayla, qəh-qəhə çəkib gülür və yenidən dillənir: Ay qız, nə baxırsan? Qorxdun? Ceyla- Dəli qız! Elə qışqırdın ki, elə bildim bu deqiqə durub məni döyəcəksən... Ayla- Hə, belə getsə səni döyəcəm. Çünki, mənim sözümü ciddiyə almırsan ... Beləliklə, günlər öz axarıyla davam edirdi. Ceyla hər dəfə Akifi görüb, yaxınlaşmaq istəsədə, Akifin soyuq davranışı hər şeyi alt-üst edirdi. Ceyla, birdən-birə nə baş verdiyini heç cürə anlaya bilmirdi. Ayla və Akif, yenə həmişəki parkda görüşməyə davam edirdilər. Arada isti bir münasibət var idi. Akifin dostluq bildiyi, Aylanın sevgi bildiyi gizli bir münasibət ...Artıq, rəsmiyyət belə götürülmüşdü aradan. Akifin sınmış ürəyi bir tək Ceyladan bəhs etsə də, Aylanın tək niyyəti ona Ceylanı unutdurmaq idi. Akif- Hər dəfə onu görəndə özümü zorla saxlayıram. Bir yandan nifrət edirəm, bir yandan sevgim mənə əzab verir. Kaş ki, şirin yalanım olaraq qalsaydı, həqiqəti heç bilməsəydim... Ayla- Akif, yenə deyirəm. Özünü əl al. O, səni sevmir. İmkan vermə ki, kimsə sənin ürəyinlə oynasın. Sənə ürəyim yanır, inan mənə... Akif- Niyə axı? Niyə mənə ürəyin yanır? Nə üçün bu qədər yaxın oldun mənə? Ayla- Səni ilk gördüyüm o andan... sene aşiqəm desəm? Bəlkədə güləcəksən mənə, amma etiraf etmək tək kişilərə məxsus deyil ki... Akif- Ayla... Mənə zaman ver... Unutmalıyam! Akif, skamyadan qalxaraq məkanı tərk edir. Ayla isə dodaq altı mızıldanaraq- Sevəcəksən məni həmdə çox sevəcəksən- deyib, öz-özünə təskinlik verirdi. .... .... .... Ayla, şeytani nəfsinin quluna çevrilmişdi. Ən yaxın rəfiqəsini gözü yaşlı qoyub, xoşbəxt olacağını sanırdı. Bu dəfə öz cirkin niyyətinə qardaşı Nurlanıda qatmalı olur. Nurlanın yanına gələrək, Ceyla haqqında danışmağa başlayır: - Qaqa, bilirəm ki, Ceyladan xoşun gəlir - Bilirsənsə, daha niyə soruşursan Ayla... - Sözümün canı varda, bir qulaq asda... - Eşidirəm... - Sən heç bilirsən ki, Ceylanın her gün bir yeni aşiqi peyda olur? Demək olar ki, məktəbimizdə onu sevməyən oğlan qalmayıb. Sən isə yatmısan ey fil qulağında... Bu gün sabahda biri götürüb qaçacaq qızı, qalacaqsan baxa-baxa. Onda ki, gec olacaq, sonra mənə deməki demədin! Nurlan Aylaya baxaraq, bir qədər fikrə gedir. Ceylanı itirmək qorxusu vəlvələ kimi düşürdü canına.
Mostrar todo...
Əziz izləyicilər. Kanalımızın böyüməsi üçün köməklik etsəniz daha çox faydalı paylaşımlar olacag🤗 Bacardığınız qədər dostlar dəvət edə bilərsiniz❤️
Mostrar todo...
