MU'MİNUN🖋️
前往频道在 Telegram
Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️🩹
显示更多399
订阅者
-124 小时
-37 天
-130 天
帖子存档
399
Repost from İKİ VƏHYİN MÜDAFİƏSİ
📌 MUSİQİ VƏ ANAŞİD. GÜNAH BAXIMINDAN HANSI DAHA ŞİDDƏTLİDİR❓
🖊️ Şeyx Əhməd ən-Nəcmi (Allah ona rəhmət etsin) demişdir: "Həqiqətən musiqi günahdır və onun üzərində davamlı olan fasiqdir. Anaşid isə bidətdir və onun üzərində davamlı olan isə bidətçidir. Fasiq, şərr baxımından bidətçidən daha yüngüldür."
📚 Əl-fətava əl-cəliyyə
http://t.me/ZD_vahyeyn
🍃 Kanala qoşulun, paylaşın və elm yaymağın savabına siz də şərik olun!
ALLAH SİZƏ BƏRƏKƏT VERSİN.
399
Repost from 𝐐𝐔𝐑𝐀𝐍 𝐀𝐍𝐃 𝐒𝐔𝐍𝐍𝐀𝐇 📖
📣 السلام عليكم ورحمة الله وبركاته أعضاء القناة الأعزاء...
Bu gün sizlərə kanalımızın ilk botunu təqdim edirəm...
🎬@QURAN_AND_SUNNAH_BOT
🎬@QURAN_AND_SUNNAH_BOT
🎬@QURAN_AND_SUNNAH_BOT
Bu bot Quran dinləmək üçün nəzərdə tutulmuşdur. İstifadəsi çox sadədir və bu haqda video şərh bölümünə yerləşdiriləcək...
Allah Subhənəhu və Təalə faydalı etsin..
Daha çoxu üçün kanala qoşulmağı unutmayın...
QURAN AND SUNNAH
399
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir:
“Həya imandandır.”
Sahih Muslim, 36
399
Ayənin təfsirində gəlir ki, Uca Allah buyurur: “Hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq?” Uca Allah bu ayədə Qiyamət gününün dəhşətindən və şiddətindən xəbər verərək buyurur ki, Qiyamət günü hər ümmətdən bir şahid, yəni peyğəmbərlər gətiriləcəyi zaman onların halı necə olacaq? Necə ki başqa ayələrdə buyurur: “Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, əməllər yazılmış kitab hər kəsin qarşısına qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcək” (“əz-Zumər”, 69); “O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik” (“ən-Nəhl”, 89). əl-Buxari Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, “Bir dəfə Peyğəmbər ﷺ mənə buyurdu: “Mənə Quran oxu!” Dedim: “Ey Allahın Elçisi, Quran sənə nazil olduğu halda, onu sənə mənmi oxuyacağam?” Peyğəmbər ﷺ dedi: “Bəli, mən onu başqasından dinləməyi xoşlayıram”. Mən ona “ən-Nisa” surəsini oxumağa başladım. Nəhayət, surənin “Hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq?” ayəsinə çatdıqda Peyğəmbər ﷺ “Kifayətdir!” dedi. Mən başımı qaldırdıqda Peyğəmbərin ﷺ gözlərinin yaşla dolduğunu gördüm”. Hədisi həmçinin Əhməd və Muslim rəvayət etmişlər. Hədis bir çox yollarla İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət edilmişdir.[4]
İbn Əbu Hatim Yunus ibn Muhəmməd ibn Fudalə əl-Ənsaridən, o da atasından (Fudalə atasının Peyğəmbərin ﷺ səhabələrindən biri olduğunu demişdir) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər ﷺ Bənu Zəfər qəbiləsində onları ziyarət etdi və həmin gün Bənu Zəfər qəbiləsinin yaşadığı ərazidə olan bir daşın üzərində oturdu. Peyğəmbərin ﷺ yanında İbn Məsud, Muaz ibn Cəbəl və səhabələrindən bəziləri vardı. Peyğəmbər ﷺ Quranı əzbər bilənlərdən birinə Quran oxumağı buyurdu. Quran oxuyan Uca Allahın “Hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq?” ayəsinə çatdıqda Peyğəmbər ﷺ ağladı. Hətta saqqalı və yanaqları ağlamaqdan titrəyirdi. Peyğəmbər ﷺ dedi: “Ey Rəbbim, mən gördüyüm kəslərə şahidəm, bəs görmədiklərimin halı necə olacaq?”[5] İbn Cərir Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ Uca Allahın “Hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq?” ayəsini dinlədikdən sonra dedi: “Allahım, nə qədər ki onların arasındayam, mən onlara şahidəm. Sən məni onların arasından götürdükdən sonra isə onlara nəzarət edən Sənsən”.[6]
[4] əl-Buxari (9/81 Fəthul-Bari); “əl-Musnəd” (3550, 3551, 3606, 4118); ət-Tabəri (9519). (Əhməd Şakir). əl-Buxari, 4216, 4582. [5] Əbu Hatimin isnadı səhihdir. Həmçinin əl-Buxari “ət-Tərixul-Kəbir” əsərində (1/1/16) səhih isnadla adəti üzrə müxtəsər rəvayət etmişdir. Hədisi əl-Hafiz İbn Həcər “əl-İsabə” (6/50) əsərində qeyd etmiş və əl-Bəğavi və İbn Şahinə nisbət etmişdir. (Əhməd Şakir). ət-Tabərani “Mucəmul-Kəbir” 15834. Hədis zəifdir. Bax: Silsilə əd-Daifə, 6356. [6] ət-Tabəri (9518). İsnadı səhihdir (Əhməd Şakir). ət-Tabəri, 9571; Muslim, 3191, 7380.
