STP POLYMER MMC
前往频道在 Telegram
"STP Polimer"MMC yüksək keyfiyyət standartlarının bütün tələblərinə cavab verən Polimer boru və Fitinqlərinin satışı 📍 H.Z.Tağıyev settlement,Sumqayıt 5022,Azərbaycan 📞+994 50 246 45 73 WhatsApp +99455 309 03 44 🌐 https://www.stp.az 📩 r.resulov@stp.az
显示更多187
订阅者
无数据24 小时
-27 天
-530 天
帖子存档
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Sənaye 4.0 Hazırlıq” Proqramı müəssisəslərin texnoloji transformasiyasına və dayanıqlı inkişafına dəstək verir.
#EconomyAz #4sim #c4irAzerbaijan #industry4az
Damcı suvarma boruları suyun birbaşa torpağın kök hissəsinə çatdırır. Bunun sayəsində bitkilərin ehtiyac duyduğu nəmlik balansını qorunur və su itkisi minimuma endirilir.
Yüksək dayanıqlı materiallardan hazırlanması uzunmüddətli istismara imkan verir və məhsuldarlığın artırılmasına kömək edir.
Трубы для капельного орошения подают воду непосредственно в корневую зону почвы. Благодаря этому сохраняется необходимый баланс влаги для растений и минимизируются потери воды.
Изготовление из высокопрочных материалов обеспечивает длительный срок эксплуатации труб и способствует повышению урожайности.
Drip irrigation pipes deliver water directly to the root zone of the soil. This helps maintain the necessary moisture balance for plants and minimizes water loss.
Being made of high-strength materials ensures a long service life of the pipes and contributes to increased crop yield.
STP Şirkətlər Qrupu tərəfindən istehsal olunan yol ayırıcıları elastik və eyni zamanda zərbələrə davamlı quruluşa malikdir. Təsadüfi zərbələrə qarşı dözümlü olması sayəsində uzun müddət formasını itirmədən istifadə oluna bilir. Günün qaranlıq vaxtı üzərinə çəkilmiş fosfor təbəqəsi əlavə xəbərdarlıq edərək yol hərəkətinin iştirakçılarının təhlükəsizliyi təmin edir. Bu xüsusiyyətlər yol hərəkətinin daha təhlükəsiz və nizamlı olmasına böyük töhfə verir.
Группа компаний STP производит разделители дорожного движения, обладающие эластичной, и при этом - ударопрочной конструкцией. Благодаря устойчивости к случайным ударам разделители долго сохраняют форму и могут использоваться в течение длительного времени. Фосфорное покрытие, нанесенное на поверхность разделителей, обеспечивает дополнительную видимость в темное время суток и повышает безопасность участников дорожного движения. Эти особенности вносят значительный вклад в повышение безопасности и упорядоченности дорожного движения.
STP Group of Companies produces road dividers, featuring an elastic yet impact-resistant design. Thanks to their durability and resistance to accidental impacts, the dividers retain their shape and can be used for an extended period of time. The phosphor coating applied to their surface provides enhanced visibility during dark time, improving safety for all road users. These features make a significant contribution to safer and more orderly road traffic.
STP Şirkətlər Qrupu kənd təsərrüfatı üçün meyvə və tərəvəz yeşikləri də istehsal edir. Yüngül, möhkəm və deformasiyaya qarşı dayanıqlı quruluşu sayəsində məhsulların daşınması və saxlanılması zamanı təzəliyi qorunur. Məhsulların yeşiklərdə daşınması logistik prosesləri asanlaşdırır, yeşiklərin təkrar istifadə olunması isə xərcləri azaldır.
Группа компаний STP, помимо прочего, производит для нужд сельского хозяйства ящики для фруктов и овощей. Благодаря лёгкой, прочной и устойчивой к деформации конструкции сохраняется свежесть продукции при её транспортировке и хранении. Транспортировка продуктов в таких ящиках облегчает логистические процессы, а возможность их повторного использования - снижает расходы.
STP Group of Companies manufactures, among other supplies, fruit and vegetable crates for agricultural needs. Thanks to their lightweight, durable and deformation-resistant design, these crates help preserve product freshness during transportation and storage. Using such crates simplifies logistics processes, while their reusability helps reduce costs.
STP Şirkətlər Qrupununda istehsal olunan quraşdırma naqilləri elektrik avadanlıqlarında, maşın və dəzgahlarda, həmçinin işıqlandırma və güc şəbəkələrində stasionar montaj zamanı istifadə olunur. Quraşdırma naqilləri 300–500V və 450/750V nominal gərginliklər üçün nəzərdə tutulur, onların izolyasiyası yüksək temperatur və mexaniki yüklənmələrə qarşı davamlılığı ilə seçilir və sabit enerji ötürülməsini təmin edir.