Saçda botoks effekti yaradır və saçı toparlayır 😻 - bananın yarısı (saçınız uzundursa bütöv istifadə edin) - yarım paket yaş maya - 1 yumurta - 1 yemək qaşığı bal - 1 yemek qaşığı zeytun yağı Hazırlanmasına gəldikdə isə ilk olaraq yaş maya və bananı blendrdan keçiririk. Ardından yumurta, bal və zeytun yağını əlavə edib bu qarışımı süzgəcdən keçiririk. Ola bildiyincə maye halına gətiririk. Saçınızda ən az 4-5 saat qalmalıdı. Hətta bacardığınız qədər çox saxlayın🥰 Saçlarınızı ilıq su ilə yuyun. (Tərkibində yumurta olduğu üçün) Son olaraq isə alma sirkəsi ilə yumağı unutmayın. İlk istifadədən fərqi hiss edəcəksiniz 💕
Mostrar todo...
"İfritə" 4-cü bölüm Gecəni fikirdən yata bilməyən Akif, yorğun və kədərli gözlərlə səhərini açır. Naməlum qadının, Ceyla haqqında dediyi sözlər bir an ağlından çıxmırdı. Bir tikə çörək belə yemədən, əsəbi halda evdən çıxıb, O, dediyi məkana gəlir. Ayla, güzgünün qarşısına keçib bəzənib-düzənir. Mini donunu, topuqlu ayaqqabısını geyinib, tələm-tələsik evdən çıxır. Həmin parka gələrək, arxadan sakitcə Akifə yaxınlaşır: - Xoş gəldiniz Akif bəy! Akif arxaya çevrilib baxır, onu görcək bir xeyli susur...Qarşısında gördüyü bu qarabəniz qız, sanki hardansa tanış gəlirdi ona... Ayla gülümsəyərək, yenidən sözünə davam edir: Deyəsən, çox düşündürdüm sizi? Akif: Dünən mənə zəng eyləyən naməlum xanım?! Ayla: Bəli! Akif və Ayla skamyaların birində əyləşib, dünən ki, telefonda yarımçıq qalmış söhbətlərinə davam edirlər. Akif: Hardan tanıyırsız Ceylanı? Ayla: Çox xahiş edirəm, mənə yersiz suallar verməyin. Hardan tanıyıram, nəyimdi, kimimdi, nəyinizə lazım?! Əsas odur, sizdən fərqli olaraq, mən onu yaxşı tanıyıram və heç kim mənim qədər onu tanıya bilməz! Ceyla, çantasındakı rəsm albomunu çıxardıb, albomun ən arxasında gizlətdiyi bir şəkili Akifə göstərib deyir: Baxın! İnanmırdınız mənə. Ceylanın həyatının yeganə sevgisi və o, bu gün həyatda yoxdu! Bilirsən niyə?! Çünkü O, Ceyla üçün ölən yeganə oğlandı. (Şəkildə bir-birinə sevgiylə sarılmış Ceyla və onun şəhid qardaşı Cəmil idi) Akif, yerindəcə donub qalmışdı. Aylanın Ceylaya atdığı iftiralara, şayələrə çox asanca inanmışdı. Ayla yenidən sözünə davam edir: - Elə bilirsiz o, sizi sevir? O, bir daha sevə bilməz Akif, onun ürəyi o oğlanla bir yerdə getdi qara torpağa. Kaş bilsəydiniz onlar bir-birini necə sevirdi. Hələdə Ceyla onu sevir, onun şəkilini qucaqlayıb yatır. Sizi aldadır, o, heç vaxt sizi sevməyib və sevməyəcəkdə! Ailəsi olsun deyə sizlə ailə quracaq, vəssalam! Siz isə hər halda axmaq deyilsiz ki, kiminsə əlindən çıxmış bir qızı sevəsiz. Sizə