es
Feedback
İnnab Business Review

İnnab Business Review

Ir al canal en Telegram

Bu kanala abunə olmaqla peşakar inkişafla bağlı video və məqalələrdən faydalana bilərsiniz

Mostrar más
856
Suscriptores
Sin datos24 horas
-27 días
-530 días
Archivo de publicaciones
Britaniya aksentinin növləri 1. Cockney Böyük Britaniyanın ən məşhur aksentlərindən biri olmaqla yanaşı, Londonda işçi sinfinin dialekti kimi də tanınır. Əsas xüsusiyyəti isə "th" hərf birləşməsinin "f" kimi oxunmasıdır. 2. Brummie Birminhem əyalətinin yerli aksenti hesab olunur. Məşhur "Peaky Blinders" serialında Tomas Şelbi obrazı bu aksentdə danışır. 3. Yorkshire İngiltərənin "Tanrının xüsusi diyarı" adlanan Yorkşir bölgəsinin aksenti də ingilislərin ən sevdiyi aksentlərdən biridir. Bu aksentin əsas xüsusiyyəti isə sonu "i" (ee) səsi ilə bitən sözlərin "eh" kimi oxunmasıdır. Məsələn, "nasty" sözü "y" hərfi ilə bitsə də, səslənmədə "i" kimi oxunur. "Yorkshire" aksentində isə bu söz [nasteh] kimi oxunacaq. 4. Scottish Başa düşülməsi ən çətin aksentlərdən biridir. Əsas xüsusiyyəti sözün sonunda "t" səsinin tələffüz edilməməsi, "ch" birləşməsinin "x" kimi oxunması və uzun sait səslərin qısa tələffüzüdür. 5. Northerin Irish İrland aksentinin əsas xüsusiyyəti isə sözdə səslərin çoxunun tələffüz edilməməsidir. Məsələn, "northerin" sözü [nor'n] kimi tələffüz edilir. Hazırladı: Aytən Cavadova

Exceldə sətir və sütunların yerini dəyişmək Daha öncə bilirdiniz? 🧐 Rəy bölməsində qeyd edin və bu tərz videoların davamı üçün daha çox bəyənin, paylaşın 😉 #exceltips #quicktips #shorts

"Gmail"dəki az bilinən özəllik⁣⁣ ⁣⁣ Əvvəlki paylaşımlarda "Səhvən göndərdiyiniz imeyli geri almanın yolu"ndan bəhs etmişdim. Bu paylaşımda da bilinməyən özəlliklərindən biri haqda məlumat verəcəm. ⁣⁣ "Email" qəbul edərkən aytencavadova@gmail.com ilə ayten.cavadova@gmail.com arasında heç bir fərq yoxdur. Hətta a.y.tenc.a.vadova@gmail.com-a imeyl göndərsəniz belə, yenə eyni adama gedib çatacaq. ⁣⁣ Bu o deməkdir ki, hərflər arasında nöqtə olub-olmaması "mail" qəbul etmənizə heç bir maneə yaratmır.⁣⁣ ⁣⁣ Bu özəllikdən istifadə edərək, yalnız 1 imeyl ilə eyni saytda bir neçə hesab aça bilərsiniz.⁣⁣ ⁣⁣ Bəs siz bu özəlliyi bilirdiniz?⁣⁣ Hazırladı: Aytən Cavadova

Eminent, immanent, imminent Bir-birinə bənzəyən bu sözlərin hamısı sifətdir, amma hər birinin tamamilə fərqli mənası var. ✍️ Eminent – görkəmli an eminent lawyer – görkəmli hüquqşünas ✍️ Imminent – gözlənilən, qaçılmaz, qarşıdan gələn A new trade agreement is imminent. – Yeni ticarət razılaşması gözlənilir. İmminent disaster – qaçılmaz fəlakət ✍️ Immanent – xas olan, daimi Hope is immanent in human nature. – Ümid insan təbiətinə xasdır. Hazırladı: Madam Helpful

