cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

🌎İslam Uşaq Dünyası🌏

══════ ❁✿❁ ══════ Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun❗ ❁✿❁ 📚Təhrim 6 📚

Mostrar más
El país no está especificadoEl idioma no está especificadoLa categoría no está especificada
Publicaciones publicitarias
694
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

•┈┈••✦🍃🌸✦🌸✦🌸🍃✦••┈┈• ﺑِﺴْــــــــــﻢِ ﺍﷲِﺍﻟﺮَّﺣْﻤَﻦِ ﺍﺍﺭَّﺣِﻴﻢ ◦•●◉✿Rəhmli və Mərhəmətli Allahın adı ilə✿◉●◦ 🌙 Hilal gözətləmə Sünnəti💫 🧕Sevgili uşaqlar, Öndərimiz Muhamməd sallallahu aleyhi vəsəlləmin bizlərə miras qoyduğu gözəl və həyəcanlı sünnətlərdən biri də Hicri təqvimində olan ay hesablarını hilalı yəni ayı gözətləyərək sonunu və ilk gününü təyin etməkdir. Hədisi şərifdə deyilir: "Onu (təzə doğmuş ayı) gördükdə oruc tutun, onu gördükdə də iftar edin (orucu açın). Əgər onu görə bilməsəniz, onda ayın günlərini otuzdan hesablayın". 📚 əl-Buxari, 4/119, № 1909;Muslim, 2/762, № 1081;ən-Nəsai, 4/133. 🌙 Sünnət olan hilali gözətləyib görmədən necə bayram edilər? Özəlliklə ailələr övladları ilə hilal gözətləmə Sünnətinə diqqət edib hər ay üçün səhlənkarlıq etmədən məsuliyyətlə yanaşmalıdırlar. Medya gerçəkliyi olmayan bir yerdir. Medyada hilal göründü xəbərlərinə görə hərəkət etmək Sünnət deyil❗️ Əksinə ayə ilə yasaqlanmış bir durumdur. Fasiqlərin xəbərlərini almamağa yönəlik ayə buna dəlildir. Kimin əlində olduğu bəlli olmayan medyaya görəmi bayram edəcəyik? Yazıq yetişdirilən bu nəslə❗️... Uşaqlar Sünnətdən xəbərsiz böyüyür❗️ İrəlidə bu uşaqlar görmədikləri, bilmədikləri Sünnəti necə yaşayacaqlar❓ 🌙 Çoxluğa uyan cahiliyyə əhlindən bir fərqimiz olmalıdı... Mütləq bir fərqimiz olmalıdır... Fərqimiz Sünnətdir... Bayram - hilal gözətlənərək bəlli olur. Və hər kəsin hilal gördüm şahidliyi də qəbul edilməz. Bu da hədislə sabitdir. Ən yaxınımıza belə güvənməkdə zorluq çəkilən fitnə dönəmində kim olduğu bəlli olmayanların medyadan bizə verdiyi xəbərə etimad etmək ağlasığmaz bir durumdur. Çox da çətin deyil hilal gözətləmə işi, niyə dinimizi başqalarının əlinə buraxaq ki❓ Övladınızın əlindən tutun, məğrib vaxtı ayın çıxdığı səmtə baxın... Bu qədər sadə... 🌙 Bir Sünnətin bərpası ummadığınız xeyir və bərəkətlərə səbəb ola bilər. Hilal gözətləməyin Sünnətdən olduğunu unutmayın. Hilal gözətləmə dindəndir. Dininizi kimsənin, daha vahiməlisi isə kafirlərin, əlinə buraxmayın❗️ Allah sünnət əhlini müvəffəq qılsın. Nə xoş dinini medyanın əlinə buraxmayanlara! Nə xoş Sünnəti müdafiə edib, yaşayan və Sünnəti əhlinə göstərib əmr edənlərə❗️ 🦋┈••ৡİslam Uşaq Dünyasıৡ•┈🦋 Telegram✔️ T.me/cocuk_islam 🌺🍃 🍃🌺🍂🌸 🌸🍂🌺🍃☘🌿 ☘🌸🍃🌺🍂🌸🍂🌺🍃
Mostrar todo...
sticker.webp0.52 KB
