es
Feedback
İnnab Business Review

İnnab Business Review

Ir al canal en Telegram

Bu kanala abunə olmaqla peşakar inkişafla bağlı video və məqalələrdən faydalana bilərsiniz

Mostrar más
856
Suscriptores
Sin datos24 horas
-27 días
-530 días
Archivo de publicaciones
Liderliyin 8 rəngi Liderlik rəngləri liderlərin şəxsiyyət tipinə, xüsusən də ən çox istifadə etdikləri liderlik tərzinə uyğun olaraq müəyyənləşir. 🔴 Qırmızı Qırmızı liderlik tərzi olan şəxslər məqsədyönlü və həmişə hər şeyi irəliyə aparmağa qərarlıdırlar. Onlar faydalı və maraqlı ideyaları dəyərləndirirlər. Onlar bəzən insanlara deyil, tapşırıqlara daha çox diqqət yetirirlər və siz onların müxtəlif mövzular və ya konsepsiyalar haqqında gərgin, yüksək enerjili müzakirələr apardığını görə bilərsiniz. Qırmızı lideri olmayan komanda və ya təşkilat zamanla məqsəd və istiqamətini itirə bilər. 🟠 Narıncı Bu tip liderlər çevik və dəyişikliyə meyillidirlər. Narıncı liderlik tərzinə malik olan şəxslər dəyişiklik təklifini irəli sürənlərdirlər. Narıncı liderlər macəraçı və optimist olurlar, lakin yenə də potensial səhvlərə qarşı ehtiyatlıdırlar. 🟡 Sarı Sarı liderlik tərzi olan insanlar başqalarını ruhlandırmaq üçün yaradılmışdırlar. Sarı lider şəxsiyyətlərarası münasibətləri mərkəzə qoyur. Onlar ünsiyyətcil, etibarlı və zarafatcıldırlar. Sarı lider əhəmiyyətli bir layihə və ya təşəbbüsün təfərrüatlarına diqqət yetirəcək və ya onları idarə edəcək biri deyil. 🟢 Yaşıl Yaşıl liderlik tərzinə malik olan şəxslər çətin anlarda komandanı həvəsləndirərək liderlik edir və “heç vaxt təslim olmamaq” onların şüarıdır. Yaşıl lider öz komandasına güvənir, sadiq və səbirlidir. Yaşıl liderin fikirlərini öyrənmək vacibdir, çünki onlar bəzən öz fikir və duyğularını özlərində saxlayırlar. Yaşıl lider əla dinləyicidir və yüksək emosional zəkaya malikdir. 🔵 Mavi Sıfırdan müvəffəqiyyətə aparacaq bir proses və ya sistem qurmaq lazım olanda müraciət etdiyiniz insanlar mavi liderlik tərzinə malikdirlər. Onlar şirkət mədəniyyətinin qurulmasına və yeni təşəbbüslərin həyata keçirilməsinə kömək edir. Onlar həmişə təfərrüatlara çox diqqət yetirirlər və hər tapşırığın düzgün yerinə yetirilməsini təmin etmək üçün çətin suallar verirlər. 🟣 Bənövşəyi Bənövşəyi liderlik üslubu yaradıcı şəxslərə aiddir. Onlar başqalarında yaradıcılığı təşviq edir, eyni zamanda yenilikçi və başqalarının ağlına gəlməyən həll yolları tapırlar. Bu cür liderlər problemlərə fərqli rakursdan baxmağı bacarırlar. 🟤 Qəhvəyi Qəhvəyi liderlik tərzini nümayiş etdirən şəxslər mürəkkəbliyə və qeyri-müəyyənliyə üstünlük verirlər. Təşkilat daxilində bu liderlər çox vaxt öz komandaları ilə bir olurlar və maksimum məhsuldarlıq üçün hər kəsin vahid şəkildə işləməsini hədəfləyirlər. Bununla belə, bəzən qəhvəyi liderlər tapşırıqları effektiv şəkildə bölüşdürə bilmir və hər şeyi təkbaşına etməli olurlar. Bu isə tükənməyə səbəb olur. ⚫ Qara Qara liderlik tərzi birbaşa və çox vaxt rasional şəxslərə aiddir. Onlar əksər hallarda məsələlərə başqa bucaqdan baxmaqda çətinlik çəkirlər.