təmiz qız lazımdı, açın gözünüzü, bir az ayıq olun! Akif, heç cürə hirsini cilovlaya bilmirdi. Nifrət dolu gözlərini şəkilə zilləyərək: Eybi yox! Eybi yox Ceyla! Heç eybi yox! - deyib, yumruğunu bir birinə sıxır. Ayla: Özünüzü ələ alın, siz aldanmağa layiq deyilsiz. Mən heç vaxt imkan verməzdim ki, kimsə sizi aldatsın. Siz yaxşı oğlansız, siz əsl sevgiyə layiqsiz... Ayla, həyəcandan titrəyən əlləriylə onun əlinə toxunur. Akif, gözlərini qaldırıb yenidən Aylaya baxır, Ayla gülümsəyib deyir: Nə zaman istəsəniz bir insan kimi, bir dost kimi sizi dinləməyə hazıram! Akif: Çox sağolun! Gözlərimi açdığınız üçün çox sağolun. Yoxsa mən bu çirkaba bata-bata gedəcəkdim... Ayla: Heç vaxt! Mən buna imkan verməzdim... Akif: Kimsiz axı siz? Məni hardan tanıyırsız? Ayla: Adım hələ ki, sir qalsın. Vaxtı gələndə mən sizə hər şeyi deyəcəm. Artıq axşam olmuşdu. Ceylanın gözləri yolda idi. Nə Akifdən, nə də Akifin elçilərindən heç bir xəbər yox idi. Neçə dəfə Akifə zəng etsə də, zəngi cavabsız qalır. Ceylanın anası Rühengiz xala, deyinə-deyinə: - Biabr etdin özünü atanın yanında. Ayıbdır vallah. Sən niyə belə sadəlöfh oldun bilmirəm, məgər hər oğlana inanmaq olarmı ay qızım? Ceyla: Ana, o, hər oğlan deyil axı. O, mənim sevdiyim insandı, mən ona özüm kimi inanıram. Yeqin ki, başına nəsə pis iş gəlib. Yoxsa o, belə etməzdi... Ruhengiz xala: Eh! Eh! Sən hələ çox şey görəcəksən həyatda, hələ bu harasıdır. İnsanları tanımırsan sən Ceyla... Ceyla, yenidən pəncərənin qarşısına keçib, intizar gözlərini yola dikir. Bir müddət sonra: Ceyla- Ürəyim partlayır Ayla... O, niyə məndən qaçır axı, bilmirəm. Belə getsə fikirdən dəli olacam. Nə üzümə baxır, nə zənglərimi açır. Heç elə bil ki, həmin Akif deyil. Bir vaxt mənə sevdiyini deyən, mənsiz bircə an belə qala bilməyən... Nə oldu axı, heçnə anlamıram... Ayla- Bəlkəm heç vaxt sevməyib səni? Ola bilsin sənlə vaxt keçirirmiş, hər şey ola bilər... Ceyla- Yox ola bilməz! O, məni sevdiyinə and içmişdi. O, heç vaxt boşuna and içməzdi ...
Mostrar todo...
Sabahınız xeyir. İndi sizə möhtəşəm saç uzanmasına kömək edən və saçın tökülməsinə qarşı maska deyəcəm. Deməli, Lazım olacaq: Aloe bitkisi Kök zəncəfil 3/1 bir stəkanda zeytun yağı Hazırlanması: Demeli aloyeni qabığını soyub doğrayırıq zəncəfili rəndədən keçiririk bir tavaya tökürük hər ikisini üstünədə zeytun yağını əlavə edib qazın üstündə iyi çıxana qədər bişiririk.Sora alinan qarışımı süzürük..Saçımızın dibinə vura vura masaj edirik..Gecə saçınızda qalır səhər saçınızı yuyursuz..Diqqət edinki üzünüzə dəyməsin yüklənmə əmələ gələr❤️
Mostrar todo...