Psixoloji effektlər 1. Seçici qavrayış - Arzu və gözləntilərin dünyanı necə qavramamıza təsir etməsidir. Məsələn, eyni səhvləri sevdiyimiz bir insanda çox vaxt görməsək də, bəyənmədiyimiz bir adamda görəndə həmin an diqqətimizi çəkir. 2. Ümumiləşdirmə effekti - İnsanlar ilk baxışdan xırda, əhəmiyyətsiz informasiyanı öz maraqlarına xidmət edəcək şəkildə ümumiləşdirib nəticə çıxartmağı xoşlayır. Məsələn, "Bir tanışımın 80 yaşı var, gündə 3 qutu siqaret çəkir" yanaşması ilə siqaretin zərərli olmadığı qənaətinə gəlirlər. 3. Sistemlilik illüziyası - Təsadüfi hadisələrdə müəyyən bir sistem, qanunauyğunluq görməkdir. Məsələn, 2 dəfə eyni qələmlə imtahana girdikdə ikisi də uğurlu olarsa, burada qələmin uğurlu olmasına inanırlar. 4. Barnum effekti -  Bir insanın ona aidmiş kimi söylənən, amma, əslində,  hamı üçün ümumiləşdirilmiş olan fikirlərin doğruluğuna inanmasıdır. Adətən, astrologiya, falçılıq və s. kimi sahələrdə istifadə edilir. Bəs siz bu effektlərdən hansını yaşamısınız? Hazırladı: Aytən Cavadova

İmposter sindromu İmposter sindromu şəxsin öz bilik, bacarıq və uğurlarına şübhə ilə yanaşdığı və nə vaxtsa bütün bunların yalan olduğunun üzə çıxacağı qorxusu ilə yaşadığı psixoloji sindromdur. Araşdırmalar göstərir ki, insanların 70%-i həyatlarının müəyyən mərhələsində imposter sindromundan əziyyət çəkir. İş yerində bu sindromdan əziyyət çəkənlər əldə etdikləri nailiyyətlərə baxmayaraq, bu işə layiq olmadıqlarını düşünür və uğursuzluğa uğramaq qorxusu ilə riskə getməkdən çəkinirlər. İş yerində imposter sindromunun simptomları aşağıdakılardır: · Həddindən artıq işləmək; · ən xırda səhvlərə görə özünü günahlandırmaq; · başqalarını aldatdığını düşünmək və yaxşı işçi olmadığının bir gün üzə çıxacağından qorxmaq; · tərifi qəbul etməmək. İmposter sindromu karyeraya mənfi təsir edə bilər, çünki şəxs işi yüksək səviyyədə yerinə yetirə bilməyəcəyini düşündüyü üçün tapşırıqların icrasını təxirə salır. Yaxud əksinə, şəxsin özünü sübut etmək üçün tapşırıqların icrasına həddindən çox vaxt və əmək sərf etməsi tükənmə ilə nəticələnir. Digər tərəfdən, imposter sindromundan əziyyət çəkən şəxs işini prioritetləşdirdikdə ailə münasibətlərinə ziyan dəyir. Hazırladı: Madam Helpful

Təhlükəsizliyiniz üçün 3 üsul Gecə vaxtı parkda tək gəzdiyiniz vaxtlarda, təkbaşına olduğunuz məkanlarda fövqəladə vəziyyətlə qarşılaşa bilərsiniz, amma bu təhlükələrə əvvəlcədən hazırlıqlı olmağınız daha rahat və güvənli hiss etməyinizə səbəb olar. Fövqəladə vəziyyətlərdə insanların təhlükəsizliyi üçün nəzərdə tutulmuş müxtəlif mobil tətbiqlər mövcuddur. Bu tətbiqlər vasitəsilə çarəsiz hiss etdiyiniz anlarda bir düyməyə klik etməklə yaxınlarınızı məlumatlandıra bilərsiniz: bSafe - Tətbiqdəki SOS düyməsi toxunuş və ya səslə aktivləşir. Seçdiyiniz insanlara ətrafdakı səslərin qeydini və yerləşdiyiniz məkanın yerini göndərmək, GPS vasitəsilə həmin insanlara getdiyiniz yerləri bəlli etmək olur; Shake 2 Safety - Təhlükəli vəziyyət yaranarsa, bu tətbiq vasitəsilə telefonu əsdirərək, 4 dəfə yandırıb-söndürmə düyməsinə sıxaraq bir nəfərə mesaj göndərə bilərsiniz. Bundan başqa tətbiqdə səs qeydi və videoçəkiliş etmə imkanları da var; Circle of 6 - Telefonunuzda "Circle of 6" tətbiqi olarsa, telefona iki dəfə toxunmaqla telefon kitabçanızdakı 6 adama harada olduğunuz barədə məlumat göndərə bilərsiniz. Hazırladı: Aytən Cavadova

