cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Vüsət Əzizov

Təhsil ilə bağlı rəsmi məlumatlar Abituriyentlər və tələbələrə online şəkildə bütün növ təhsil xidmətləri göstərilir. Əlaqə: +994707645000 Youtube:https://youtube.com/c/VusetAzizov İnstagram: https://www.instagram.com/vuset.azizov

Mostrar más
Publicaciones publicitarias
11 724
Suscriptores
+1324 horas
-17 días
+6230 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
Bakı Mühəndislik Universitetində “#Məzun günü” keçirilir. ➡️ İyunun 27-də Bakı Mühəndislik Universitetində (BMU) “Məzun günü” keçiriləcək. Dövlət və hökumət nümayəndələri, millət vəkillərinin iştirakının nəzərdə tutulduğu tədbir saat 18:00-da universitetin əsas binasının qarşısında təşkil olunacaq. “Məzun günü”ndə rəsmi çıxışlardan sonra cari tədris ili məzunlarından ixtisas, fakültə və magistratura birinciləri, o cümlədən universitet birincisi mükafatlandırılacaq, ardınca bədii proqram təqdim olunacaq. Bədii proqramda Azərbaycanı 56-cı Avroviziya Mahnı Müsabiqəsində təmsil edən və yarışmanın qalibi olan Nigar Camal, xalq artisti Samir Cəfərov və digər tanınmış müğənnilərin çıxış etməsi planlaşdırılır. Bakı Mühəndislik Universiteti #BMU #BEU #MəzunGünü #BakıMühəndislikUniversiteti #BakuEngineeringUniversiy #Engineering
Mostrar todo...
5👍 1
Photo unavailableShow in Telegram
24.06.2024-cü il tarixində Tofiq Bəhramov adına Respublika stadionunda (Bakı şəhəri, Fətəli Xan Xoyski küçəsi, 10) V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin “Bədən tərbiyəsi və idman istiqaməti” üzrə 62-ci (Ümumi fiziki hazırlıq, Kütləvi sağlamlaşdırıcı idman, Adaptiv bədən tərbiyəsi) komissiyası üzrə imtahan verən abituriyentlərin imtahan nəticələri elan olunub. Nəticəyə baxmaq üçün link: https://eservices.dim.gov.az/Qabiliyyet/Account/Login?ReturnUrl=%2fQabiliyyet%2fQeydiyyat%3fusr%3diMdWysgLQiY%253D&usr=iMdWysgLQiY%3D Qeyd 1: “Qeyri məqbul” alan şəxslər “ixtisas seçimi” zamanı həmin ixtisası seçə bilməz. Hər birinizə uğurlar!
Mostrar todo...
Photo unavailableShow in Telegram
İyunun 26-da paytaxtın Nərimanov rayonunda qətl hadisəsi törədərək hadisə yerindən qaçan şəxsin sosial şəbəkələrdə mülki şəxslər tərəfindən saxlanılması iddia olunan görüntülər yayılıb. Şübhəli şəxsi tərkisilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır. DİN-nin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev
Mostrar todo...
9👍 2
Photo unavailableShow in Telegram
22.06.2024-cü il tarixində Tofiq Bəhramov adına Respublika stadionunda (Bakı şəhəri, Fətəli Xan Xoyski küçəsi, 10) V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin “Bədən tərbiyəsi və idman istiqaməti”nə aid 63-cü (Fiziki tərbiyə və şağırışaqədərki hazırlıq müəllimliyi) komissiyası üzrə imtahan verən abituriyentlərin imtahan nəticələri elan olunub. Nəticəyə baxmaq üçün link: https://eservices.dim.gov.az/Qabiliyyet/Account/Login?ReturnUrl=%2fQabiliyyet%2fQeydiyyat%3fusr%3diMdWysgLQiY%253D&usr=iMdWysgLQiY%3D Qeyd 1: “Qeyri məqbul” alan şəxslər “ixtisas seçimi” zamanı həmin ixtisası seçə bilməz. Hər birinizə uğurlar!
Mostrar todo...
👍 2 1
Mostrar todo...

Photo unavailableShow in Telegram
Dünən ölümündən sonra Milli Qəhrəman adını alan Natiq Qasımovun qəhrəmanlığı ilə bağlı sosial şəbəkədə müxtəlif statuslar paylaşılır. Bəs Natiq Qasımov kimdir? Niyə hamımız onu tanımalıyıq? Birinci Qarabağ müharibəsində (1992-ci ildə) 23 nəfər Xocalı sakinini xilas etmək naminə düşmənə təslim olan Natiq Qasımov 1971-ci ildə Gədəbəyin Kiçik Qaramurad kəndində anadan olub. Natiq Qasımov bir canı üçün Xocalı sakinlərinin həlak olmasına yol verməyəcəyini bildirib və binanın üzərində asılmış Azərbaycan bayrağını əlinə götürərək Ermənistan hərbçilərinə təslim olub. 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Bu qorxmaz Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib. Natiq Qasımov haqqında “Oğul” sənədli filmi çəkilib. Azərbaycan bayrağını ləyaqətlə daşımasını lentə alan isə italyan fotoqraf Enriko Sarzini olub.
Mostrar todo...
👍 16
Photo unavailableShow in Telegram
Test imtahanları ilə bağlı məlumat şəxsi səhifələrə göndərildi 2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərildi. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 2-10 iyul tarixlərində ölkənin 18 şəhəri olmaqla 39 imtahan mərkəzində təşkil olunacaq. İmtahan iştirakçılarına uğurlar arzulayırıq! #ElmVəTəhsilNazirliyi #MÜTDA #ARTİ #İRM #MİQ #Müəllim #İşəQəbul #MİQ2024
Mostrar todo...
👍 5
Photo unavailableShow in Telegram
Vətən sənə əmanət, Azərbaycan əsgəri! 🇦🇿 26 İyun - Silahlı Qüvvələr Günü 🇦🇿 106 il 🇦🇿 #26İyun #26June #AliBaşKomandan #SilahlıQüvvələrGünü106 #ArmedForcesDay106 #MüdafiəNazirliyi #AzerbaijanArmy #DəmirYumruq #KarabakhisAzerbaijan #AzərbaycanOrdusu #ŞəhidlərÖlməz
Mostrar todo...
🕊 7 3🫡 3👍 1
Photo unavailableShow in Telegram
Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. (ölümündən sonra).
Mostrar todo...
👍 7 2🙏 1
Mostrar todo...

1
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.