es
Feedback
Level Up

Level Up

Ir al canal en Telegram

Dostlarınızı dəvət üçün link https://t.me/LevelUptelegram Əlaqə: @elnaraeyyubova Layihələr Təcrübə proqramları Könüllülüklər Ödənişsiz eventlər Faydalı kurslar Vakansiyaları Xarici proqramlar və sair, əlaqəli məlumatların paylaşıldığı platforma.

Mostrar más
6 426
Suscriptores
-424 horas
-227 días
-9530 días
Archivo de publicaciones
📌 Yenilikçi və innovativ qurumda təcrübə keçərək fərqli sahələr üzrə bilik və bacarıqlar əldə etmək istəyirsiniz? – O zaman “DMA-da Təcrübə” proqramı tam Sizin üçündür! 🔊 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “İrəliləyİş” layihəsi çərçivəsində Bakı şəhəri və regionlar üzrə təşəbbüskar, yenilikçi, yaradıcı və həvəsli gənclər üçün Təcrübə proqramına start verir! Təcrübə proqramının məqsədi könüllü gənclərin müxtəlif istiqamətlər üzrə bilik və bacarıqlarının artırılması, gələcək fəaliyyətlərinə təkan verilməsidir. ➡️ Tələblər: 🔹Ali təhsil (yeni məzun olmuş və ya magistr tələbələri); 🔹Microsoft Office proqramları üzrə biliklər; 🔹Araşdırma və analitik düşünmə bacarığı; 🔹Ünsiyyət qurmaq və komandada işləmək bacarığı; ➡️ Proqram Sizə nələr qazandıracaq: 🔸 Yumşaq bacarıqlarınızı və texniki biliklərinizi inkişaf etdirmək üçün praktiki iş təcrübəsi; 🔸 Yüksək səviyyəli mentorlarla ünsiyyətdə olmaq və onlardan iş prinsiplərini öyrənmək; 🔸 Real korporativ mühitdə çalışmaq imkanı; 🔸 Güclü komandanın bir hissəsi olaraq yeniliklərə imza atmaq; 🔸 Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübə qazanmaq; 🔸 Təcrübə proqramının sonunda təşəkkürnamə və ya sertifikatla təltif olunmaq; 🔸 Təcrübə proqramını uğurla bitirən təcrübəçilərin komandamıza qoşulmaq şansı. ➡️ Əlavə məlumatlar: ◾ İş qrafiki: 5 günlük iş həftəsi (tam iş vaxtı ilə); ◾ Nəzərdə tutulan təcrübə proqramının müddəti: 3 ay; ◾ Təcrübə proqramı üzrə son müraciət tarixi: 15.09.2022-ci il; ◾ Təcrübə proqramı ödənişsiz əsaslarla nəzərdə tutulub. “DMA-da Təcrübə” Proqramı namizədlərə aşağıdakı sahələr üzrə təcrübə keçmək imkanı yaradır (Linkə keçid edərək tanış ola bilərsiniz): https://dma.gov.az/agentlik/struktur 👉 Karyerasına Dövlət Məşğulluq Agentliyində başlamaq istəyən gənclər CV-lərini mövzu hissəsinə təcrübə keçmək istədikləri sahənin və ya regionların adlarını qeyd etməklə tecrube.dma@sosial.gov.az ünvanına göndərə bilərlər. Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq təcrübə proqramına müraciət edə bilərsiniz. Kanal: https://t.me/LevelUptelegram

