es
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Ir al canal en Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Mostrar más
Azerbaiyán410La categoría no está especificada

📈 Análisis del canal de Telegram Hebib Müntezir

El canal Hebib Müntezir (@hebmun) en el segmento lingüístico de Azerbaiyano es un actor destacado. Actualmente la comunidad reúne a 16 874 suscriptores, ocupando la posición en la categoría Otro y el puesto 410 en la región Azerbaiyán.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 16 874 suscriptores.

Según los últimos datos del 02 diciembre, 2024, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 0, y en las últimas 24 horas de 0, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 0%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 03 diciembre, 2024), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

16 874
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
Rusiya BMT-nin İnsan Haqları Şurasından xaric edildi. Səsvermədə leyhinə 93, əleyhinə 25, bitərəf isə 58 səs olub. Azərbaycan və Ermənistan səsvermədə iştirak etməyib, İran əleyhinə, Gürcüstan və Türkiyə isə lehinə səs veriblər.

Paşinyanın bugünkü hökumət iclasında dediklərindən əsas hissələr: - Ermənistan və Azərbaycanın təqdim etdiyi əsas prinsiplər, şərtlər toplanaraq danışıqların sonunda həll olunmalıdır. Bunun üçün XİN rəhbərlərinin sülh müqaviləsinin imzalanmasına görə hazırlıq işlərinə başlaması haqda razılığa gəldik. - Azərbaycanın təklif etdiyi sülh təklifi şərtlərində qəbul edilməz məqamlar yoxdur, lakin "Artsax" (Qarabağ) xalqının təhlükəsizliyinin təminatı məsələsi də yoxdur. Həmçinin Dağlıq Qarabağın statusunun son dəqiqləşdirilməsi də mövcud deyil. Bu məsələlər bizim üçün vacibdir və danışıqların predmeti olmalıdır. Minsk Qrupunu cəlb etmək bizim üçün vacibdir və biz bu istiqamətdə işləməliyik. - Azərbaycanla Ermənistan arasında nəqliyyat xətlərinin açılmasını da müzakirə etdik. Müzakirələr zamanı bəzi fikir ayrılıqlarını aradan qaldırdıq və həll yollarının tapılması üzərində işləməyə razılaşdıq. - Biz Qarabağdakı vəziyyətin pisləşməsini, əsasən “Parux”dakı (Fərrux) vəziyyəti müzakirə etdik, amma ortaq məxrəcə gəlmədik. Çünki ərazi rus sülhməramlılarının nəzarətindədir. Belə halda Rusiya tərəfi də bu cür müzakirələrdə iştirak etməlidir. Ona görə də danışıqlarda bu mövzunun müzakirəsini yersiz hesab etdim. - Ermənistanın Azərbaycan, Azərbaycanın isə Ermənistan ordusunun nəzarətində olan əraziləri var. Biz danışdıq ki, bu kimi problemləri danışıqlarla həll etməliyik. Əsas qərar aprelin sonuna kimi sərhədlərin müəyyən edilməsi üzrə ikitərəfli Komissiyanın yaradılması oldu. Rusiyanın vasitəçiliyi ilə təxminən bir ilə yaxın davam etdi və sonda belə bir kompromis variantına gəldik. - Humanitar məsələlər müzakirə olunan mühüm mövzular arasında idi. Bizim əsirlikdə olan hərbçilərimiz var, onların azad edilməsinin vacibliyini vurğuladım. Həmçinin itkin düşən vətəndaşlarımız da mövcuddur. Onların taleyinə aydınlıq gətirmək üçün işi davam etdirmək lazımdır.

Brüsseldə Şarl Mişel, İlham Əliyev və Nikol Paşinyan arasındakı 5 saatlıq görüş başa çatdı. Liderlər XİN səviyyəsində sülh müqaviləsinin hazırlanması və aprelin sonunadək iki ölkənin sərhədlərinin müəyyən olunması üzrə ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər.