•┈┈••✦🍃🌸✦🌸✦🌸🍃✦••┈┈• ﺑِﺴْــــــــــﻢِ ﺍﷲِﺍﻟﺮَّﺣْﻤَﻦِ ﺍﺍﺭَّﺣِﻴﻢ ◦•●◉✿Rəhmli və Mərhəmətli Allahın adı ilə✿◉●◦ 🌙 Uşaqları oruca alışdırmaq üçün bəzi tövsiyyələr✨ 🧕Övladlarımızı tərbiyə edərkən, onlara İslamın gözəl dəyərlərini anladarkən, dünyadakı ən ciddi vəzifələrdən birini etdiyimizi diqqətə almağımız gərəkdir. Övladlarımızı İslama alışdırmazsaq, “İslama və dəyərlərinə yadlaşırlar” deyib şikayət etməyə haqqımız ola bilərmi? Elə isə ana və ata dini tərbiyəni gələcək illərə buraxmamalı və başqalarına da həvalə etməməlidir. Üstəlik bu məsuliyyəti haqqı ilə yerinə yetirmək üçün də yetərli bilgiyə sahib olmalıdır. Uşağın xasiyyət və vərdişləri böyük nisbətdə kiçik yaşlarda şəkillənir. Onlar boş buraxılmamalıdır, çünki onlar gələcəyin ümmətini təşkil edəcəklər. Bu səbəblə Ramazan ayının fəzilətindən yararlanaraq kiçik yaşlı övladlarımıza belə oruc tutmaq vərdişlərini aşılamalıyıq. Bunun üçün nələr edə bilərik? ♦️ İlk olaraq bu işdə övladınızı müvəffəq etməsi üçün Uca Allaha dua edin; ♦️ Uşaqla oruc tutmağın fəziləti, mükafatına dair onun başa düşəcəyi dildə söhbətlər aparın; ♦️ Ramazan ayından əlavə nafilə oruclara öyrəşdirin. Xüsusən qış aylarında günün qısa olduğu müddətdə başlayarsa, tədricən əldə etdiyi uğur uşaqda daha uzun müddət oruc tutmaq üçün stimul yaradacaqdır. ♦️ Günü əvvəlcədən düzgün planlaşdırmaq. Sahura oyana bilməsi üçün övladınızın vaxtında yatmasına diqqət edin; ♦️ Sahurun ən son vaxtınadək uzadılması Sünnəsinə riayət edin; ♦️ Övladınızın balanslaşdırılmış qida rasionunu və kifayət qədər maye içməsini təmin edin; ♦️ Zehni və fiziki güc tələb edən işləri yerinə yetirməsi üçün qüvvəsinin daha çox olduğu günün birinci yarısını təyin edin; ♦️ Günü yarıladıqda günorta yuxusuna riayət etməyə təşviq edin. Bu, gücünü bərpa etməyə kömək edəcəkdir. ♦️ İsti havada küçədə çox oynamasının qarşısını alın; ♦️ Əlavə su itkisinə, tərləməyə yol verən aktiv oyunlardan yayındırın; ♦️ Həddən çox susadıqda (şərtlərə riayət edərək) duş qəbul etməyi, yuyunmağı məsləhət edin; ♦️ Adətən evdə gözün gördüyü yerdə olub uşağın iradəsini sındırıb orucu pozmağa təhrik edə biləcək ərzaq məmulatlarını, çörək qabını, qənddanı, su qrafinini və s. qapısı bağlı rəflərə qaldırın; ♦️ Yorulub, şövqdən düşdüyünü hiss etdikdə stimul verən, ruh yüksəldən sözlərlə balanızı dəstəkləyin; ♦️ Başını qatmaq üçün müxtəlif inkişaf etdirici, intellektual oyunlar oynamasını yaxud fikrini yemək-içməkdən uzaqlaşdıran gəzintiləri təmin edin; ♦️ Özü kimi oruc tutan yaşıdlarını iftara dəvət edin; ♦️ İftar menyusunu qoyun övladınız sevdiyi nemətlərdən özü təyin etsin; ♦️ Hər tam oruc tutduğu gün yaxud həftə üçün kiçik hədiyyələr verin. İftar dəvətlərinə onu da aparın; ♦️ İftardan sonra sevdiyi şirniyyatlardan təklif edin. Əgər günü tam olaraq, oruc tutmağı bacarmasa, buna görə onu utandırmayın, kobud davranıb, danlamayın. Müvəffəqiyyət Allahdandır❗️ 🦋┈••ৡİslam Uşaq Dünyasıৡ•┈🦋 Telegram✔️ T.me/cocuk_islam 🌺🍃 🍃🌺🍂🌸 🌸🍂🌺🍃☘🌿 ☘🌸🍃🌺🍂🌸🍂🌺🍃
Mostrar todo...
🌎İslam Uşaq Dünyası🌏