"İfritə" 3-cü bölüm Ayla gülümsəyərək yenidən Ceylaya sarılır: Bağışla məni Ceyla. Dəliyəmdə neynim, məndən ağıllı sözlər gözləyirsən hələdə... Hər iki rəfiqə bir-birinə sarılaraq qəhqəhəylə gülüşürlər. Beləcə danışıb-dərdləşib, gülə-gülə bir-birindən ayrılırlar. Ceyla, evlərinə gələrək, bu şad xəbəri anasına da deyir. Beləliklə, Ceylanın valideynləri sevincək sabahkı elçiliyə hazırlaşırdılar. Ayla isə, heç cürə özünü toparlaya bilmirdi. İçində baş qaldıran o paxıllıq hissini heç cürə məhv edə bilmirdi. "Yox! Yox! O, məndən tez ərə getməyəcək, həmdə elə bir imkanlı, qəşəng oğlana heç vaxt gedə bilməz! Mən nəsə etməliyəm..." deyib, ala qaranlıqda qalxıb, Ceyla gilə gəlir, Ceylanı səsləyir. Ceyla Aylanı görcək, tez qapıya yaxınlaşır, təlaş və qorxu içində soruşur: Nəsə olub Ayla?! Gecə vaxtı burda neynirsən? Ayla: Hə olub...Anam çox narahatdı Ceyla, qardaşım hələdə evə gəlməyib. Mənimdə konturum yoxdu ki, qardaşıma zəng edim. Beş dəqiqəlik telefonunu ver, qardaşımla danışım, qaytarıram, olarmı? Ceyla: Əlbətdə olar... Gözlə gətirirəm... Ceyla, cəld yuxarı qalxaraq telefonunu gətirib Aylaya uzadır. Ayla, telefonu alaraq dərhal bir kənara çəkilib, gizlicə Akifin telefon nömrəsini oradan götürür və yenidən Ceylaya yaxınlaşaraq: - Çox sağol Ceyla. Nurlanla danışdım, ürəyim sakitləşdi. Çox sağol... - Dəyməz ay dəlim. Şükür Allaha, əsas odur ki, salamatçılıqdı. İndi get evə, yoxsa anan yenə narahat olar... - Hə, düz deyirsən. Anam nigaran qalacaq. Mən gedim daha. Sağol Ceyla - Sağol Ayla...Sağol... Beləliklə, Ayla öz çirkin niyyətini həyata keçirməkdə davam edirdi. Gizli nömrəylə Akifə zəng edərək deyir: Ceyla haqqında sizə elə sözlərim var ki, danışsam tükləriniz biz-biz durar. Əgər Ceyla haqqında nəsə bilmək istəyirsizsə, səhər dediyim ünvana gəlin. Akif: Kimsiz ay xanım bilmirəm. Ceylanı mənə tanıtmağa ehtiyac yoxdur. Mən onu özüm kimi tanıyıram! - Bəs bilirsiz ki, onun sizdən öncə tanıdığı kimsə olub? - Xeyr, olmayıb! Ceylanın həyatında məndən başqa heç kim olmayıb və olmayacaqda! Akif, əsəbləşərək qəzəblə telefonu Aylanın üzünə söndürür. Amma ki, nə fayda, şübhə toxumları səpilmişdı artıq Akifin ürəyinə. "Yox! Bu ola bilməz! Mənim Ceylam heç vaxt məni aldada bilməz!" deyib, yerindən qalxır. Narahat halda o baş bu başa gedib gəlirdi. Qısqanclıq içini yeyib dağıdırdı. Ayla yenidən Akifə zəng edir. Akif telefonu açmaq istəməsədə belə, içini yeyən bu qorxulu şübhələrdən necəsə qurtulmalıydı. Dözməyib yenidən telefona cavab verir: - Eşidirəm! - Mənə cavab verin. Ceyla haqqında her şeyi bilmək istəyirsiz ya yox?! - Sizə inanmıram. Mənim Ceylam təmizdi, heç kim onu ləkələyə bilməz! - Bəs, sübut etsəm necə?! - Necə sübut edəcəksiz?! - Səhər saat 8 də sizi gözləyəcəm, Nerimanov parkında görüşərik. Mən sizə sübut edəcəm ki, sənin Ceylan sənin düşündüyün qədər saf deyil!
Mostrar todo...