Bütün İslam aləminin, Qurban bayramı mübarək olsun😊
Bütün İslam aləminin, Qurban bayramı mübarək olsun😊

🎯Excel hazırda biznes mühitində ən çox tələb olunan proqramlardan biridir. Siz bu proqramı öyrənməklə müasir iş dünyasının t
+4
🎯Excel hazırda biznes mühitində ən çox tələb olunan proqramlardan biridir. Siz bu proqramı öyrənməklə müasir iş dünyasının tələblərinə uyğunlaşa bilərsiniz. İNNAB Business School olaraq, Sizlərə yeni "Excel Bootcampı"nı təklif edirik. Bootcampda iştirak etməklə, qısa müddət ərzində 0-dan peşəkar səviyyədə Excel öyrənə bilərsiniz😍 ⚠️Yerlər məhduddur, fürsətdən yaralanmağa tələsin! ❗Ətraflı məlumat üçün rəy bölməsinə "+" yaza və ya aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz: 📝Online qeydiyyat: https://innab.org/qeydiyyat/ _____________________ 📲 (+994 50) 290 61 21 📲 (+994 50) 299 61 21 ☎️ (012) 465 20 71 ✉️ contact@innab.org 🌎 https://innab.org/ 📌 Nərimanov rayonu, Fətəli Xan Xoyski 118A, Talassemiya mərkəzinin yanı, Nərimanov və Gənclik metrolarının yaxınlığında

Mükəmməl bir bootcamp ilə qarşınızdayıq 🔊 "HR Maximum" bootcampımızda olan 5 modul və təlimçiləri barədə məlumatları diqqəti
Mükəmməl bir bootcamp ilə qarşınızdayıq 🔊 "HR Maximum" bootcampımızda olan 5 modul və təlimçiləri barədə məlumatları diqqətinizə çatdırırıq: 1. İnsan Resursları İdarə olunmasından ən müasir funksional gözləntilər və İşə Qəbul prosesinin qurulması; 2. İnsan Resursları Biznes Tərəfdaşlıq modelinin qurulması; 3. Şirkət gəlirliliyinin artmasında, əməliyyat xətalarının və xərclərin azaldılmasında, ədalətli mükafatlandırma sistemlərinin qurulmasında «Performans İdarəetmə» sisteminin rolu; 4. Effektiv Əmək Haqqı və Mükafatlandırma Sistemlərinin Qurulması və İdarə Edilməsi; 5. Əmək məcəlləsi və Hüquqi risklərlə bağlı preventiv tədbirlərin təmin olunması. Təlimçi və ekspertlərimiz: Toğrul Hidayətov Tural İslamov Rəşad Məhərrəmov Rəşad Süleymanov Gündüz Abdullayev Seymur Əhmədov Modullar haqqında ətraflı məlumatı isə qeyd edilən linkə daxil olaraq əldə edə bilərsiniz: https://www.youtube.com/watch?v=K4l0YgFiVgc&list=PLEmd2D4NKfm7-3b9VYWFnw7uCp50Behni #innab #hr #maximum

Excel" deyəndə ağıla ilk gələn, bu sahədə tam əhatəli kontent yaradan "İnnab"dan 32 saata Excel öyrən! Əlavə məlumat üçün "+"
+2
Excel" deyəndə ağıla ilk gələn, bu sahədə tam əhatəli kontent yaradan "İnnab"dan 32 saata Excel öyrən! Əlavə məlumat üçün "+" yaza və ya ismarış bölməsindən bizə müraciət edə bilərsiniz 🙂

Semestr ərzində ümumi orta müvəffəqiyyət göstəricisinin Exceldə tapılması. Bəs sizin bu semestr ərzində ortalama göstəriciniz nə qədər oldu? #innab #excel #microsoft #msexcel #msoffice #üomg #ortalama #university #universitet

