XƏBƏRLƏR l LİVE
前往频道在 Telegram
8 744
订阅者
-924 小时
-507 天
-21730 天
帖子存档
8 742
❗️Hikmət Hacıyev mühüm açıqlamalar verib:
Azərbaycan hökuməti Xankəndidəki partlayışla bağlı yardımlar göndərib və göndərməyə davam edir;
Ermənistan SN-nin helikopterinə şərait yaradılıb;
BQXK hərəkəti üçün yol verilib.
Azərbaycan hökumətinin nümayəndələri Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sıx əlaqədədir.
Sabirabad, Ağdam və Saatlıda xəstəxanalar hazır vəziyyətə gətirilib.
t.me/xeberlerlive
8 742
⚡⚡⚡Prezident Administrasiyası: Sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.
t.me/xeberlerlive
8 742
⚡⚡⚡⚡Deputat Qənirə Paşayevanın müalicəsi davam edir.
Bu barədə APA-ya qardaşı Hüseyn Paşayev açıqlama verib.
Qeyd edək ki, KİV-də Qənirə Paşayevanın vəfat etdiyi iddiası yayılıb.
t.me/xeberlerlive
8 742
❗️Stepanakert-Qoris(Xankəndi-Gorus) quru yolu dəhşətli tıxacdır, demək olar ki, yarı ayaqdadır və yaralıları ora çatdırmaq imkanı yoxdur və Artsaxın(Qarabağ) səhiyyə sistemi hazırda bütün bu vəziyyəti idarə edə, xidmət edə bilmir. Hava dəhlizi ciddi zərurətdir və nəyin bahasına olursa olsun Beynəlxalq təşkilatlar təcili olaraq hava dəhlizini açmalıdırlar ki, Artsaxdakı(Qarabağ)yaralıları Ermənistana tez çatdırsınlar.
t.me/xeberlerlive I Tiqran Abrahamyan
8 742
⚡️MN müsadirə edilmiş silah-sursatın sayını açıqladı:
1. Atıcı silah və qumbaraatanlar - 797
2. Artilleriya silahları - 42
3. HHM vasitələri - 165
4. Döyüş sursatları - 175225
5. Təchizat və ləvazimatlar - 1440
6. Optik və digər cihazlar - 81
7. Zirehli texnika - 22
8. Avtomobil texnikası - 75
9. Qoşqu - 21
t.me/xeberlerlive
8 742
🤭Bu gün Xocalıda Azərbaycan rəsmiləri ilə erməni nümayəndələri arasında görüş keçirilərkən separatçıların rəhbəri Samvel Şahramanyan çöldə gözləyirmiş.
Deyiblər ki, sən gəlmə, nə olsa xəbər edəcik.
t.me/xeberlerlive | KİV
8 742
❗️Xocalı şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədovun Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti danışıqları başlayıb.
t.me/xeberlerlive
8 742
🇦🇿 Saat 00:00-a olan məlumata görə, 1510 erməni Qarabağı tərk edib.
⚡️Xocavənddə yaşayan ermənilər deyirlər ki, şəhərdə yanacaq olmadığı üçün Qarabağı tərk edib Ermənistana gedə bilmirlər. Azərbaycandan əlavə yanacaq istəyirlər.
t.me/xeberlerlive
8 742
👋 Qondarma rejimin mətbuat xidmətinin son paylaşımı:
"Qəlbimizin əbədi paytaxtı..."
t.me/xeberlerlive
8 742
⚡️Saat 22:00-a olan məlumata görə, Qarabağdan Ermənistana keçənlərin sayı 1050 nəfərdir.
t.me/xeberlerlive
8 742
❗️Laçın sərhəd-keçid məntəqəsində gücləndirilmiş iş rejiminə keçib.
Adları “qara siyahı”da olanları çox güman ki, “sürpriz” gözləyir. Onlardan biri də Arayik Arutyunyandır.
t.me/xeberlerlive
8 742
⚡️Xankəndinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib.
🇦🇿 Xankəndi Azərbaycandır❗️
t.me/xeberlerlive | Apa
8 742
#QEYRİRƏSMİ ❗️ N saylı hərbi hissənin qərargah rəisi, polkovnik Şadmanov Əkrəm Yunus oğlunun minaya düşərək ŞƏHİD olması ilə bağlı məlumat yayılıb.
Rəsmi məlumat yoxdur.
t.me/xeberlerlive
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
