es
Feedback
Level Up

Level Up

Ir al canal en Telegram

Dostlarınızı dəvət üçün link https://t.me/LevelUptelegram Əlaqə: @elnaraeyyubova Layihələr Təcrübə proqramları Könüllülüklər Ödənişsiz eventlər Faydalı kurslar Vakansiyaları Xarici proqramlar və sair, əlaqəli məlumatların paylaşıldığı platforma.

Mostrar más
6 431
Suscriptores
-324 horas
-237 días
-10230 días
Archivo de publicaciones
photo content
+3

photo content
+3

Dərslər Azərbaycan Dillər Universitetinin məzunu, yerli və beynəlxalq sertifikatlara malik, 5 illik iş təcrübəsi olan metodis
Dərslər Azərbaycan Dillər Universitetinin məzunu, yerli və beynəlxalq sertifikatlara malik, 5 illik iş təcrübəsi olan metodist tərəfindən tədris olunur. Keçən ilki nəticələrlə tanış olmaq üçün teleqram kanalımıza keçid edə bilərsiz. https://t.me/englishwithsakina

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə özəl tədris müəssisələrinin birgə əməkdaşlığı çərçivəsində #peşə hazırlığı kurslarının təşkili davam edir. 👉 Qeyd olunan peşə və ixtisaslar üzrə #hazırlıq kurslarına cəlb olunmaq istəyən #işsiz şəxslər aşağıdakı meyarlara cavab verdikləri halda Bakı şəhəri üzrə DOST mərkəzlərinə, regionlar üzrə Regional Məşğulluq filiallarına müraciət edə bilərlər. ➡️ Meyarlar: 🔸 18-35 yaş arası; 🔸 Minimum ali təhsilli; 🔸 Səlis Azərbaycan dili; 🔸 MS Office proqramlarında işləmə bacarığı; 🔸 İngilis dilində danışıq bacarığı olan şəxslərə üstünlük veriləcək. ➡️ Kursa müraciət edən şəxslər ilkin olaraq peşə uyğunluğu və #məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə müsahibəyə cəlb olunacaq, daha sonra isə uyğun namizədlərin #kurs üçün qeydiyyatı aparılacaq. ➡️ Peşə hazırlığı dövründə işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində #təqaüd ödəniləcək və kursu müvəffəqiyyətlə bitirən şəxslərin məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək. Kanal:https://lnkd.in/d77UnVA8

📣Sosial işçilərin nəzərinə, 🟡UBUNTU Sosial İş Dərnəyi, Psxiososial Dəstək Mərkəzi ilə birlikdə təşkil ediləcək “Qazilərlə Sosial iş” mövzusunda təlimlərin elanını təqdim edir. 🟢Təlimlərin əsas məqsədi müharibə sonrasında hərbçi və əsgərlərə peşəkar sosial iş xidməti ilə bağlı sosial işçilərin məlumatlılığını artırmaqdır. 🟣Təlimlər ərzində yerli və türk mütəxəssislər tərəfindən 🔻Travma və PTSP (Posttravmatik stress pozuntusu) 🔻Qazilərin psixoloji həssaslığı 🔻Psixo-sosial problemlər 🔻Qazilərə dəstəkdə sosial işçilərin rolu 🔻Hüquqi çətinliklər və hüquqi dəstək kimi əsas mövzularldan ibarət 8 modul əsasında tədris aparılacaqdır. 📆Təlimlər 11 dekabr - 8 yanvar arası həftə sonları baş tutacaqdır. ⛔️Təlimdən sadəcə sosial iş tələbə və məzunları faydalana bilər. ⏳Təlimə son müraciət tarixi 30 noyabr saat 00:00 ‼️Əlavə və ətraflı məlumat müsahibə mərhələsində veriləcəkdir. 🔗 https://forms.gle/9p68Mby4iBkxUi896 Kanal: https://lnkd.in/d77UnVA8