Yeni vebinarımız var!📢 📌Bəli, 02.06.2024, saat 20:00-da MS Excel üzrə təlimçimiz Kamran Əhmədovun təqdimatında onlayn forma
Yeni vebinarımız var!📢 📌Bəli, 02.06.2024, saat 20:00-da MS Excel üzrə təlimçimiz Kamran Əhmədovun təqdimatında onlayn formatda ÖDƏNİŞSİZ şəkildə “Niyə Exceli bilməliyik?” adlı vebinarımız olacaq. İş və ya təhsil sahəsində Excelin faydaları danılmazdır. Bax, elə bu vebinarda Excelin karyera inkişafına, daha effektiv işləmə bacarığına, iş təcrübənizdə mövqeyinizi gücləndirməyə və daha bir çox nüanslara necə müsbət təsir edəcəyindən danışılacaq.✅ Excelin gücünü daha aydın öyrənmək istəyirsənsə, bu vebinarı qaçırma!🤝🏻 Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSflRb3bZFusUZPxF2q1zzKpIzmbJn52lXuSeuXaxTXIueweQw/viewform?vc=0&c=0&w=1&flr=0

2024-cü ildə süni intellektin əvəz edə bilməyəcəyi 3️⃣ bacarıq “Gallup” şirkətinin fevral ayında açıqladığı sorğunun nəticələrinə əsasən, işçilərin təqribən 22%-i süni intellektin işlərini ələ keçirməsi riskindən qorxduqlarını, “Fortune 500”ün insan resursları üzrə rəhbərlərinin 72%-i isə süni intellektin yaxın 3 il ərzində təşkilatlarındakı vəzifələri əvəz edə biləcəyini proqnozlaşdırır. Bu narahatlıqların əsası olsa da, siz tamamilə çarəsiz deyilsiniz. Məsələn, daha yüksək səviyyəli peşəkarlıq və təcrübə tələb edən yüksək gəlirli bacarıqları inkişaf etdirmək üçün indi vaxt ayıra bilərsiniz. Həmçinin hansı bacarıqların süni intellekt tərəfindən əvəz oluna bilmədiyini müəyyənləşdirmək lazımdır. Onlar sizi digər namizədlərdən fərqləndirə və maaş artımı, vəzifə yüksəlişi kimi daha çox imkanlar əldə etməyə kömək edə bilər. Bu yüksək gəlirli bacarıqlar müxtəlif kontekstlərdə tətbiq oluna bilər, buna görə də işiniz əmək bazarından çıxsa belə, həmin bacarıqları başqa sahələrdə istifadə edə bilərsiniz. 1️⃣ Problem həll etmə bacarığı Problemin həlli süni intellektin tam olaraq bacarmadığı bir şeydir. Problemləri həll etmək və təhlil etmək üçün süni intellektdən istifadə oluna bilən bir çox yol və vasitə olsa da, problem həll etmə bacarıqları hələ də insanların unikal üstünlüyü olaraq qalır və bu bacarıq hətta “LinkedIn”in “2024-cü ilin ən tələb edilən bacarıqları” hesabatında qeyd olunub. Bunun səbəbi, süni intellektin məntiqi şəkildə "düşünməsinə" və məlumatları toplaya bilməsinə baxmayaraq, yaradıcılıq və qeyri-standart yanaşma baxımından insanı üstələyə bilməməsidir. 2️⃣ Şəxsi brendinq bacarığı Şəxsi brendinq, əslində öz PR agentiniz olduğunuz zaman meydana çıxır. Öz sahəniz daxilində şüurlu və qəsdən başqalarının sizinlə bağlı qavrayışına təsir edirsiniz. Şəxsi brendinq bacarıqlarını öyrənmək sizi sektorunuzda digərlərindən, hətta sizdən daha çox təcrübəyə malik olanlardan fərqləndirə bilən güclü bir vasitədir. Özünüzü inamla “sata bilmək” və möhkəm şəxsi brend yaratmaq başqalarının (maraqlı tərəflərdən tutmuş müştərilərə, işəgötürəninizə qədər) sizə inamını artırır. 3️⃣ Ünsiyyət bacarığı Ünsiyyət “LinkedIn”in yuxarıda adı çəkilən hesabatında 1 nömrəli bacarıq kimi qeyd olunub. Uzaqdan və hibrid işin artması və süni intellekt alətlərinin istifadəsi nəticəsində şəffaf ünsiyyət üçün çoxlu maneələr meydana çıxır. Aktiv dinləmə təcrübəsini öyrənsəniz, empatiya ilə ünsiyyət qursanız və ünsiyyət qurarkən mesajınızı qısa və aydın çatdırmaq üçün düzgün ünsiyyət vasitələrindən necə istifadə edəcəyinizi bilsəniz, özünüzü başqalarından fərqləndirə biləcəksiniz. Ünsiyyət vasitəsilə siz daha yüksək maaş üçün danışıqlar apara, komandanı motivasiya edə və performans səviyyəsini artıra, anlaşılmazlıqları aradan qaldıra bilərsiniz.

