1 779
订阅者
-124 小时
-57 天
-4230 天
帖子存档
1 780
Bu şeiri sənin üçün yazıram
Yoxsan...
Qəribə işdir,
Qəlbim,
Hissim
Düşüncəm
Axı oyaqdır mənim
Necə nəfəs alıram
havam ki yoxdur mənim
Sən həm mənim kədərim
Sən həmdə şadlığımsan
Sən mənim əsarətim
Həm də azadlığımsan
Yoxsan...
Sən mənim üçün daha
Xoş arzularsan, demək
Baharda qarsan, demək
qişda boransan, demək
Yoxsan...
Sən mənim üçün daha
Daha çox varsan, demək...
1 780
Bəzən insanın ehtiyacı olan şey böyük möcüzələr deyil… 🍂
Sadəcə bir az sakitlik, bir az huzur, içini isidən bir çay və “hər şey yaxşı olacaq” deyən bir ürəkdir.
Avqust gedir, payız gəlir.
Qoy gedənlərlə birlikdə bütün yorğunluqlarımız da getsin. Qarşıdan gələn aylar isə itirdiklərimizin yerinə hüzur, gözəl xəbərlər və ürəyimizə toxunan xoşbəxtliklər gətirsin. 🍁☕️🤎
Bəlkə də bu payız, çoxdan gözlədiyimiz gözəl başlanğıcın ilk səhifəsi olar… ✨
1 780
Bəzi qadınlar ağlamaz, ağlaya bilməz. Açar bir mahnı, notalarında intihar edər. Gözlərindən damlada bilmədiyi yaşları, içinə damladar. Siz adına səssizlik deyərsiniz, onlar adına susqunluq. Bəzi qadınlar çox gözəl susar. Söyləyəcəyi çox şey varkən susar, eşq’ə su’sar, sevgiyə su’sar ən vacibi də adamlığa su’sar❤️🩹
1 780
Eşitdim, sevgilim, küsmüsən məndən?
Qaçırma bülbülü öz çəmənindən.
Mənimlə düz dolan, küsǝrǝm səndən,
Məndə dostluq da var, biganəlik də.
Bir sənsən bu məcnun könlümə uyğun,
Sənin camalına olmuşam vurğun,
Hər Leyli eşqinə deyiləm Məcnun,
Məndə kamal da var, divanəlik də.
Bütün bu dünyanı gəzdim, dolandım,
Bir səni özümə vəfalı sandım,
Sən gəzdin özgǝylə, od tutub yandım.
Məndə atəş də var, pərvanəlik də.
Əzəldən demişəm səninlə yaram,
Yolunda ölsəm də, bil, bəxtiyaram,
Dediyim sözümdə mən yenə varam,
Məndə kəclik də var, mərdanəlik də.
Vahid, bu bir sözün min lələ dəyər,
Mənə gərək deyil nə sərvət, nə zər
Təbim xəzinədir, sözlərim gövhər,
Məndə gənclik də var, piranǝlik də.
✍🏻 Əliağa Vahid
1 780
əgər bir insan sənin bəxtinə yazılıbsa sən nə qədər ondan qaçsanda o səni tapacaq qarşına çıxacaq....
