cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

🕊HiDaYəT ÇıRaĞı🕊

✨Əhli Şiə✨ 🍃Hər çətinliyin əlbət bir gözəl sonu vardır! ✨Sadəcə səbr et!! ✨ Kanalda qarşılıqlı reklam üçün müraciyyət edə bilərsiniz. 👉🏻 @MEHERRREM

Mostrar más
El país no está especificadoEl idioma no está especificadoLa categoría no está especificada
Publicaciones publicitarias
384
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

🔰İmam Əli (ə) buyurur: «Hər şeyin bəlası var və elmin bəlası unutqanlıqdır. İbadətin bəlası riya, ağlın bəlası xudpəsəndlik, nəcabətliliyin bəlası təkəbbür, zirəkliyin bəlası özünü tərifləmək, əliaçıqlığın bəlası israf, həyanın bəlası acizlik, səbrliliyin bəlası xarlıq və güclülüyün bəlası pis danışmaq və pis rəftardır.» 📚Kənzul-Ummal, hədis 44226. 🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸
Mostrar todo...
Qohumlarıza baxın! Namazınızı qılın ki, Allah hesabınızı yüngülləşdirsin. Yetimlərə haqsızlıq etməkdən çəkinin və səslərinə səs verin. Yanınızda onlara haqsızlıq edilməsin. Qon­şularınıza haqsızlıq etməyin. Çünki onlar Peyğəmbərinizin sizə əmanətidir. Onlar barədə o qədər vəsiyyət etdi ki, biz onları bizə varis edəcəyini düşündük. Quran’ın əmrlərindən çıxmayın. Sizdən başqaları sizdən əvvəl Quran ilə əməl etməsin. Əvvəl siz əməl edin. Namazınıza diqqət edin. Çünki o, dininizin dirəyi­dir. Rəbbinizin Beytindən (Kə’bə) uzaqlaşmayın ki, kimsəsiz qalmasın. Sağlığınızda onu ziyarət edin. Onu tərk etsəniz, sizə rəhmət nəzəriylə baxılmaz. Ramazan ayına diqqət edin. Çünki o ayda tutulan oruc Cəhənnəm atəşinə qarşı bir qalxandır. Allah yolunda mallarınız və canlarınızla cihad etməyə çalışın. Zəkatdan boyun qaçırmayın. Çünki zəkat Rəbbin qəzəbini söndürür. Peyğəmbərinizin əshabını himayə edin. Çünki Rəsulullah (s.ə.v) onlara yaxşılıq edilməsini vəsiyyət etmişdir. Yoxsullara və müflislərə kömək edin. Onları dolanışığınıza ortaq edin. Kölə və cariyələrinizə haqsızlıq etməyin. Namaza diqqət edin. Allah yolunda qınayanın qınağından qorxmayın. Allah sizə pislik etməz və sizə haqsızlıq etmək istəyənlərə qarşı sizə yetər. İnsanlara Allah’ın əmr etdiyi şəkildə gözəl sözlər söyləyin. Yaxşılığı əmr etməkdən və pisliyi yox etməkdən əl çəkməyin. Əks təqdirdə, pis adamlarınız iş başına gələrlər. Sonra siz dua etdikdə duanız qəbul olunmaz. Mömin qardaşlarınızla əlaqələrinizi pozmayın. Bir-birinizə yaxşılıq edin. Bir-birinizə arxa çevirməkdən və aranızdakı əlaqələri pozub bölünməkdən çəkinin. Günah və düşmənlik ilə deyil, yaxşılıq və təqva ilə bir-birinizə kömək edin. Allah’a qarşı çıxmaqdan qorxun. Çünki Allah’ın əzabı çox ağırdır. Allah sizi Əhl-i Beyt’in şikayətindən qorusun. Peyğəmbəriniz onları sizin üzərinizə gözətçi qoymuşdur. Sizi Allah’a əmanət edirəm. Sizə salam söyləyirəm. Allah’ın salamı üzərinizə olsun! @movla313
Mostrar todo...