"PowerPoint" ilə ekranın videosunu çəkmək Bəzən kompüterimizin ekranını video şəklində qeydə almaq lazım olur. Bu halda "PowerPoint"in bu funksiyası sizə kömək edə bilər: 1. "PowerPoint"ə daxil olub "İnsert" menyusunu seçin; 2. "Screen recording" altmenyusuna klikləyin; 3. İstəyinizə uyğun olaraq, tam ekranı və ya seçdiyiniz müəyyən sahəni çəkə bilərsiniz; 4. "Record" düyməsinə klikləyin. Ekran videosunu çəkən zaman səs əlavə etmək və siçanın işarəsini qeyd etmək imkanı da olur; 5. Videonu çəkdikdən sonra o, "PowerPoint"də yaddaşa düşür. Videonun üstündə sağ düyməni klikləyib onu mp4 formatda ayrıca fayl kimi də saxlamaq olar. Hazırladı: Aytən Cavadova

✨ "Qurban bayramı" münasibətilə INNAB Business School sizlərə endirim kampaniyası təqdim edir✨ 📣 İyul ayının 10-dək qeydiyya
✨ "Qurban bayramı" münasibətilə INNAB Business School sizlərə endirim kampaniyası təqdim edir✨ 📣 İyul ayının 10-dək qeydiyyatdan keçən şəxslər müraciət etdiyi təlim üzrə 15% endirimdən yararlana biləcək😍 Kampaniya bütün təlimlər üzrə keçərlidir. Fürsətdən yararlanmağa tələsin, yerlər məhduddur! Təlimlərimiz haqqında ətraflı məlumat əldə etmək üçün şərh bölməsinə "+" qeyd edə və ya bizə mesaj bölməsində yaza bilərsiniz. _____________________ 📲 (+994 50) 290 61 21 📲 (+994 50) 299 61 21 ☎️ (012) 465 20 71 ✉️ contact@innab.org 📌 Fətəli Xan Xoyski 118A, Talassemiya Mərkəzinin yanı (Nərimanov və Gənclik metrolarının yaxınlığı)

🔊 "İnnab Business School"-un "Minimum kompüter bilikləri nə qədər olmalıdır" seminarından görüntülər... Seminar zamanı tələb
+1
🔊 "İnnab Business School"-un "Minimum kompüter bilikləri nə qədər olmalıdır" seminarından görüntülər... Seminar zamanı tələbələrə Minumum kompüter biliklərini öyrənməyin vacib olduğunu izah edən geniş bir izah verildi. Bu kursa maraq göstərənlər, minimum kompüter bilikləri ilə tanış oldular __________________________ 📲 (+994 50) 290 61 21 📲 (+994 50) 299 61 21 ☎️ (012) 465 20 71 ✉️ contact@innab.org 📌 Nərimanov rayonu, Fətəli Xan Xoyski 118A, Talassemiya mərkəzinin yanı, Nərimanov və Gənclik metrosunun yaxınlığında #innab #minumumkomputerbilikleri

Envelop vs. envelope “Envelop” feildir, "bürümək, əhatə etmək" mənasını verir. 🖋️At sunset, darkness enveloped the town. - Gün batanda şəhəri qaranlıq bürüdü. 🖋️ The entire area was enveloped in fog. - Bütün ərazini duman bürüdü. 🖋️She enveloped the baby in the blanket. – O, körpəni yorğana bürüdü. ✉️“Envelope” isimdir, “zərf” mənasını verir.  🖋️ I opened the envelope, pulled out the document and read it. - Zərfi açdım, sənədi çıxarıb oxudum. Hazırladı: Madam Helpful

📢 Sizə şad xəbərimiz var! INNAB Business School' un giveaway fürsətindən elə indi yararlanın! Şərtlər çox sadədir! Bunun üçü
📢 Sizə şad xəbərimiz var! INNAB Business School' un giveaway fürsətindən elə indi yararlanın! Şərtlər çox sadədir! Bunun üçün: ▫️Səhifəmizi izləməli; ▫️Postu bəyənməli; ▫️Postun şərh bölməsində 3 nəfər dostunuzu işarələməlisiniz. Bəs qaliblərimizə nə şamil olunacaq? 📌 Əmək Məcəlləsi və kadr kargüzarlığı təlimindən endirimlər əldə edəcəklər: 1-ci yer 100% 2-ci yer 70% 3-cü yer isə 50% endirimlərdən yararlana biləcəklər Hər kəsə uğurlar! #giweaway #emekmecellesivekadrkarguzarligi #innabbusinessschool

