MU'MİNUN🖋️
前往频道在 Telegram
Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️🩹
显示更多400
订阅者
无数据24 小时
-47 天
+230 天
帖子存档
400
Repost from Zikr Əhli
📎Ey tütün çəkən şəxs!
"Mal-dövləti harama sərf etmək icazəli deyil. Məsələn, tütün alanlar buna misaldır; bu, onlar üçün haramdır və Allahın qadağan etdiyi əməllərdəndir. Çünki bu, açıq-aşkar malı israf etməkdir. İnsan pulunu yandıracağı bir şeyə xərcləyir. Axı tütün yalnız yandırıldıqda çəkilir. Sanki o adam pullarını yandırıb tələf edir, üstəlik özünə zərər verən bir işdə bunu edir. Kaş ki, heç olmasa özü bu zərərdən amanda qalaydı!
Məhz buna görə də, hazırda bütün həkimlər tütünün zərərli olduğu və insanın ondan çəkinməsinin vacibliyi barədə həmrəydirlər.
Görürsən ki, adam insanlara əhəmiyyət vermədən siqaretini çıxarıb çəkir, heç kimə məhəl qoymur. Bu əməl, ilk növbədə özünə qarşı olduğu üçün ona haramdır. İkincisi isə möminlərə əziyyət verdiyi üçün haramdır. İnsanlar bundan narahat olurlar. Uca Allah belə buyurmuşdur: "Mömin kişiləri və mömin qadınları etmədikləri bir günahdan ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər." (Əhzab, 58).
O, insanlara əziyyət verir, onların arasında yayılan tüstü başqalarının da ciyərlərinə daxil olur və onlar da bundan zərər görürlər. Bu da haramdır. İnsanın tütün alıb çəkməsi haramdır; o, bununla günah qazanır və asilikdə israr etmiş sayılır. Bununla həmin şəxsin ədalət sifəti düşür və himayəsində olanlar üzərindəki vəlayət (himayəçilik) hüququ itir. Hətta bir çox alim deyir ki: "Əgər ata tütün çəkirsə, qızını evləndirmək (kəbin kəsdirmək) səlahiyyəti yoxdur". Nə üçün qızını evləndirə bilməz? Çünki o, ədalət dairəsindən çıxaraq "fasiq" (günahkar) dərəcəsinə enmişdir, fasiqin isə vəlayət hüququ yoxdur. Odur ki, məsələ olduqca ciddidir."
Mənbə: [İbn Useyminin "Riyadus-Salihin" şərhi]
400
🌟Sirac Akademiyası yalnız qadınlar və uşaqlar üçün nəzərdə tutulmuşdur.
Paylaşaraq xeyirə vəsilə olun 🌟🌟
400
Adminlərə müraciət (şeyxin qiraətini paylaşan kanallar üçün):
Zəhmət olmasa, şeyxin Qurani-Kərim oxuyarkən çox təsirlənib güclü şəkildə ağladığı və ya dua edərkən hönkür-hönkür ağladığı videoları paylaşmayın.
Şeyx belə qeydlərin yayılmasına icazə vermir.
Quran oxuyarkən göz yaşlarının gəlməsi və ya çox zəif, az eşidilən ağlama ilə, açıq-aşkar şəkildə ağlama arasında fərq var. Məsələn, şeyxin dayanıb bir müddət ağlaması kimi hallar bu qəbildəndir.
400
Repost from Люхайдан | byluhaidan
Обращение к админам, которые
ведут каналы с чтением шейха
Просьба не выкладывать видео где шейх проникается чтением Корана или делает дуа, при этом сильно плачет!
Шейх не разрешает распространять подобные записи.
Есть разница между чтением Корана, которое сопровождается слезами или едва слышным плачем, и явным плачем, как, например, когда шейх остановился и плакал какое-то время.
400
🤩 Allahın ən əzəmətli bu adları ilə dua edənin duası qəbul edilər və istədiyi verilər. ¹
🤩 ¹ İbn Macə, 3847, 3857; Əhməd, 23041, 23091. əl-Albani səhih olduğunu bildirmişdir.اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ يَا اللهُ بِأَنَّكَ الْوَاحِدُ اْلأَحَدُ الصَّمَدُ الَّذِي لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ، أَنْ تَغْفِرَ لِي ذُنُوبِي، إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ
Oxunuşu: Allahummə inni əs'əlukə yə Allahu bi ənnəkəl-vahidul-əhədus-saməd əlləzi ləm yəlid və ləm yuləd və ləm yəkun ləhu kufuvən əhəd, ən təğfirə li zunubi, innəkə əntəl-ğafurur-rahim.🤩 Allahım, Sənə yalvarıram! Ey Allah, Sən Təksən, (heç kəsə və heç nəyə) Möhtac deyilsən, doğmayan, doğulmayan və heç bir tayı-bərabəri olmayansan. Günahlarımı mənə bağışla! Şübhəsiz ki, Sən Bağışlayansan, Rəhmlisən.
