es
Feedback
« من القلب إلى ربي »

« من القلب إلى ربي »

Ir al canal en Telegram

Bəkr əbu Zeyd (رحمه الله) demişdir: Yoxsul kəs dua etməyə tənbəllik edəndir ki, artıq o, öz nəfsinə xeyir və ehsan qapılarını bağlamışdır..

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
241
Suscriptores
Sin datos24 horas
-17 días
+1030 días
Archivo de publicaciones
Həqiqətən, insan xüsran ( ziyan ) içərisindədir.103:2 Təsəvvür edək ki, bir tacir malının əsas sərmayəsini itirərsə, ziyana u
Həqiqətən, insan xüsran ( ziyan ) içərisindədir.103:2
Təsəvvür edək ki, bir tacir malının əsas sərmayəsini itirərsə, ziyana uğrayar. İnsanın ömrü də onun sərmayəsidir, kim onu iman və saleh əməldən başqa bir şeyə sərf edərsə, ziyana uğrayar. Əsl ziyan və əsl bədbəxtlik məhz axirətini itirən kəsdir.

Səndən dağlar haqqında soruşurlar, De: "Rəbbim onları param-parça edib sovuracaqdır" Taha 105 Təsəvvür et! Allah dağları para
Səndən dağlar haqqında soruşurlar, De: "Rəbbim onları param-parça edib sovuracaqdır" Taha 105 Təsəvvür et! Allah dağları param-parça edir, bir anın içində, onların sərtliyinə, gücünə və yer üzündəki möhkəmliyinə rəğmən! Məgər o, sənin kiçik qəm-qüssəni, ağrını və acını param-parça edib yox etməyə qadir deyilmi?! Kim bu ayəni üzərində düşünərək dərk etdisə, ruhunun ağrı pəncərələrini bağladı və bununla da nemətin dadını daddı.. T.me/QelbdenRebbime

Elm öyrəndikcə insanın gözü məqamda və tərifdə deyilsə, təəkəbbürlük etmirsə deməli, aldığı elm ona fayda verir. Nəfsə şirin
Elm öyrəndikcə insanın gözü məqamda və tərifdə deyilsə, təəkəbbürlük etmirsə deməli, aldığı elm ona fayda verir. Nəfsə şirin gələn və eləcə də təhlükəli olan tələ isə başçılığa və şöhrətə olan həvəsidir. Faydalı elm insanı özünü göstərməyə yox, gizli ibadətə, gözəl əxlaqa və sadəliyə yönəldər. • T.me/QelbdenRebbime

Həyatdakı cəhdlər, əgər onlarda Allah üçün, savabını Allahdan gözləyərək səbir etmək ruhu olmazsa, ağır və solğun görünür. Çü
Həyatdakı cəhdlər, əgər onlarda Allah üçün, savabını Allahdan gözləyərək səbir etmək ruhu olmazsa, ağır və solğun görünür. Çünki savabını Allahdan gözləyərək səbir etmək yaşamağa məna qatar. Əgər insan büdrəyərsə və ya çalışıb çatmadığı bir məqam olarsa, qəlbi belə səslənər:
Ey Rəbbim, Sən mənə kifayətsən! Şübhəsiz ki, cəhdim Sənin üçündür, əməlim Sənin üçündür, səbrim Sənin üçündür və Sənin yolunda çəkilən əziyyətlər hədər getməz!
T.me/QelbdenRebbime

Gəncliyin gözəlliklərindən ibadətlərdə qüvvətli olmaq da var. Amma, gəncliyin fəsadlarından qorunmaq üçün saleh, müdrik, səbi
Gəncliyin gözəlliklərindən ibadətlərdə qüvvətli olmaq da var. Amma, gəncliyin fəsadlarından qorunmaq üçün saleh, müdrik, səbirli, daim nəsihət edən və təcrübəli dostlara ehtiyac böyükdür. Allah kimə belə bir dost nəsib edibsə, ona böyük nemət verilmişdir. Kimin nəsihət edəni yoxdursa, öz halından da razıdırsa, qoy Allaha sığınsın, çünki insan öz səhvlərini bəzən görə bilmir! • T.me/QelbdenRebbime

Biz onların dediklərindən qəlbinin sıxıldığını bilirik. Hicr 97 • T.me/QelbdenRebbime •
Biz onların dediklərindən qəlbinin sıxıldığını bilirik. Hicr 97 • T.me/QelbdenRebbime

