ch
Feedback
MU'MİNUN🖋️

MU'MİNUN🖋️

前往频道在 Telegram

Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️‍🩹

显示更多
398
订阅者
-124 小时
-37
-130
帖子存档
photo content

Repost from SƏLƏFİN ƏXLAQI
İnnə lilləhi va innə ileyhi raciun! Ümmətin böyük alimlərindən olan şeyx Rabi ibn Hədi əl-Mədxəli vəfat edib. Allah şeyxə rəhmət etsin! Şeyxin elm üçün böyük xidmətləri olub! Elmin aradan qalxması alimlərin getməsi ilə baş verir! Ümmətin başı sağ olsun!

Ənəs ibn Malik əl-Ənsari
+4
Ənəs ibn Malik əl-Ənsari

Azan_Madina_Call_to_prayer_Muhammad_Marwan_Qassas_Masjid_Al_Nabawi.opus3.69 MB

Repost from 𝐇Ə𝕯İ𝕾
🌿 Səhabələrin əhli-beyt sevgisi 📚 Uqbə ibnul-Hərisdən rəvayət olunur ki: "Əbu Bəkr (رضي الله عنه) əsr namazını qılır, sonra çıxaraq yeriyir. Yolda Həsənin uşaqlarla oynadığını görür və onu çiyinlərinə qaldıraraq deyir: «Atam sənə fəda olsun, Peyğəmbərə ﷺ oxşayıb da Əliyə oxşamayan». Əli isə gülərdi." 📔〖Buxari, 3542〗 •┈••●◆❁✿❁◆●••┈• © HƏDİS https://t.me/hedis_oxu

Repost from أجر.
سورة الكهف .pdf6.26 KB

Dəyərli müsəlmanlar ! İnşəəAllah sabah və biri gün, bir il keçmiş günahlara kəffarə olan bu orucu unutmayaq 😊 Siz də ətrafınıza xatırladın, həqiqətən xatırlatmaq möminlərə fayda verər ! 📢 ELAN❗ 🔘 İn şə Allah İyul ayının 4-ü (həftənin Cümə günü) Muhərrəm ayının 9-udur (Təsu'a). İyul ayının 5-i (həftənin Şənbə günü) Muhərrəm ayının 10-udur (Aşura). 🌙 Fəziləti : 🌹 «Aşura orucu / bir il keçmiş günahlara kəffarədir.» {📚 Muslim 1976}

photo content

Adəm peyğəmbər | Peyğəmbərlərin həyatı | Şeyx Heysəm | İlqar eyvazoğlu |... https://youtube.com/watch?v=GvSagBfeWqc&si=R3bG4-YuBWpIwPJD

WhatsApp'ta MU'MİNUN kanalını takip edin: https://whatsapp.com/channel/0029Vb9gGG15fM5Zd8o08C3q 🌷 WhatsApp kanalımıza abunə
WhatsApp'ta MU'MİNUN kanalını takip edin: https://whatsapp.com/channel/0029Vb9gGG15fM5Zd8o08C3q 🌷 WhatsApp kanalımıza abunə ola bilərsiniz.

🌷 Pis zənn barəsində (1-ci hissə) 🎙 Nail Paşayev Linkə keçid edib, videonu YouTube kanalımızdan da izləyə bilərsiniz. ⤵️
https://youtube.com/shorts/gWNOrYyr-AQ?si=RrFOtUAhyl6DKyNa

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Sizdən biriniz hər gün min savab qazanmaqdan acizdirmi? -Orada oturanlardan biri Soruşdu: Bizdən birimiz hər gün necə min savab qazana bilərik? - Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: Yüz dəfə təsbih (subhənallah) deyərsə ona min savab yazılar və yaxudda min günahı silinər. ("Sahih Muslim", 2698) https://t.me/al_badr_fawaid0101

اللهم صل وسلم على نبينا محمد
اللهم صل وسلم على نبينا محمد

Ənəsin (Allah ondan razı olsun!) dediyinə görə Ömər belə demişdir: «Üç şeydə mənim rəyim Tanrımın rəyinə uyğun gəlib. Birinci Peyğəmbərə müraciət etmişəm ki, ey Allahın elçisi, nə olar İbrahimin durduğu yeri namaz yeri seçək? Bu münasibətlə əl-Bəqərə surəsinin 125-ci ayəsi nazil oldu: «... İbrahimin dayandığı yeri namazgah edin!». İkincisi, bir dəfə dedim ki, ey Allahın elçisi, sənin qadınlarının yanına namuslu adamlar da girir, namussuzlar da, gəlsənə onlara əmr edəsən üzlərini örtsünlər? Bu münasibətlə əl-Əhzab surəsinin 53-cü ayəsi nazil oldu: «... Peyğəmbərin zövcələrindən bir şey istədikdə, pərdə arxasından istəyin ...». Peyğəmbərin qadınları dilbir olub bu sözə qarşı çıxdılar və ondan xahiş etdilər ki, digər adamların arvadları kimi, onların da üzünə dünyanı açsın. Mən onda belə dedim: “Birdən o sizi boşasa və Tanrısı onun üçün sizi sizdən də yaxşı qadınlarla əvəz etsə necə olar?” Bu münasibətlə də ayə nazil oldu. Bu ət-Təhrim surəsinin 5-ci ayəsidir: «Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar verə bilər.»
(əl-Buxari)

Peyğəmbər ﷺ demişdir: «Yatmış idim, yuxuda köynək geyinmiş adamlar gördüm. Bəzilərinin köynəkləri döşlərinə çatır, bəziləri ondan da qısa idi. Onların arasında Ömər bin əl-Xattabı gördüm, əynində köynək vardı, yerlə sürünürdü. Dedilər: “Ey Allahın elçisi, yuxuda gördüyün nə imiş?” dedi: “Din”»
(əl-Buxari və Müslim).