🔥 10 yeni vakansiya 💥 Junior IT Specialist https://lnkd.in/dankTeq2 🛎️ Baş Hüquqşünas https://lnkd.in/dG2i2CWJ 🧑🏼‍💻 Kiçik Auditor https://lnkd.in/dAY6zP9Q 💥 Sosial marketinq meneceri (Tiktok üzrə) https://lnkd.in/d82FhUZG 🧑🏼‍💻 Brand Manager https://lnkd.in/dc22Gt7E 💥 Rus bölməsi üzrə müəllim https://lnkd.in/dKGm3RdM 🔥 SMM https://lnkd.in/dVy3WB9h 💥 Kosmetoloq assistenti https://lnkd.in/dfzgvtyR 👩🏼‍💻 Planlama üzrə mütəxəssis https://lnkd.in/d-SmT7MJ 🔥 Kredit mütəxəssisi https://lnkd.in/d3MAnbhu Kanal: https://lnkd.in/d77UnVA8

Rüfət Abbasovun təqdimatında 25 noyabr 2022-ci il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) təşkilatçılığı ilə
Rüfət Abbasovun təqdimatında 25 noyabr 2022-ci il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) təşkilatçılığı ilə Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı çərçivəsində yerli KOB nümayəndələri üçün Rəqəmsal Transformasiyaya dair onlayn seminar keçiriləcək. ⏰Saat: 14:00-17:00 Platforma: Zoom Tədbirdə iştirak ödənişsizdir. Qeydiyyat: https://bit.ly/3SUVgdB

Mühasibat uçotu və vergilər istiqamətində ödənişsiz təcrübə proqramı keçmək istəyən gənclər öz "CV"lərini mənə göndərə bilərlər. e-mail: teymur.i@goodfinance.az Kanal: https://t.me/LevelUptelegram

Startap yaratmağa və innovativ yeniliklər etməyə hazır olan gənclərin nəzərinə! 📢 "İnnovasiyalar Mərkəzi" tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin "Tusi(2C)" İnkubasiya proqramına qeydiyyat elan olunur. Ümumilikdə 6 aylıq dövrü əhatə edəcək proqramda sizi nələr gözləyir? 🔹 Bir sıra təlimlər 🔹 Xarici və yerli ekspert görüşləri 🔹 Layihələrin işlənilməsi 🔹 Sahələr üzrə səfərlər 🔹 Müxtəlif “camp”lər 🔹 “Pitch Day” 🔹 və son olaraq 3 qalib layihənin maliyyələşdirilməsinə dəstək! İdeya və ya hazır komandanız yoxdursa təəssüflənməyin, innovasiyaya həvəsli olmaq kifayətdir. Bütün universitet tələbələri və məzunları proqramda iştirak edə bilərlər.🎓 🌐 Proqram onlayn şəkildə keçiriləcək. Əgər siz də təşəbbüskar, özünə güvənən və gələcəyini bu sahədə görən gəncsinizsə, elə indi qeydiyyatdan keçin! 💻 Qeydiyyat üçün link: https://forms.gle/roGi2cshSRgcDEfz8 📅 Son müraciət tarixi: 1 dekabr 2022-ci il Kanal: http://t.me/genclerindostlari

📢 Əziz Gənclər, BDC Academy 27.11.2022-ci il tarixində keçiriləcək "Liderlik bacarıqları" adlı təlimə sizləri dəvət edir. "Təlimçilik Akdemiyası"nın təsisçisi, Karyera və Şəxsi İnkişaf üzrə Təlimçi və Mentor Fəxrəddin Abdullayev sizə liderlik və bu bacarığa nail olmanın yolları və sizi maraqlandıran digər mövzulardan danışacaq. 🤩 Gələcəkdə karyeranızda uğurlu və liderlik bacarıqlarına sahib olmaq üçün təlimdə iştirak edə bilərsiniz. ✅ Ətraflı məlumat və ya qeydiyyat üçün linkə keçid edə bilərsiniz: https://forms.gle/ysdXKSJDUEedBBYPA #bdc #şəxsiinkişaf "liderlik Kanal: https://t.me/LevelUptelegram

