İnnab Business Review
Ir al canal en Telegram
Bu kanala abunə olmaqla peşakar inkişafla bağlı video və məqalələrdən faydalana bilərsiniz
Mostrar más856
Suscriptores
Sin datos24 horas
-27 días
-530 días
Archivo de publicaciones
Səhvən göndərdiyiniz "email"i geri almanın yolu
Klaviaturadakı K və L, X və C, həmçinin R və T hərflərinin yanaşı işlənməsi bəzən istənilməyən mesajların yazılmasına səbəb olur. Mesajı göndərəndən sonra görürsən ki, müraciət olaraq qarşı tərəfə "xanım" əvəzinə, "canım" yazmısan. Adam xəcalət çəkir ki, görəsən, indi qarşı tərəf haqqımda nə düşünür? "Mesajı oxumamış tez silim", - deyib necə əl-ayağa düşürsənsə, telefon üç dəfə əlindən düşür. Ömründən on il gedir.
Bəzən də mesajı sevdiyinə göndərməkdən, səhvən müdirinə göndərirsən. O ki ölümə saniyələr qalmış doğum anından ölüm anına qədər olan müddət, elədiyin yaxşılıqlar, günahlar gözünün qabağından keçir ha, bax o vaxt o anı yaşayırsan.
Deyirsən kaş ki, mesajı geri qaytarmaq seçimi olaydı, səhvimi düzəldərdim.
Bu yerdə "Google" imdadına çatır. Deyir, sənə maksimum 30 saniyə vaxt verirəm ki, mesajı geri alasan.
Bu xidmətdən yararlanmaq üçün bunları etməlisiniz:
1. Gmail hesabınıza daxil olub "settings" bölməsini seçirsiniz.
2. Sıralamada "undo send" seçimini tapıb qarşısındakı "enable undo send" hissəsini aktivləşdirin.
3. Buradan mesajın geri alma müddətini seçin. Mesaj göndərərkən seçdiyiniz müddət ərzində "göndərməni geri al" seçimini edə bilərsiniz.
4. Sonda aşağıya gəlib "save" edirsiniz.
Müəllif: Aytən Cavadova
Performansın qiymətləndirilməsi metodu – məcburi paylanma
Performansın qiymətləndirilməsində istifadə olunan məcburi paylanma metodu geniş yayılmış və ən çox müzakirə olunan metodlardan biridir. Bu metod vasitəsilə işçinin fəaliyyəti əvvəlcədən müəyyən olunmuş parametrlər üzrə qiymətləndirilir və işçilər 3 və ya daha artıq kateqoriya üzrə qruplaşdırılırlar. Əksər hallarda əla, yaxşı, zəif kateqoriyalar müəyyənləşdirilir, bəzən kateqoriyaların sayı 5-ə qədər ola bilər. Bu metod 1980-ci illərdə General Electric şirkətində zəif nəticə göstərən işçiləri işdən çıxarmaqla məşhur olan Cek Velçin dövründə meydana çıxmışdı. O, təxminən 20 il ərzində bu metodu tətbiq etməklə şirkətin bazar dəyərini 12 milyard dollardan 140 milyard dollara qaldıra bilmişdi. O, hər il işçilərin ən zəif nəticə göstərən 10%-i işdən çıxarmaqla qalan işçiləri daha çox çalışmağa sövq edirdi.
İşçilərin performansları arasında aydın fərqi göstərdiyi üçün bir çox şirkətlərdə bu metoda üstünlük verilir. İşçilərin kiçik bir hissəsi çox yüksək və çox zəif performans nümayiş etdirənlər kateqoriyalarına, böyük bir hissəsi isə orta səviyyəli işçilər kateqoriyasına aid edilir.
Nümunə. Təşkilatın rəhbər vəzifəli şəxsi 30 işçini qiymətləndirərkən onlardan 5-i ən yaxşı, 5-i ən zəif, 20-i orta kateqoriyaya aid etməlidir. Beləliklə, metodun adından da aydın olduğu kimi, qiymətləndirən şəxs bu 30 işçininn hər birinin performans səviyyəsini 3 kateqoriyadan birinə aid etməyə məcburdur.
Bu qiymətləndirmə metodu ilə bağlı bir sıra məqamlar nəzərə alınmalıdır. İlk növbədə, rəhbər şəxs işçilərin hansı parametrlər üzrə qiymətləndirildiyini dəqiq anlamalıdır. Bu metod təşkilatda performansın yüksəlməsinə təkan verməsinə, sadəliyinə və az xərc tələb etməsinə görə məşhur olsa da, bəzi səbəblərə görə tənqid edilir. Əksər hallarda işçilər düşünür ki, qiymətləndirmə ədalətli deyil, işçilər arasında rəqabət yaradır və münasibətləri korlayır. Digər tərəfdən, ən zəif işçilərin işdən çıxarılması səbəbin deyil, simptomların aradan qaldırılması kimi xarakterizə edilir.
Hazırladı: Madam Helpful
Bütün İslam aləmi üçün sevgi, bərəkət və hüzur dolu bir Ramazan diləyirik.
Bayramınız mübarək 🧡
Bütün İslam aləmi üçün sevgi, bərəkət və hüzur dolu bir Ramazan diləyirik.
