es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

SALEH▪️NASIROV

SALEH▪️NASIROV

Ir al canal en Telegram

🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər

Mostrar más

📈 Análisis del canal de Telegram SALEH▪️NASIROV

El canal SALEH▪️NASIROV (@nasirovsaleh) en el segmento lingüístico de Azerbaiyano es un actor destacado. Actualmente la comunidad reúne a 34 970 suscriptores, ocupando la posición 7 291 en la categoría Noticias y medios y el puesto 69 en la región Azerbaiyán.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 34 970 suscriptores.

Según los últimos datos del 03 noviembre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -407, y en las últimas 24 horas de -30, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 21.60%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 8.50% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 7 552 visualizaciones. En el primer día suele acumular 2 972 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 53.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər”

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 04 noviembre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Noticias y medios.

34 970
Suscriptores
-3024 horas
-667 días
-40730 días
Archivo de publicaciones
Gəncə şəhərində “Changan” markalı avtomobilin sürücüsü sosial şəbəkə hesabında yol hərəkəti təhlükəsizliyini ciddi şəkildə pozan videogörüntülər paylaşıb. DİN🚨Sözügedən görüntülərlə bağlı 2025-ci ilin dekabr ayında Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində “Changan” markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq edən sürücü Ə.Rəhimov saxlanılıb. “Araşdırmalar zamanı sürücünün avtomobilinə əlavə səs siqnalı quraşdırdığı da müəyyən edilib. Sürücü barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Rəhimov 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 30 sutka inzibati qaydada həbs olunub”, - qurum rəsmisi qeyd edib.

Dom Sovet tərəfdə işıqforlar işləmir

Kamçatkadan İncilər

Bu artıq neçənci, bəlkə də yüzüncü reyddir Sumqayıtda baş tutur. Təşəbbüs düzdür, lakin yanaşma və format səhvdir. O üzdən effekt vermir! Nəticədə “yazıqdır, kasıbdır, imkan verin çörək aparsın evinə” və “düz edirlər, antsinatirayia, keçmək olmur və sair” deyənlər şərhlərdə bir birini qırırlar, problem isə həll olunmayaraq qalır. Əslində isə problemin həlli çox sadə və bəsitdir: CƏRİMƏ! Baxın, avtobus və velosiped zolağı ilə niyə sürmürük? 100 azn və 2 bal. Bu da belə! Necə olur reyd və çəkilişdən sonra bunlar yenə peydə olur və fəaliyyətinə davam edir? That’s the question 😎 Bir də, dövlət qurumları bu küçə ticarətilə məşğul olanlara ƏLÇATAN şərait və xüsusi yerlər yaratmalıdır! S▪️N

LƏNKƏRAN, CİL KƏNDİNDƏ EV YANDI 🔥 İzləyicim; “Salam Saleh qaradaw necəsən. Mənim evim yandı ayın 11ri evimdə heçnə qalmadı tam yandı ewyalariynan bir yerdə mənə köməklik edə bilərsiz öz səhifənizdə paylawardiz sizi tanıyan çoxdur Elvin 051 681 63 61. Kapital bank 4169 7388 6780 7285

Sumqayit-Baki yolunda avtovağzala yaxın yolda avaria olub

📢 Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklikləri təsdiqlədi. 🚫 Qadağan edilən paylaşımlar bunlardır: • ❌ İctimai mənəviyyatı təhqir edən məzmunlar • ❌ Cəmiyyətə açıq hörmətsizlik ifadə edən davranış və ifadələr • ❌ Əxlaqa zidd sözlər, mimikalar və jestlər • ❌ Bədənin hissələrinin milli və mənəvi dəyərlərə zidd formada nümayişi 💰 Cəza tədbirləri isə belədir: • 🔹 İlk pozuntu: 500– 1000 manat cərimə • 🔹 Təkrar pozuntu (1 il ərzində): 1000–2000 manat cərimə • 🔹 İnzibati həbs: • İlk pozuntuda – 30 günədək • Təkrar hallarda – 1–2 ayadək 📌 Qanun artıq qüvvədədir və bütün internet istifadəçilərinə şamil olunur.

