ch
Feedback
MU'MİNUN🖋️

MU'MİNUN🖋️

前往频道在 Telegram

Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️‍🩹

显示更多
398
订阅者
-124 小时
-37
-130
帖子存档
Onlar israrla yalvarmağa davam etdilər: «Ey Rəbbimiz! Ey Rəbbimiz!...» – və Rəbbi onlara cavab verdi.
Onlar israrla yalvarmağa davam etdilər: «Ey Rəbbimiz! Ey Rəbbimiz!...» – və Rəbbi onlara cavab verdi.

‎Admin tərəfindən səs

Əs-sələmu aleykum . Allah sizə bərəkət versin. Mən elə bilirdim Cahilliyin üzürlü olmamasi rəyini götürənlər Xəvaricdir. Doğru mövqe necə olmalıdır ? Kimsə bizə irad tutsa ki,bu boyda şeyxlər cahilliyi üzür gormur ,onlardan çox bilirsən ? Necə cavab vermək lazimdir

İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, (Peyğəmbər vəfat etdiyi gün) Əbu Bəkr (Allah ondan razı olsun) camaatın qarşısına çıxıb Allaha həmd-sənalar etdikdən sonra dedi: “Amma sonra… Kim Məhəmmədə ibadət edirdisə, bilsin ki, o, artıq vəfat etmişdir. Kim Allaha ibadət edirdisə, bilsin ki, Allah əbədi Yaşayandır, Ölməzdir.” Sonra o, bu ayəni oxudu: “Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə siz gerimi dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri mükafatlandırar.” (3:144) İbn Abbas dedi: “Vallahi, sanki camaat Allahın bu ayəni nazil etdiyini bilmirmiş. Əbu Bəkr (Allah ondan razı olsun) bu ayəni oxuduqdan sonra camaat da onu oxumağa başladı. Bundan sonra bu ayəni eşidən hər kəs onu (təkrar-təkrar) oxuyardı.” Səid ibn Museyyib rəvayət edir ki, Ömər (bu ayəni eşitdikdə) dedi: “Vallahi, bu ayəni Əbu Bəkrdən eşidəndə məni əsmə tutdu, ayaqlarım üstümdə durmadı, diz üstə yerə çökdüm və başa düşdüm ki, Peyğəmbər artıq vəfat etmişdir.”
(Səhih əl-Buxari, 1165)

Repost from N/a
YIRTIQ KİSƏ! Məkkə imamı Saud əş-Şureymin verdiyi cümə xütbəsinin ünvanı və ya mövzusu məhz belə idi. Şeyx buyurur: - Qiymətlər yüksəkdir! - Qadınlar çılpaqdır! - Məscidlər boşdur! - Allahın hökmləri faydasız {sanki lazımsız} olub! - Mücahid qandallanıb. zindanlardadı} - Zina halallaşıb! - Evlənmək çətinləşib! - Qadınlar kişilər üzərində ixtiyar sahibi olub! - Müsəlmanların torpaqları zəbt olunub! - Quran yağışın altında çətirsiz qalıb! - Və Qiyamətin böyük əlamətlərinin gəlişinə çox az qalıb! TÖVBƏ yenə də TÖVBӘ! Yırtıq kisədən həzər edin!!! {çəkinin} - Gözəl şəkildə dəstamaz alır, amma suya israf edir. YIRTIQ KİSӘ! - Kasıblara müəyyən məbləğdə sədəqə verir, amma sonra onları incidir və ya təhqir edir. {Və ya minnət vurur} YIRTIQ KİSӘ! - Gecələri namaz qılır, gündüzləri oruc tutur, amma qohumluq əlaqələrini kəsib. YIRTIQ KİSӘ! - Oruc tutur, onun aclığına və susuzluğuna səbr edir, amma söyüş söyür, lənət edir. YIRTIQ KİSӘ! - {Qadın} hicab geyinib, paltarının üstündən əbaya {enli paltar} geyinib, amma vurduğu ətirin iyi hər tərəfə yayılır. YIRTIQ KİSӘ! - Qonağına səxavət göstərir, ona yaxşılıqlar edir {ikram edir} amma qonağı çıxandan sonra qeybətini edir. YIRTIQ KİSӘ! SONDA... Savablarınızı YIRTIQ KİSӘYӘ yığmayın!!! Siz o savabları bir tərəfdən çətinliklə {kisənizə} toplayırsınız, amma digər tərəfdən isə savablarınız çox asanlıqla {kisənizdən} tökülür... 📥 𝐓𝐄𝐋𝐄𝐆𝐑𝐀𝐌: https://t.me/ixlas_ve_Sunne