Bayramınız mübarək 🧡
Bütün İslam aləmi üçün sevgi, bərəkət və hüzur dolu bir Ramazan diləyirik.
Bayramınız mübarək 🧡
💡Teleqramda izləyə biləcəyiniz faydalı kanallar:
- İnnab Business School
- Azərbaycan Universitetləri
- PDF kitablar
- Ekaryera.az
- Edumap.az
- https://t.me/uniaze
- https://t.me/udemyaz
- karyera.az
- https://t.me/kitupchi
- https://t.me/telebedunyasi
- https://t.me/LevelUptelegram
📢Data Analitika aid olan seminarımıza elə indi qoşulmaq üçün tələsin!!
Qeydiyyat linki: https://forms.gle/m9BkAZ1ANFHBCG2u6
İşSizlikdir layihəmizin daha bir uğuru.
Layihə məzunumuz Azər Əhmədovu təbrik edir və gələcək karyerasında uğurlar arzu edirik.
#INNAB #INNABBusinessSchool #INNABKaryeraMərkəzi
Bumeranq işə qəbul 🪃
Bumeranq işçi əmək münasibətlərinə xitam verildikdən bir müddət sonra yenidən işə qəbul edilən işçidir. "Linkedin"in statistikasına görə, bumeranq işçilərin sayı artmaqdadır. Belə ki, 2019-cu ildə bumeranq işçilər işə qəbul edilənlərin 3,9%-ni təşkil etdiyi halda, 2021-ci ildə bu göstərici 4,5% olmuşdur. 📈
Ən yaxşı bumeranq işçilər yaxşı münasibətləri qoruyub saxlamaqla şirkəti tərk edənlərdir. Bəziləri ailə vəziyyəti ilə əlaqədar, digərləri isə yeni təcrübə qazanmaq və özünü başqa sahədə sınamaq üçün işdən ayrılır. Bir sıra təşkilatlar işdən ayrılan əməkdaşlarla (xüsusilə səriştəli əməkdaşlarla) münasibətləri qoruyub saxlayırlar. Hətta bəzi şirkətlərdə bu işlə məşğul olan əməkdaşlar olur. Onlar əvvəlki işçilərə vaxtaşırı elektron məktublar göndərir, şirkətdə baş verən mühüm məlumatları bölüşürlər. Bəzən isə şirkətlər virtual münasibətlərlə kifayətlənməyərək əvvəlki işçiləri illik sosial tədbirlərə dəvət edirlər.
Bumeranq işə qəbulun üstün cəhətləri aşağıdakılardır:
👍 İşə qəbul xərcləri azalır;
👍 Əməkdaş korporativ mədəniyyətə bələd olduğu üçün adaptasiya prosesi daha qısamüddətli olur və daha az xərc tələb edir;
👍 Əməkdaş digər şirkətdə qazandığı bilik və bacarıqlarla geri qayıdır;
👍 Əgər işçi rəqib şirkətdə işlədikdən sonra qayıdırsa, bazar haqqında əhəmiyyətli məlumatlar ilə geri dönür;
👍 Əvvəlki işçi könüllü şəkildə geri qayıtdığı üçün digər işçilərin şirkətə etibarı artır.
Digər tərəfdən bu cür işə qəbulun mənfi tərəfləri də var:
👎 İş yerində heç nəyin dəyişmədiyi düşüncəsi ilə geri dönən bumeranq işçilər dəyişikliklərə qarşı müqavimət göstərə bilərlər. İdarəetmədə, korporativ mədəniyyətdə mühüm dəyişikliklər baş veribsə, adaptasiya prosesi uzun çəkə bilər;
👎 Mövcud işçilərin keçmək istədiyi vəzifəyə əvvəlki işçilərdən biri gəldiyi üçün işçilər arasında münasibət korlana bilər.
Ümumilikdə isə, əksər hallarda bumeranq işçilər geri qayıdanda işə əvvəlkindən daha çox bağlı olurlar və daha yaxşı performans nümayiş etdirirlər.
Hazırladı: Madam Helpful
Aprel ayından etibarən “YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində “İnnab Business School”da “Data analitikası” və ”Mühasibat uçotu” sahəsində müsahibədən uğurla keçən iki qazimiz - Loğman Məmmədov və Fərhad Abbasov dərslərə başlayıb.
20 aprel 11:00-12:30 saatları aralığında INNAB Business School tərəfindən "Karyera Planlaması" adlı ödənişsiz seminar keçiriləcək. İnteraktiv şəkildə keçiriləcək seminarın əsas məqsədi gənclərə gələcək karyeralarının düzgün qurması istiqamətində dəstək vermək olacaq. O cümlədən karyera planlaması seminarında siz, hal-hazırda əmək bazarında tələb olunan kadr ehtiyacı, gələcəyin peşələri, işsizlik probleminin əsas səbəbləri və digər aktual məsələlər haqqında məlumat əldə edəcəksiniz.
Qeyd: Seminar offline şəkildə INNAB Business School'un ofisində keçiriləcək.
Qeydiyyat üçün: https://forms.gle/ad68tnFoWQSShbM68