📢 IDEA KOMANDASINA QOŞULMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ! ✅ Vəzifə 1: Layihələr üzrə koordinator ✅ Vəzifə 2: SMM və Rəqəmsal Marketinq Mütəxəssisi 📝 Müraciət etmək istəyən şəxslər öz CV-lərini mövzu yerinə “Layihələr üzrə koordinator“ və ya “SMM və Rəqəmsal Marketinq Mütəxəssisi” başlığı altında aşağıda qeyd olunmuş elektron poçt ünvanına göndərə bilər. 📩 info@ideacampaign.org 🗓️ Son müraciət tarixi: 16 sentyabr 2022 ✅ Vəzifə 1: Layihələr üzrə koordinator Tələblər və vəzifə öhdəlikləri: - İctimaiyyətlə əlaqələr, beynəlxalq əlaqələr, ekologiya, dayanıqlı inkişaf və ya əlaqəli sahədə ali təhsilli olmalı (təhsili bitirmiş olmalı); - Azərbaycan və ingilis dillərində səlis yazma, danışma və kommunikasiya bacarığı olmalı; - Gənclər və gənc təşkilatları ilə iş sahəsində minimum 1 illik aktiv fəaliyyəti və layihələrin idarəolunması üzrə təcrübəsi olmalı; - Təşkilatın ictimaiyyətlə, gənclərlə əlaqələr üzrə strategiyasının həyata keçirilməsi; - Layihələrin yazılması və idarə olunması (yerli və beynəlxalq) ; - Layihələrin və tədbirlərin tələblərinin təyin olunması, vendorların, könüllülərin və layihədə iştirak edən digər tərəf (şəxslərin) idarə olunması; - Layihələrin təsviri hesabatınnın hazırlanması və təhvilii; - Hesabatların, press-relizlərin və təqdimatlar üçün materialların hazırlanması və redaktəsi; - Təşkilatçılıq, peşəkar idarəetmə bacarığı olmalı; - MS Office proqramlarınnı yüksək səviyyədə bilməli; - Yaradıcı və yenilikçi fikirlərə sahib olmalı. ✅ Vəzifə 2: SMM və Rəqəmsal Marketinq Mütəxəssisi Tələblər və vəzifə öhdəlikləri: - İctimaiyyətlə əlaqələr, jurnalistika, marketinq, ekologiya və ya əlaqəli sahədə ali təhsilli olmalı (təhsili bitirmiş olmalı); - SMM (Facebook, Instagram, Twitter, YouTube, LinkedIn və s.) platformalarında sərbəst iş bacarığı; - Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı; - Təşkilatın fəaliyyəti və ekoloji problemlər haqqında müxtəlif formatda PR (xəbərlər, yeniliklər, maariflədirici məlumatlar, elan, və s.) mətnlərin yazılması; - PR mətnlərin KİV-də və sosial mediada (Facebook/ Instagram) yerləşdirilməsinə nəzarət olunması; - Rəsmi internet səhifəsi üçün məlumatların hazırlanması və yenilənməsi; - KİV-dən və sosial mediadan daxil olan sorğuların cavablandırılması; - Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməli, ingilis və rus dillərində sənədlərlə işləmək bacarığı olmalıdır; - Foto və video redaktə bacarığı; - Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komanda ilə işləməyi bacarmalı. Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Kanal: https://t.me/LevelUptelegram

Yeni məzunların diqqətinə! Marketinq şöbəmizdə TƏCRÜBƏ PROQRAMI aktivdir. Tələblər çox sadədir :) -Ali təhsil (marketinq ixtisası üzrə/sabah qruplarından məzun), -İngilis və ya rus dili biliyi arzuolunandır, -İnkişafa açıq və analitik düşüncə qabiliyyəti yüksək, -Kreativ düşüncə tərzində olan və bu sahədə karyera qurma hədəfi olan yeni məzunları komandamıza qoşulmağa dəvət edirik. -Təcrübə müddəti 3 aydır (nəqliyyat xərcləri qarşılanır), -Nahar təmin edilir, -Korporativ nömrə, -Təcrübə müddətini uğurla keçən namizədlərə iş təklifi ediləcək. Komandamıza qoşulmaq istəyən namizədlər cv formalarını hr@bashakgroup.az elektron poçt hesabına göndərə bilərlər. Kanal: https://t.me/LevelUptelegram

Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası, Avropa Şurasının Gənclər Departamenti ilə birgə 28-30 sentyabr 2022-ci il tarixlərdə gənclər işçiləri və təlimçiləri üçün təlim keçirəcək. Məqsəd beynəlxalq təcrübəyə əsaslanaraq Azərbaycanda gənclərlə iş sahəsində çalışan təlimçilər şəbəkəsinin təkmilləşdirilməsi, qeyri-formal təhsilin keyfiyyətli inkişafına dəstəyin göstərilməsidir. Təlim seminarda iştirak etmək istəyənlər 15 senytabr 2022-ci il, saat 18.00-a qədər onlayn ərizə ilə müraciət etməli, eyni zamanda CV və müvafiq sertifikatı/sertifikatları (təlimlərdə iştiraka dair) zulfiyya.mustafayeva@mys.gov.az elektron poçt ünvanına göndərməlidir. Müraciət linki: https://bit.ly/3B28rnq Əlaqələndirici şəxs: Zülfiyyə Mustafayeva – Gənclərlə iş şöbəsinin məsləhətçisi +99412 465-21-55 Kanal: https://t.me/LevelUptelegram