Repost from N/a
Saat 22:00-da "Kitab və Sünnə işığında asanlaşdırılmış fiqh" kitabının sədəqəsi üçün bot paylaşılacaq.
📌 Kitab haqqında məlumatı olan və həqiqətən bu kitabı, onun dərinliklərini öyrənmək istəyən şəxslərin yazmağını xahiş edirik. Məqsədimiz, Allahın izni ilə, kitabları onları həqiqətən istəyən və faydalanmağa çalışacaq kəslərə çatdırmaqdır. "Kitabdır, götürüb bir gün oxuyaram" düşüncəsi ilə götürülüb şkafda qalmasına halallıq verilmir. Kitabı götürən şəxslər onu sona qədər oxuyub bitirməyi öhdələrinə götürməlidirlər.🌷

Sən sağ olduğun müddətcə, öz nəfsin üçün fitnədən arxayın olma. Heç kəsi günahına görə qınama və başqasının etdiyi bir günaha
Sən sağ olduğun müddətcə, öz nəfsin üçün fitnədən arxayın olma. Heç kəsi günahına görə qınama və başqasının etdiyi bir günaha təəccüblənmə. Öz itaətini də çox görmə, çünki ömrünün nə ilə sona çatacağını bilmirsən.. • T.me/QelbdenRebbime

Ya xeyir danış, yada sus!!! Daha dəqiq desək, dilimiz ya xeyir söyləməli, ya da susmalı olduğu halda tamamilə fərqli məqsədlə
Ya xeyir danış, yada sus!!! Daha dəqiq desək, dilimiz ya xeyir söyləməli, ya da susmalı olduğu halda tamamilə fərqli məqsədlərin vasitəçisinə çevrilmişdir. Düşünərkən görürük ki, su kimi axıb gedən, günbəgün bitib-tükənən ömrümüzdə bəzən əziyyət bahasına topladığımız savabları asanlıqla necə də itirməkdəyik. Məgər biz ölümü düşünmürükmü? Hər birimiz yaxşı bilməliyik ki, ya xeyir söyləyib, ya da susarıqsa, onda Cənnətə gedən yolumuz asanlaşar.. • T.me/QelbdenRebbime

Qüsurlu olanlar, öz qüsurlarına bəhanə tapmaq üçün insanların ayıblarını yaymağı sevirlər.. • T.me/QelbdenRebbime •
Qüsurlu olanlar, öz qüsurlarına bəhanə tapmaq üçün insanların ayıblarını yaymağı sevirlər.. • T.me/QelbdenRebbime

– Allahla nəfəs almaq nə deməkdir? – Bu, işləri nə qədər mürəkkəb olsa da, Onun əllərinə buraxmaq və Onun səni əsla zay etməy
– Allahla nəfəs almaq nə deməkdir? – Bu, işləri nə qədər mürəkkəb olsa da, Onun əllərinə buraxmaq və Onun səni əsla zay etməyəcəyinə, yolda qoymayacağına güvənmək deməkdir.. • T.me/QelbdenRebbime

💢Xatırlatma: 👉 " 3 əsas " dərsimiz bugün saat 22:45 dədir in şəə Allah. Qoşulmaq üçün link ⤵️ https://t.me/ElmNurdurr
💢Xatırlatma: 👉 " 3 əsas " dərsimiz bugün saat 22:45 dədir in şəə Allah. Qoşulmaq üçün link ⤵️ https://t.me/ElmNurdurr

Düşünməkdə həddi aşdıq və unutduq ki, qədərlər yazılmışdı. Narahatlıq və qəm-qüssədə həddi aşdıq və unutduq ki, Allah bizimlə
Düşünməkdə həddi aşdıq və unutduq ki, qədərlər yazılmışdı. Narahatlıq və qəm-qüssədə həddi aşdıq və unutduq ki,
Allah bizimlədir.!
Gələcək qorxusunda həddi aşdıq və unutduq ki, o gələcək
Allahın əlindədir.!
İnsanlardan qorxmaqla məşğul olduq və unutduq ki, əgər bütün insanlar və cinlər sənə bir şeylə zərər vermək üçün toplaşsalar,
Allahın sənə yazdığından başqa sənə zərər verə bilməzlər.!
Ey Rəbbim, hər addımımızda bizimlə ol… T.me/QelbdenRebbime

​⭕️ Xatırlatma: İn şəə Allah dərsimiz bugün saat 22:45-da olacaq. ​📚 İmam Nəvəvi (رحمه الله) — 40 hədis 1⃣8⃣ - ci hədisin şərhi. ​🔊 Dərslərə qoşulmaq üçün: ​ Paylaşaq: ⤵️ ​🔹 https://t.me/ElmNurdurr