🗓 Bazar günün namazı 🕯 Yenə İmam Həsən Əskəridən (ə) nəql olunmuşdur ki, 👤 hər kəs bazar günündə dörd rükət namaz qılıb, onun hər rükətində “Həmd” və “Mulk” surələrini oxusa, Allah taala onu cənnətin istədiyi yerində qərar verər.” 📗 Məfatihul-Cinan Şeyx Abbas Qummi 🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿 ☀️Bazar günün zikri. 📿Ya zəl-cəlali vəl-ikram  (100 dəfə).   - یا ذَالْجَلالِ وَالْاِكْرام
Mostrar todo...
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃 NƏ ÜÇÜN ORUC TUTMAQ ƏMR OLUNMUŞDUR 📔 ✍ Fəzl ibn Şazan Nişapuri, İmam Rzanın (əleyhissəlam) belə dediyini nəql edir: İmam (ə) buyurdu: Əgər “Nə üçün (məxluqata) oruc tutmaları əmr olunmuşdur?” – deyə so- ruşulsa, belə deyilər: “Ona görə ki, aclıq və susuzluğun ağrısını duysunlar. Habelə (qeyd olunan acını duymaqla) axirətin fəqirliyi barədə məlumatlı olsunlar. Habelə, oruc tutan kəs (Allahdan) qorxan, zəlil (özünü aciz görən), itaətkar, ücrəti verilən, qarşılığa layiq görülən, arif və ona yetişən aclıq və susuzluğa qarşı səbirli ola bilsin. Beləcə, şəhvət istəklərindən özünü saxlamaqla yanaşı mükafata da layiq görülsün. Həmçinin, oruc onlara dünyada vaiz, mükəlləf olduqları şeyləri yerinə yetirməkdə tərbiyəçi (yaxud onları razı salan) və axirətdə onlar üçün dəlil (və yolgöstərici) olsun. Habelə onlar fəqir və miskin kəslərə dünyada çəkdikləri dərəcəni duysunlar və Allahın onlara mallarından (vermələrini) vacib etdiyini onlara çatdırsınlar”. Menbe 🌿 Şeyx Səduq r.a "İləyuş-şəraye" (1-ci cild , səh 399.) 🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
Mostrar todo...
İmam Rzanın (ə) mübarək və səadətli təvəllüd günü münasibətilə İmam Zaman ağa əccələllahu təala fərəcəhuş şərif başda olmaqla bütün möminlərə təbrik deyirik!
Mostrar todo...
İmam Rzanın (ə) ziyarətnaməsi: 🔸🔹🔸🔹🔸🔸🔸🔹🔸🔹🔸🔹 Əssəlamu ələykə ya vəliy­yəl­lah. Əssəlamu ələykə ya huc­cətəllah. Əssəlamu ələy­kə ya nurəllahi fi zulu­ma­til ərz. Əssəlamu ələykə ya əmudəd-din. Əssəlamu ələykə ya varisə Adəmə sifvə­til­lah. Əssəlamu ələy­kə ya vari­sə Nuhin-nəbiy­yillah. Əssə­la­mu ələykə ya vari­sə İbra­himə xəlilillah. Əssəlamu ələykə ya varisə İsmailə zəbi­hillah. Əssəlamu ələykə ya varisə Musa kəlimillah. Əssəla­mu ələykə ya varisə İsa ruhil­lah. Əssəlamu ələy­kə ya varisə Muhəmmədin rəsulillah. Əssə­lamu ələykə ya varisə Əmirilmumininə Əliyyin vəliyyillah, və və­siyyi rəsuli rəbbil-aləmin. Əssəlamu ələykə ya varisə Fati­mətəz-Zəhra. Əssəlamu ələykə ya varisəl Həsəni vəl Husəyn, səyyidəy şəbabi əh­lil cənnəh. Əssəlamu ələykə ya varisə Əliy­yibnil Husəy­ni Zəynilabidin. Əssəlamu ələykə ya varisə Muhəmmə­dib­ni Əliyyin Baqiri ilmil əvvəlinə vəl