MU'MİNUN🖋️
前往频道在 Telegram
Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️🩹
显示更多399
订阅者
无数据24 小时
-47 天
-130 天
帖子存档
399
🌟Peyğəmbər 👑 demişdir:
🌟Kimin məqsədi Axirəti qazanmaq olarsa, Allah onun varını qəlbinə yerləşdirər, o hər şeyə qane olar, onun işlərini avand edər və qədərinə yazılmış dünya malı ram edilmiş halda gəlib onu tapar.
Kimin də məqsədi dünyanı qazanmaq olarsa, Allah onun kasıblığını onun gözləri arasına gətirər, işlərini dolaşığa salar və dünya malından da, o, yalnız qədərinə yazılmış olanı əldə edər.🌟¹
📖¹ Sunən ət-Tirmizi, 2/76; Silsilətul-Əhadisis-Səhihə, 949-cu hədis.
399
https://t.me/kitabulhidayah
Əssələmu aleykum və rahmətullahi və bərakətuhu dəyərli müsəlmanlar. Sizinlə yeni açdığımız kanalı bölüşmək istəyirəm. Bu kanalda Quran videoları, audioları və ayələri kimi paylaşımlar edəcəyik İnşəAllah. Paylaşın və Abonə olun, Allah faydalananlardan etsin!
399
Hamilə bir qadın ərindən soruşur:
– Nə gözləyirsən, oğlan, yoxsa qız?
Əri cavab verir:
– Oğlan olsa, ona riyaziyyat öyrədəcəm, birgə idman edəcəyik, balıq tutmağı öyrədəcəm və s.
Gülən qadın soruşur:
– Bəs qız olsa?
Əri gülümsəyir və deyir:
– Qız olsa, ona heç nə öyrətməyim lazım olmayacaq. O mənə hər şeyi öyrədəcək: necə geyinməyi, necə yemək yeməyi, nə deməli və nə deməməli olduğumu. Çox tezliklə mənim üçün ikinci bir ana kimi olacaq və xüsusi heç nə etmədən belə məni həmişə qəhrəman kimi görəcək. Ona “yox” dedikdə məni anlayacaq, amma yenə də gələcək həyat yoldaşını mənimlə müqayisə edəcək. Neçə yaşına çatsa da, hər zaman onu kiçik şahzadəm kimi görməyimi istəyəcək. Mənim üçün dünyaya qarşı mübarizə aparacaq və əgər kimsə mənə zərər versə, onları heç vaxt bağışlamayacaq.
Bir qədər maraqlanan qadın soruşur:
– Bütün bunları qız edər, amma oğlan etməz?
Əri deyir:
– Yox, yox! Mənim oğlum da edə bilərdi, amma zamanla öyrənməli olacaq. Digər tərəfdən qızlar bu xüsusiyyətlərlə doğulurlar. Qız atası olmaq hər kişi üçün əsl qürurdur.
Sonra qadın deyir:
– Amma o, həmişə bizimlə olmayacaq.
Əri nəvazişlə cavab verir:
– Bəli, amma biz həmişə onun yanında olacağıq, qəlbində, hara getsə də.
Qızlar ❤️❤️dir …
Həmişəlik, qarşılıqsız sevgi və qayğı ilə doğulurlar.
399
Repost from Taifatul Mansura
⛔️GÜNDƏLİK İBADƏTLƏR BARƏDƏ XATIRLATMA ETMƏYİN HÖKMÜ. ELM ƏHLİNDƏN XATIRLATMA!