Salam Dəyərli Tələbələr və Məzunlar, 🥳, Bildiyimiz kimi, oktyabr ayından etibarən həm Avropa üzrə, həm dövlət proqramı ilə, həm də broker şirkətləri və universitetlərin daxili təqaüdləri vasitəsi ilə bir çox təqaüd proqramlarına "start" verilmişdir və veriləcəkdir. Bu təqaüdlərin bəziləri: DAAD Chevening HTP Visegrad The Banach Scholarship Programme - NAWA Almaniyada broker şirkətləri üzrə təqaüd proqramları Almaniyada universitetlərin daxili təqaüd proqramları Eifel təqaüdü Central European University Baltikyanı ölkələr üzrə təqaüdlər Amerika və Kanada üzrə müraciət üçün təqaüdlər Visegrad və s Magistratura səviyyəsi üzrə müraciət üçün əsas tələblər: Bakalavr ixtisasının magistratura dərəcəsi üzrə müraciət edilən ixtisasa yaxın olması Dil sertifikatı və ya ingiliscə təhsili təsdiq edən arayış Dövlət universitetlərində ÖDƏNİŞ-siz təhsil ala bilməyiniz üçün ən az 70+ ortalama göstəricisi Qeyd: İxtisasdan asılı olaraq ortalama göstəricisi dəyişə bilər. Siz də əgər Avropada, Amerika və ya Kanadada, Koreyada təqaüdlü təhsil almaq istəyirsinizsə, elə indi bizə müraciət edə bilərsiniz. 📞 : +994554594440 Qeydiyyat linki: https://forms.gle/xXqGvRSGGWs96dCL6 #education #roma #edumastergroup #needbasedscholarship #inkişaf #italy #germany🇩🇪 #aktivlər #study #training #türkiyədətəhsil #future #kariyer #career #world #erasmusstudent #hurryup #aktivlər #universitet #seçim #scholarships #visby #qəbul #sweden #isveç #təhsil #scholarship #erasmusmundus

Yeni vakansiyalar: 1. Təcrübəçi - https://bit.ly/3TVDXts 2. Müştərilərlə əlaqələr üzrə kiçik mütəxəssis - https://bit.ly/3U5rmnC 3. Kadrlar şöbəsinin aparıcı mütəxəssisi - https://bit.ly/3Et0kAz 4. Satış məsləhətçisi - https://bit.ly/3OqnqfE 5. Direktor köməkçisi - https://bit.ly/3ABJnTw 6. Problemli kreditlər üzrə mütəxəssis - https://bit.ly/3ETMEjK 7. Maliyyə mütəxəssisi - https://bit.ly/3i4SN3y 8. Admission specialist - https://bit.ly/3AAkYxr

photo content

Ana mənə kömək et! Xüsusi uşaqları olan analar, və bu uşaqlarla çalışan psixoloqlar, pedaqoqlar, psixopedaqoqlar, müəllimlər bu təlim sizin üçündür. Bu təlimdə siz : Doğru bildiyimiz yanlışları anlayacaqsınız. Dərman istifadəsi. Qidalanma proqramı Problemli davranışlara müdaxilə Xüsusi uşaqlarla davranış qaydalarını öyrənəcəksiniz Sizi narahat edən suallara cavab tapacaqsınız. Təlimin aparıcısı Özel eğitim uzmanı Sametcan Kurtdur Tarix : 27. 11. 2022 Saat : 20.00 Ödəniş : 40 azn Platforma : Zoom Qeydiyyat üçün : 051 599 99 30 Təlimdə sizə katılım belgesi, sertifikat , Autizm haqqında kitab və kitabça veriləcək İnstagram səhifəsi @nurana_safar_

Rəqəmsal Xidmət şöbəsində Təcrübəçi vakansiyası https://tecrube.az/reqemsal-xidmet-sobesinde-tecrubeci-vakansiyasi/

🇫🇷 Fransada uzunmüddətli Avropa Həmrəylik Korpusu könüllülük layihəsi! Layihə müddətində yaşayış, cib, səyahət (yol biletləri), yemək və nəqliyyat xərcləri tam olaraq qarşılanır. 📅 Layihənin icra müddəti: Ən tez zamanda başlamaqla (10 ay) 📍 Yeri: Le Mans ℹ️ Layihə haqqında ətraflı məlumat: https://bit.ly/3Ai4hH8 Müraciət üçün: Yuxarıdakı linkdə olan məlumat paketində müraciət linki qeyd edilib. Layihə üçün əsas müvafiq tələblər: - 18-30 yaş aralığı - ən azı orta səviyyədə ingilis dili Qeyd: Digər tələblər ətraflı şəkildə layihənin məlumat paketində qeyd edilib. ❗ Son müraciət tarixi: Ən qısa zamanda! Qeyd: Proqramda iştirak tam olaraq ödənişsizdir.

