cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

GLOB∀LİZM - “Qarabağ Xəbərləri”

Gündəm 1. Bu kanal son dəqiqə 2-ci Qarabağ savaşı və sonrasında baş verənləri sizə çatdırır... şanlı və müzəffər ordumuzu Allah qorusun...! 2. Kanal həmçinin, Yaxın Şərq və DÜNYA gündəmilə bağlı hərb, siyasi xəbərləri çatdırır.

Show more
Advertising posts
1 291Subscribers
-324 hours
-617 days
+13530 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

🇦🇿🇹🇷🇷🇺Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib Aprelin 26-da Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin təntənəli bağlanış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Ordusunun, Türkiyə və Rusiya Silahlı Qüvvələrinin rəhbər heyəti, həmçinin hər iki ölkənin respublikamızdakı səfirləri, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər. Əvvəlcə hər 3 ölkənin dövlət himnləri səsləndirilib. Tədbirdə Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Qərargah rəisi general-polkovnik Levent Ergün və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakov çıxış ediblər. Türkiyə Respublikası və Rusiya Federasiyası arasında imzalanmış 11 noyabr 2020-ci il tarixli Memoranduma əsasən yaradılmış Birgə Monitorinq Mərkəzinin fəaliyyəti haqqında danışılıb. 2021-ci ilin yanvar ayının 30-dan regionda sülhün və sabitliyin rifahı naminə vicdanlı və cəsarətli xidmətlərinə görə türkiyəli və rusiyalı hərbi qulluqçulara minnətdarlıq ifadə olunub, onlara gələcək xidmətlərində uğurlar arzulanıb. Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin 10 noyabr 2020-ci il tarixli Bəyanatına uyğun olaraq Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin də iki ölkənin ali rəhbərliyi arasında əldə olunan razılığa əsasən fəaliyyətini vaxtından əvvəl dayandıraraq ölkə ərazisindən tam çıxarılması prosesinə başlanılıb. Bağlanış mərasimində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin iştirakı ilə bədii proqram təqdim edilib. https://mod.gov.az/az/news/turkiye-rusiya-birge-monitorinq-merkezinin-baglanis-merasimi-kecirilib-51527.html
Show all...
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Aprelin 26-da Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin təntənəli bağlanış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Ordusunun, Türkiyə və Rusiya Silahlı Qüvvələrinin rəhbər heyəti, həmçinin hər iki ölkənin respublikamızdakı səfirləri, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər.Əvvəlcə hər 3 ölkənin dövlət himnləri səsləndirilib.Tədbirdə Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Qərargah rəisi general-polkovnik Levent Ergün və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakov çıxış ediblər.Türkiyə Respublikası və Rusiya Federasiyası arasında imzalanmış 11 noyabr 2020-ci il tarixli Memoranduma əsasən yaradılmış Birgə Monitorinq Mərkəzinin fəaliyyəti haqqında danışılıb.2021-ci ilin yanvar ayının 30-dan regionda sülhün və sabitliyin rifahı naminə vicdanlı və cəsarətli…