Taskilled platforması ixtisasından asılı olmayaraq hər kəsin qoşula biləcəyi təcrübə proqramlarına start verir. Təcrübə müddəti ərzində real keys tapşırıqları üzərində biliklərinizi tətbiq edərək nəticələrinizi Taskilled portfolionuzda paylaşa biləcəksiniz. Tapşırıqlarınız isə ekspertlər tərəfindən yoxlanaraq yerli və qlobal şirkətlərə göndəriləcək. Bununla da siz həmin şirkətlərdən iş təklifi ala biləcəksiniz. Proqramın sonunda isə sertifikatla təltif olunacaqsınız. Müraciət üçün linkə daxil olun. ⤵ 💻: https://lnkd.in/du5M5vNb

Taskilled platforması ixtisasından asılı olmayaraq hər kəsin qoşula biləcəyi təcrübə proqramlarına start verir. Təcrübə müddəti ərzində real keys tapşırıqları üzərində biliklərinizi tətbiq edərək nəticələrinizi Taskilled portfolionuzda paylaşa biləcəksiniz. Tapşırıqlarınız isə ekspertlər tərəfindən yoxlanaraq yerli və qlobal şirkətlərə göndəriləcək. Bununla da siz həmin şirkətlərdən iş təklifi ala biləcəksiniz. Proqramın sonunda isə sertifikatla təltif olunacaqsınız. Müraciət üçün linkə daxil olun. ⤵ 💻: https://lnkd.in/du5M5vNb

Wesolve.az Agentliyi SMM sahəsi üzrə Kontent meneceri və Targeting menecer'i TƏCRÜBƏÇİ vakansiyası elan edir. Gələcək karyeranızı bu sahədə qurmaq istəyirsinizsə, İşləyərək təcrübə əldə etmək şansını əldən verməyin. Kimi axtarırıq: - Aktiv sosial media istifadəçisi; - Yazı yazmaq, fikirlərini izah etmək bacarığına malik; -SMM və marketinq sahəsi üzrə minimal baza biliklərin olması; -Öyrənməyə həvəsli, ünsiyyətcil və maraqlı daimi araşdırma edən. Öz üzərində çalışan bir gənc; - İşinə və özünə qarşı məsuliyyətli olan; - Azərbaycan dili - mükəmməl səviyyədə, Biz nə söz veririk: - Professional komandada böyük təcrübə; -Mehriban iş mühiti, rahat ofis; - Təcrübə müddətində müəyyən məbləğdə vəsait ayrılır. İş qrafiki -Həftə içi saat 09:00-18:00 / həftənin 5 günü - Təcrübə müddəti: 2 ay ( öz üzərində işləməsindən,özünü doğrultmasından asılıdır.) Yuxarıda qeyd olunmuş tələblərə uyğun gələn şəxslər CV, motivasiya məktubunu Whatsapp üzərindən 051-659-58-11 Qeyd olunan nömrəyə göndərə bilərsiniz. Kanal: https://t.me/LevelUptelegram

Maddi baxımdan imkansız ailələrin potensiallı uşaqlarının daha yaxşı şəraitdə təhsil almasına dəstək olmaq üçün bir fond (H.Z.Tağıyev adına Təhsil Fondu) təsis etmişik.Xeyriyyəçi dostların vəsaiti hesabına o uşaqları (hal hazırda 6 nəfəri) kursda oxudurduq.Onlarin təhsil haqqlarini qarşılamaq üçün əlavə maddi dəstəyə ehtiyacımız var.Sizlərdən bu böyük işdə bizə kim dəstək olsa (hətta 1 manat olsa belə) ona minnətdar qalarıq.O uşaqların gələcəyi sizlərin edəcəyiniz yardımlara bağlıdır.Onlarin timsalında nə qədər oxumaq üçün savadı olub,lakin maddiyyat səbəbindən oxuya bilməyən uşaqlar var.Nə qədər insanlar olur ki,övladlarının oxumasına yardım edilməsini xahiş edir.Lakin hal hazırda əldə olan maddi büdcəmiz buna imkan vermir.Əlavə dəstək olunsa onlarla uşaq oxuda bilərik.O uşaqların sizin edəcəyiniz yardımlarınıza ehtiyyacları var.Axı mən niye yardım etməliyəm deyə özünüzə sual verəcək olsanız,Bunu hiss etmək üçün özünüzü bir anlıq o uşaqların yerində hiss edin.Onca oxumaq sevgisi və isteyiniz olsa idi,lakin Maddi imkansızliq səbəbindən bundan məhrum olduğunuzu düşünsəydiniz nə hiss edərdiniz?! Bütün arzuları ,istəkləri maddiyyat adlı bir düşmən tərəfindən qoparilib,onlardan alındığını düşünün.Onların işıqlı sabahları sizlərin onların o duyğularına ,istəklərinə verəcəyiniz cavaba bağlıdır. Bu böyük işdə yardım etmək istəyənlər dostlar üçün bank hesabı yerləşdiririk.Unutmayin ki, verəcəyiniz 1 manat sabahın bir müəlliminin,bir həkiminin və ya bir mühəndisinin yetişmə səbəbidir. 4169 7388 2761 3898 kapital bank Ən azı Postu paylaşaraq da dəstək ola bilərsiz. Əlavə məlumat üçün.050-5220232