"İfritə" 2-ci bölüm Nurlan, Ceylanın əllərinə toxunmaq istəyirdi ki, Ceyla təəcüblə dönüb Nurlana tərs-tərs baxır: Nə olub sənə Nurlan? Sən neyləmək istəyirsən? Nurlan, yerindəcə keyiyib qalmışdı. Elə bil birdən-birə dilini udur və bir kəlmə belə deməyib, Ceyladan aralanıb, çıxıb gedir. Sadəlöfh qız, hələdə heçnə başa düşmürdü. Nurlanın onu necə sevdiyini, onun üçün dəli-divanə olduğunu. Etdiyi jestlərdən belə heçnə anlamırdı, belkə də, anlamaq istəmirdi... Ceyla, qapını döyüb Aylanı səsləyir. Ayla dərhal pəncərədən boylanır, rəfiqəsini görcək "Ceyla!" deyərək, sevincək qışqırır. - Ceyla! Ceyla! Ayy...nə yaxşı gəldin. Gəl, gəl içəri. Təklikdən dəli olmuşam burda... - Ay dəli, gəl qapını açda. Belə necə gəlim? Qapı bağlıdı axı... - Aydaa... Heç gör ağlıma gəlir )) Ayla, tez aşağı enərək qapını açır. Bir-birlərinə sarılaraq, öpüşüb qucaqlaşırlar. Ceyla, Aylanın uşaq xasiyyətinə görə elə uşaqlıqdan Aylaya "dəli qız" deyə xitab eyləyərdi. Ceyla- Deli qız, haralardasan? Niyə dərsə gəlmirsən? Bir həftədi məktəbdə görmürəm səni... Ayla- Həə, oxuyub alim olacam axi. Neynirəm ay qiz məktəbi? Bir ilim qalıb, bunuda oxuyum, canımı qurtarım məktəbdən, kitablardan... Ceyla- Deyirəm, qəribə adasan Ayla. Qız olasan, amma bir qram oxumağa həvəsin olmaya. De görüm neynirsən bəs bütün günü bu dörd divar arasında? Ayla Ceylaya yaxınlaşaraq, astaca qulağına pıçıldayır - Sən heç bildin ki, Nermin öldü? Bir həftədi gözümün suyu qurumur. Yazıq Mehmet ... Ceyla, sual və həyəcan dolu baxışlarını Aylaya zilləyərək, təəcüblə dillənir: Kim öldü?! Nermin kimdi?! Mehmet kimdi Ayla?! Ayla- Az...bu türk seryalını deyirəmdə...Acı heyat... Baxmırsan bəs seriyallara? Ceyla gülərək, başını yelləyir: Heç dəyişmədində sən Ayla. Üreyim düşdüşdü az qala, dedim gören kim ölüb )) Heç seriyal hayındayam? Ayla- Hmm? Bəs sən nə hayındasan? Olmaya yenə gizli aşiqin peyda olub? Ceyla- Ayla, sənə şad xəbərim var. Yadına gəlir, sənə Akif adında bir oglanı göstərmişdim haa, tez-tez məktəbimizin qabağına gələrdi e... - Hə... Yaşıl nivası olan oğlan, o yaraşıqlı?... - He...Hə... Sonradan bildim ki, onunda məndən xoşu gəlirmiş. Mənə sevgisini etiraf etdi. Biz bir-birimizi bu az vaxtda çox sevdik... Aylanın, gülər üzü bir anda dəyişir, olduqca ciddi bir sima alır: Amma mən bunu indi bilirəm, hə?! Bir rəfiqən kimi, sevgili olduğunuzu məndən gizlədin... Ceyla: Yox, gizləmədim. Nə vaxtsa sənə danışmaq istəyirdim, sadəcə imkan tapmadım danışmağa. Ay dəli qız, nə fərqi var axı? Gecdə olsa danışıramda, qulaq as... Ayla ağzını büzərək, gözlərini süzüb, kinayə ilə dillənir: Danış...danış... Ceyla, yenidən sözünə davam edərək- Çox xoşbəxtəm