400
Repost from المكتبة
📖
Kitab: Müqəddəs Quranın Təfsiri
🔘 Müəllif: Abdurrahmən ibn Nasir əs-Səədi
🔘 Dil: Azərbaycan dili400
Repost from 📚 ✨ 𝑬𝒍𝒎 𝑵𝒖𝒓𝒅𝒖𝒓 ✨ 📚
⭕️Xatırlatma: İn şəə Allah dərsimiz bugün saat 22:10 da olacaq.
📚İmam Nəvəvi (رحمه الله) - 40 hədis ⤵️
1⃣4⃣ - cü hədisin şərhi.
🔊🔊🔊🔊
Kanala daxil olub dərslərə qoşulmaq üçün -
Paylaşaq ⤵️
https://t.me/ElmNurdurr
400
Tanıdığım bir Quran hafizi haqqında
Tanıdığım bir Quran hafizi var. O bir anadır və həm özü, həm də oğlu hafizdir. Mən isə oğlunu daha yaxından tanıyıram.
Anasının həyatı çox ağır sınaqlarla keçib. 17 yaşında ikən, öz razılığı olmadan atası tərəfindən heç vaxt üzünü görmədiyi bir şəxslə nişanlanıb. İnsanların içində atasının pərt və rüsvay olmaması üçün bu evliliyə razılıq verməli olub.
Oğlunun dediyinə görə anası gəncliyində çox gözəl bir qadın imiş – hətta gözəlliyinə görə niqab taxacaq qədər. Mən isə onu 60 yaşında gördüm. Onun zahiri gözəlliyini görmədim, amma Qurandan gələn bir nuru hiss etdim.
Həyatı boyunca ağır imtahanlarla qarşılaşıb. Yoldaşı zahirdə namaz qılan biri olsa da, psixoloji problemləri olan və ibadəti sadəcə boynundan yük düşsün deyə yerinə yetirən bir insandır. Qaynanası isə tez-tez sehrbazlara gedən və bu işlərlə məşğul olan bir qadın olub. Digər övladları tərəfindən də zaman-zaman ağır davranışlara məruz qalıb.
Bütün bunlara baxmayaraq o qadın hicabından, namazından və Quran əzbərindən heç vaxt vaz keçməyib.
Bir gün oğlu mənə anasının həyatından danışarkən birdən kövrəlib ağlamağa başladı. Dedim:
— Nə oldu? Yadına düşdükcə kövrəldin?
Dedi:
— Xeyr. Bu gün Allah anamı mənə yenidən qaytardı.
Soruşdum:
— Nə baş vermişdi?
Dedi ki, bir gün atası və qardaşları anasını çox incitmişdi. Anası o qədər qəzəblənmişdi ki, təxminən bir saatlıq sanki özündə olmamışdı. Nə dediyini, nə etdiyini bilmirmiş. Oğlu onu dəfələrlə çağırsa da, heç bir reaksiya vermirmiş.
Sonra qalxıb dəstamaz alır, iki rükət namaz qılır və Qurandan oxumağa başlayır. Namazdan sonra isə zikr edir.
Təxminən bir saat sonra özünə gəlir. Lakin nə dəstamaz aldığını, nə namaz qıldığını, nə də zikr etdiyini xatırlamır.
Bunu eşidəndə çox təsirləndim və oğluna dedim:
— Sənin anan Allahın dostlarından biridir, təqva əhlidir.
Oğlu təəccüblə soruşdu:
— Sən bunu nəyə əsasən deyirsən?
Dedim:
— Əgər bir insan ömrünü Quranla keçirir, nəfsini sındırıb Allaha yönəlirsə, Allah onu Özünə yaxınlaşdırır. Sənin anan ağlı başında olmadığı halda belə Allah onu Özünə yönəltdi. Kim rahat günündə Allahı yad edərsə, çətin günündə də Allah onu yad edər.
Oğlu daha sonra dedi ki, anası bir neçə dəfə yuxusunda Allah Elçisini (Allahın salavatı və salamı onun üzərinə olsun) görüb. Yuxusunda onunla ümrə edib, Hicri-İsmaildə birlikdə namaz qılıb, tavaf edərkən sağ tərəfində Cəbrail (əleyhissalam), sol tərəfində isə Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) olub.
