es
Feedback
ASAPES | ADBTİA

ASAPES | ADBTİA

Ir al canal en Telegram

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəsmi Telegram hesabı ▫️ Official Telegram account of Azerbaijan State Academy of Physical Education and Sport 📍Fatali Khan Khoyski str., 98, AZ 1072 Baku, Baku, Azerbaijan, AZ1072

Mostrar más
997
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
agosto '24
agosto '24
+3
en 0 canales
julio '24
+10
en 0 canales
Get PRO
junio '24
+9
en 0 canales
Get PRO
mayo '24
+21
en 0 canales
Get PRO
abril '24
+11
en 0 canales
Get PRO
marzo '24
+39
en 0 canales
Get PRO
febrero '24
+27
en 0 canales
Get PRO
enero '24
+23
en 0 canales
Get PRO
diciembre '23
+18
en 1 canales
Get PRO
noviembre '23
+25
en 1 canales
Get PRO
octubre '23
+30
en 1 canales
Get PRO
septiembre '23
+216
en 0 canales
Get PRO
agosto '23
+31
en 0 canales
Get PRO
julio '23
+26
en 0 canales
Get PRO
junio '23
+15
en 0 canales
Get PRO
mayo '23
+30
en 0 canales
Get PRO
abril '23
+16
en 0 canales
Get PRO
marzo '23
+78
en 0 canales
Get PRO
febrero '23
+28
en 0 canales
Get PRO
enero '23
+888
en 0 canales
Fecha
Crecimiento de Suscriptores
Menciones
Canales
06 agosto0
05 agosto+3
04 agosto0
03 agosto0
02 agosto0
01 agosto0
Publicaciones del Canal
📣Azərbaycan Autizm Assosiasiyası və ASAPES birgə əməkdaşlığa hazırlaşır! Assosiasiyasının prezidenti, millət vəkili Jalə Əhm
+2
📣Azərbaycan Autizm Assosiasiyası və ASAPES birgə əməkdaşlığa hazırlaşır! Assosiasiyasının prezidenti, millət vəkili Jalə Əhmədova, akademiyanın Mulltimedia Mərkəzi və Elmi-Tədris laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olub. Akademiyanın rektoru Fuad Hacıyev ikili diplom proqramları, beynəlxalq dərəcəli mütəxəssislərin və əcnəbi professor iştirakı ilə idman və reabilitasiya istiqamətində aparılan işlərlə yaxından tanış edib. Həmçinin, millət vəkili Jalə xanım, ölkədə autizm ilə bağlı assosiasiyanın fəaliyyəti, görülən silsilə tədbirlər barədə geniş məlumat verib. Görüş zamanı, assosiasiya və akademiya arasında mümkün istiqamətlər üzrə gələcək fəaliyyət planları müzakirə olunub.

2
Yanvarın 9-da ASAPES-in hovuz kompleksi istifadəyə verilib. Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, nazir m+5
Yanvarın 9-da ASAPES-in hovuz kompleksi istifadəyə verilib. Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, rektor Fuad Hacıyev və akademiyanın əməkdaşları iştirak edib. Tədbir zamanı akademiya tələbələri maraqlı çıxışlar edib və su polosu üzrə milli komandanın üzvləri arasında mini yarış təşkil olunub. Kompleksdə 5 idman növü üzrə tədris keçirilməsi nəzərdə tutulub: 🔹Üzgüçülük; 🔹Su polosu; 🔹Suya tullanma; 🔹Dalğıc dərsləri; 🔹Sinxron üzgüçülük. #ASAPES #MYSGOV #Azerbaijan #swimmingpool
488
3
🇷🇺Magistrantlarımızın Soçi səfərindən ən yadda qalanlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman me+5
🇷🇺Magistrantlarımızın Soçi səfərindən ən yadda qalanlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman menecmenti” ixtisaslaşmasının magistrantları Rusiya Federasiyasının Soçi şəhərinə tədris-təcrübə səfərini yekunlaşdırıblar. Tələbələrimiz səfər zamanı müxtəlif vaxtlarda: Dağ əyləncə kurortu - Krasnaya Polyana, Soçi kurort - şəhərinin Tarix Muzeyi, Əfsanəvi “odlu suyun” mənbəyi - Maçesta, Subtropik Mərkəzin “Dostluq ağacı” - Bağ Muzeyi, Cənub federal idman təlimi mərkəzi - Yug Sport, Sirius Təhsil Mərkəzi və ”FİŞT” stadionu kimi maraqlı məkanlarda olublar. Ziyarət zamanı tur rəhbərləri tələbələri şəhərin maraqlı məkanları ilə tanış edərək, magistrantlarımıza məkanların tarixi və fəaliyyəti haqqında məlumat veriblər. #ASAPES #İdmanAkademiyası #MGİMO
457
4
#ASAPES #İdmanAkademiyası #happynewyear #2024
#ASAPES #İdmanAkademiyası #happynewyear #2024
459
5
Dekabr ayı boyunca ASAPES və Azərbaycan Karate Federasiyasının(AKF) birgə təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin İd+4
Dekabr ayı boyunca ASAPES və Azərbaycan Karate Federasiyasının(AKF) birgə təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunda AKF-nın məşqçi-müəllimləri üçün “Karate üzrə məşqçilik” mövzusunda təlimlər keçirilib. #ASAPES #GİN #karate #təlim
465
6
Biz artıq bayram abu-havasına girmişik... 🥳🎉 ASAPES-in təşkil etdiyi əyləncəli Yeni il konserti böyük coşqu ilə qarşılanıb.