Dövlət Məşğulluq Agentliyində təcrübəçi olmaq şansından faydalana bilərsiniz. Karyera planlaması və insan inkişafı üzrə çalışmaq istəyənlər isə bunu müraciətlərində qeyd etsələr Mərkəzi Karyera filialında bizimlə çalışmaq imkanı əldə edə bilərlər. Ətraflı məlumat və qeydiyyat üçün: http://www.irelileyish.az/ Kanal: https://t.me/LevelUptelegram

The FLEX program is calling! 🥳 The FLEX program provides competitively selected secondary school students with a scholarship to spend a year living in the U.S. with a volunteer host family, attending a U.S. high school to foster understanding between the people of the United States and the people of other countries around the world. The FLEX scholarship competition is merit-based and open, at no cost, to applicants who meet the following requirements. Students with disabilities are invited to participate in the competition. FLEX finalists include approximately 20 students with disabilities each year. Selected students with disabilities meet the same criteria as other participants in the program. Students may only apply once to the program during a given recruitment cycle. ❗️Application deadline: 13 October 2022 Eligible applicants must:  1) Born between 15 February 2005 - 15 July 2008 and be an 11 grader. 2) Be enrolled in and attending a secondary school in Azerbaijan, at the time of application.  3) Have an academic standing of good or better.  4) Have previously studied English and demonstrate English language ability at the time of registration.  5) Meet U.S. visa eligibility requirements.  6) Be a citizen of Azerbaijan and be able to receive an international passport in Azerbaijan. Email: flex.az@americancouncils.org Good luck! ✨ Kanal: https://t.me/LevelUptelegram

11-15 noyabr tarixlərində Bakıda 13 -cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək. Festival yerli və əcnəbi rejissorlar üçün film qəbulunu açıq elan edir. Müəlliflər 30 dəqiqədən çox olmayan qısa filmlərini festivalın beynəlxalq, yerli və “Cinemobil” bölmələrinə təqdim edə bilərlər. Beynəlxalq müsabiqəyə xarici və yerli müəlliflər bədii, sənədli və animasiya filmlərini sentyabrın 10-una kimi göndərməlidirlər. Yerli müsabiqəyə bədii, sənədli, animasiya filmləri və sosial çarxlar qəbul olunur. Müəlliflər filmlərini festivalın saytı vasitəsilə sentyabrın 20-ə kimi göndərə bilər. Filmlər 2020-2022-ci illərdə istehsal olunmalıdır. Yerli müsabiqədə iştirak hüququ qazanan filmlər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı tələbə filmi” nominasiyası uğrunda mübarizəyə qoşulacaq. Festivalın onlayn keçiriləcək “Cinemobil” müsabiqəsinə mobil telefon, planşet vasitəsilə çəkilən, müddəti 5 dəqiqədən artıq olmayan bədii, sənədli filmlər qəbul olunur. Festivala göndərilən filmləri peşəkar mütəxəssislərdən ibarət Seçim Komissiyası dəyərləndirəcək. Festivalda “Qızıl Nar” uğrunda yarışacaq filmlərin siyahısı 20 oktyabr 2022-ci ildə www.filmfestival.az saytında yerləşdiriləcək. Hər il festivalın münsiflər heyətində Kann, Berlin film festivallarında ən yüksək mükafatlara layiq görülən kinematoqrafçılar təmsil olunur. Bu il də festival ənənəsinə sadiq qalaraq peşəkar mütəxəssisləri bir araya gətirəcək. 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının münsiflər heyəti noyabr ayında ictimaiyyətə təqdim olunacaq. Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi Bakı Beynəlxalq Qısa Filmlər Festivalı artıq 13 ildir ki, əzmlə yoluna davam edir. Hər il auditoriyasını genişləndirməyi hədəfləyən festival gənc kinematoqrafçıları bir araya gətirən ən böyük yerli kino hadisəsidir. Məqsəd ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan QISA FİLMLƏRƏ marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir. Festivala göndərilən filmlər arasında Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlər də yer alır. Festivalın müsabiqə bölümündə isə fərqli yanaşma tərzi ilə seçilən filmlər yarışır. Ətraflı: https://filmfestival.az/ Kanal: https://t.me/LevelUptelegram

