ch
Feedback
MU'MİNUN🖋️

MU'MİNUN🖋️

前往频道在 Telegram

Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️‍🩹

显示更多
399
订阅者
-124 小时
-67
无数据30
帖子存档

Şeyx Süleyman Ər-Ruheyli bidət mövzusunda mühüm bir qaydaya diqqət çəkir. O buyurur ki, ibadətləri və dini əməlləri hər həftə eyni günlərdə sistemli şəkildə xatırlatmaq bidətə girə bilər. Məsələn: • Hər cümə sosial şəbəkələrdə mütəmadi olaraq: “Bu gün cümədir, salavat gətirin, Kəhf surəsini oxuyun” yazmaq, • Hər həftə eyni gün “Sabah bazar ertəsi orucudur” və ya “Sabah ayın birinci/dördüncü gününün orucudur” deyə davamlı xatırlatma etmək. Şeyx deyir ki, ümumi olaraq xatırlatmaq caizdir, çünki: “Xatırlatmaq möminlərə fayda verir.” Qəflətdə olan bir topluma nəsihət etmək, yadına salmaq olar. Lakin bunu hər həftə, həmişə eyni gündə, daimi bir forma salmaq artıq bidətə çevrilə bilər. ⸻ Bidətin ölçüsü nədir? Şeyx Süleyman Ər-Ruheyli belə bir əsas qayda qoyur: Əgər bir məsələ Peyğəmbər ﷺ və səhabələrin dövründə mövcud idi, ona ehtiyac var idi və onu etməyə qadir idilərsə, amma etmirdilərsə – bizim onu etməyimiz bidətdir. Amma: Əgər bir məsələ onların zamanında mövcud idi, ehtiyac var idi, lakin onu etməyə qadir deyildilərsə – bizim onu etməyimiz bidət sayılmır. ⸻ Nümunələrlə izah Bidətə girən nümunə: • Mövlud keçirmək. Peyğəmbər ﷺ və səhabələr mövlud keçirməyə qadir idilər, amma etmədilər. Ona görə də sonradan bunu ibadət formasına salmaq bidət sayılır. Bidət olmayan nümunə: • Azanın mikrofonla verilməsi. Peyğəmbər ﷺ dövründə azana ehtiyac var idi, amma mikrofon yox idi, yəni buna qadir deyildilər. Bu səbəbdən bu gün mikrofonla azan vermək bidət deyil. Nəticə • Xatırlatmaq özlüyündə caizdir və faydalıdır. • Amma onu daimi, vaxtı və günü sabit olan dini rituala çevirmək bidətə səbəb ola bilər. • Bidəti müəyyən edən əsas meyar: Peyğəmbər ﷺ və səhabələrin imkanı olub-etməməsidir t.me/zerif_inci

✏️ Dərs başlayıb

Repost from FURQAN
Əziz kanal izləyiciləri. Bu gün Bəyquniyyə mətninin şərhi dərsimiz var inşəəAllah. Dərsimiz, bu gün saat 22.15 da olacaqdır. Mövzu: Metruk Kanal linki: https://t.me/furqanmedresesi Bu kitabda son dersimizdir inşaAllah

Allahım! Onların söylədiklərinə görə məni qınama, məni zənn etdiklərindən daha xeyirli et və bilmədikləri şeyləri (onlardan gizli qalan günahlarımı) mənə bağışla!

📖 Əl-Furqan surəsi, 26-29 🎙️ Badr Al-Turki Linkə keçid edib, videonu YouTube kanalımızdan da izləyə bilərsiniz:
https://youtube.com/shorts/UtJAkcu0ELk?si=V2E4K9qWrPgXX2He

...