Karyeranı mühasib peşəsi üzrə qurursan? O zaman bu dəfə seçim şansı sənindir👌 Aşağıda məhz sənin üçün hazırladığımız aktiv v
Karyeranı mühasib peşəsi üzrə qurursan? O zaman bu dəfə seçim şansı sənindir👌 Aşağıda məhz sənin üçün hazırladığımız aktiv vakansiyalardan ibarət siyahıya nəzər yetir.👇 Seçim şansını əldən vermə, bəlkə də karyeranın dönüş nöqtəsi bu siyahıdadır!😌 📌Qeyd edək ki, bu vakansiyaların hər biri müxtəlif şirkətlərə məxsusdur. 1. https://busy.az/vacancy/128070/muhasib 2. https://busy.az/vacancy/128030/muhasib 3. https://busy.az/vacancy/127996/emeliyyatci-muhasib 4. https://busy.az/vacancy/127982/muhasib 5. https://busy.az/vacancy/127976/muhasib-operator 6. https://busy.az/vacancy/127697/accountant 7. https://busy.az/vacancy/127620/muhasib-ucotcu-agdam 8. https://busy.az/vacancy/127617/muhasib 9. https://busy.az/vacancy/127570/muhasib-operator 10. https://busy.az/vacancy/127567/muhasib

Hər il mayın 20-də Beynəlxalq İnsan Resursları Gününü qeyd edirik. Beynəlxalq İnsan Resursları Günü təşkilatın insan resurslarının idarə edilməsində mühüm əhəmiyyət kəsb edən İR mütəxəssislərinin zəhmətini və fədakarlığını qiymətləndirmək üçün 2019-cu ildən etibarən qeyd olunur. Bu gün həm də İR-nın əhəmiyyəti və onun biznesin uğuruna təsiri haqqında məlumatlılığı artırmaq üçün bir fürsətdir. İR mütəxəssisləri istedadları cəlb etmək, saxlamaq və inkişaf etdirmək, müsbət iş mühiti yaratmaq üçün məsuliyyət daşıyırlar. Beynəlxalq İnsan Resursları Gününün qeyd edilməsi onların töhfələrini etiraf etmək və başqalarını bu sahədə karyera qurmağa ruhlandırmaq üçün bir vasitədir. Bayramınız mübarək, dəyərli HR-lar!