axirin. Əssə­lamu ələykə ya varisə Cəfəribni Muhəmmədinis-Sadiqil barr. Əssəlamu ələy­kə ya varisə Musəbni Cə­fər. Əssəlamu ələy­kə əyyuhəs-siddiquş-şəhid. Əssəlamu ələykə əyyuhəl vəsiy­yul bar­rut-təqiyy, əşhədu ənnəkə qəd əqəmtəs səlatə və atəytəz-zəkatə, və əmərtə bil mərufi və nəhəytə ənil mun­kər, və əbədtəllahə (muxli­sən) hət­ta ətakəl yəqin. Əssəlamu ələykə ya Əbəlhəsəni və rəhmətullahi və bərəkatuh. ZİYARƏTNAMƏNİN TƏRCÜMƏSİ Salam olsun sənə, ey Allahın vəlisi (nümayəndəsi)! Salam olsun sənə, ey Allahın höccəti! Salam olsun sənə, ey yer üzünün zülmətlərindəki Allah nuru! Salam olsun sənə, ey dinin sütunu! Salam olsun sənə, ey Allahın seçdiyi Adəmin varisi! Salam olsun sənə, ey Allahın peyğəmbəri Nuhun varisi! Salam olsun sənə, ey Allahın dostu olan İbrahimin varisi! Salam olsun sənə, ey Allah qurbanı olan İsmayılın varisi! Salam olsun sənə, ey Allahla həmsöhbət olan Musanın varisi! Salam olsun sənə, ey Allah ruhu olan İsanın varisi! Salam olsun sənə, ey Allah rəsulu Mühəmmədin (s) varisi! Salam olsun sənə, ey Allahın vəlisi və aləmlərin Rəbbinin Rəsulunun canişini Əli ibn Əbu Talibin varisi! Salam olsun sənə, ey Fatimeyi-Zəhranın varisi! Salam olsun sənə, ey behişt cavanlarının sərvərləri olan Həsən və Hüseynin varisi! Salam olsun sənə, ey abidlərin zinəti olan Əli ibn Hüseynin varisi!  Salam olsun sənə, ey əvvəldəki və axırdakıların elmini yarıb incəliklərinə varan Mühəmməd ibn Əlinin varisi! Salam olsun sənə, ey xeyirxah və Sadiq olan Cəfər ibn Mühəmmədin varisi! Salam olsun sənə, ey Musa ibn Cəfərin varisi! Salam olsun sənə, ey Siddiq (düzdanışan) və Şəhid! Salam olsun sənə, ey (Peyğəmbərin) canişin(i), ey xeyirxah, ey təqvalı! Şəhadət verirəm ki, həqiqətən, sən ömrünün axırınadək namazı bərqərar etdin, zəkat verdin, yaxşılığa əmr etdin, pislikdən çəkindirdin və Allaha (ixlasla) ibadət etdin. Salam olsun sənə, ey Əbülhəsən! Allahın rəhmət və bərəkətləri olsun sənə! (Mənbə: ”Məfatihul-cinan” Şeyx Abbas Qummi, ”Ziyarətnamələr” bölümü.)
Mostrar todo...
-- Əsl güclü adam, mənim fikrimcə, bilirsiniz kimdir? -- Kim? -- O adam ki nəyisə etməklə bərabər, etməməyi də bacarsın. -- Başa düşmədim... -- Baxın, məncə, öldürmək asandır, bağışlamaq çətin. Pislik asandır, yaxşılıq çətin. Yemək asandır, yeməmək çətin. Çətin işi bacaran daha güclü sayılmalıdır, yəqin ki. Başa düşdünüz? -- Hə. Demək istəyirsən ki, nəfsini saxlaya bilən daha güclüdür. -- Nəfsini saxlaya bilən, bəli, güclü adamdır. İnsan gərək birinci özünə qalib gəlməyi bacarsın... __________ Musayev M...
Mostrar todo...
Əsl sevgi kitabı oxumaqla qurtarmır. Hər dəfə yeni fəsillər, yeni səhifələr açılır.
Mostrar todo...