Neçə gündür yenə müharibədə yaralanan, iştirak edən, can qoyan qaziləri incidirlər. Videolar yayılır, rəsmən süründürür rəsmi qurumlar onları, halbuki əllərinin üstündə gəzdirməlidirlər. Bəzilərinin əlilliyini vermirlər, bəzilərinin sığorta pulunu, digərlərinin ehtiyacları ödənilmir. Onlar etmir, biz edək: harda, kim, necə görsəniz, telefon nömrəsini mənə yazın, əlaqə saxlayaq, tapaq, kömək edək, ictimailəşdirək. Qoy bu bivec, məsuliyyətsiz qurumları məcbur edək, onların problemlərini tez zamanda həll etsinlər. Onlar heç bir sənəd, heç bir mərhələ filan keçmədən, çoxusu bir kəlmə ilə könüllü döyüşə yollandılar. Şəhərdə siqnallamaq, bayraq yelləmək, nə bilim "qaz vermək" deyil bu. Bizim borcumuz, vəzifəmiz xalq olaraq onlara sahib çıxmaqdır. Lütfən, xahiş edirəm paylaşın, kimi tanıyırsızsa əlaqələndirin, tapaq ictimailəşdirək, media dəstəyi verəcəyimə əmin ola bilərsiz.

Bu dəfə dəqiqdir: Vladimir Jirinovski öldü. Əslində keçən dəfə də ölmüşdü. Yaşamağı da, ölməyi də zəhlətökən oldu.

Ukrayna höküməti müharibədə həlak olan Ukrayna əsgərlərinin ailələrinə 15 milyon qrivna (500 min dollar) ödəyəcək. Rusiya Federasiyası isə 12.4 milyon rubl (150 min dollar) sığorta verir. Qeyd edim ki, Azərbaycanda şəhid ailələrinə verilən birdəfəlik yardım 11 min manatdır (6500 dollar).

Müharibə iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi, Şuşa, Füzuli, Xocavənd, Cəbrayılın azad olunması və "Şücaətə görə" medalları ilə təltif olunmuş, 22 yaşlı İsmət Namiq oğlu Babakişiyev özünü asaraq intihar edib. "Mən göndərmişdim səni ora?" deyən məmurlar çox olduqca, biganəliklər artdıqca, psixoloji dəstək olmadıqca davam edəcək, təəssüf ki.

Bakı-Quba yolunun bərbad vəziyyətindən danışan deputat Vahid Əhmədov "İstər baş nazir olsun, istər baş nazirin müavinlərinin, istərsə də nazirlərin hamısının Qubada, Qusarda villaları var" - deyib. Yarımçıq deyib, prezidentin və onun qızlarının da malikanələri mövcuddur. 1 milyard manata yaxın vəsaitin xərcləndiyi və 30 illik üçün tikilən yol 4 ildən sonra ona görə dağılmağa başlayıb ki, həmin villalar mövcud olsun.

Gecə klubunda qaz balonun partlaması nəticəsində baş vermiş qəza ilə bağlı başlanmış cinayət işi üzrə 3 nəfər həbs edilib. Təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan obyekti icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulov, səhlənkarlıqda ittiham edilənlər şirkətin təsisçisi-klubun meneceri Orxan Səfərov və FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov.

16 il ərzində Göygöl, Samux və ən sonda İmişlinin icrabaşı olmuş, İlham Əliyev tərəfindən "Vətənə xidmətə görə" ordeni verilmiş Vilyam Hacıyevin bugünki məhkəməsində olanlar: - İmişli Olimpiya İdman Kompleksinin direktoru işləmiş Asif Quliyev direktor vəzifəsinə təyin olunan kimi İmişli İcra Hakimiyyətinə 10 min manat pul verib. Onu vəzifəyə təyin edən Gənclər və İdman naziri olsa da, pulu icra hakimiyyətinə verib. - İmişli Meliorasiya və Su Təsərrüfatı idarəsinin sabiq rəisi Asif Qədirov bildirib ki, su kanalının çəkilməsi üçün büdcədən 300 min manat vəsait ayrılmışdı. İcradan ona bu vəsaitin 50 faizini onlara verməklə bu işi görməyi təklif etsələr də, 30 faizə düşüblər. Sonradan 300 min manatın cəmi 50-60 mini kanal çəkilişinə sərf olunub. Layihə isə tam yox, təxminən 80 faiz tamamlanıb. - “Göyüşlü” MMC-nin rəhbəri Asif Cavadov bildirib ki, Xoşçobanlı kəndində məktəb tikintisi üçün müqavilədə 950 min nəzərdə tutulsa da, cəmi 840 mini köçürülüb. O puldan da 284 min manat köməkçisi vasitəsilə icra başçısına verib.

Ukraynanın Buça şəhərində Rusiya ordusunun 1000-dən çox yerli sakini amansız şəkildə öldürüb, qadınlara ailələrinin qarşısında təcavüz edib, uşaqları qətlə yetirdiyi bildirilir. Zirzəmilərdə işgəncə kameralarının qurulduğu, başından güllələnmiş mülki şəxslərin əlləri qandallı, diz çökmüş cəsədləri tapılıb. Şəhərdə həmçinin kütləvi şəkildə məzarlıqlar aşkarlanıb. Hər birinin video və foto görüntüləri mövcuddur. Rəsmi Kreml isə Buçadakı qətliamda Rusiya ordusunun əli olması iddialarını tamamiylə rədd edib.