Peyğəmbər ﷺ bir dəfə demişdir: “Yuxuda mənə bir qədəh süd verdilər. O qədər içdim ki, gördüm dırnaqlarımın altından süd çıxır. Sonra artıq qalan südü Ömər bin əl-Xattaba verdim”. Demişlər: “Ya Allahın Elçisi yuxuda gördüyün nə imiş?”. Demişdir: “Elm”
(əl-Buxari və Müslim).

81) Təkvir (Sarınma)
إِذَا ٱلشَّمْسُ كُوِّرَتْ [٨١:١] 1) Günəş sarınacağı zaman, وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتْ [٨١:٢] 2) ulduzlar soluxub sönəcəyi zaman, وَإِذَا ٱلْجِبَالُ سُيِّرَتْ [٨١:٣] 3) dağlar hərəkətə gətiriləcəyi zaman, وَإِذَا ٱلْعِشَارُ عُطِّلَتْ [٨١:٤] 4) boğaz dəvələr başlı-başına qalacaqları zaman, وَإِذَا ٱلْوُحُوشُ حُشِرَتْ [٨١:٥] 5) vəhşi heyvanlar bir yerə toplanılacağı zaman, وَإِذَا ٱلْبِحَارُ سُجِّرَتْ [٨١:٦] 6) dənizlər alovlanacağı zaman, وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتْ [٨١:٧] 7) hər kəs öz tayına qovuşdurulacağı zaman, وَإِذَا ٱلْمَوْءُۥدَةُ سُئِلَتْ [٨١:٨] 8) diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı zaman – بِأَىِّ ذَنۢبٍ قُتِلَتْ [٨١:٩] 9) hansı günaha görə öldürülmüşdür; وَإِذَا ٱلصُّحُفُ نُشِرَتْ [٨١:١٠] 10) səhifələr açılacağı zaman, وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتْ [٨١:١١] 11) göy qopardılacağı zaman, وَإِذَا ٱلْجَحِيمُ سُعِّرَتْ [٨١:١٢] 12) Cəhənnəm alovlandırılacağı zaman وَإِذَا ٱلْجَنَّةُ أُزْلِفَتْ [٨١:١٣] 13) və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman, عَلِمَتْ نَفْسٌ مَّآ أَحْضَرَتْ [٨١:١٤] 14) hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir. فَلَآ أُقْسِمُ بِٱلْخُنَّسِ [٨١:١٥] 15) And içirəm gecə çıxıb gündüz batan ulduzlara, ٱلْجَوَارِ ٱلْكُنَّسِ [٨١:١٦] 16) seyrə çıxıb gizlənən səyyarələrə, وَٱلَّيْلِ إِذَا عَسْعَسَ [٨١:١٧] 17) qaralmaqda olan gecəyə, وَٱلصُّبْحِ إِذَا تَنَفَّسَ [٨١:١٨] 18) və açılmaqda olan səhərə! إِنَّهُۥ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ [٨١:١٩] 19) Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür. ذِى قُوَّةٍ عِندَ ذِى ٱلْعَرْشِ مَكِينٍ [٨١:٢٠] 20) O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir, مُّطَاعٍ ثَمَّ أَمِينٍ [٨١:٢١] 21) orada itaət ediləndir, etibarlıdır. وَمَا صَاحِبُكُم بِمَجْنُونٍ [٨١:٢٢] 22) Sizin dostunuz Muhəmməd divanə deyildir. وَلَقَدْ رَءَاهُ بِٱلْأُفُقِ ٱلْمُبِينِ [٨١:٢٣] 23) O, Cəbraili aydın üfüqdə gördü. وَمَا هُوَ عَلَى ٱلْغَيْبِ بِضَنِينٍ [٨١:٢٤] 24) O, qeybdən də xəsislik edən deyildir. وَمَا هُوَ بِقَوْلِ شَيْطَـٰنٍ رَّجِيمٍ [٨١:٢٥] 25) Bu Quran daşqalaq olunmuş şeytanın sözü də deyildir. فَأَيْنَ تَذْهَبُونَ [٨١:٢٦] 26) Elə isə ondan üz döndərib hara gedirsiniz? إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَـٰلَمِينَ [٨١:٢٧] 27) Bu, aləmlərə yalnız bir nəsihətdir – لِمَن شَآءَ مِنكُمْ أَن يَسْتَقِيمَ [٨١:٢٨] 28) sizlərdən doğru yolda olmaq istəyənlər üçün. وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلْعَـٰلَمِينَ [٨١:٢٩] 29) Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!