Repost from Favaidulquran
🌹Allahı zikr etməyin fəziləti Videonu Youtube'dan izləmək üçün ⤵️ https://youtu.be/e_QpglFH0_4?si=PJs6dgARIiirVffx

🎙 Ağəli Şirvanli 🌷 Sən Allaha əhd verdiyini unutmusanmı? Linkə keçid edib, videonu YouTube kanalımızdan da izləyə bilərsiniz. ⤵️
https://youtube.com/shorts/1Vb_mNXo-LM?si=ahEav8WrTz0N3Vob

Əmin!
Əmin!

Rəvayət edilir ki, Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: (Bir dəfə) Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) (yerdə) dördbucaq cızdı. (Sonra) onun ortasından xaricinə düz bir xətt çəkdi. (Daha sonra dördbucağın içindəki) həmin düz xəttə kimi qısa-qısa xətlər cızdı. (Bundan sonra belə) buyurdu:“Bu, insandır; bu, onu əhatəsinə almış əcəli, bu çölə çıxan xətt onun arzuları, bu qısa xətlər isə (qədərinə yazılmış) müsibətlərdir. Əgər bu onu haqlamasa, o biri onu yaxalayar, o biri onu haqlamasa, bu biri onu yaxalayar.” (Buxari, 6417)

Oxumadan keçməyin, həqiqətən çox faydalıdır. 🌷

Möminlərin əmiri Ömər bin əl-Xattab xəlifə olduğu zaman Abdullah bin Hüzafə əs-Səhmi rumlulara əsir düşür. Rumluların hökmdarı istəyir ki, əsir düşənlərin özlərinin Peyğəmbərinə ﷺ olan məhəbbətinin dərəcəsini görmək üçün onları dinləri ilə imtahana çəkib alçaltsın. O, əmr edir ki, Abdullahı həbsxanada tək otağa salıb onun yanına şərab, donuz əti qoysunlar və gözəl bir kəniz salsınlar ki, acsa donuz əti yesin, susasa şərab içsin və sərxoş olub cariyənin üstünə düşsün. Üç gün belə dəvam edir. Ondan sonra kənizi oradan çıxarıb Abdullahın nə etdiyini soruşurlar. Cariyə deyir: “Ağa, Allaha and olsun ki, mənə heç nəzər də salmadı, başını əlləri arasına alıb, ən qaranlıq və ən dar küncdə hərəkətsiz qalmışdır”. Onun özünü gətirib sorğu-suala tuturlar. O deyir: “Vallahi, düzü Allah bizə donuz ətini və şərabı zərurət olduqda halal buyurub, lakin mən istəmədim ki, Allahın dinini məsxərəyə qoyasınız”. Rum hökmdarı deyir: “Dinindən əl çək, mülkümün yarısı sənin olsun!” O cavab verir: “Allaha and olsun ki, bütün yer və onun üstündəki hər şeyi də versələr, bu olmaz”. Hökmdar deyir: “Qızımı sənə verərəm”. O deyir: “Cənnət huriləri ondan yaxşıdır”. Hökmdar deyir: “Səni öldürəcəyəm”. O deyir: “İstədiyim budur”. Hökmdar yağ dolu qazanın altında od qalayıb qaynatmağı əmr edir. Sonra əmr edib əsir müsəlmanlardan birini onun içinə atdırır. Əsirin əti sümüyündən ayrılıb çıxanda Abdullahın gözləri yaşarır. Rumlular elə zənn edirlər ki, o, ölümdən qorxur. O isə deyir: “Allaha and olsun ki, mən öz taleyimə ağladım ki, qardaşım Cənnətə məndən tez getdi. Mən arzu edərdim ki, yüz canım olaydı, Allah yolunda bir-bir çıxaydı”. Rum hökmdarı ona təəccüb qalır və deyir: “Başımı öp, səni azad edim”. O deyir: “Bu şərtlə ki, bütün qardaşlarımı da mənimlə birlikdə buraxasan”. Rum hökmdarı razı olur və əsirlərin hamısını azad edir. Abdullah Ömərin yanına çatıb, baş verənləri ona danışanda, Ömər Abdullahın başını öpüb deyir: “Hər bir müsəlman Abdullah bin Hüzafə əs-Səhminin başını öpməlidir”.
“Səhabələrin Həyatı” kitabından