Biz artıq bayram abu-havasına girmişik... 🥳🎉 ASAPES-in təşkil etdiyi əyləncəli Yeni il konserti böyük coşqu ilə qarşılanıb. Akademiyamızın kollektivinin iştirak etdiyi bayram tədbirində ASAPES-in istedadlı tələbələri və sevilən rok qrupu “Ayna Band” səhnə performansları ilə iştirakçılara xoş, əyləncəli anlar yaşadıblar. Yeni ilimiz beləcə bol əyləncəli, uğurlu, sağlıqlı, məhsuldar günlərlə gəlsin...🎊 #ASAPES #İdmanAkademiyası #Students #Tələbələr #happynewyear #yeniil
521
7
Dekabrın 27-si Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) 2023-cü ildəki fəaliyyətinin yekunları üzrə hesabat tədbiri ke+9
Dekabrın 27-si Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) 2023-cü ildəki fəaliyyətinin yekunları üzrə hesabat tədbiri keçirilib. AMPK-nın prezidenti Hidayət Abdullayev tərəfindən cari il ərzində görülən işlər, idman uğurları və 2024-cü il üçün hazırlanan strateji plan haqqında geniş məlumat verilib. Həmçinin, #ASAPES-in nəznində fəaliyyət göstərən tibbi laboratoriya və multi-media mərkəzi ilə tanışlıq turu keçirilərək, paralimpiyaçılar üçün mövcud imkanlar müzakirə olunub. #AMPK #GİN #ASAPES #Paralimpiya
416
8
Dekabrın 21-i Çexiyanın Karlov Universitetinin fəlsəfə fakültəsində silahlı hücum nəticəsində 15 nəfər həlak olub, 24 nəfər y
Dekabrın 21-i Çexiyanın Karlov Universitetinin fəlsəfə fakültəsində silahlı hücum nəticəsində 15 nəfər həlak olub, 24 nəfər yaralanıb. ASAPES tərəfdaş Universitetdə baş verən faciəli hücumdan kədərləndiyini bildirir. Qanlı hadisə zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq!
442
9
ASAPES-in Sosial elmlər kafedrasının müəllimi, pedaqoq, təlimçi Aynur Abdullayeva SABAH qrupu tələbələrinə “İnklüzivlik - yen+4
ASAPES-in Sosial elmlər kafedrasının müəllimi, pedaqoq, təlimçi Aynur Abdullayeva SABAH qrupu tələbələrinə “İnklüzivlik - yeniyetmə və gənclər arasında idmanın və sağlam həyat tərzinin təbliği” mövzusunda seminar keçib. Seminar zamanı uşaqlarda təhsil imkanlarını məhdudlaşdıran məsələlər müzakirə olunub. İnklüziv təhsilin tətbiq olunmasının önəmi, necə həyata keçirilməli olduğu ilə bağlı təqdimat göstərilib. Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib. #ASAPES #İdmanAkademiyası #ASAPESABAH #Students #Tələbələr
425
10
Azərbaycan Şahmat Federasiyası 2023-cü ilin yekunlarına həsr olunan tədbir keçirib. Mərasimdə iştirak edən gənclər və idman n
Azərbaycan Şahmat Federasiyası 2023-cü ilin yekunlarına həsr olunan tədbir keçirib. Mərasimdə iştirak edən gənclər və idman naziri Fərid Qayıbov cari ildə uğur qazanan ASAPES tələbələri Gövhər Beydullayeva, Məhəmməd Muradlı, Ayan Allahverdiyeva və Günay Məmmədzadəyə təşəkkürnamələr təqdim edib. Tələbələrimizi təbrik edir, növbəti ildə yeni nailiyyətlər arzulayırıq! #ASAPES #İdmanAkademiyası
304
11
Əsas məqsədi tələbələrin inzibatçılıq üzrə bilik və bacarıqlarının artırılmasına yönələn kursda antik və müasir olimpiadaları+1
Əsas məqsədi tələbələrin inzibatçılıq üzrə bilik və bacarıqlarının artırılmasına yönələn kursda antik və müasir olimpiadaların tarixi, kommunikasiya, Olimpiya Oyunlarının təşkil olunması, təhlükəsiz idman, olimpiya marketinqi və digər mövzularda təqdimatlar edilərək, iştirakçılar ilə fikir mübadiləsi aparılıb. Sonda tələbələrə Beynəlxalq Olimpiya Komitəsinin sertifikatları təqdim olunub. #ASAPES #İdmanAkademiyası #ASAPESABAH
265
12
ASAPES SABAH qruplarının “İdman menecmenti və kommunikasiya”, “Məşqçilik”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisas+9