17 yaşlı Kamalın ölümünə görə cinayət işi açıldı. Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. https://t.me/nasirovsaleh/8704

DƏRNƏGÜLDƏ TAYQA TƏRƏFDƏ YANĞIN İzləyicim; “Saleh bey Dərnəgül Tayqa marketin arxası Beer labla üzbəüz məhlədə ev yanır Fövqaladə və 103 cəlb olunub amma sönmür hələ də çox yanır”

🇺🇸 ABŞ 75 ölkəyə viza verilişini dayandırdı - Siyahı👇 ABŞ Dövlət Departamenti milli təhlükəsizlik tədbirləri çərçivəsində onlarla ölkənin vətəndaşları üçün viza verilməsini müvəqqəti olaraq dayandırıb. Konsulluq işçilərinə viza müraciətlərini ərizəçilərin yoxlanılması və yeni seçim prosedurları tamamlanana qədər dərhal rədd etmək tapşırılıb. Siyahıda cəmi 75 ölkənin adı keçir👇 Əfqanıstan, Albaniya, Əlcəzair, Antiqua və Barbuda, Ermənistan, Azərbaycan, Baham adaları, Banqladeş, Barbados, Belarus, Beliz, Butan, Bosniya, Braziliya, Birma, Kamboca, Kamerun, Kabo-Verde, Kolumbiya, Konqo Demokratik Respublikası, Konqo Respublikası, Kuba, Dominikan, Misir, Eritreya, Efiopiya, Fici, Qambiya, Gürcüstan, Qana, Qrenada, Qvatemala, Qvineya, Haiti, İran, İraq, Kot d’İvuar, Yamayka, İordaniya, Qazaxıstan, Kosovo, Küveyt, Qırğızıstan, Laos, Livan, Liberiya, Liviya, Makedoniya, Moldova, Monqolustan, Monteneqro, Mərakeş, Nepal, Nikaraqua, Nigeriya, Pakistan, Rusiya, Ruanda, Sent Kitts və Nevis, Sent Lusiya, Sent Vinsent və Qrenadinlər, Seneqal, Syerra-Leone, Somali, Cənubi Sudan, Sudan, Suriya, Tanzaniya, Tailand, Toqo, Tunis, Uqanda, Uruqvay, Özbəkistan və Yəmən. ⚠️Qərara əsasən, bu ölkələrin vətəndaşlarına immiqrasiya vizalarının verilməsi qeyri-müəyyən müddətə dondurulub. Xatırladaq ki, Dövlət Departamentinin bu addımı 2026-cı ilin yanvarından etibarən Tramp administrasiyasının tətbiq etdiyi genişləndirilmiş “Səyahət Qadağası” (Travel Ban) siyasətinin bir hissəsidir.

Naxçıvanda iki tələbə dəm qazından zəhərlənərək həlak olub. Hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb. Ahme
Naxçıvanda iki tələbə dəm qazından zəhərlənərək həlak olub. Hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb. Ahmet və Büşra adlı tələbələr Türkiyə vətəndaşlarıdır.

Ötən il Azərbaycanda 32 min 194 nəfər it dişləməsinə məruz qalıb və bir quduzluq hadisəsi qeydə alınıb. https://t.me/nasirovsaleh/6041

Aeroport yoluna çıxan Öküz "Land Cruiser"lə toqquşdu. Sizcə günah kimdədir?