Repost from Haqq Yolu Tanıyaq
İmam as-Suyuti dedi: "...Salavatı bu cür s.a.v. qısaldan birinci adamın qolları kəsilmişdir." Tatribu ar-raviy 2/624, 626. T.
İmam as-Suyuti dedi: "...Salavatı bu cür s.a.v. qısaldan birinci adamın qolları kəsilmişdir." Tatribu ar-raviy 2/624, 626. T.me/haqq_yolu_taniyaq

Əssələmu aleykum və rahmətullahi və bərakətuhu. 🌷 Hörmətli kanal üzvləri, bayramınız mübarək! تقبل الله منا ومنكم Təqabbəlal
Əssələmu aleykum və rahmətullahi və bərakətuhu. 🌷 Hörmətli kanal üzvləri, bayramınız mübarək! تقبل الله منا ومنكم Təqabbəlallahu minnə və minkum Allah bizdən və sizdən qəbul etsin!

Repost from Taifatul Mansura
Qadının bayram namazına getməsi daha əfzəldir, yoxsa evdə qalması? - Şeyx Muhəmməd ibn Saleh əl-Useymin 📌Nuseybətu bint Kə'b əl-Ənsariyyə - Ummu Atiyyə (Allah ondan razı olsun) belə rəvayət etmişdir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) bakirə qızların, heyzli qadınların bayram namazlarına gəlməsini bizə əmr edərdi. Heyzli qadınlar namaz qılınan yerdən kənarda dayanar və o günün xeyir-bərəkətinə nail olmaq üçün camaatın arxasında (namaz qılınan yerdən aralı) oturar, təkbir və dua edərdilər. -Mən dedim: "Ey Allahın elçisi! Bizdən birinin hicabı olmadıqda nə etsin?" +O dedi: "Bacısı (Burada istənilən müsəlman qadın nəzərdə tutulur) hicablarından birini ona versin!" 
Səhih əl-Buxari, 980; Səhih Muslim, 2053.
T.me/taifatull_mansura

Repost from Ahlul-Quran
Bunu qısa şəkildə bir də yazıram:✨ 🌸Zilhiccənin 1-dən 13-nə qədər hər gün , günün istənilən vaxtı çalışın çoxlu-çoxlu "Allahu Əkbər Allahu Əkbər, Lə iləhə illəllahu vəllahu Əkbər Allahu Əkbər və lilləhil Hamd " deyin 🌸Ərafa günündən Zilhiccənin 13-nə qədər hər namazdan sonra "Allahu Əkbər Allahu Əkbər, Lə iləhə illəllahu vəllahu Əkbər Allahu Əkbər və lilləhil Hamd " deyin

🌷 Hədis Dinlə Linkə keçid edib, videonu YouTube kanalımızdan da izləyə bilərsiniz. ⤵️
https://youtube.com/shorts/vO6IjvnVfjk?si=N2ftsyo77TBApwqs

Repost from İSLAM VƏ ELM
Bu il Arafa günü 5 iyundur.
Bu il Arafa günü 5 iyundur.

🔔 XATIRLATMA Zilhiccə ayının on günü təkbirləri çoxaldın ➡️ ALLAHU ƏKBƏR ALLAHU ƏKBƏR ALLAHU ƏKBƏR LƏ İLƏHƏ İLLƏLLAH VƏLLAHU ƏKBƏR ALLAHU ƏKBƏR VƏ LİLLƏHİL HƏMD ➡️ ALLAH ƏN BÖYÜKDÜR ALLAH ƏN BÖYÜKDÜR ALLAH ƏN BÖYÜKDÜR ALLAHDAN BAŞQA İBADƏTƏ LAYİQ HAQQ MƏBUD YOXDUR ALLAH ƏN BÖYÜKDÜR ALLAH ƏN BÖYÜKDÜR HƏMD ALLAHA MƏXSUSDUR
📚Əbu Şeybə İbn Məsuddan rəvayət etmişdir (5679)
✈️ t.me/tekdinimizislam

🌷 Hədis Dinlə Linkə keçid edib, videonu YouTube kanalımızdan da izləyə bilərsiniz. ⤵️
https://youtube.com/shorts/zBUPpqIU6rQ?si=CCd9Kr4j7rhfwPAs