Samir Ramazanov
Ir al canal en Telegram
2 116
Suscriptores
-124 horas
-57 días
-930 días
Archivo de publicaciones
2 116
52 😎
Başa düşürəm ki bu qrupda əksəriyyər rus dili krizi yaşayır və ümumiyyətlə rurap-dən xəbərsizdi amma bu freshman-in albomunu paylaşmaya bilməzdim 🔥
Rusiyada hal hazırda ən böyük fenomen olan 52 tusanın ən parlaq təmsilçisi Friendly Thug 52 yarım il əvvəl mənə görə son illərin rurap-də işıq üzü görən ən cool albomunu buraxdı. "Cristoforo Colombo" çox qarışıq hisslər oyatdı məndə. Punch-ları kəskinliyi və gözlənilməz sonluqları sözün yaxşı mənasında məni dəli etdi.
Məsələn: "Mənim hərşeya qarşı asıllığım olduğu zaman, necə qala bilərəm independent" 🤌🤌🤌
Albomda bu tip punch-lar doludur və bu sevindirməyə bilməz. Vayb olaraq tam şəkildə Big Baby Tape-ın ( Atlanta, Kodak Black və YG sounduna istinad öz yerində) təsiri hiss olunsada, sözlərin və punch-ların level-ı tam başqadır. Albomda həmçinin Skriptonit və Yanix kimi böyük artistləe də yer alıblar. Sadə sound, maksimum flex, millenium punch-lar. Yeganə iradım qafiyə strukturunadı. Kvadrat struktur və bəsit qafiyələr üstünlük təşkil edir.
2 116
Cavanlara mesaj 🤔
Əziz Z nəsli, mənə başa salın görüm niyə görə bizim videodan olan bu səs tik tok-da trend oldu amma biz videonun sahibi olaraq bu səslə video atanda trendə düşə bilmədik ki bilmədik ❓️
Tik Tok-a deyərlər cındır zadıq?
2 116
OFFICIAL BREAKDOWN 🗽
Rick Ross rəsmən Drake-ı "cang-cung" etdi 🚀
"Короче", bildiyiniz kimi Kendrick Lamar 1 ay əvvəl Future & Metroboomin'-in albomunda "Like That" trekində feat-ə girər girməz J Cole-a və əsasən Drizzy-ə diss atmışdı. Hardasa 3 həftədən sonra J Cole yüngülvari cavab verdi amma sonra konsertlerin birində peşman olduğunu bildirdi. Dünən isə Drake "Drop and gave me 50" trekini buraxaraq həm Kenny-yə həm də Rick Ross-a diss atdi (bunların da beef-i bitmir ki, birmir 🤦♂️).
Rick Ross da özünü çox gözlətmədi və cavab olaraq "Champagne Moment" adlı diss buraxdı. Trekin hər sətiri Drizzy-ni sürüdü bir sözlə. Necə deyərlə "stay tuned, send nudes", görək "дальше" nə olur 🫡
#hiphopnews
2 116
MOUGOU - TOYOTA SUPRA (RZZA COVER) 🍑
Content Tv-nin yeni üzvləri ilə tanış olun - MOGOU 👭
Yoka və Ginger @rzzamusic dillər əzbəri olan freestyle-nı özünəməxsus tərzdə olan ifasını dinləyin və fikirlərinizi şərh bölməsində bildirin 🫡
#mogou #çənəfreestyle #yoka #ginger #rzza
2 116
URAN #top7songs
1. Oğlan Ol
2. Spid virusu düşüb mənə
3. Kör Zabit
4. Külək
5. Tam səmimi
6. Hörmətlə, Uran
7. Xəbərin yox
2 116
Hər kəsə salam 🫡
#top7songs rubrikası üçün növbəti reperin adını komentlərdə yaz ⤵️2 116
QARAQAN #top7songs
1. Etiraf Otağı
2. Yorğun
3. Məni qaytar
4. Dərzi
5. Güzgü
6. ODGG
7. Mənim Dərdim (Plagiat olsa da bəyənirəm)
2 116
DOSTLAR CHAT-DA BİR BİRİNİZƏ QARŞI ETİKANI POZMAYIN ‼️
Mən bu kanalı bir birinizə informasiya ötürmək üçün yaratmışam, bir birinizi təhqir etmək üçün yox! Təhqiredici ifadələr işlədən hər kəs qrupdan silinəcək! 🚫
2 116
TWIX 😎
Bugün Vaxoşun, Qalibin və Səməndarın yeni "Gülməli pullar" adlı live proyektində iştirak etdim 💸
Həddindən artıq səmimi və senzurasız bir freestyle yumor izlədim və doyunca güldüm, yanaqlarım hələdə ağrayır 😂😂😂
Bakida belə çirkin yumor hələ görməmişəm açığı. Bir iki nüansı çıxmaq şərti ilə çox əla proyektdir, davamı gəlsə ölkədə yumorun yeni səmti açılacaq!
Bir sözlə uğurlar ❤️
2 116
COMBAT IS BACK 🦍
Battle-lar haqqında hər kəsin öz fikri var amma bir şey də var ki onu obyektiv olaraq qəbul etməliyik. Son zamanlar Azrap-in hype-ı bilavasitə olaraq battle-lardan asıllıdır (Asap Gold bunu bəyənmədi 😂).
Combatın da qayıdışı Azrap-ə istər istəməz təkan verəcək. Nikonun dediyinə görə bu dəfə New School üçün də fürsət yaradacaq və yaxın zamanda iştirakçıların adlarını izləyicilərlə bölüşməyi planlaşdırır. Amerikalılar demişkən "STAY TUNED" 🫡
Battle üçün maraqlı və kreativ cütlükləri isə şərhlərdə gözləyirəm ⤵️
2 116
F'RHYME #top7songs
1. HDHNYG
2. Soyuqqanlı olmaq üşüdür
3. LLC
4. Mişarım edir ğın ğın
5. Ucuz Dram
6. Para Brain
7. Big Joint
