XƏBƏRLƏR l LİVE
前往频道在 Telegram
8 738
订阅者
-524 小时
-477 天
-21230 天
帖子存档
8 736
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Sentyabrın 11-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və İmirli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng, Göyəli və Qaravəllər yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
8 736
⚽️ AFFA Ermənistan və Xorvatiya yığmaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyunundakı təxribatla bağlı UEFA-ya müraciət edəcək.
t.me/xeberlerlive
8 736
⚡Ərdoğanla telefon danışığım çox faydalı oldu. Bir sıra nüanslara toxunduq.
t.me/xeberlerlive l Paşinyan
8 736
🤡 Paşinyan: Samvel Şahmaryanı təbrik etməli bir şey yoxdur. Biz beynəlxalq məntiqlə davam etməliyik.
t.me/xeberlerlive
8 736
⚡⚡⚡Paşinyan bildirib ki, Şahmaryan "prezident" deyil, o sadəcə Qarabağdakı ermənilərin "lideri"dir.
t.me/xeberlerlive
8 736
⚡⚡️ 2020-ci ildə biz Ukraynaya səfər etmədik, Roma Əsasnaməsini ratifikasiya etmədik, ABŞ ilə hərbi təlimlər keçirmədik, lakin bu, müharibəyə mane olmadı.
t.me/xeberlerlive l Paşinyan
8 736
⚡Paşinyan: Əslində mən Putinlə bu yaxınlarda danışmışam. 2022-ci ilin dekabr ayından bəri azı 10 dəfə Putinlə söhbətim olub. Sonuncu danışığımda da mövcuz vəziyyəti izah etdim, təəssüf ki, heç bir dəyişiklik olmadı. Bu səbəbdən də axırıncı dəfə İran, Gürcüstan, Türkiyə, Fransa, Almaniya və ABŞ liderləri ilə danışıqlar apardım.
t.me/xeberlerlive
8 736
⚡ Təəssüf ki, Rusiya Federasiyasının prezidenti ilə son söhbətimizdən sonra vəziyyət dəyişməyib.
t.me/xeberlerlive l Paşinyan
8 736
⚡Paşinyan: Vəziyyət gərgindir. Azərbaycanın Ermənistanla sərhəddə və Qarabağ ətrafında qoşunları cəmləşib.
t.me/xeberlerlive
8 736
YENƏ⚡️⚡️ Gədəbəy istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
Sentyabrın 11-i saat 20:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
t.me/xeberlerlive
8 736
❗Erməni azarkeşlər hal-hazırda davam edən Ermənistan-Xorvatiya matçı zamanı meydançaya üzərində qondarma rejimin bayrağı olan dron buraxıblar.
🤔Xatırladaq ki, Türkiyə - Ermənistan matçı zamanı Azərbaycan bayrağına qadağa qoyulmuşdu.
t.me/xeberlerlive
8 736
🚛 Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu yük avtomobili hələ də Bərdədə gözləyir.
t.me/xeberlerlive
8 736
SON DƏQİQƏ ❗️
⚡⚡⚡Qeyri-qanuni erməni silahlı dəstələri təxribat məqsədilə heyvanlardan istifadə edir
Sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər.
Belə ki, qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur ediblər.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldə düzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb.
Bu təxribatı Adi silahların müəyyən növlərinin istifadəsinə qadağa və məhdudiyyətlərə dair Konvensiyanın Minaların, mina-tələlərinin və digər qurğuların tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında protokoluna zidd olan əməl kimi qətiyyətlə pisləyirik.
Heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması mənəviyyatsız hərəkətdir və bunu terror aktı kimi qiymətləndiririk.
t.me/xeberlerlive
8 736
🇦🇿🇦🇷Argentina səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Argentina Prezidentinin G20 Sammiti zamanı ölkəmizə qarşı qərəzli fikirlər səsləndirməsi ilə bağlı XİN-in etiraz notası Argentina səfirinə təqdim edilib.
t.me/xeberlerlive
8 736
⚡⚡Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub
Sentyabrın 11-i saat 13:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
t.me/xeberlerlive
8 736
🇦🇿 Bu gün Şəhidimiz Cəbrayıl Dövlətzadənin doğum günüdür.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