📣 Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi “MEDİA könüllüləri” Proqramına yenidən #qeydiyyat elan edir. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi #media sahəsinin inkişafı istiqamətində həyata keçirilən #layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq və ölkədə #könüllülük hərəkatını inkişaf etdirmək məqsədi ilə “Media könüllüləri” Proqramına yenidən qeydiyyat elan edir. #Proqram müddətində könüllülərin nəzəri və təcrübi biliklər qazanması üçün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və müxtəlif media subyektlərində təşkil ediləcək təcrübə proqramları, #təlimlər və layihələrdə iştirakı nəzərdə tutulur. “MEDİA könüllüləri” proqramı medianın inkişafının gənclər tərəfindən təşəbbüs edilən müxtəlif layihələrlə dəstəklənməsini, gənclərin bu sahədə maarifləndirilməsini təmin edəcək. Media könüllüsü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur: − Ali təhsil (hazırda təhsilini davam edənlər daxil olmaqla) − İntizamlılıq − Təşkilatçılıq − Kollektivdə işləmək bacarığı − Operativlik − Kompüter bacarığı − Təşəbbüskarlıq “MEDİA könüllüləri” Proqramı oktyabr ayından başlayaraq 3 ay müddətində davam edəcəkdir. Könüllülük fəaliyyətini uğurla başa çatdırmış və öz öhdəliklərini yerinə yetirmiş #könüllülər Proqramın sonunda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən sertifikatla təltif olunacaqlar. Müraciət üçün son qeydiyyat tarixi 20 sentyabrdır. Media könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər https://bit.ly/MEDİAkönüllü linkinə daxil olaraq qeydiyyatdan keçməlidir. Əlavə suallar üçün ⤵️ Volunteers@media.gov.az Kanal: https://t.me/LevelUptelegram

Əziz gənclər, Uzun müddətdir ki, gözlənilən NAYORA-nın XI könüllülük proqramı üçün müraciətləri açıq elan edirik! NAYORA-da təcrübə toplamaq, yerli və beynəlxalq layihələrdə iştirak etmək, sosial çevrənizi genişləndirmək istəyirsinizsə, müraciət üçün tələsin. Qeyd edək ki, namizədlər arasından ancaq uğurlu olan 20 nəfər gənc NAYORA-da könüllü fəaliyyəti göstərə biləcək. Qeydiyyat linki:https://docs.google.com/forms/d/1EVY0ZKl-cFSMyu2c93fbhzWxxV_e6zgkID0gmLpZ6JM/edit?usp=sharing Kanal: https://t.me/genclerindostlari

"Bu Startap ki var, çox maraqlı məsələdir" Dəstəkçi üçün belədir, bəs sizin üçün? 👀 Əgər hələ də qərar verə bilməmisinizsə sizi bu şənbə günü baş tutacaq təlimimizə dəvət edirik. Təlimçimiz WTEAM-in qurucusu və icraçı direktoru, WASCO.lab-ın qurucularından biri, müxtəlif startaplarda çalışmış- Dəyərli Gülnar xanım Absalamovadır. 📌Təlimdə iştirak ödənişsizdir. Təlimə qatılmaq üçün şərhlər bölməsinə + atmağınız kifayətdir ki sizə qeydiyyat linki göndərilsin. Tarix: 10 sentyabr Məkan: Coders Azerbaijan Saat: 12:30 https://www.instagram.com/p/CiLHIDqDXR5/?igshid=YmMyMTA2M2Y=