🇦🇿🇦🇲 Əliyev Almaniyada ⚠️ Prezident İlham Əliyev Berlində önəmli görüşün keçirildiyi məkana gəldi
Show all...
🇦🇿🇦🇿Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür. ⚠️ 1992-ci il mayın 8-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə düşmənin 2 tankını və digər texnikalarını məhv edib, lakin qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olub. 🤲 Allah rəhmət eləsin!
Show all...
🇦🇿🇦🇿 31 ildən sonra yenidən qurulan Cəbrayıl
Show all...
🇦🇿⚡️🇭🇺 Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarton bu gün Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasına qatılmaq üçün Azərbaycana rəsmi səfərə gəlib Nazir: “Xüsusilə uzun bir gecə oldu, amma ən azı burada səhərə yaxındır və biz başlaya bilərik. Bir neçə saatdan sonra Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək."
Show all...
🇦🇿Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız. Üzərində AO -Azərbaycan Ordusu yazısı və bozqurd simvolu var.
Show all...
3
⚡️🇺🇸❌ ABŞ ölkədə “TikTok”un qadağan olunmasını belə elan etdi
Show all...
👎 1
⚡️🇦🇲🎥 Qondarma erməni soyqırımı abidəsini ziyarətə gələn Paşinyanın həyat yoldaşı Anna Akopyan ərazidəki sıravi insanların etirazı ilə qarşılaşıb. Qəzəbli izdiham baş nazirin arvadını "Nikol satqın", "torpaq alverçisi Nikol" sözləri ilə qarşılayıblar. A.Akopyan azyaşlı qızı ilə birgə bu anları səssizcə izləyib. Arada isə qızına təsəlli verərək onun pis olmamasına çalışıb.
Show all...
👍 2
Repost from APA
📍Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən “Sülh təşəbbüslərinin inkişaf etdirilməsi” və Qarabağda “humanitar fəlakət”in qarşısının alınmasında xidmətlərinə görə onun Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. Həmin təşəbbüs qrupuna adı açıqlanmayan bir sıra nüfuzlu şəxslərin, o cümlədən Nobel Sülh Mükafatı laureatının daxil olduğu bildirilirdi. 💢2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror tədbirləri də məhz Vardanyanın və Vardanyan kimilərin Qarabağda apardığı fəaliyyətin məntiqli nəticəsi idi. 💢Konstruktiv danışıqlar, Azərbaycan dövlətinin təklif etdiyi inteqrasiya planını qəbul etmək, erməni mənşəli sakinlərin Azərbaycan vətəndaşlığını qəbul etməsinə şərait yaratmaq yerinə, Vardanyan Qarabağın erməni sakinlərində düşmənçilik əhval-ruhiyyəsini möhkəmləndirməyə davam edirdi. 💢Ruben Vardanyanın 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edərək qanunsuz olaraq Qarabağa gəlməsi ilə bu, daha qabarıq şəkildə özünü göstərdi. Heç bir ölkə tərəfindən tanınmayan, dünyanın Azərbaycanın ayrılmaz parçası kimi qəbul etdiyi Qarabağa qeyri-qanuni gəlib, burada qondarma “dövlət naziri” vəzifəsini tutmaq idi sülh təşəbbüsü? ❗️Faktlara nəzər salaq. ✅2023-cü ilin yanvarın 22-də BBC-nin “HardTalk” verilişi üçün verdiyi müsahibədə Ruben Vardanyan Qarabağın erməni sakinlərinin adından radikal açıqlamalar verərək Qərb auditoriyasını çaşdırmağa çalışmış, azərbaycanlı ekofəalların Laçın yolunda keçirdiyi aksiyanı “blokada” kimi təqdim etməyə, Qarabağda “humanitar fəlakət” yaratdığı barədə təsəvvür formalaşdırmağa cəhd etmişdi. ✅“Biz müstəqillik tələbinin ilk günündən demişik: başa düşürük və qəbul edirik ki, biz yan-yana yaşayacağıq, amma biz ayrı ərazi, ayrı dövlət olacağıq. Biz özümüzü Azərbaycanın bir hissəsi kimi görmürük. “Artsax” Azərbaycanın bir hissəsi olmayacaq, bu aydındır”, - Vardanyan deyib.“Biz əminik ki, “Artsax” Azərbaycanın tərkibində deyil, müstəqil olmalıdır”, - bu sözləri isə o, 2023-cü il mayın 23-də Azadlıq radiosunun Ermənistan xidmətinə müsahibəsində demişdi. ✅2023-cü il mayın 29-da Ruben Vardanyan yeni radikal açıqlama verir. O, Azərbaycan tərəfinin Qarabağın erməni sakinlərinin Azərbaycan vətəndaşlığını qəbul etməsinin vacibliyi haqda açıqlamasına qəbuledilməz reaksiya verir. Azərbaycanla danışıqları qəbuledilməz adlandırır. ✅“Artsaxlıların Azərbaycanın bir hissəsi kimi hüquqlarının guya mümkün müdafiəsi ilə bağlı demaqogiyanı davam etdirmək artıq mümkün deyil. Bizi məhv etmək və ya kölə etmək istəyirlər. Sonuncu hədd keçilib: ya sən Artsaxın müdafiəsinə qalxırsan, ya da bütün erməni xalqına qarşısan”, - deyə Vardanyan çağırış etmişdi. ✅Əslində, Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsinin absurdluğunu bu ideyanın müəllifi olan təşəbbüs qrupu da anlayır. Bəs onda Vardanyanla bağlı belə məlumatların yayılması, onun beynəlxalq gündəmdə qalmasına hesablanan addımların məqsədi nədir? 🔴Əsas səbəb təbii ki, Ruben Vardanyanın sərvətidir. 2024-cü ilin mart ayına olan məlumata görə, Vardanyan ailəsi 1,1 milyard dollar həcmində sərvətə malikdir. Ruben Vardanyanın yaxın illərdə öz biznes imperiyasına rəhbərlik edə bilməyəcəyini nəzərə aldıqda, onun sərvəti ətrafında mübarizə, maliyyə resurslarına çıxış əldə etmək uğrunda mübarizə getdiyini sezmək olar. ☑️Şübhəli, mənşəyi bilinməyən konfidensial təşəbbüs qruplarının ortaya çıxması, Vardanyanın adı ətrafında piar quraraq gündəm yaradılması da məhz bu mübarizənin birbaşa nəticəsidir: Vardanyanın sərvətindən kim nə qədər pul ələ keçirəcək? Niyə də olmasın? Necə deyərlər, “Oğrudan oğruya halaldır”. ❗️Heç kimə sirr deyil ki, Ruben Vardanyanın Qarabağdakı fəaliyyəti yalnız separatçı əhval-ruhiyyənin qızışdırılmasına, eskalasiyaya və hərbi qarşıdurmaya xidmət edib. Bu fonda onun namizədliyinin Nobel Sülh Mükafatına irəli sürülməsi pul əldə etmək naminə ucuz piar aksiyadan başqa bir şey deyil. ✍️APA Analytics
Show all...