İş müsahibəsində uğursuzluqla bağlı sualı necə cavablandırmalı? İş müsahibəsi, xüsusən də işəqəbul üzrə mütəxəssisin və ya müsahibədə iştirak edən digər şəxslərin çətin suallar verdiyi zaman yorucu və stresli ola bilər. Cavablandırılması ən çətin suallardan biri “bir uğursuzluğunuz haqqında danışın” ola bilər. Özünüzü ən yaxşı şəkildə təqdim etməyə çalışdığınız zaman işəqəbul üzrə mütəxəssis sizin səylərinizi zəiflədir. Bəs bu sualı necə cavablandırmaq lazımdır? Əslində, müsahibə götürənlər dörd şeyi eşitmək istəyirlər. 📌 Birincisi, uğursuzluqla qarşılaşdıqda necə davrandığınızı bilmək istəyirlər. Dürüst və səhvləri etiraf etməyə hazır olduğunuzu göstərin. Çətin vəziyyətlərdə soyuqqanlılığınızı saxlaya bildiyinizi göstərəcək şəkildə cavab verməlisiniz. 📌 Həmçinin, onlar bilmək istəyirlər ki, siz uğursuzluqdan dərs çıxarırsınız. Performansınızı necə qiymətləndirdiyinizi və növbəti dəfə daha yaxşı olmaq üçün məsələlərə necə yanaşacağınızı onlarla paylaşın. 📌 Bundan əlavə, onlar sizin dözümlü və əzmkar olduğunuzu bilmək istəyirlər. Optimizmi qoruyaraq gələcəyə fokuslana bildiyinizi göstərməlisiniz. 📌 Və nəhayət, müsahibə aparanlar sizin komandada necə işlədiyinizi bilmək istəyirlər. Uğursuzluqlarınız üçün məsuliyyət daşımalı, başqalarını günahlandırmaqdan çəkinməlisiniz. Beləliklə, cavab verərkən dörd məsələyə diqqət yetirin: 1️⃣ Əvvəlcə vəziyyəti və öz rolunuzu təsvir edin. 2️⃣ İkincisi, uğursuzluğa səbəb olan səhv haqqında danışın. 3️⃣Üçüncüsü, öyrəndiklərinizi paylaşın. 4️⃣ Dördüncüsü, növbəti dəfə etməyi planlaşdırdığınız düzəlişlər haqqında danışın. Uğursuzluq barədə aydın danışın, amma lazımsız təfərrüatlara girməyin. Həmçinin emosionallıqdan çəkinin, sakit və peşəkar olmağa çalışın. Bu sualı məharətlə cavablandıra bilsəniz, digər namizədlərdən fərqlənə və işə qəbul oluna bilərsiniz. Növbəti müsahibədə sizə uğurlar arzu edirik!

Excel təlimləri ilə bağlı buraxılışlarımızı səbirsizliklə gözləyənlərdənsən?🧐 O zaman gəl, daha bir maraqlı mövzu ilə qarşındayıq. Videonu izlə və iki tarix arasında tamamlanmış il sayının tapılmasını öyrən.🙌🏻