Lotfi Zadeh Technology Center və A-Z Digital Marketing birgə ortaqlığı ilə möhtəşəm Təlimə hər bir şəxs dəvətlidir. 🔹Sim - S
Lotfi Zadeh Technology Center və A-Z Digital Marketing birgə ortaqlığı ilə möhtəşəm Təlimə hər bir şəxs dəvətlidir. 🔹Sim - Sim Öz Ritminlə yaşa; ▫️Kapital Sizə Dəyər Verir; 🔹Bank of Baku Sizə yaxın Bankçılıq; ▫️Türkcell Hayat paylaşınca güzel; 🔹Jalə damla damla topladıq; ▫️Doymak Hamının istəyidir. Bu və daha çox sloqanların yaradıcısı olan ustad Teymur Məmmədovun möhtəşəm təliminə hər kəsi dəvət edirik. Təlimin mövzusu: Klassik marketinqdən yeni marketinqə keçid. Tarix: 10.09.2022 Saat: 15:00 Ünvan: Lotfizadeh Technology Center Birbaşa whatsapp ilə əlaqə saxlamağınız xahiş olunur: +99450 3859895 #marketinq #reqemsalmarketing #təlimçi #təlimlər #tələbələrüçün

Salam, Almaniyada leqal olaraq işləmək istəyən şəxslərin nəzərinə! Əgər siz də, 1)17-35 yaş aralığındasınızsa, 2)Orta məktəbd
Salam, Almaniyada leqal olaraq işləmək istəyən şəxslərin nəzərinə! Əgər siz də, 1)17-35 yaş aralığındasınızsa, 2)Orta məktəbdən attestatınız varsa, Deməli,proqrama natamam uyğunsunuz.Və biz bu uyğunluğu 100%-ə tamamlaya bilərik. Gələn ili Almaniyada IT,Proqramlaşdırma,Aşpazlıq,Bərbərlik, Satış, Mühəndislik, Qastronomiya,Hotelçilik,Turizm və s.prestijli sahələr üzrə işləyərək qarşılamağınız üçün wa.me/+994705551707 yazmaq və ya 070 555 72 02 nömrəsinə zəng etməyiniz kifayətdir. Qeyd: Bütün proseslər müqavilə ilə tənzimlənir. Sağlıqla qalın. #işvar #vakansiya

Risklərin idarə olunması üzrə mütəxəssis - https://bit.ly/3coRUQJ 9. Qeydiyyatçı - https://bit.ly/3CLMLNr 80.Direktor köməkçisi - https://bit.ly/3BcbCsN 1. Təcrübə proqramı - https://bit.ly/3AOEBm5 2. Kargüzarlıq şöbəsinin mütəxəssisi - https://bit.ly/3QXgrvh 3. Müştəri xidmətləri üzrə mütəxəssis - https://bit.ly/3PRU09p 4. Xəzinədar - https://bit.ly/3dVkMR1 85. Korporativ satış şöbəsinin mütəxəssisi - https://bit.ly/3dXONjl 6. Rəqəmsal marketinq üzrə mütəxəssis - https://bit.ly/3CyCm7D 7. Maliyyə və büdcə üzrə analitik - https://bit.ly/3pIpTH0 8. Şəbəkənin idarə edilməsi üzrə mütəxəssis - https://bit.ly/3AoVp1J 9. Satınalmalar üzrə baş mütəxəssis - https://bit.ly/3QRZaDT 90. SMM menecer - https://bit.ly/3QQE1de Ofis meneceri - https://bit.ly/3Tjs3um 2. Pərakəndə xidmətlər üzrə kiçik mütəxəssis - https://bit.ly/3pLbt98 3. Layihə üzrə mütəxəssis - https://bit.ly/3CuIMER 4. Xəzinədar - https://lnkd.in/d5VtGyfP 5. Mühasib köməkçisi - https://bit.ly/3CzfLI6 6. Partnyorlarla iş departamentinin mütəxəssisi - https://bit.ly/3ceyj5W 7. Audit üzrə mütəxəssis - https://bit.ly/3Rc6DNU 8. Planlama mütəxəssisi - https://bit.ly/3AHvIdX 9 www.hellojob.az/vakansiya/satis-meneceri-109 100 www.hellojob.az/internship/kredit-mutexessisi-tecrubeci-48