11 nömrəli avtobusun sürücüsü yaşlı kişini avtobusa qoymadı, sərnişinlər etiraza və müdafiəsinə qalxdı! VİDEO İzləyicim; “Salam Saleh bəy. Bu gün 14.01.26 saat 08:28-də işə gedərkən 11 nömrəli avtobusda şahidi olduğum hadisə məni həm bir sərnişin həm də bir vətəndaş olaraq ciddi şəkildə narahat etdi və bu məsələni.Sizə çatdırmağı özümə borc bildim.Dərnəgül yolu istiqamətində hərəkət edərkən avtobusa bir yaşlı kişi mindi.Avtobus sürücüsü isə heç bir etik və ya insani yanaşma sərgiləmədən yaşlı kişiyə sərt şəkildə irad bildirdi ki niyə bu avtobusa minmisən qabaqdakına minərdin Yaşlı kişi isə sakit tərzdə qabaq avtobusda yer olmadığını bildirdi.Təəssüf ki məsələ bununla bitmədi.Sürücü yaşlı şəxslə açıq aşkar mübahisəyə girdi sonda isə onu avtobusdan zorla düşürdü. Daha da dəhşətlisi odur ki sürücü özü də avtobusdan düşərək yaşlı kişiyə fiziki müdaxilə etməyə cəhd göstərdi.Hadisə az qala əlbəyaxa davaya çevrilirdi.Bu anda avtobusun içində tam bir xaos yarandı Sərnişinlər təşviş içində qaldı bəzi insanlar sürücünü sakitləşdirməyə çalışdı.Sonradan sərnişinlərin müdaxiləsindən və sakitləşdirməsindən sonra sürücü yenidən avtobusa minərək hərəkəti davam etdirdi lakin bu müddətdə bir neçə sərnişin yaranmış gərginlik səbəbindən avtobusu tərk edərək yollarına piyada davam etmək məcburiyyətində qaldı.Bu hadisə nəinki sürücü etikası ümumiyyətlə insanlıq baxımından qəbuledilməzdir.Xüsusilə yaşlı bir insana qarşı bu cür aqressiv və təhqiramiz davranış cəmiyyətimiz üçün utancvericidir.Bu məsələ ilə bağlı müvafiq tədbirlərin görüləcəyinə və belə halların təkrarlanmaması üçün ciddi nəzarət olunacağına ümid edirəm🙏🏻 Belə hadisələr 11 nömrəli avtobusda çox yaşanır.Ən çox da gec gəldiklərinə görə.1,2 saatdan bir gəlirlər”

Bayaqdan sürürəm və görürəm yanımdam VƏHŞİ kimi ÇOX YÜKSƏK SÜRƏTLƏ maşınlar keçir, ələlxüsus avtobus zolağı ilə. Bax denən ay tupoy, qaydaları və qaz tormozdan savayı heçnəyi bilməyən cahil “sürücü”, YAĞIŞLI HAVADA SÜRƏTLƏ sürərlərmi? BUNUN NƏ QƏDƏR TƏHLÜKƏLİ OLDUĞUNU BİLİRSƏNMİ?!! Öz 5 qəpiklik həyatım cəhənnəmə, vurub digər sürücüləri, maşınları, piyadaları məhv edəcəksən! Vallah bu cərimələr azdlr, cəzalar yumuşaqdır! Beləıərin dərisini soymaq lazımdlr! SADƏCƏ DƏHŞƏT! MƏSULİYYƏTSİZLİYİN PİK HƏDDİ!

İzləyicim; “Salam Saleh bəy, atam itib alzaymerdi. 11 yanvardan bəri yoxdur. Unutqanlığına görə evin ünvanın tapa bilmir. Pay
İzləyicim; “Salam Saleh bəy, atam itib alzaymerdi. 11 yanvardan bəri yoxdur. Unutqanlığına görə evin ünvanın tapa bilmir. Paylaşa bilərsinizmi? Detallı məlumat göndərim Adı Hacıyev Kamal. Alzaymerdir.50 yaşında 1.75 boyunda əynində göy balonka , palıd şalvar və qara ayaqqabı olub. Masazır şəhərində itib . Ən son Masazır avm tərəflərdə görən olub bəlkə də oxşadıblar. Allah rızası üçün görənlər əlaqə saxlasın. Polisə məlumat versinlər 0507250536 051 821 84 25 0517233103”

İMİŞLİ MAL BAZARINDAN İNCİLƏR İzləyicim; “Salam Saleh bey. İmişli rayonu girəcəyində Mal bazarə var. Bu bazara göre dəhşət tıxac yaranıb şəhərə giriş yolunda. 1 saatdə şəhərə çata bilmirik bu tıxaca görə. Əks yola girən saxlayan mal heyvan düşürdən kim. Tənzimlənmə yoxfur . Mal bazarına maşın duracağı yaratmaq. Yol kənarında maşın qazel saxlamamaq lazımdır”

Lənkəranda idarə etdiyi avtomobillə məktəbli bacı-qardaşı vuraraq öldürməkdə təqsirləndirilən Vurğun Quluzadə 10 il müddətə azadlıqdan məhrum edilib. https://t.me/nasirovsaleh/8298

Sərxan yaxın zamanda evə buraxılacaq 10 yaşlı Sərxan Hüseynli hazırda Pediatrik Stasionar şöbədə müalicə alır. Fiziki müalicə və fizioterapiya davam etdirilir. Şüuru açıqdır, nitqi normaldır və verilən göstərişləri yerinə yetirir. Yaxın zamanda evə buraxılması planlaşdırılır.