4 günlük iş həftəsinin tətbiqi üçün 6 addım Müxtəlif çevik iş variantları arasında perspektivli yollardan biri 4 günlük iş həftəsidir. Araşdırmalar göstərir ki, iş saatlarının azaldılması işçilərin stresini azalda və məhsuldarlığa təsir etmədən rifahını yaxşılaşdıra bilər - ancaq effektiv şəkildə həyata keçirilərsə. Lakin ideyadan tətbiqə keçmək çətin ola bilər. 4 günlük iş həftəsinə necə keçid etmək olar? 1️⃣ Düşüncə tərzini dəyişin. Psixoloji araşdırmalar göstərir ki, biz məhsuldarlıq və ya rifah kimi keyfiyyət göstəricilərinə deyil, işlənmiş saatlar kimi ölçülə bilən kəmiyyət göstəricilərinə meyilliyik. 4 günlük iş həftəsinin uğurlu olması üçün liderlər öz təfəkkürlərini dəyişərək işlənmiş saatlara deyil, faktiki məhsuldarlığa dəyər verməlidirlər. Bundan əlavə, liderlər yeni təşəbbüsü sınaqdan keçirən zaman meydana çıxa biləcək qeyri-müəyyənlikləri qəbul etməlidirlər. Bir çox rəhbərin səhvi pilot layihə işə düşməzdən əvvəl bütün problemləri qabaqcadan görməyə və bütün mümkün risk mənbələrini aradan qaldırmağa çalışmaqdır. Planlaşdırma vacib olsa da, real problemin həlli yalnız sınaq və səhv yolu ilə mümkündür. 2️⃣ Məqsəd və metrikləri müəyyən edin. Dəyişiklik qərarı verdikdən sonra planlaşdırmaq vaxtıdır. İşçilər və rəhbərlər qərarların qəbulunda fəal iştirak etməlidirlər. Aşağıdakı məsələlər müzakirə olunmalıdır: ❔Hansı günlər istirahət günü olacaq? ❔Dəyişikliyin müştərilərimizə və digər maraqlı tərəflərə mənfi təsir etməsindən necə sığortalana bilərik? ❔Məhsuldarlığı artırmaq üçün hansı addımları ata bilərik? ❔Məhsuldarlıq, işçi məmnunluğu və müştərilərin məmnuniyyəti necə ölçüləcək? ❔Pilot layihə neçə müddət davam edəcək? ❔Məsələnin hüquqi tərəfləri nədir? 3️⃣ Məlumatlandırın İşçiləri ixtisar olunmayacaqlarına, əməkhaqlarının kəsilməyəcəyinə və məzuniyyət hüquqlarından məhrum olmayacaqlarına əmin edin. Bir çox şirkətlər 4 günlük iş həftəsinə keçdikdə müştərilərin nə düşünəcəklərindən narahatdırlar. Prosesin hansı müştərilərə və maraqlı tərəflərə təsir edə biləcəyini müəyyənləşdirin və dəyişikliyi onlara aydın şəkildə çatdırın. 4️⃣ Pilot layihəni işə salın. Pilot mərhələdə məqsəd hər şeyi başlanğıcdan düzgün icra etmək deyil. Pilot layihə bir neçə ay davam edə bilər. Bu müddət ərzində problemlər yaranacaq. Problemlərə uğursuzluq göstəricisi kimi deyil, tətbiq planınızı təkmilləşdirmək üçün imkanlar kimi baxın. 5️⃣ Pilot layihəni dəyərləndirin. Nəticələri təhlil etmək üçün keyfiyyət və kəmiyyət metrikləri var. Keyfiyyət baxımından, qrup müsahibələri işçilərin 4 günlük iş həftəsi ilə bağlı təcrübələri haqqında məlumat verə bilər və ya məmnuniyyəti sorğuları stres səviyyəsində, iş-həyat balansında və həyat keyfiyyətində dəyişiklikləri müəyyən edə bilər. Kəmiyyət baxımından pilot layihə müddətində işçilərin xəstələndikləri günlərin sayı azalıbsa, bu, işçilərin daha az yorulduğunu göstərə bilər. 6️⃣ Davam edin. Pilot layihəni qiymətləndirdikdən və problemləri həll etdikdən sonra daimi dəyişiklik üçün addımlar atın.

“LinkedIn”də işəgötürənlərin sizi tapması üçün 5 fənd LinkedIn biznes və məşğulluq yönümlü sosial media platformasıdır. Hazırda “LinkedIn” üzvlüyü qlobal miqyasda 1 milyarddan çox insana çatdığından platformada işəgötürənlər tərəfindən asanlıqla tapılmağınız üçün atacağınız addımlar hər zamankından daha vacibdir. 1️⃣ “Skills” (bacarıqlar) funksionallığından istifadə edin. “LinkedIn” bu yaxınlarda profilinizə əlavə edə biləcəyiniz bacarıqların sayını 50-dən 100-ə qədər artırdı. Profilinizdə üç sahəyə bacarıqlar əlavə edə bilərsiniz: tutduğunuz hər bir vəzifəyə, könüllü fəaliyyətinizə və təhsilinizə. Bacarıqların funksionallığından istifadə etmək artıq daha vacibdir, çünki platforma üzrə işəgötürənlərin axtarışlarının 40%-i artıq vəzifə adına deyil, vəzifə üçün zəruri olan bacarıqlarla uyğun aparılır. “Layihələrin idarə edilməsi" kimi ümumi bacarıqlardan daha çox "agile", "scrum" kimi daha çox spesifik bacarıqlar qeyd etməyə üstünlük verin. 2️⃣ İşləmək istədiyiniz yerlərlə əlaqədə qalın. İşəgötürənlərin istifadə etdiyi “LinkedIn Recruiter” platforması axtarışa uyğun nəticələr göstərəkən tətbiq etdiyi süzgəclərdən biri şirkətlə maraqlanan namizədlərin təklif edilməsidir. İş üçün müraciət etmiş, “LinkedIn”də şirkətin səhifəsini izləyən və ya şirkətin səhifəsindəki paylaşımlara reaksiya verən istifadəçilər bu siyahıda görünür. Buna görə də işləmək istədiyiniz şirkətlərin səhifələrini izləməyə çalışın. 3️⃣ “Open to work” (iş fürsətlərinə açıq) funksionallığından istifadə edin. #OpenToWork funksiyası yeni fürsətlərə açıq olduğunuzu kimin görməsinə nəzarət etməyə imkan verir. Bunu bütün “LinkedIn” üzvləri ilə və ya yalnız işəgötürənlərlə paylaşmağı seçə bilərsiniz. Əgər hazırda işləyirsinizsə, lakin yeni imkanlar axtarırsınızsa, yalnız işəgötürənlər seçimini etməklə məxfiliyi qoruya bilərsiniz. 4️⃣ “CV”nizi “LinkedIn”ə yükləyin. “CV”nizi yükləmək iki mühüm funksiyanı yerinə yetirir: bu, sizə birbaşa tətbiq vasitəsilə vakansiyalara müraciət etməyə imkan verir və “CV məlumatlarını işəgötürənlərlə paylaşmaq” seçimini etdiyiniz təqdirdə işəgötürənlərin axtarış nəticələrində görünmə ehtimalınızı artırır. “CV”nizi adi istifadəçilər deyil, yalnız “LinkedIn Recruiter” platformasında istifadə edən işəgötürənlər görə bilərlər. 5️⃣ Müntəzəm olaraq mesajlar qutunuzu yoxlayın. “LinkedIn”də işəgötürənlərin mesajlarına cavab nisbəti cəmi 30% təşkil edir. İşəgötürənlərin mesaj göndərdiyi hər 10 namizəddən yalnız 3-ü cavab verir və bura təkliflə maraqlanmadıqlarını bildirənlər də daxildir.