100-DƏN ARTIQ VAKANSİYA Kanal: https://t.me/LevelUptelegram 1. Təcrübə proqramı - https://bit.ly/3TtkAZB 2. Kiçik mühasib - https://bit.ly/3B0Twd9 3. Operator - https://bit.ly/3KzqnsH 4. Korporativ kreditlər üzrə mütəxəssis - https://bit.ly/3AWrShg 5. İnsan resursları üzrə menecer - https://bit.ly/3e6cnu8 6. Stock analitik - https://bit.ly/3RpW3ma 7. PR üzrə mütəxəssis - https://bit.ly/3e900O6 8. 1C proqramçı - https://bit.ly/3pXdfE7 9. Vergi uçotu üzrə mühasib - https://bit.ly/3e9AiZM 10. Sales representative - https://bit.ly/3RoYTrG 11. Ofis meneceri - https://bit.ly/3qbvbuT 2. İnsan resursları üzrə mütəxəssis - https://bit.ly/3KRqUWI 3. Digital Fraud monitorinqi üzrə mütəxəssis - https://bit.ly/3Rmty9F 4. Satınalma üzrə mütəxəssis - https://bit.ly/3x0TPSB 15. Texniki dəstək üzrə mütəxəssis - https://bit.ly/3wUY4PC 6. Keyfiyyətə nəzarət üzrə mütəxəssis - https://bit.ly/3wYrqN7 7. Kontent üzrə mütəxəssis - https://bit.ly/3TEtIL7 8. Partner network relationship manager - https://bit.ly/ 9. Prosessinq şöbəsinin mütəxəssisi - https://bit.ly/3Bbi82T 20. Sürücü - https://lnkd.in/ee7GnXTY 1. Operator - https://bit.ly/3THePYd 2. Receptionist - https://bit.ly/3CXMvuS 3. Mühasib köməkçisi - https://bit.ly/3BmnKHL 4. IGA və PAM üzrə İT təhlükəsizliyi analitiki - https://bit.ly/3KKWMfK 25. Sənəd dövriyyəsi üzrə mütəxəssis - https://bit.ly/3TJAZcD 6. Ödəniş kartları üzrə mütəxəssis - https://bit.ly/3ANdQ03 7. Arxiv üzrə mütəxəssis - https://bit.ly/3q7Si9y 8. Aviakassir - https://bit.ly/3KL5BpW 9. Junior 1C developer - https://bit.ly/3wULX52 30. Mühasib - https://bit.ly/3wUOvjI 1. HR üzrə mütəxəssis - https://bit.ly/3RcZwot 2. Mühasib-operator - https://bit.ly/3KH8VCy 3. İnformasiya təhlükəsizliyi analitiki - https://bit.ly/3TxUEfk 4. Təlim meneceri - https://bit.ly/3RzVzdk 5. Hesabatlılıq üzrə mütəxəssis - https://bit.ly/3q7ZimR 6. Personal assistant - https://bit.ly/3QeB6JW 7. Middle Java proqramçı - https://bit.ly/3wLu4FU 8. Keyfiyyətə nəzarət üzrə menecer - https://bit.ly/3KASkAc 9. Satıcı - https://lnkd.in/dJ4XtrXe 40. Rəqəmsal marketinq mütəxəssisi - https://bit.ly/3R8IIyY 1. İşə qəbul üzrə mütəxəssis - https://bit.ly/3cGCO9i 2. Əlaqə mərkəzi üzrə təmsilçi - https://bit.ly/3RyrPOi 3. Sənəd dövriyyəsi üzrə koordinator - https://bit.ly/3KI5MSJ 4. Fiziki şəxslərə xidmət bölməsinin kiçik eksperti - https://bit.ly/3RidyFK 45. İnsan resursları üzrə mütəxəssis - https://bit.ly/3TFV7wi 6. Maliyyə nəzarəti üzrə mütəxəssis - https://bit.ly/3cFSMk5 7. Kart məhsulları sahəsinin UX/UI dizayneri - https://bit.ly/3ebcrJ3 8. Satınalma üzrə mütəxəssis - https://bit.ly/3cExraR 9. Sığorta işləri üzrə texniki mütəxəssis - https://bit.ly/3AIcZxR 50. Audit specialist - https://bit.ly/3B5ruwS 1. Əmək haqqı üzrə kiçik mütəxəssis - https://bit.ly/3qdtyNn 2. HR manager - https://bit.ly/3pS3abt 3. Satınalma üzrə köməkçi - https://bit.ly/3R2B2hJ 4. Pərakəndə kreditlər üzrə mütəxəssis - https://bit.ly/3wGBQAG 55. Mühasib - https://lnkd.in/dCaa2wZd 6. Korporativ müştərilərlə iş üzrə mütəxəssis - https://bit.ly/3Az82ah 7. İnvestisiya xidmətlərinin satışı mütəxəssisi - https://bit.ly/3AWtfMM 8. Maliyyə analitiki - https://bit.ly/3ToUOpf 9. Xəzinədar - https://lnkd.in/d8VyUK2z 60. Layihə üzrə mütəxəssis - https://bit.ly/3Q5YF7N 1. Kargüzar - https://bit.ly/3e4uy3v 2. Operator - https://bit.ly/3pOfrNZ 3. Təcrübə proqramı - https://bit.ly/3AriXTu 4. Qablaşdırıcı - https://bit.ly/3pNEuRq 65. Müraciətlərlə iş üzrə menecer - https://bit.ly/3CDqmBV 6. Şahmat müəllimi - https://bit.ly/3TqzBLU 7. Mühasib - https://bit.ly/3AroeKH 8. Laborant - https://bit.ly/3TlR5ZF 9. Anbardar - https://bit.ly/3wwHrJJ 70. Senior economist - https://bit.ly/3Rd9VAi 1. HR mütəxəssis - https://bit.ly/3QSsXw0 2. Kiçik əməliyyatçı - https://bit.ly/3CAu5Qx 3. Direktor köməkçisi - https://bit.ly/3APkvrJ 4. Məlumat mərkəzi üzrə kiçik ekspert - https://bit.ly/3cpBgQU 75. Təlim meneceri - https://bit.ly/3pLTRtC 6. İctimaiyyətlə əlaqələr şöbəsinə jurnalist - https://bit.ly/3Kq1XBx 7. Biznes analitika üzrə aparıcı mütəxəssis - https://bit.ly/3AQcbIg 8.