Bir yuxuda isə Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) ona belə deyib:
“Mən dua edəcəyəm, sən amin de.”
Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) dua edib, o da amin deyib.
Subhanallah…
Oğlu deyir ki, anasının bu günə qədər etdiyi duaların bir çoxu qəbul olub və olmağa da davam edir.
Onun həyat tərzi isə çox sadədir: övladlarına İslam tərbiyəsi verir, çətin bir ailə mühitində səbr edir, namusunu və imanını qoruyur, ona pislik edənlərin çoxunu əff edir.
Bəzən Allahın sevdiyi qullar insanlar arasında məşhur olmurlar. Lakin onların həyatına baxdıqda səbr, ixlas və Quranla olan bağ insanı heyrətə gətirir.
Belə insanlar bizə xatırladır ki, Allah qatında dəyər qazanan şey ad-san deyil, ixlas, səbr və Quranla qurulan bağdır.
-yns
400
📎“Lə iləhə illəllah” - ın şərtləri:
1. Elm,
2. Yəqinlik,
3. İxlas,
4. Sadiqlik,
5. Sevmək,
6. Qəbul etmək,
7. Bir də zəlillik.
“Şeyx Hafiz Həkəmi رحمه الله “Sulləm əl-Vusul” adlı şeirində gözəl beytlərlə bu yeddi şərti qeyd etmiş və “Məaric əl-Qəbul” kitabında bu şərtləri ətraflı olaraq açıqlamışdır:”⤴️
😀{Xeyrə necə açar ola bilərsən? səh. 11}
400
السلام عليكم ورحمة الله وبركاته
✈️ Elanı mümkün qədər bütün sosial platformalarda paylaşaraq, vəsaitin tez toplanılmasına yardım edərək, böyük xeyirə vəsilə ola bilərsiniz.
بارك الله فيكم
400
Repost from 📚 ✨ 𝑬𝒍𝒎 𝑵𝒖𝒓𝒅𝒖𝒓 ✨ 📚
💢Xatırlatma:
👉 Fiqh dərsimiz bugün saat 22:00 dadır in şəə Allah.
Başqalarının da dərslərə qoşulması üçün linki paylaşaq ⤵️
https://t.me/ElmNurdurr
Allah rasulu ﷺ buyurmuşdur :
"الدَّالُّ عَلَى الْخَيْرِ كَفَاعِلِهِ"
"Xeyirə vəsilə olan onu etmiş kimidir."
📚 Muslim.
400
Ər-Rahmənə ən sevimli olan surə🎞️Allah Rəsulu 📿 demişdir: “Ey Uqbə ibn Amir, sən Fələq surəsindən Allaha daha sevimli və Onun yanında daha kamil bir surə oxumayacaqsan. Onu hər namazında oxumağı bacarırsansa, bunu et.”
📚 {İbn Hibbən, 1842}
400
Ər-Rahmənə ən sevimli olan surə🎞️Allah Rəsulu 📿 demişdir: “Ey Uqbə ibn Amir, sən Fələq surəsindən Allaha daha sevimli və Onun yanında daha kamil bir surə oxumayacaqsan. Onu hər namazında oxumağı bacarırsansa, bunu et.”
📚 {İbn Hibbən, 1842}
400
Başıma gələnləri yaxın bacılarıma danışdım və çox təsirləndilər. Sonra bilirsinizmi, noldu?
Bunu həyatlarında tətbiq etdilər və, SubhənAllah, dualarının cavabını gözləmədikləri yerlərdən aldılar.
Bu hadisələr bizə nəyi öyrədir?
Başına nə gəlirsə gəlsin, ən çıxılmaz vəziyyətə belə yenə də imkansızların Rəbbinə yalvar və Ona təvəkkül et! Çünki:
65. Talaq (Boşanma)
وَمَن يَتَّقِ ٱللَّهَ يَجْعَل لَّهُۥ مَخْرَجًا [٦٥:٢]
2) Kim Allahdan qorxarsa, Allah ona (hər sıxıntıdan) bir çıxış yolu açar
وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ ۚ وَمَن يَتَوَكَّلْ عَلَى ٱللَّهِ فَهُوَ حَسْبُهُۥٓ ۚ إِنَّ ٱللَّهَ بَـٰلِغُ أَمْرِهِۦ ۚ قَدْ جَعَلَ ٱللَّهُ لِكُلِّ شَىْءٍ قَدْرًا [٦٥:٣]
3) və ona gözləmədiyi yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün (müəyyən) bir ölçü qoymuşdur.