399
+5
🟡İbn Qayyim (rahiməhullah) demişdir:❌ Dörd şey bədəni məhv edir: 1️⃣ Aclıq, 2️⃣ Hüznlənmək, 3️⃣ Dərd çəkmək, 4️⃣ Yuxusuz qalmaq. ❌ Dörd şey üzdə olan sevinci və təbəssümü yox edir: 1️⃣ Ədəbsiz olmaq, 2️⃣ Yalan danışmaq, 3️⃣ Facirlik (günah) etmək, 4️⃣ Faydasız suallar vermək. ✅ Dörd şey üzdə olan sevinci və təbəssümü artırır: 1️⃣ Vəfalı olmaq, 2️⃣ Təqvalı olmaq, 3️⃣ Əli açıq olmaq, 4️⃣ Əxlaq sahibi olmaq. ✅ Dörd şey kin və nifrət gətirir: 1️⃣ Həsəd (paxıllıq), 2️⃣ Yalan danışmaq, 3️⃣ Kibr (lovğalıq və təşəxxüs), 4️⃣ Nəmmamlıq etmək (insanlar adından söz daşımaq). ✅ Dörd şey ruzi gətirir: 1️⃣ Gecə namazı, 2️⃣ Sədəqə vermək, 3️⃣ Səhər-axşam zikrlərini etmək, 4️⃣ Səhər vaxtında edilən çoxlu istiğfar (bağışlanma diləmək və tövbə etmək). ❌ Dörd şey ruzinin qarşısını alır: 1️⃣ Xəyanət, 2️⃣ Tənbəllik, 3️⃣ Az namaz qılmaq, 4️⃣ Səhər vaxtı yatmaq.
🔖«Zadul-Məad», 4/378
399
+5
🟡İbn Qayyim (rahiməhullah) demişdir:❌ Dörd şey bədəni məhv edir: 1️⃣ Aclıq, 2️⃣ Hüznlənmək, 3️⃣ Dərd çəkmək, 4️⃣ Yuxusuz qalmaq. ❌ Dörd şey üzdə olan sevinci və təbəssümü yox edir: 1️⃣ Ədəbsiz olmaq, 2️⃣ Yalan danışmaq, 3️⃣ Facirlik (günah) etmək, 4️⃣ Faydasız suallar vermək. ✅ Dörd şey üzdə olan sevinci və təbəssümü artırır: 1️⃣ Vəfalı olmaq, 2️⃣ Təqvalı olmaq, 3️⃣ Əli açıq olmaq, 4️⃣ Əxlaq sahibi olmaq. ❌ Dörd şey kin və nifrət gətirir: 1️⃣ Həsəd (paxıllıq), 2️⃣ Yalan danışmaq, 2️⃣ Kibr (lovğalıq və təşəxxüs), 4️⃣ Nəmmamlıq etmək (insanlar adından söz daşımaq). ✅ Dörd şey ruzi gətirir: 1️⃣ Gecə namazı, 2️⃣ Sədəqə vermək, 3️⃣ Səhər-axşam zikrlərini etmək, 4️⃣ Səhər vaxtında edilən çoxlu istiğfar (bağışlanma diləmək və tövbə etmək). ❌ Dörd şey ruzinin qarşısını alır: 1️⃣ Xəyanət, 2️⃣ Tənbəllik, 3️⃣ Az namaz qılmaq, 4️⃣ Səhər vaxtı yatmaq.
🔖«Zadul-Məad», 4/378
399
Repost from FURQAN
Alim Şeyx Rabi əl-Mədxali (Allah ona rəhmət etsin) belə demişdir:
🔹 Mələklər qanadlarını nə padşahlar üçün, nə tacirlər üçün, nə dünyaya aludə olan insanlar üçün, nə də başqaları üçün sərməzlər. Hətta abidlər üçün də, salehlər üçün də, hətta mücahidlər üçün belə qanadlarını yerə qoymazlar.
🐚 Amma bir elm tələbəsi, yəni Allahın dinini öyrənmək üçün səy göstərən, dərs oxuyan, elm axtaran insan.. onun qarşısında mələklər qanadlarını yerə sərirlər..
🎁| Bu, Allah Təbarəkə və Təalanın elm tələbələrinə bəxş etdiyi böyük bir şərəf və dəyərdir.
Və eyni zamanda, elm yolunda olanlara verilmiş bir təşviqdir, onlara bu müjdədir..
(فضل العلم والعلماء صـ {١١٣})
https://t.me/furqanmedresesi
399
👆🏻Ayə barədə;
"Libas" insanın özünü qoruduğu və isittiyi kimi evlilik də onları bütün naqisliklərdən, pisliklərdən və pis əxlaqdan qoruyur. Kişi və qadın birbirini örtüb qoruyur, yəni birbirlərinin libasıdırlar.