Biz böyüyürük və bizimlə birlikdə böyümək istəyən gələcəyin videoqrafını axtarırıq! Əsas tələblərimiz: - Minimal səviyyədə Premiere pro və ya başqa edit proqramında işləmə bacarığı - Minimal səviyyədə işıqdan və kameradan anlayışın olması - Trendlərdən xəbərdar olmaq - Daim araşdırmaqdan yorulmamaq - Portfoliosu və öz kamerası olması baş ucalığıdır. Qrafik yarım və ya tam iş günü ola bilər. Təcrübə müddəti boyunca minimal ödəniş və bonuslar nəzərdə tutulub. Biz nə vəd edirik: - Mehriban və bomba kimi komanda - Böyük çəkiliş setlərində təcrübə qazanmaq imkanı - Təcrübə proqramı bitdikdən sonra işlə təmin olunma - İnventarımızda olan texnikalardan istifadə imkanı Elanı oxuyan zaman "necə də məndən bəhs edir" dedinizsə, vaxt itirmədən mövzu hissəsində “videqraf intern” qeyd edərək rezyumenizi hello@grain.az ünvanına göndərin. #intern Kanal: https://t.me/LevelUptelegram

Maliyyə və Mühasibatlıq şöbəsində aktiv təcrübə proqramı mövcuddur. Təcrübə zamanı şirkət tərəfindən ötürüləcək biliklər: - Prospect Cloud ERP sistemindən istifadə; - Task managemet sistemlərindən istifadə; - Google servisləri ilə rahat işləmək (Sheet, Meet, Calenadar); - Müştəri münasibəti və etirazlarlarla işləmək; - Soyuq zanglər və kommunikasiya qabiliyyətin inkişafı; - Müqavilələrin tərtibi və mühasibatlıq karğuzarlığın təşkili; - Maliyyə analizlərinin aparılmasına dair biliklər; - E-taxes.gov.az portalı ilə işləmək bacarıqları; - Elektron qaimələrlə iş bacarıqları; - Müştərilərdən ödənişlərin yığılması bacarıqları; Ödənişsiz Tərcübə Proqramı nəticəsində 3 namizəddən 1 nəfərə daimi iş təklif ediləcəkdir və aşağıdakı vəzifə təlimatı üzrə fəaliyyətini şirkətdə davam etdirəcəkdir: - Prospect Cloud ERP sistemi üzərində maliyyə işlərin idarə edilməsi; - Gündəlik və Aylıq hesabatların tərtib edilməsi; - Online kargüzarlıqla bağlı əməliyyatların icra edilməsi; - Mühasibat sənədlərinin düzgünlüyünün yoxlanılması, saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini həyata keçirilməsi; - Bank vasitəsilə ödənişlərin icra edilməsi; - Excel proqramında funksiyalar və cədvəllər vasitəsilə analizlərin aparılması. Müraciət üçün CV formanızı rashid.bayramli@pronet.az ünvanına göndərə bilər və yaxud aşağıdakı link vasitəsi ilə müraciət edə bilərsiniz. Müraciət linki - https://lnkd.in/dUBKj7mR Kanal: https://t.me/LevelUptelegram