Halına hikmətlə bax! Sən vaxtlarını sosial mediada filan-filan məkanlarda keçirərkən səninlə eyni yaşda olan neçə neçə gənc bu dünyanın bəzəklərini arxada qoyub, Rəbbinin Kitabını ixlasla əzbərləyir. Neçəsi Rəsulullah'ın ﷺ hədislərini əzbərləyir. Neçəsi axirətində fayda verəcək elmlərlə bəzənir. Neçəsi gecələrini ibadətlə keçirir, sübhə qədər Rəbbinə yönəlir. Və neçəsi Allah yolunda ayaqlarını tozlayır, yuxusuzluqla növbə çəkir, Allahın düşmənləri ilə cihad edir. Sən isə “nəfsin də bizim üzərimizdə haqqı var”, “əylənmək haramdırmı?” kimi bəhanələrlə məşğul olarkən səninlə eyni yaşda olan neçə-neçə gənc bu həyatın mahiyyətini və nəyə layiq olduğunu anlayaraq yaşayır. Onlar da sənin kimi insandır, sənin kimi nəfs sahibidir, sənin kimi ehtiyac duyur, yorulur, əziyyət çəkir. Lakin onlar bilir ki, istirahət ediləcək və nemətlərin ləzzətlə dadılacağı yer bura deyil. Onlar orada bu müjdəyə nail olmaq üçün buradakı yorğunluğun əziyyətini sevirlər??
Onlar deyəcəklər: “Həmd, qəm-qüssəni bizdən aparan Allaha məxsusdur! Həqiqətən, Rəbbimiz bağışlayandır, şükürün əvəzini verəndir. Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir üzgünlük toxunacaqdır!” Fatir:34,35
https://t.me/al_badr_fawaid0101

🌟 “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!”
🌟 “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!”

Peyğəmbər buyurmuşdur: 🌸 Sizin ən xeyirliniz ailəsinə qarşı ən xeyirli olandır. Məndə sizin içinizdə ailəsinə qarşı ən xeyirli olanam. (Sünən ət Tirmizi 3895, səhih) 🌸 Möminlərin imanda ən kamili əxlaqı ən gözəl olanıdır. Sizin də ən xeyirliniz zövcəsinə ən gözəl davrananızdır. (Riyazus Salihin 278)

Repost from Sən Xatırlat
"Qadın naqisdir" ?

Alləmə İbn Dəqiq رحمه الله demişdir: 📖 Mənim dostum öldü və mən onu yuxuda gördüm ki, belə dedi: “Mənim yanıma yırtıcı heyvan kimi it gəldi, başladı məni ürkütməyə və mən qorxdum. Sonra gözəl simada bir şəxs gəldi, onu qovdu və oturaraq mənlə danışmağa başladı. Mən dedim, sən kimsən? Dedi, mən cümə günü oxuduğun Kəhf surəsinin savabıyam.”
📚 (Əd-Durarul Kəminəti libni Həcər, 352/5)

photo content

🎙️ Kamran Mustafayev

📖 Əl-Bəqara surəsi, 97-99 🎙️ Abdurrahman As-Sudais Linkə keçid edib, videonu YouTube kanalımızdan da izləyə bilərsiniz:
https://youtube.com/shorts/20FLrMEmK0U?si=MKu3hA1x-SYztHyF

Ərəb dili öyrənmək istəyənlər üçün möhtəşəm kanallardan biri:⤵️ 📚Ərəb dilinin qrammatikası və testlər; 📚Erab dərsləri və testlər; 📚Quranı başa düşmək üçün dərslər və testlər; 📚Dinləmələr; 📚Faydalar; 📚Peyğəmbərlərin qissələri; 📚Əcurrumiyyənin şərhi; ⤴️Hər biri tezliklə, inşəəAllah... https://t.me/medine_erebdili

Repost from Zikr Əhli
photo content

📖 Ət-Tovbə surəsi, 112 🎙️ Muhammad Al-Naqidan Linkə keçid edib, videonu YouTube kanalımızdan da izləyə bilərsiniz:
https://youtube.com/shorts/zn4LzibLyN0?si=4oVit-flyZIMIzsn