İşçi tövsiyəsi İşçi tövsiyəsi müəssisənin əməkdaşları tərəfindən vakant vəzifələrə namizəd təklif edilməsini ifadə edir. İşçi tövsiyəsinin üstün cəhətləri aşağıdakılardır: 👍 İşəqəbul xərclərinə və zamana qənaət edilir. İlk növbədə vakansiyanın elan edilməsi xərcləri azalır. Digər tərəfdən, əməkdaşlar təşkilati mədəniyyətə, vəzifənin tələblərinə bələd olduqları üçün təklif etdikləri namizədlər həmin mədəniyyətə və vəzifəyə uyğun olur, adaptasiya prosesi qısa çəkir və həmin təşkilatda uzun müddət çalışırlar. 👍 Əməkdaşların motivasiyası yüksəlir. Əməkdaşlar işəqəbul prosesinin bir hissəsi olduqlarını, təkliflərinin dəyərləndirildiyini hiss edəndə təşkilata bağlılıqları və məhsuldarlıqları artır. Təklif etdikləri namizəd işə qəbul olunduqda əməkdaşlar təşkilata dəyər qatdıqlarını hiss edir, motivasiyaları yüksəlir. İşçi tövsiyəsi daha çox spesifik tələbləri olan vəzifələrə işçi qəbulu üçün tətbiq edilir. Əksər hallarda namizəd tövsiyə edən əməkdaşa bonus verilir. Bonus adətən yeni işçi bir müddət işlədikdən sonra onun əməkhaqqının müəyyən faiz nisbəti həcmində verilir. Bu həm işçilərin yardımının dəyərləndirildiyini göstərir, həm də digər işçiləri də növbəti vakant vəzifələrə uyğun namizədlər tövsiyə etməyə həvəsləndirir. Bonusun məbləği həm işçilər üçün cəlbedici olmalı, həm də müəssisənin büdcəsinə uyğun olmalıdır. Hazırladı: Madam Helpful

Faydalı mobil tətbiqlər 1. Alo, Excel - "Excel" iş həyatında ən lazımlı proqramlardan biridir. "INNAB"ın "Alo, Excel" mobil tətbiqini yükləyərək "Excel" funksiyalarını öyrənə bilərsiniz. 2. Wifi Master - İnternetiniz zəifləyibsə, ola bilsin ki, vayfayınızdan hansısa qonşunuz istifadə eləyir. O qonşunu tapıb bloklamaq üçün proqramı yükləyə bilərsiniz. 3. KitSort - Türkiyədən kitab sifariş verirsinizsə, bu proqram sizin işinizə çox yarayacaq. Proqram vasitəsilə sifariş verdiyiniz kitabın harada ucuz olduğunu müəyyən edə bilərsiniz. 4. Universal Copy - Bəzən "YouTube", "İnstagram" və s. tətbiqlərin daxilində mətnləri kopiyalaya bilmirik. Bu proqramla ürəyiniz haradan istəyir, mətn kopiyalaya bilərsiniz. 5. HelloTalk - Dil partnyorunuzu tapıb ünsiyyət qura biləcəyiniz proqram Bəs siz hansı tətbiqləri bilirsiniz? Hazırladı: Aytən Cavadova

İnnab Business School- un təşkil etdiyi "Minimum kompüter biliklərimiz nə qədər olmalıdır?" ödənişli seminarına qoşulmaq istə
İnnab Business School- un təşkil etdiyi "Minimum kompüter biliklərimiz nə qədər olmalıdır?" ödənişli seminarına qoşulmaq istədiyinizin fərqindəyik bunun üçün formu doldurmanız kifayətdir. Bu seminarda siz ilkin kompüter bilikləri haqqında ətraflı məlumat əldə edəcək, eyni zamanda müasir dövrün tələblərindən olan kompüter işləmə bacarıqlarını əldə etmiş olacaqsınız. https://forms.gle/Krum7cwKU2QVXR5e9