Toyota şirkətinin öz addımlarında əsas götürdüyü Kaizen anlayışı barəsində heç eşitmisənmi?🤔 Bəli, bu dəfəki paylaşımımızda
+6
Toyota şirkətinin öz addımlarında əsas götürdüyü Kaizen anlayışı barəsində heç eşitmisənmi?🤔 Bəli, bu dəfəki paylaşımımızda istər şəxsi, istərsə də iş həyatında uğurlu nəticəyə zəmanət verən Kaizen fəlsəfəsindən danışacağıq.💡 Yapon dilində «daha yaxşıya doğru dəyişim» mənasını verən Kaizen (kai=dəyişmək, zen=yaxşı) 5 elementdən ibarətdir: -Komanda işi -Şəxsi intizam -Mənəviyyatı yaxşılaşdırmaq -Keyfiyyət dairəsi -Təkmilləşmə üçün təkliflər Bəs Kaizen prosesinin mərhələləri hansılardır? Maraqlıdırsa, paylaşdığımız karuseli vərəqləyin. İnformativ postumuz bununla da bitmir. Şərhlərdə sadəcə «+» qoy, sənə davamlı inkişafın prinsiplərini göndərək.😉

Sadəcə əllə, bir-bir deyil, tək bir formula ilə bütün cədvələ təsir etməyin mümkünlüyünü bilirsənmi? Bax, bugünkü Excellə bağlı sənin üçün hazırladığımız video bundan danışır.👌🏻 Videoya bax, cədvəldə sütunlar arası şərtli formatlama əlaqəsi yaratmağı öyrən.👆🏻 Bəli, düz fikirləşirsiniz, İNNAB Business School ilə öyrənmək çox maraqlıdır...😉😌 #excel #excelexpert

Bu gün yaratdığı dövlət idarəçilik məktəbi ilə Azərbaycan Respublikasının müstəqillik tarixində əvəzsiz və parlaq iz qoyan dü
Bu gün yaratdığı dövlət idarəçilik məktəbi ilə Azərbaycan Respublikasının müstəqillik tarixində əvəzsiz və parlaq iz qoyan dünyaşöhrətli siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Ümummilli Liderimizi dərin hörmət və qürur hissi ilə anırıq!😌