Ölkə deyil e, konspirologiya çayxanasıdır, "bir-birinin ətini didmə" fabrikidir elə bil. Biri rəsmi məlumata inanmır, Rusiyaya, İrana nə bilim, "Turan"a bağlayır partlayışı, digəri əylənən adamları söyür, öləni lənətləyir, bir başqası yaradanı söyür, orucluğu söyür. İqtidarı da "millət necə tarac olur olsun, nə işim var" modundadır. Rəsmi məlumata görə gecə partlayan obyektdəki faciəyə propan qaz balonu səbəb olub, qaz sızması nəticəsində partlayış baş verib. Ekspertlər bildirirlər ki, qaz balonları potensial minadır. Ümumiyyətlə Bakıda hazırda bir çox obyektlərdə propan qaz balonlarından istifadənin sayı artıb. Və bilirdinizmi ki, bu balonlara nəzarət edən hər hansı rəsmi qurum ümumiyyətlə mövcud deyil? Əvvəllər bununla xüsusi idarə məşğul olsa da, hazırda isə belə balonlar nəzarət edilmədən satılır. Zirzəmilərdə, dönərxanalarda olan sobalarda bu tip, daha çox Rusiyadan gətirilən, keyfiyyəti nədir, necədir bilinməyən qaz balonlarından istifadə olunur. Bu sobalarda istifadə olunan qazın partlama qüvvəsi metan qazından 3-4 dəfə artıq olur. Doldurma qazla çalışan sobalar mütəxəssislər tərəfindən quraşdırılmalıdır. İndi insanlar pul verməmək üçün özləri ustalıq edirlər. Bunun qarşısını almaq üçün xüsusi bir idarə yaranmalı və qaz təchizatına xüsusi nəzarət edilməlidir. Qanunla qaz balonlarını zirzəmilərdə və obyekt kimi istifadə olunan yarımzirzəmilərdə quraşdırmaq olmaz. Amma bu obyektdə istifadə olunurdu. Kim, hansı qurum icazə verib? Azərbaycanda hər il onlarla insan qazsızması nəticəsində dünyasını dəyişir, hər ötən il statistika daha da böyüyür. Hökumət bu ölümlərin, faciələrin qarşısını almaq üçün hansı addımları atır, kim buna nəzarət edir? Rəsmi qurumlar, FHN kimi "basməmmədi", necə gəldi klublara, iaşə obyektlərinə, ictimai məkanlara fəaliyyət üçün icazə verməməlidir, məkan standartlara, qaydalara cavab verməlidir. Nə olsun polis bölməsinə bitişik obyektdir?! Gərək elə necə gəldi işlədəsən? Hər birində onlarla insan əylənir, yeyir-içir, vaxtını keçirir, mütləq şəkildə texniki avadanlıqlar, məkanın ölçüsünə görə, təhlükəsizliyə görə yoxlanmalı, sonra fəaliyyətə izn verilməlidir. Rüşvətin, tapışın, nə bilim qohumbazlığın axırı faciələrə gətirib çıxarır, bunu dərk etmək lazımdır. Obyekt sahibləri də "pul buraxım, məkan açım" prinsipi ilə yox, birinci özləri və ora yığılan kütlənin təhlükəsizliyini düşünməlidir. Filan məmurun balasınındır, filan polis rəisinindir prinsipi ilə yox, standarta, təhlükəsizliyə zəmanət verməyən məkanlar bağlanmalıdır, cəza kəsilməlidir ki, bu cür faciələr yaşanmasın.

"Torqovı"dakı gecə klubundakı partlayışda ilkin məlumata görə 1 nəfər ölüb, 31 nəfər isə yaralı var. Partlayışın qaz sızmasından baş verdiyi iddia olunur. Parlayış nəticəsində mənzillərə, ətrafdakı mülki avtomobillərə ciddi ziyan dəyib.

Bakının mərkəzindəki "Location" adlı gecə klubunda güclü partlayış olub, ölən və yaralananların olduğu deyilir.