399
Repost from CANLI DƏRSLƏR
🎙 Vüqar Qurbanov
📜 Kişilərin qadınların üzərindəki haqları
🕙 Az sonra
https://t.me/canlidersler?livestream=c419fad871e44cdf79
✅ Paylaşaq ki daha çox insan faydalansın
399
Repost from Peyğəmbərin ﷺ Əxlaqı
Əssələmu aleykum. Qaraçuxur məscidinin AzəriQaza borcu var. Allah müvəffəq etsin!
399
Repost from N/a
"Sən hər salavat dediyində Rəbbin səni 10 dəfə tərifləyir. Düşün ki, dilin daim salavat desə, Rəbbin səni daim tərifləsə və bu hal üzərində Rəbbinə qoşvuşsan, heç təriflədiyi bir quluna Allah əzab verərmi? Bəlkə, Allahın rəhməti ixlasla dediyin salavatda gizlənib.Və düşün ki, sənin salavatın, adın sevimli peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləmə çatdırılır. Qiyamət günü ona yaxın olanlardansan. Həmçinin itaətlə iman artır, asiliklə isə azalır. Beləliklə, sən salavat deməklə Allaha itaət etmiş olursan. Sərf etdiyin o dəqiqələrin ibadətdə keçir. Dil nemətinin də şükrünü vermiş olursan onu Allaha itaətdə istifadə etməklə.Bu qapı hələ acıqkən fürsətdən istifadə et ki, peşman olanlardan olmayasan..🌷"
399
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱذْكُرُوا۟ ٱللَّهَ ذِكْرًا كَثِيرًا [٣٣:٤١]
• Ey iman gətirənlər! Allahı tez-tez yada salın! [33:41]
وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا [٣٣:٤٢]
• Səhər-axşam Onun şəninə təriflər deyin! [33:42]
هُوَ ٱلَّذِى يُصَلِّى عَلَيْكُمْ وَمَلَـٰٓئِكَتُهُۥ لِيُخْرِجَكُم مِّنَ ٱلظُّلُمَـٰتِ إِلَى ٱلنُّورِ ۚ وَكَانَ بِٱلْمُؤْمِنِينَ رَحِيمًا [٣٣:٤٣]
• Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri də sizin üçün bağışlanma diləyərlər. Allah möminlərə qarşı Rəhmlidir. [33:43]
399
Repost from Taifatul Mansura
Əlhəmdülilləh elan tamamlandı! Allah müsəlmanların malına bərəkət versin!
399
Repost from Taifatul Mansura
Loğman qardaş:
🗣Dəyərli müsəlman qardaşım və bacım. Bu elan mənim qonşuma aiddir uşağın halına şahidik məsələ olduqca çox ciddidir. Kasıb imkanı olduqca zəif qardaşdır. Sizlərdən tək xahişim dua edin. 1 azn olsa bu balamız üçün Allah yolunda xərcləyin imkanı olmayan isə statusda və başqalarla müsəlmanlarla paylaşsın. Rəbbim sizlərin malına, əhlinə bərəkət versin.
399
Repost from N/a
●Hər aydan 3 gün oruc tutmanın fəziləti●
1400 il əvvəl Allah Rəsulu (sallallahu aleyhi və səlləm) ayda üç gün oruc tutmağın böyük fəzilətindən bəhs edərək buyurmuşdur:
Əbu Zərr (radiyallahu anhu) soruşdu: — Ey Allahın Rəsulu, hansı günlərdə oruc tutum?
Rəsulullah (sallallahu aleyhi və səlləm) cavab verdi: — "Ayın ağ günlərində, yəni 13, 14 və 15-ci günlərində."
(İbn Hibbân, 8/279; hədis səhihdir.)
Bu hədisdə qeyd olunan tövsiyənin hikməti, dövrümüzdə elm adamları tərəfindən də təsdiq edilmişdir. 1400 ildən sonra müasir tibbi araşdırmalar sübut etmişdir ki, ayın bu günlərində oruc tutmaq insan sağlamlığı üçün son dərəcə faydalıdır. Belə ki, bu günlərdə bədəndəki öd vəzisi aktivləşərək öd suyunu daha çox ifraz edir. Əgər insan bu vaxt ərzində qida qəbul edərsə, öd suyu əsasən yeməyin həzminə yönəlir. Lakin oruc tutulduğu zaman, orqanizm aclıq vəziyyətində olduğu üçün öd suyu öz əsas funksiyasını yerinə yetirir: mədə və bağırsaqlardakı parazitləri və zərərli mikroorqanizmləri məhv edərək bədəni təmizləyir.
Beləliklə, Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) 1400 il əvvəlki bu mübarək tövsiyəsi, həm dini, həm də tibbi baxımdan insan üçün bir şəfa qaynağı olduğu açıq şəkildə ortaya çıxmışdır."