Böyük şirkətlər işçilərə hansı imtiyazları verir? Dövrümüzdə işçilərin iş yerindəki ehtiyaclarında dəyişikliklər baş verir. Bir vaxtlar arzu olunan hesab edilən imtiyazlar indi gözləntiyə çevrilib və onların yerini yeni imtiyazlar tutur. Məsələn, çevik iş anlayışı bir zamanlar yalnız bir neçə şirkətin təklif edə bildiyi bir imtiyaz idi. Lakin COVID-19-dan bəri qlobal miqyasda təşkilatlar iş tərzlərini yenidən qiymətləndirmək məcburiyyətində qaldılar, tezliklə uzaqdan işləmə konsepsiyasının bir vaxtlar göründüyü qədər qorxulu olmadığını və bir çox hallarda məhsuldarlığı artırdığını anlamağa başladılar. Bəs böyük şirkətlər işçilərinə hansı imtiyazları təklif edir? “Google” şirkətinin imtiyazlar paketinə tibbi sığorta, təhsil haqqının ödənilməsi, internet ödənişi, şirkət tərəfindən ödənilən mobil telefon, könüllü fəaliyyəti üçün iş vaxtının qısaldılması, fitnes mərkəzləri, masaj proqramları və s. daxildir. “Facebook” şirkəti tərəfindən təklif edilən ən diqqətçəkən imtiyazlar bunlarlardır: övladı dünyaya gələn işçiyə 4000 dollar bonus, dayə xərcləri üçün ildə 3000 dollar, işdə pulsuz yemək, ödənişsiz quru təmizləmə xidməti. “Microsoft” şirkətində təhsil haqqının ödənilməsi, tibbi sığorta, iş yerində fitness məşqləri kimi imtiyazlarla yanaşı övladlığa götürmə yardımı, ev heyvanı sığortası kimi maraqlı imtiyazlar da var.

Dünyamıza qələbə yaraşır, sülh yaraşır! 9 may Qələbə Gününüz mübarək!😌
Dünyamıza qələbə yaraşır, sülh yaraşır! 9 may Qələbə Gününüz mübarək!😌

Karyeranı mühasib peşəsi üzrə qurursan? O zaman bu dəfə seçim şansı sənindir👌 Aşağıda məhz sənin üçün hazırladığımız aktiv v
Karyeranı mühasib peşəsi üzrə qurursan? O zaman bu dəfə seçim şansı sənindir👌 Aşağıda məhz sənin üçün hazırladığımız aktiv vakansiyalardan ibarət siyahıya nəzər yetir.👇 Seçim şansını əldən vermə, bəlkə də karyeranın dönüş nöqtəsi bu siyahıdadır!😌 📌Qeyd edək ki, bu vakansiyaların hər biri müxtəlif şirkətlərə məxsusdur. 1. https://busy.az/vacancy/126870/muhasib 2. https://busy.az/vacancy/126811/mal-material-uzre-kicik-muhasib 3. https://busy.az/vacancy/126798/xercler-uzre-aparici-muhasib 4. https://busy.az/vacancy/126764/muhasib 5. https://busy.az/vacancy/126665/muhasib 6. https://busy.az/vacancy/126555/mal-material-uzre-muhasib 7. https://busy.az/vacancy/126357/muhasib 8. https://busy.az/vacancy/126305/muhasib 9. https://busy.az/vacancy/126239/accounting-and-tax-specialist 10. https://busy.az/vacancy/126248/buxgalter

Məhsuldar iş üçün Kanban metodu “Kanban” yaponca “bilbord” və ya “işarə” deməkdir. Bu məhsuldarlıq metodu ilk dəfə 1940-cı illərdə Toyota istehsal zavodu tərəfindən işlənib hazırlanmış və istifadə edilmişdir. Kanban işlərinizdə irəliləyişi vizuallaşdırmaq üçün bir üsuldur. Sizin üçün uyğun olan hər hansı bir metoddan (məsələn, yapışqanlı qeyd kağızları) istifadə edərək işlərinizi 3 kateqoriyaya bölə bilərsiniz: görüləcək işlər, hazırda icra edilən işlər və tamamlanmış işlər. Bu, sadə üsuludur, lakin effektivdir, çünki o, sizə irəliləyişinizi vizual olaraq görməyə imkan verir və işlərin irəliləməsi üçün səylərinizi hara cəmləməli olduğunuzu anlamağa kömək edir. Kanban metodu 3 kateqoriya (görüləcək işlər, hazırda icra edilən işlər və tamamlanmış işlər) təklif etsə də, bunlar biznesinizə və ya layihələrinizə uyğunlaşdırmaq üçün fərdiləşdirilə bilər. Bu məhsuldarlıq metodunun effektiv olması üçün Kanban lövhənizi daim yeniləməlisiniz.