══════ ❁✿❁ ══════ Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun❗ ❁✿❁ 📚Təhrim 6 📚

sticker.webp0.30 KB
Photo unavailableShow in Telegram
As Səlam aleykum Mən Xədicə Məmmədova Siberian wellness şirkətində işləyirəm. Sizi də işləməyə dəvət edirəm. İstəyən aktiv, istəyən passiv qazanc əldə edə bilər Allahın iznilə. Bizim şirkət 65 ölkədə fəaliyyət göstərir. Hal hazırda Türkiyədə, Azərbaycanda və Gürcüstanda komandam fəaliyyət göstərir. Sizləri də mənimlə işləməyə dəvət edirəm. +994 55 556 23 32 Xədicə Məmmədova
Mostrar todo...
sticker.webp0.27 KB
┈┈••✦🍃🌸✦🌸✦🌸🍃✦••┈┈• ﺑِﺴْــــــــــﻢِ ﺍﷲِﺍﻟﺮَّﺣْﻤَﻦِ ﺍﺍﺭَّﺣِﻴﻢ ◦•●◉✿Rəhmli və Mərhəmətli Allahın adı ilə✿◉●◦ 📌İLAHİ KİTABLAR📚 Zəbur 🧕Səhifələrlə müqayisədə daha böyük olan, ümumbəşəri bəyanları ehtiva edən və məxsusi adla adlandırılan dörd səmavi kitab var. Bunlar Tövrat, Zəbur, İncil və Qurandır. İbrani dilində “məktub”, ərəb dilində “kitab” mənasına gələn Zəbur Davud əleyhissələmə göndərilmiş ilahi kitabın adıdır. Quranda bununla bağlı: “…Davuda Zəbur verdik” 📚İsra 55 buyurulur. Zəburun orijinal mətninin Allahın kəlamı olduğuna inanmaq imanın əsaslarındandır. 📕Zəbur, ilahi kitabların ən kiçiyi olub, yeni dini hökmlər gətirməmişdir. Bu gün əldə mövcud olan Zəbur nüsxələri, lirik  söyləyişlərdən, Allaha öygü və hikmətli sözlərdən və bir sıra nəsihətlərdən meydana gəlmişdir. 📕Zəbur, Rağıb əl-İsfahaninin fikrinə və Tabərinin Ənbiya surəsi 105-ci ayənin təfsirində verdiyi məlumata görə içərisində qanunların deyil, hikmətin olduğu əsərlərə verilən ümumi addır.Zəbur haqqında bütün təfsilat bizə bildirməsə də Rəbbimiz Zəburda olan bir ayəni Quranda bizə bildirir: “Ərzə yalnız saleh qullarım mirasçı olacaqlar” 📚ən-Nisa 163; əl-İsra 55 Bu kitabın da əsli zəmanəmizə qədər gəlib çatmamışdır. 🦋┈••ৡİslam Uşaq Dünyasıৡ•┈🦋 Telegram✔️ T.me/cocuk_islam 🌺🍃 🍃🌺🍂🌸 🌸🍂🌺🍃☘🌿 ☘🌸🍃🌺🍂🌸🍂🌺🍃
Mostrar todo...
sticker.webp0.30 KB
sticker.webp0.35 KB
•┈┈••✦🍃🌸✦🌸✦🌸🍃✦••┈┈• ﺑِﺴْــــــــــﻢِ ﺍﷲِﺍﻟﺮَّﺣْﻤَﻦِ ﺍﺍﺭَّﺣِﻴﻢ ◦•●◉✿Rəhmli və Mərhəmətli Allahın adı ilə✿◉●◦ 📌 DUA 🤲 🧕Əziz uşaqlar, dua ən vacib ibadətlərdəndi. Dua insanın Allahu təalə qarşısındakı acizliyini, möhtaclığını bildirən əsas vasitədir. Ən mənalı və əhatəli duaları isə biz Peyğəmbərimizin ﷺ sünnəsindən öyrənə bilərik. Belə dualardan birini sizinlə bölüşürük. Peyğəmbər ﷺ belə buyurub: “Bir qula üzüntü, dərd və qayğı gələrsə bu duanı etsin. Bu zaman Allah onun üzüntü, dərd və qayğısını götürüb, yerinə qəlb rahatlığı gətirər:Ey Allahım! Şübhəsiz mən sənin qulunam, erkək və qadın qullarının oğluyam. Sənin əmrinin altındayam. Haqqımda verdiyin hökm keçərlidir. Bu hökmün adildir. Sənin Özünü isimləndirdiyin və ya kitabında endirib bildirdiyin və ya hər hansı bir varlığa öyrətdiyin və ya Öz qatında, qeyb aləmində adlandırdığın hər isimlə səndən diləyirəm. Bu uca Quranı qəlbimin baharı və könlümün nuru et. Onunla üzüntümü yox et, dərd və qayğılarımı götür.” Bunun üzərinə səhabələr: “Ey Allahın Rəsulu! Bunu başqalarına öyrədək mi?” dedilər.Peyğəmbər (ﷺ): “Bəli, bunu eşidənlərin başqalarına öyrətməsi gərəkdir” buyurdu. 📚Səhih hədisdir. Əhməd, "əl-Müsnəd", 1/391, 452; "əs-Silsilətu's-sahiha",199. 🦋┈••ৡİslam Uşaq Dünyasıৡ•┈🦋 Telegram✔️ T.me/cocuk_islam 🌺🍃 🍃🌺🍂🌸 🌸🍂🌺🍃☘🌿 ☘🌸🍃🌺🍂🌸🍂🌺🍃
Mostrar todo...
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.