photo content

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, ELSA Azerbaijan təşkilatçılığı ilə “Şuşa ili”nə həsr edilmiş “Şuşa şəhərinin iqtisadi və mədəni inkişafının beynəlxalq arenada təbliği” layihəsinə start verilir! 3-5 dekabr tarixlərində keçiriləcək layihə çərçivəsində iştirakçılar #Şuşa şəhərinin mövcud iqtisadi potensialının inkişaf etdirilməsinin, mədəni irsinin qorunmasının hüquqi aspektləri, eləcə də mövcud bölgədən olan məcburi köçkünlərin qayıdışından sonra başqa millətlərlə birgəyaşayışın hüquqi problemləri, bölgədə baş vermiş beynəlxalq humanitar hüquq pozuntuları və tarixi-mədəni irsin dağıdılmasının hüquqi nəticələri mövzularında müxtəlif təlimlərdə iştirak edəcək, daha sonra isə qruplar şəklində praktiki məşğələlərə cəlb olunacaqlar. Layihənin ilk 2 günü Bakı şəhərində, son günü isə Şuşa şəhərində baş tutacaq. 🎁Layihənin sonuna qədər iştirak etmiş şəxslərə hədiyyə və sertifikatlar veriləcək. ⏰Son qeydiyyat tarixi: 30.11.2022 23:59 🔗Qeydiyyat linki: https://forms.gle/RxctvwwgWuLjUH2t8 Kanal: https://t.me/LevelUptelegram

ÖDƏNİŞSİZ Law School, GUYS və AOPE İctimai Birliklərinin tərəfdaşlığı ilə yeni təlimlə qarşınızdadır.🤩 Tərəfimizdən təşkil olunan təlimin mövzusu: "Bank fəaliyyətinin hüquqi aspektləri" olacaqdır. Təlim Ülkər Məmmədovanın təqdimatında baş tutacaq. Öz biliklərini artırmaq, maariflənmək istəyən hər bir gənci 20.11.2022-ci il tarixində saat 11:00-da GUYS İctimai Birliyinin ofisində(Nərimanov rayonu; Kral Hüseyn 64b) gözləyirik. Yerlər məhduddur, qeydiyyatdan keçməyə tələsin!🤩 Qeyd: İştirakçılar motivasiya əsasında seçiləcəkdir. Qeydiyyat üçün son tarix: 18 noyabr saat 23:59 Qeydiyyat linki: https://linktr.ee/guyspu Kanal: https://t.me/LevelUptelegram

Performance Center” şirkəti Təcrübə Proqramı elan edir  Avtomobilin istismarı sahəsinə maraq göstərən və gələcək iş karyerasını avtomobillərə texniki xidmətin təşkilinin müxtəlif istiqamətlərində görən universitet məzunları üçün “Performance Center” şirkəti 3 aylıq Təcrübə Proqramı elan edir. Müsahibə yolu ilə  Təcrübə Proqramına seçilmiş şəxslər Proqramın başlandığı ilk gündən əmək haqqı ödənilməklə əmək müqaviləsi bağlanılaraq təcrübəli mütəxəssislərin rəhbərliyi altında müvafiq nəzəri və praktiki biliklər qazanacaqlar. Təcrübə proqramını tam mənimsəyərək, daxili qiymətləndirməni müvəffəqiyyətlə keçmiş namizədlər sonda ən azı 3 il olmaqla müvafiq şöbələr üzrə işlə təmin ediləcəklər. Tələblər: - Texniki , menecment və iqtisadi yönümlü ali  təhsil (daxilolma balını qeyd etmək mütləqdir); - Dil bilikləri: Azərbaycan dili səlist, rus və ingilis dilləri yüksək səviyyədə; - Kompüter və ofis texnikasından istifadə etmə bacarığı; - Yaş: 21-24;  - Avtomobilin quruluşu və istismarı üzrə bilgiyə malik olanlara üstünlük veriləcək;   İş şəraiti: -İş qrafiki: həftənin 5 günü saat saat 09:00-dan 18:00-dək -Əmək haqqı: 300 manat -İş təcrübəsi tələb olunmur. Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Təcrübə proqramı” qeyd etməklə info@performance-center.az elektron ünvanına göndərmələri xahiş olunur Kanal: https://t.me/LevelUptelegram