ASAPES SABAH qruplarının “İdman menecmenti və kommunikasiya”, “Məşqçilik”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisaslarında təhsil alan tələbələri üçün “Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı və Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə keçirilən “İdman inzibatçılığı kursu” öz işini başa çatdırıb. Kursu Beynəlxalq Olimpiya Komitəsinin “İdman İnzibatçılığı” üzrə sertifikatına malik məruzəçilər, MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov, Beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, Marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva, İdman şöbəsinin baş məsləhətçisi Vaqif Əliyev, Beynəlxalq proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov və Atletika Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Kənan Məhərrəmov aparıb.
347
13
Bundan əlavə Akademiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə ASAPES haqqında təqdimat edərək potensial layihələr haqqında məlumat verib. Əsas məqsədi ERASMUS+ proqramının Azərbaycan universitetləri üçün verdiyi fürsətlər, mövcud proqramlar və onlara qəbul şərtləri ilə bağlı ali təhsil nümayəndələrini məlumatlandırmaqdan ibarət olan tədbirdə müxtəlif ali təhsil müəssisələrinin rəhbərləri və təmsilçiləri iştirak ediblər. #ASAPES #İdmanAkademiyası #Erasmus
173
14
ASAPES-də Erasmus+ proqramı ilə bağlı Azərbaycanın ali təhsil müəssisələri üçün məlumatlandırma günü keçirilib Açılış nitqini+8
ASAPES-də Erasmus+ proqramı ilə bağlı Azərbaycanın ali təhsil müəssisələri üçün məlumatlandırma günü keçirilib Açılış nitqini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev edərək Akademiyada təhsil, tədqiqat və inzibati sahədə keyfiyyətin artırılması üçün keçirilən tədbirləri və görülən işləri iştirakçıların diqqətinə çatdırıb. Görüşdə iştirak edən Azərbaycan Milli Erasmus+ ofisinin direktoru Pərviz Bağırov çıxışında Azərbaycanda “ERASMUS+” proqramı, proqramın tətbiqi ilə bağlı Azərbaycanda görülən işlər, həyata keçirilən layihələr və Milli ERASMUS+ ofisinin rolu, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Vüsalə Qurbanova isə nazirliyin bu istiqamətdə apardığı işlər haqqında məlumat veriblər.
198
15
Qallen Universitetinin doktorantı, Qrizons Tətbiqi Elmlər Universitetinin professoru Con Andrea Şoçer (Jon Andrea Schocher) A+3
Qallen Universitetinin doktorantı, Qrizons Tətbiqi Elmlər Universitetinin professoru Con Andrea Şoçer (Jon Andrea Schocher) ASAPES-də tədrisi ingilis dilində aparılan “İdman menecmenti” ixtisaslaşmasının I tədris ili magistrantlarına “Media menecmenti və kommunikasiya” fənninin tədrisinə başlayıb. Tədris zamanı xarici ekspert magistrantlara kommunikasiyanın əhəmiyyəti, effektiv kommunikasiya yolları və digər önəmli mühazirələr keçərək dünya idman mediasında aktual olan mövzular haqqında məlumat verib. #ASAPES #İdmanAkademiyası #SportManagement #İdmanMenecmenti #Sport #İdman #Master #Lesson
215
16
Qeyd edək ki, Roman Olxovskiy Sankt-Peterburq Politexnik Universitetinin Bədən Tərbiyəsi, İdman və Turizm İnstitutunun dosenti, Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Dövlət Qulluğu və İdarəetmə İnstitutunun müəllimi, sosiologiya üzrə elmlər namizədidir. #ASAPES #İdmanAkademiyası #MGİMO #Students #Tələbələr #İdman #Sport #Master #Lesson #Dərs
146
17
ASAPES-də xarici mütəxəssislərin tədrisə cəlb olunması davam edir Rusiyalı mütəxəssis Roman Olxovskiy Azərbaycan Dövlət Bədən+4
ASAPES-də xarici mütəxəssislərin tədrisə cəlb olunması davam edir Rusiyalı mütəxəssis Roman Olxovskiy Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) ilə ikili diplom proqramı çərçivəsində tədrisi rus dilində aparılan İdman menecmenti ixtisası üzrə təhsil alan magistrantlara “Beynəlxalq idman tədbirlərinin təşkil edilməsi” fənnini tədris etmək üçün Bakıya gəlib. Modulun tədrisi zamanı bədən tərbiyəsi və idmanın cəmiyyətdə tarixi rolu, idman sosial dəyişiklik amili kimi, ərazilərin sosial-iqtisadi inkişafında idmanın rolu, idman nümayəndə heyətləri və qonaqlar, kadr, dopinq nəzarəti, naviqasiya, akkreditasiya - vahid sistem layihəsi və s. kimi mövzulardan bəhs edilib.