STP Group of Companies manufactures installation wires, which are being used for stationary installation in electrical equipment, machines and industrial tools, as well as in lighting and power networks. These wires, designed for nominal voltages of 300–500V and 450/750V, ensure stable energy transmission thanks to insulation that is resistant to high temperatures and mechanical stress.
Группа компаний STP производит монтажные провода, используемые при стационарной установке в электрическом оборудовании, машинах и станках, а также в осветительных и силовых сетях. Эти провода, предназначенные для номинального напряжения 300–500V и 450/750V, обеспечивают стабильную передачу энергии, так как их изоляция отличается устойчивостью к высоким температурам и механическим нагрузкам.
STP Şirkətlər Qrupu tərəfindən istehsal olunan məişət və kanalizasiya boruları təmiz və çirkab suların axınını təmin edir. Yüksək davamlılığa malik materiallardan hazırlanan bu borular həm məişət, həm də sənaye tullantılarının sızmasız şəkildə ötürülməsi üçün ideal həlldir.Beynəlxalq standartlara tam uyğunluğu sayəsində su və kanalizasiya infrastrukturunda maksimum təhlükəsizlik təmin olunur. Bu isə infrastrukturun illərlə problemsiz işləməsini mümkün edir.
Группа компаний STP производит бытовые и канализационные трубы, которые обеспечивают поток чистой и сточной воды. Трубы, изготовленные из высокопрочных материалов, являются идеальным решением для герметичной транспортировки как бытовых, так и промышленных стоков. Благодаря полному соответствию международным стандартам, обеспечивается максимальная безопасность в системе водоснабжения и канализационной инфраструктуре. Это позволяет инфраструктуре работать бесперебойно на протяжении многих лет.
STP Group of Companies produces domestic and sewage pipes that ensure the reliable flow of clean and wastewater. Manufactured from high-strength materials, these pipes are an ideal solution for leak-proof transportation of both household and industrial waste. Full compliance with international standards ensures maximum safety in water supply and sewage infrastructure, allowing these systems to operate smoothly for many years.
STP Şirkətlər Qrupu tərəfindən istehsal edilən növbə gözləmə terminalları bank, dövlət, səhiyyə və təhsil müəssisələrində istifadə olunur. Bu terminallar müştəri axınını tənzimləyir, xidmət prosesini optimallaşdırır və istifadəçi təcrübəsini yüksəldir. Müasir interfeysə və konstruksiyaya malik terminallar fərqli fəaliyyət sahələrinə rahat inteqrasiya olunur.
STP Group of Companies manufactures electronic queue terminals, which are being used in banks, government institutions, healthcare and educational organizations. These terminals regulate customer flow, optimize the service process and enhance the overall user experience. Their modern interface and durable design allow for easy integration across various fields and industries.
Группа компаний STP производит терминалы электронной очереди, которые используются в банках, государственных учреждениях, организациях здравоохранения и образования. Эти терминалы регулируют поток клиентов, оптимизируют процесс обслуживания и повышают качество пользовательского опыта. Современный интерфейс и конструкция позволяют легко интегрировать терминалы в различные сферы деятельности.
STP Şirkətlər Qrupu tərəfindən istehsal olunan kabel kanalları elektrik naqillərinin təhlükəsiz, səliqəli və estetik şəkildə yerləşdirilməsini təmin edir. Yüksək keyfiyyətli materiallardan istehsal edilən kabel kanalları korroziyaya və mexaniki təsirlərə qarşı davamlılığı ilə də seçilir. Kabel kanalları müxtəlif ölçü və formalarda hazırlanır və sənaye və inzibati obyektlərdə kabel sistemlərinin qorunmasını və düzgün istiqamətləndirilməsini təmin edir.
STP Group of Companies manufactures cable trays that ensure the safe, neat and aesthetically organized routing of electrical wiring. Produced from high-quality materials, these cable trays are resistant to corrosion and mechanical impact. The trays come in various sizes and shapes, providing proper protection and structured placement of cable systems in industrial and administrative facilities.
Группа компаний STP производит кабельные лотки, которые обеспечивают безопасное, аккуратное и эстетичное размещение электрических проводов. Кабельные лотки, изготовленные из высококачественных материалов, устойчивы к коррозии и механическим воздействиям. Кабельные лотки изготавливаются в разных размерах и формах и обеспечивают защиту и правильное расположение кабельных систем на промышленных и административных объектах.
