7 593
订阅者
-1024 小时
-347 天
-16530 天
帖子存档
7 590
🇦🇿🇷🇺 İlham Əliyev də BRİKS sammitində iştirak etmək üçün Kazana gedir
t.me/xeberlerlive
23 10月 2024, 01:57
7 590
🇹🇷🛫 Türk Hava Yolları və Pegasus, noyabrın 1-dək İrana olan bütün uçuşları təhlükəsizlik səbəbi ilə ləğv edib.
t.me/xeberlerlive
22 10月 2024, 17:23
7 590
🔴 #SON DƏQİQƏ | İDDİA: Həsən Nəsrallahın öldürülməsindən sonra Hizbullahın yeni lideri seçilən Haşim Səfiəddin də İsrail ordusu tərəfindən öldürülüb.
t.me/xeberlerlive
22 10月 2024, 16:06
7 590
Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. (FHN)
t.me/xeberlerlive
22 10月 2024, 08:33
7 590
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Həsənov Murad Fuad oğlu odlu silahdan açılmış atəş nəticəsində həyatını itirib.
Bu barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.
Hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb.
Araşdırma aparılır.
t.me/xeberlerlive
22 10月 2024, 02:37
7 590
Repost from Miriyev TV
Tiktoker "Baboş"a Range Rover marka maşın hədiyyə edilib.
t.me/miriyevtv
21 10月 2024, 14:55
7 590
Türkiyə mətbuatı FETÖ qruplaşmasının başçısı Fəthullah Gülən ABŞ-nin Pensilvaniyada öldüyünü bildirib
Məlumatı “HaberGlobal” yayıb.
F.Gülənin ailə üzvləri onun öldüyünü sosial şəbəkədə təsdiqləyiblər.
t.me/xeberlerlive
21 10月 2024, 02:07
7 590
Azərbaycan Ordusunun hərbçisi vəfat edib.
“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, mayor Famil Əliyev bu gün ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki F Əliyev Şuşada yerləşən N saylı hərbi hissələrin birində çalışırmış. Mərhum sabah Gəncədə dəfn ediləcək.
20 10月 2024, 15:04
7 590
HƏR NÖV REKLAMLAR ⚡️⚡️⚡️Reklamınızı bizə əmanət edin 🤝🏻
Ən sərfəli qiymətə günlük, həftəlik, aylıq və saatlıq paketlərimiz mövcuddur.
Reklam yerləşdirmək üçün əlaqə:
➡️➡️ @aliyev_146
20 10月 2024, 09:18
7 590
❗️Saat 02:30-dan 04:30-a qədər paytaxtın bir çox yolları bağlı olacaq.
SƏBƏB:COP29-la bağlı yollarda monitorinqlər keçiriləcək.
t.me/xeberlerlive
19 10月 2024, 10:17
7 590
🛍️ İkinci Əl Alış-Veriş qrupu! 🛍️
🌟 Qrupun məqsədi: İkinci əl mebel, paltar, elektronika, telefon, məişət texnikası, tikinti ləvazimatları və digər əşyaların satışı, alışı və dəyişdirilməsidir!
✅ İşlənmiş əşyaları verməkdə fayda nədir?
💰Qazanc əldə etmək
🔄 Başqa birisinə dəyişmək
🎁 Xeyirli iş görmək
🏡Evinizdə səliqə yaratmaq
🌍Planeti zibildən qorumaq
♻️Ekoloji cəhətdən doğru seçim etmək
📩 Bizim qrupu izləyin və paylaşın!
18 10月 2024, 11:45
7 590
SON DƏQİQƏ❗️Azərbaycan Ordusunun əsgəri intihar edib.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Gözəlov Novruz Fikrət oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.
Hərbi Prokurorluqdan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Gəncə hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
t.me/xeberlerlive
18 10月 2024, 11:17
7 590
HƏR NÖV REKLAMLAR ⚡️⚡️⚡️Reklamınızı bizə əmanət edin 🤝🏻
Ən sərfəli qiymətə günlük, həftəlik, aylıq və saatlıq paketlərimiz mövcuddur.
Reklam yerləşdirmək üçün əlaqə:
➡️➡️ @aliyev_146
18 10月 2024, 10:57
7 590
🇬🇪🇪🇺 Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi dayandırılıb.
Bu barədə qərarın mətni qurumun saytında yerləşdirilib.
Sənəddə bildirilir ki, Aİ Gürcüstan hakimiyyətinin qurumun dəyərlərinə zidd siyasi kurs müəyyən etməsindən ciddi şəkildə narahatlıq keçirir, lakin Gürcü xalqının Avropameylli istiqamət götürməsini dəstəkləyir. Eyni zamanda qurum rəsmi Tiflisi siyasi kursunu dəyişməyə və qurumun prinsiplərinə zidd olaraq qəbul edilən qanunları ləğv etməyə çağırır:
“Avropa İttifaqına üzv olmaq istəyən ölkələr müəyyən etdiyimiz xarici siyasət kursunu dəstəkləməlidir”.
t.me/xeberlerlive
18 10月 2024, 04:35
7 590
+2
💥Gəncədə yaşayış binasında partlayış olub, ölən və xəsarət alanlar var
Məlumata görə, 5 mərtəbəli yaşayış binasında baş verən partlayış zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.Ölənlərin 1980-ci il təvəllüdlü Könül Xudaverduyeva və 1962-ci il təvəllüdlü Mehriban Paşayeva olduğu müəyyən edilib.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan və partlayış səbəbindən şoka düşən sakinlər də olub.
t.me/xeberlerlive
18 10月 2024, 01:29
7 590
Gəncəyə edilən raket hücumları nəticəsində dəymiş ziyanın məbləği açıqlanıb
Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Şahin Osmanov bildirib ki, 21 sayda dövlət mülkiyyətinə, 3.565 fiziki şəxsə və 12 hüquqi şəxsə ümumilikdə xüsusilə külli miqdar təşkil edən 87.710.196 manat məbləğində qəsdən maddi ziyan vurulub.
t.me/xeberlerlive
17 10月 2024, 12:38
7 590
+3
“Miss Universe Türkiye 2024” gözəllik yarışmasının qalibi Ayliz Duman olub.
20 yaşlı qız Türkiyənin ən gözəl qızı seçilib. Ayliz alman əsillidir.
O, Meksikanın paytaxtı Mexiko şəhərində keçiriləcək “Kainat gözəli 2024” müsabiqəsində Türkiyəni təmsil edəcək. 1.75 boyu olan Ayliz ingilis və alman dillərini bilir və hazırda universitetə hazırlaşır.
17 10月 2024, 11:35
7 590
Bakının birləşdiriləcək bələdiyyələri məlum olub
Bu haqda "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" qanun layihəsində öz əksini tapıb.
t.me/xeberlerlive
17 10月 2024, 04:42
7 590
🔥Tovuzda şərab zavodu yanır
❗️Hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.
Belə ki, ərazidə yerləşən şərab zavodunda anidən yanğın olub.
Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Fövqəladə Hallar Nazirliyi (FHN) yanğınla bağlı məlumat yayıb.
Bildirilib ki, “112” qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhərində zavodda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.
t.me/xeberlerlive
17 10月 2024, 02:41