🖇️ NƏSİHƏTLƏR BÖLMƏSİ. ✍🏻 İmam Əli (ə.s) buyurub: "Sizin qəlbiniz səkkiz xüsusiyyətdə Allaha xəyanət edir. Ona görə də dularınız müstəcab olmur. "Beşincisi, deyirsiniz ki, cənnəti sevirsiniz, amma həmişə sizi cənnətdən uzaqlaşdıran əməllər edirsiniz. Bəs, elə isə, cənnətə sevginiz harada qaldı? Altıncısı, ağanızın (yəni Allahın) nemətini yeyir, amma Ona şükr etmirsiniz. Yeddincisi, Allah sizə əmr edib ki, şeytanı özünüzə düşmən biləsiniz. Amma siz şeytanla düşmən olduğunuzu iddia edə-edə onunla dost olursunuz. Səkkizincisi, camaatın eyiblərini gözə soxur, öz eyiblərinizə isə göz yumursunuz. Bütün bunlarla yanaşı, nə üzlə gözləyirsiniz ki, dualarınız müstəcab olacaq? Halbuki, siz özünüz dualarınızın qəbul olma yollarını bağlayır, qapıları qapayırsınız. Təqvalı olun, əməllərinizi islah edin, insanları yaxşı əməllərə doğru çağırıb, pis işlərdən çəkindirin. O zaman Allah sizin dualarınızı qəbul edər" 
Mostrar todo...
• Gözəl kanallarımızla sizi sevindirmək istəyirik.🌻 ✨ 𝖠𝗅𝗅𝖺𝗁'𝖺 𝖽𝗈𝗀̆𝗋𝗎 ~ Allaha doğru irəli. 🌹 𝖡𝖾𝗁𝖾𝗌̧𝗍𝗂 𝖹ə𝗁𝗋𝖺 ~ Quran və Əhli-beyt qaranlıq dünyanın çırağıdır. 🕊️ 𝖧𝗂𝖽𝖺𝗒ə𝗍 𝖢̧ı𝗋𝖺𝗀̆ı ~ Hər çətinliyin əlbət bir gözəl sonu vardır! 💡 İ𝗌𝗅𝖺𝗆 𝖬𝖺𝖺𝗋𝗂𝖿𝗂 ~ İslama doğru. ☀️ İ𝗅𝖺𝗁𝗂 𝗇𝗎𝗋 ³¹³ ~ Həyatını İlahi rənglə boya, qoyma həyat səni qəm rənginə boyasın. 🦋 𝖲̧ə𝗋𝗊 𝗋𝗎𝗁𝗎 ~ Düşünərək yaşayanlar üçün. 📚 𝖣𝗂𝗇𝗂 𝗄𝗂𝗍𝖺𝖻 𝖾𝗏𝗂 ~ Dini kitabların satışı burada. Hər zövqə uyğun. 💞 𝖢ə𝗇𝗇ə𝗍 𝖾𝗌̧𝗊𝗂 ~ Eşq ilə yola çıxan yorulmazmış.. 🌞 İ𝗌𝗅𝖺𝗆ı𝗇 𝗇𝗎𝗋𝗎 ~ Quşların uçuşunu gördünmü? İnan, Şəhərdən qurtulsa ucalar insan. 🌹 𝖧𝖺𝗊𝗊 𝖺𝗌̧𝗂𝗊𝗅ə𝗋𝗂 ~ Haqqa aşiq olmayan eşqə aşiq ola bilməz. 🕌 𝖭𝖺𝗆𝖺𝗓 ə𝗁𝗅𝗂 ~ Könül Kərbəla isə, Eşq İmam Hüseyndir. 🌾 𝖭𝗎𝗋𝖽𝖺𝗇 𝗆𝗂𝗌𝗋𝖺𝗅𝖺𝗋 ~ Qüsur axtaranların yanında, hüzur tapmaq çətindir... 🇦🇿 𝖠𝗅𝖺𝗏𝗂𝗒𝗒𝗎𝗇 𝖠𝗓ə𝗋𝖻𝖺𝗒𝖼𝖺𝗇 ~ Din və Siyasət. 💟 𝖤𝗌̧𝗊 ə𝗁𝗅𝗂 ~ Eşq Səfərim Kərbəla.. 🤎 𝖠𝗅𝗅𝖺𝗁ı 𝗑𝖺𝗍ı𝗋𝗅𝖺 ~ ustad Aqşin Ağayevin kanalı 🌝 İ𝗆𝖺𝗆ə𝗍 𝗒𝗈𝗅𝗎 ~ Əhkam məzhəbimizin Sütunudır.
Mostrar todo...
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.