Ayla, o, sabah bizə elçi gəlir- deyib, sevinc içində Aylanın boynuna sarılır. Ayla: Nə?! Elçi gəlir?!... Ceyla: Hə! Hə! İnanmazsan necə xoşbəxtəm Ayla... Kaş biləydin necə bir hisdir, sevdiyin insana qovuşmaq. Buyur, indi məni təbrik edə bilərsən... Ayla halbahal olmuşdu. Udqunaraq, Ceylaya baxıb susurdu... Ceyla: Nə oldu sənə ay dəli, özünə gəl. Bilirəm ki, səndə sevincindən mən kimi birtəhər olmusan... Ayla: Hə... Sevincimdən heç bilmədim nə deyim. Təbrik edirəm səni Ceyla, xoşbəxt ol! Ceyla: Çox sağol bacı. Gəl sağ əlimi qoyum sənin başına, səndə sevdiyin insana qovuşasan inşallah! Ceyla sağ əlini Aylanın başına qoymaq istəyəndə, Ayla Ceylanın əlini tutub saxlayır: Lazım deyil Ceyla! Mən onsuzda heç vaxt sevdiyim insana qovuşmayacam! Ceyla: Bu nə sözdür ay dəli?! Niyə qovuşmursanki? Nə olub ki, məgər sənə? Ayla Ceylaya baxaraq, dərin bir köks ötürüb deyir: Mən sənin kimi gözəl deyiləm Ceyla. Heç vaxtda səni sevən kimi, məni sevməyəcəklər. Boşuna ümüd etmək gərəksizdi. Ceyla- Məgər gözəllər sevilir ki, ancaq? Səhv düşüncən var Ayla, hər kişi qadını gözəlliyinə görə sevmir. Kimisi qadının ağlına vurulur, kimisi sənin kimi uşaq xasiyyətli qadınlara vurulur, kimisidə sadəliyinə, namusuna... Sadəcə surət gözəlliyinə aşiq olmurlar ki... İçin gözəl olsun yetər. Bələ ki, sən məndəndə gözəlsən Ayla. Heç vaxt özünü kimdənsə eybəcər bilmə...
Mostrar todo...
"İfritə" I bölüm: Ceyla və Ayla həm uşaqlıq dostu, həmdə ən yaxın qonşu idilər. Bütün sevinclərini, dərdlərini həmişə bir bölərdilər. Onlar üçün bu dostluq hər şeydən mühüm idi. Əsasda Ceyla üçün, Ayla bacıdan belə artıq idi. O, Aylanı özünə kiçik bacısı bilər, özündən belə onu çox sevərdi. Ceylanın süd kimi ağ siması, iri-qara gözləri vardı. Çəkici gözəlliyi, sərvi boyu olan, məsum və sakit təbiətli, xanımxatın bir qızdi. Evin tək övladı, rəhmətə gedən şəhid qardaşı Cəmildən sonra, anası və atasının bircəciyi idi. Ayla isə Ceylanın təm əksi idi sanki. Qarabəniz, bəstə boylu, çılğın, məzəli və şıltaq olmağı ilə Ceyladan seçilərdi. Xeyr, Ayla kifir deyildi, sadəcə Ceylanın fərqli gözəlliyi onu kölgədə qoyardı. Ceyla imkanlı ailənin qızı olsada, heç vaxt özünü Ayladan yüksək sanmazdı. Amma gəl ki, Ayla böyüdükcə Ceylanı qısqanmağa başlayar, xoşbəxtliyini gözü götürməzdi. Günü gündən ən yaxın rəfiqəsi Ceylaya sanki nifrət etməyə başlayardı. Bu nifrətin səbəbi Ceylanın daha çox diqqət mərkəzində olması, sevilməsi idi. Ürəyində alışan paxıllıq, qibtə, həsəd hissiylə heç cürə bacara bilmirdi. O, özüylə bacara bilmirdi. Ayla yeganə qardaşı Nurlandan sonra, evin həm sonbeşiyi həmdə yeganə qiz övladı sayılardı. Atasını qəzada itirəndən sonra, bu bacı qardaşlar 