Data analitik, 9-6 iş rejimi səni yorur və düşünürsən ki, bu şəkildə çalışaraq hədəflədiyin produktivliyi əldə edə bilmirsən?
Data analitik,  9-6 iş rejimi səni yorur və düşünürsən ki, bu şəkildə çalışaraq hədəflədiyin produktivliyi əldə edə bilmirsən?🤔 Narahat olma, hər yöndən səni düşünən İNNAB Buisess Schoolun sənin üçün bu dəfə də həll yolu var. Evdə oturaraq dünyanın istənilən yerindəki iş yerləri ilə daha sərbəst qrafiklə çalışmaq sənin üçün necə səslənir?😌 Möhtəşəmdir, deyilmi? O zaman qloballaşan dünyada özünü və hədəflərini çərçivəyə salıb məhdudlaşdırma! Elə indicə bu paylaşımın altına bir "+" qoy, sənə uzaqdan və sərbəst rejimdə çalışa biləcəyin işlərin siyahısını göndərək! Sənə uyğun işi Özün seç!🤝

Videoda son dövrün ən aktual mövzusu olan süni intellektin mühasibatlığın yerini ala biləcəyi ilə bağlı sualı təlimçimiz Nizami bəy cavablandırdı.✅ Bəs, səncə, ümumiyyətlə hər hansı süni intelekt insanı əvəz edə bilərmi?🤔

Rəqəmlər iş dünyası haqqında nə deyir? 1️⃣ İstedadları işə götürməyə tələsmək lazımdır. Ən yaxşı namizədlər 10 gün ərzində iş tapırlar. 2️⃣ İşçilərin 68%-i hazırkı vəzifəsi üçün həddindən artıq bacarıqlı olduğunu düşünür. 3️⃣ İşə yeni qəbul olunan əməkdaşlara yoldaş (buddy) təyin etmək “Microsoft” şirkətinə yeni işçilərinin məmnuniyyətini 23% artırmağa kömək edib. 4️⃣ Daxili mənbələr hesabına işə qəbul digər mənbələrdən 6 dəfə daha uğurludur. 5️⃣ İşçilərin 67%-dən çoxu daimi zənglərin və görüşlərin onların vaxtlarını aldığını və daha məhsuldar olmasına mane olduğunu düşünür. Hər 3 işçidən 1-i hər həftə mənasız zənglərə və ya görüşlərə 2-5 saat sərf etdiyini deyir. 6️⃣ İşçilərin 48%-i təlim imkanlarını hazırkı şirkətlərini seçmək üçün vacib amillərdən biri kimi qeyd edib. 7️⃣ 2021-ci ildə qadınların orta qazancı kişilərinkinin 83,1%-ni təşkil edib. 8️⃣ Bakalavr dərəcəsi olan şəxslər orta məktəb məzunu olan insanlarla müqayisədə həyatları boyu orta hesabla 400.000 dollar daha çox qazanırlar. 9️⃣ İşçilərin 37%-i rəhbərləri tərəfindən təqdir olunduqda daha yaxşı işləmək üçün daha həvəsli olacaqlarını düşünür. 🔟 İşçilərin 58%-i hibrid iş şəraitində özünü daha məhsuldar hiss edir. Statistik məlumatlar müxtəlif təşkilatlar (Gallup, McKinsey, Korn Ferry və s.) tərəfindən aparılmış sorğuların nəticələrinə əsaslanır. Hazırladı: Madam Helpful

Excel ilə bağlı öyrədici paylaşımlarımızı səbirsizliklə gözləyirsən, düzdürmü?🤗 Bilirik, elə ona görə də səni düşünərək yeni bir mövzu hazırlayaraq gəldik.👍 Buyur, videonu izlə, bu dəfə bizimlə mətnlər arasında olan istənilən boşluğun ləğv edilməsi bilgisini mənimsə!🤝 #excel #excelexpert #innabbusinessschool