İmişlinin eks icra başçısı Vilyam Hacıyevin məhkəməsində İmişli rayon Məzrəli bələdiyyəsinin sədri Babək Kazımov deyib ki, bələdiyyə sədri seçilmək üçün 25 min rüşvət, 5 min də şirinlik verib. Babək bu cinayətləri etiraf edəndən sonra, əlini, qolunu sallaya-sallaya məhkəmə zalından çıxıb gedib bələdiyyəçiliyini etməyə. Və bu ölkədə bələdiyyə seçkilərinin xalq tərəfindən, şəffaf şəkildə keçirildiyi iddia olunur.

“Haber Global” bir neçə gün əvvəl Ermənistan ordusunun qeydiyyatda olan “Su-30” tipli dörd döyüş təyyarəsini pilotlarla birlikdə martın 25-də Ukraynadakı hərbi əməliyyatlar üçün Rusiyaya göndərilməsi ilə əlaqədar xəbəri geniş rezonans doğurub. Paşinyan “xəbərin doğru olmadığını” iddia edərək, “təyyarələrimiz heç vaxt ərazimizi tərk etməyib” açıqlamasını verib. Lakin Haber Global Ermənistan tərəfinin iddialarını ifşa edən peyk görüntülərini əldə edib və paylaşıb. Görüntülərdən görünür ki, 4 ədəd döyüş təyyarəsi Yerevanın Erebuni aviabazasından qalxır, Azərbaycanın işğal altından azad olunmuş ərazilərindən keçir, yenidən hazırda Azərbaycanın nəzarətində olan əraziləri süzərək Rusiyaya eniblər. İndi sual olunur ki, Azərbaycan niyə və necə bu uçuşlara göz yumub?! Hərbi Hava Qüvvələri necə buna şərait yaradıb? Ya peyk görüntüləri səhvdir, ya bizimkilərin başı qarışıb Fərruxa, ya da Paşinyan düz deyir. Sizin versiyanız nədir?

Naxçıvanda Babək rayonu, Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəbdə aparılan inşaat işləri əsnasında binanın bir hissəsi çöküb. İlkin məluməta görə fəhlələrdən 3 nəfər ölüb, bir nəfər isə yaralıdır. Sayın daha çox olduğu istisna edilmir.

Bakı Kommersiya Məhkəməsi 2 fevral 2022-ci ildə 28 avqust 2021-ci il tarixində vəfat etmiş şəxsin ölkədən çıxışına vergi orqanının ərizəsi əsasında qadağa qoyub. Vergi məbləği də mərhumun ölümündən sonra hesablanıb. Məhkəmə araşdırmır ki, adam sağdır ya yox. Seçkidə ölən şəxsin əvəzinə səs verən adamlardır, niyə təəccüblənirik ki?!

"Hamı səhvdir, bunlar isə düz" olan ölkədən xəbərlər: - Tərtərdə önxəttə yerləşən hərbi hissələrin birində, jurnalist və hazırda xidmətdə olan Fərid İsmayılov sosial şəbəkələrdə orduda əsgərlərin təchizat korluğundan, generator olmadığını, aylarla içməli su, qida problemi yaşadıqlarını yazıb. Müdafiə Nazirliyi isə yazılanları yalan və əsassız adlandırıb. - Parlamentin spikeri Sahibə Qafarova beynəlxalq iclasların birində çıxışı zamanı "Azərbaycan SSR" ifadəsi işlədir, həmkarları olan deputatlar çıxıb deyirlər ki, texniki səhvdir, təxribat törətməyin, bu barədə danışanlar qaragüruhdur. - İctimai fəal İmran Əliyevdən bütün gün ərzində xəbər alınmır, ailəsi, dostları axtarmadıqları yer qalmır, hüquq mühafizə orqanları məlumat yayır ki, bizimlə əlaqəsi yoxdur. Amma sonradan məlum olur ki, "Bandotdel" adlı qurum vətəndaşı oğurlayıb, təzyiq və zorakılığa məruz qalıb. - MİDA illərdir ev sırasında olan minlərlə aztəminatlı ailələri 500-ə yaxın güzəştli mənzilin seçiminə salır və 4-5 saniyə içində 500-ə yaxın ev birdən-birə sahiblərini tapır. Yüzlərlə vətəndaş sosial şəbəkələrdə etiraz etsə də, daha sonra rəsmi açıqlama verirlər ki, uğurlu seçim oldu.

Azərbaycanı "proksi dövlət" adlandıraraq təhqir edən, neft sənayesinin taktiki nüvə silahı ilə bombalanmasını təklif edən rusiyalı deputat Mixail Delyaqinə Azərbaycan baş prokurorluğu cinayət işi açaraq, İnterpol vasitəsilə beynəlxalq axtarışa verdi. Bir gün öncə deputat üzr videosu yaymışdı.