10 yaşından anası və nənəsinin himayəsi altinda böyümüşdülər. Aylanın qardaşı Nurlan isə, elə uşaqlıqdan Ceylanın gizli aşiqi idi. Bir sözlə...O, gözlərini açandan Ceylaya məftun olmuşdu. Ceyla bundan bixəbər olsada, onu ən yaxın rəfiqəsi Aylanın qardaşı kimi, həmdə bir qonşu oğlu kimi xətrini çox istəyərdi. Xeyr, Ceylanın ürəyi boş deyildi. O, yenicə həyatına daxil olan Akif adlı bir oğlanla gizli sevgi yaşayırdı. İlk dəfə idi ki, həyatında kimisə bu cür sevirdi. Onu xoşbəxt edən yaganə sevgi idi bu sevgi. Həyatının ilk və saf sevgisi Akif... Akif, olduqca ciddi və karizmatiq bir oğlandı. Ceylaya ilk baxışdan aşiq olmuş və öz xoş rəftarıyla Ceylanı da, özünə aşiq etməyi bacarırdı. Akif: Ceyla, bir azda qal. Sənsiz çox darıxıram Ceyla: Yox, getməliyəm Akif, bu düzgün deyil. Anam, atam elə bilir ki, mən dərsdəyəm. Amma, bilsələr ki... Akif: Hə, qoy bilsinlər, qoy hamı bilsin Ceyla, mən daha sənsiz yaşaya bilmirəm. Get ananla danış, məndə danışım. Bu işi bir dəfəlik yoluna qoyaq! Ceyla: Necə ki? Akif: Evlənək! Evlən mənimlə Ceyla! Evlərsən mənimlə? Ceylanın dodaqlarına qonan ani təbəssüm ona hər şeyi deyirdi. Onu necə sevdiyini, onun olmaq istəyini, onsuz yaşaya bilmədiyini... Ceyla, bi ixtiyar Akifin boynuna sarılır. Eşq ilə çırpınan ürəyi dünyanı belə titrədə bilərdi. Sevinc göz yaşları damla-damla yanaqlarını isladardı. Ceyla: Evlənərəm! Evlənərəm! Yetər ki, sən həmişə mənimlə ol, mənim nəfəsim! Akif: Axx...Mənim gözəl Ceylam! Həyatımın qadını olmağa razılıq verdiyin üçün çox sağol. Söz verirəm, səni daim xoşbəxt edəcəm. Heç vaxt, heç vaxt səni üzməyəcəm. Yetər ki, menim ol! Akif, Ceylanın alnından öpüb, bir daha gözlərinə baxır: Get hazırlaş. İnşallah, sabah sizdəyik. Ceylanın xoşbəxtliyi yerə-göyə sığmırdı. Bu sevincini həmişəki kimi ən birinci rəfiqəsi Ayla ilə bölüşməliydi. O qədər xoşbəxt idi ki, sözlə ifadə edilə bilməyəcək qədər... Ceyla, qapılarına çatar-çatmaz, arxadan gələn səsə boylanır: - Necəsən qonşu qızı? - Nurlan sənsən? - Başqa kim olmalıdır ki? - Heç... Nurlan addım-addım ona yaxınlaşaraq, sözünə davam edir: Necəsən gözəl Ceyla? - Çox sağol Nurlan, mən yaxşıyam. Sən necəsən? - Səni gördüm daha yaxşı oldum Ceyla... - He...lap yaxşı. Ayla evdədi? - Mənlə danışmaq istəmirsən bəyəm? - Yox...elə demək istəmədim... - Amma, sözündən elə çıxdı - Off! Nurlan! Yaxşıda... Ayla lazımdı, ona de ki, gəlsin bizə. Vacib sözüm var! - O niyə gəlir, elə sən gəldə... Evdə heç kim yoxdu, Aylada təkdi... - Doğrudan? - Doğrudan! Ceyla sevincək: He, bu yaxşı oldu. Gedim bacıma dəyim, bu gündə dərsə gəlməyib dəli qız...
Mostrar todo...
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.