175
18
🎉🥇ASAPES-in Avropa çempionu ilə tanış olun! Akademiyanın “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq” fakültəsinin I tədris+6
🎉🥇ASAPES-in Avropa çempionu ilə tanış olun! Akademiyanın “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq” fakültəsinin I tədris ili tələbəsi Xəyal Əliyev Türkiyənin Antalya şəhərində böyüklər arasında keçirilən muaytay üzrə Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək piləlləsinə qalxıb. Tələbəmizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq! #ASAPES #İdmanAkademiyası #Sport #İdman #Gold #Medal #Student #Tələbə
210
19
ASAPES-in Elmi-tədris laboratoriyasının fiziki reabilitasiya üzrə baş mütəxəssisi, “CoplexCore”un koordinatoru Sərdar Səfixan+8
ASAPES-in Elmi-tədris laboratoriyasının fiziki reabilitasiya üzrə baş mütəxəssisi, “CoplexCore”un koordinatoru Sərdar Səfixanov və Akademiyanın baş müəllimi, Elmi-tədris laboratoriyasının aparıcı mütəxəssisi Hakim İbrahimov tələbələrimiz Sona Mövlayeva, Seyid Talıbov, Heydər Bəxtiyar-Axtehxanə ilə birlikdə Almaniyanın Köln şəhərinə səfər ediblər. Səfər çərçivəsində CoplexCore şirkətinin icraçı direktoru Roman Yahoda və Taro Netzer ilə görüş keçirən nümayəndələrimiz Alman milli komandaları üçün hazırlanmış müxtəlif idman növləri üzrə seminarlarda iştirak edib və ölkənin bir çox tanınmış məşqçi və idmançıları ilə tanış olma şansı qazanıblar. Mütəxəssis və tələbələrimizin təcrübə əldə etməsi, eləcə də inkişafı məqsədilə təşkil edilən səfər dörd gün davam edib. #ASAPES #İdmanAkademiyası #ComplexCore #Lab #reabilitasiya #rehabilitation #sportrehabilitation #idmanreabilitasiyası
215
20
🏊🏻🎉ASAPES-in üzgüçü tələbələri beynəlxalq turnirdə yüksək nəticə göstəriblər Azərbaycanın üzgüçülük üzrə milli komandasını+2
🏊🏻🎉ASAPES-in üzgüçü tələbələri beynəlxalq turnirdə yüksək nəticə göstəriblər Azərbaycanın üzgüçülük üzrə milli komandasının üzvləri olan tələbələrimiz – 111R3 qrupunun tələbəsi Ramil Vəlizadə, 111A15 qrupunun tələbəsi Rəşad Alquliyev və 113R2 qrupunun tələbəsi Əbdürrəhman Rüstəmov Serbiyanın Niş şəhərində keçirilən gənclər arasında 32-ci Sveti Nikola adına beynəlxalq turnirdə 4 qızıl, 1 gümüş və 3 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar. Dünya çempionatına və Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda Albaniya, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya, Serbiya və Makedoniya idmançıları ilə qalibiyyət uğrunda mübarizə aparan idmançılamızdan Ramil Vəlizadə 2 qızıl 1 gümüş, Rəşad Alquliyev 2 bürünc, digər tələbəmiz Əbdürrəhman Rüstəmov isə 2 qızıl 1 bürünc medal qazanıb. Tələbələrimizi təbrik edir, onlara gələcək yarışlarda uğurlar arzulayırıq! #ASAPES #İdmanAkademiyası #Üzgüçülük #swimming #Sport #İdman #Students #Tələbələr
202