1949-cu il noyabrın 22-də şəhər statusu alan Sumqayıtın bu gün 76 yaşı olur. Bu münasibətlə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinlərinə təbrik ünvanlayıb. Təbrikdə deyilir:
"Əziz sumqayıtlılar!
Sizi doğma Sumqayıt şəhərinin 76 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.
Bu əlamətdar gün təkcə böyük bir şəhərin yaranma tarixini deyil, həm də burada yaşayan yüz minlərlə insanın zəhmətini, fədakarlığını və şəhərimizin bugünkü inkişafına verdiyi misilsiz töhfələri yada salır. Sumqayıt ötən 76 ildə böyük və şərəfli bir yol keçmişdir. Bir vaxtlar boz və şoran torpaqlarda salınan Sumqayıt hazırda Azərbaycanın sənaye, elm, mədəniyyət mərkəzlərindən birinə və eyni zamanda respublikamızın sosial-iqtisadi inkişafına mühüm töhfə verən müasir bir şəhərə çevrilmişdir. Sumqayıtın bugünkü simasında burada çalışan minlərlə insanın əməyi və zəhməti vardır. Bu nailiyyətlər hər birimiz üçün qürur mənbəyidir. Bu gün Sumqayıtın yeni inkişaf mərhələsi Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu rəhbərliyi, diqqət və qayğısı sayəsində daha da sürətlənmişdir.
Cənab Prezidentin Sumqayıta olan xüsusi münasibəti, şəhərdə sənaye potensialının genişləndirilməsi, ekoloji mühitin yaxşılaşdırılması, sosial infrastrukturun yenilənməsi istiqamətində həyata keçirilən layihələr Sumqayıtın inkişaf konsepsiyasının əsasını təşkil edir. Son illərdə şəhərimizdə genişmiqyaslı abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, yeni parkların, xiyabanların, bulvarın salınması, müasir sənaye müəssisələrinin istifadəyə verilməsi, təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektlərin inşası Sumqayıtın dinamik, genişmiqyaslı inkişafının bariz nümunəsidir. Vaxtilə ekoloji baxımdan çirklənmiş şəhərlərdən olan Sumqayıt bu gün abadlıq və yaşıllaşdırma işləri sayəsində parklar şəhərinə çevrilib.
Şəhərimizin müasir görkəm alması, daha da gözəlləşməsi, abadlaşması məhz dövlətimizin diqqət və qayğısının nəticəsidir. İndi Sumqayıt Ulu Öndər Heydər Əliyevin arzuladığı, özünün hərtərəfli intibah dövrünü yaşayan, gözəlləşən, sözün həqiqi mənasında güllü-çiçəkli, abad bir şəhərdir. Əminəm ki, müasir şəhər nümunəsini özündə ehtiva edən Sumqayıt bundan sonra da ölkəmizin sosial-iqtisadi inkişafında önəmli rol oynayacaq, sakinlərimizin rifahı yüksələcək, şəhərimiz daha da çiçəklənəcəkdir. Bu yolda hər birinizin səyi, əməksevərliyi və şəhərə olan bağlılığı böyük önəm kəsb edir.
Əziz sumqayıtlılar!
Bir daha hər birinizi Sumqayıt şəhərinin 76 illiyi münasibətilə təbrik edir, sizə möhkəm cansağlığı, səadət və fəaliyyətinizdə uğurlar arzulayıram. Arzu edirəm ki, doğma şəhərimiz hər bir ailəyə firavanlıq, əmin-amanlıq və xoş günlər bəxş etsin.
Şəhər gününüz mübarək, əziz sumqayıtlılar!
Zakir Fərəcov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı"
STP Şirkətlər Qrupu tərəfindən istehsal olunan yüksək gərginlik kabelləri elektrik enerjisinin uzun məsafələrə təhlükəsiz ötürülməsini təmin edir. Yüksək izolyasiya və mexaniki möhkəmlik sayəsində onlar fasiləsiz enerji təchizatına töhfə verir. Yüksək gərginlik kabelləri enerji ötürmə xətlərində, yarımstansiyalarda və sənaye obyektlərində tətbiq olunur.
STP Group of Companies manufactures high-voltage cables that ensure the safe transmission of electrical energy over long distances. Thanks to their high insulation and mechanical strength, these cables contribute to uninterrupted power supply. High-voltage cables are used in power transmission lines, substations and industrial facilities.
Группа компаний STP производит высоковольтные кабели, обеспечивающие безопасную передачу электрической энергии на большие расстояния. Благодаря высокой изоляции и механической прочности они способствуют бесперебойному энергоснабжению. Высоковольтные кабели применяются в линиях передачи электроэнергии, подстанциях и на промышленных объектах.
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
