ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

前往频道在 Telegram

Gündəmi 1 mesajla izləyin!

显示更多
7 585
订阅者
-524 小时
-287 天
-16230 天
帖子存档
YENƏ⚡️⚡️ Gədəbəy istiqamətində mövqelərimiz yenidən atəşə tutulub Sentyabrın 11-i saat 20:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan yenidən atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb. t.me/xeberlerlive
11 9月 2023, 13:55

❗Erməni azarkeşlər hal-hazırda davam edən Ermənistan-Xorvatiya matçı zamanı meydançaya üzərində qondarma rejimin bayrağı olan dron buraxıblar. 🤔Xatırladaq ki, Türkiyə - Ermənistan matçı zamanı Azərbaycan bayrağına qadağa qoyulmuşdu. t.me/xeberlerlive
11 9月 2023, 12:54

🚛 Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu yük avtomobili hələ də Bərdədə gözləyir. t.me/xeberlerlive
11 9月 2023, 12:39

⚡️⚡️Ərdoğan və Paşinyan arasında telefon danışığı olub. t.me/xeberlerlive
11 9月 2023, 11:05

11 9月 2023, 08:56

SON DƏQİQƏ ❗️ ⚡⚡⚡Qeyri-qanuni erməni silahlı dəstələri təxribat məqsədilə heyvanlardan istifadə edir Sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər. Belə ki, qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur ediblər. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldə düzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb. Bu təxribatı Adi silahların müəyyən növlərinin istifadəsinə qadağa və məhdudiyyətlərə dair Konvensiyanın Minaların, mina-tələlərinin və digər qurğuların tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında protokoluna zidd olan əməl kimi qətiyyətlə pisləyirik. Heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması mənəviyyatsız hərəkətdir və bunu terror aktı kimi qiymətləndiririk. t.me/xeberlerlive
11 9月 2023, 08:55

🇦🇿🇦🇷Argentina səfiri Xarici İşlər Nazirliyinə çağırılıb Argentina Prezidentinin G20 Sammiti zamanı ölkəmizə qarşı qərəzli fikirlər səsləndirməsi ilə bağlı XİN-in etiraz notası Argentina səfirinə təqdim edilib. t.me/xeberlerlive
11 9月 2023, 08:15

⚡⚡Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub Sentyabrın 11-i saat 13:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb. t.me/xeberlerlive
11 9月 2023, 08:09

🇦🇿 Bu gün Şəhidimiz Cəbrayıl Dövlətzadənin doğum günüdür. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
11 9月 2023, 06:41

⚡Azərbaycan Hərbi Hava Qüvvələri təlimlərə başladı t.me/xeberlerlive
11 9月 2023, 05:26

⚡İran XİN: İranın mövqeyi qəti və aydındır. Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir. t.me/xeberlerlive
11 9月 2023, 05:03

"Qubadlı və Zəngilanda I Qarabağ müharibəsində itkin düşən şəxslərə məxsus olması ehtimal olunan meyit qalıqları aşkarlanıb". **t.me/xeberlerlive** | Hərbi Prokurorluq
11 9月 2023, 04:41

❗️⚡️Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan hesab edir ki, Ermənistan-Azərbaycan sərhədində eskalasiya riski var, lakin onun fikrincə, Ermənistan onun genişmiqyaslı hərbi əməliyyatlara getməsinin qarşısını almaq üçün addımlar atmalıdır. t.me/xeberlerlive
11 9月 2023, 04:07

❗️Ağdam istiqamətində növbəti təxribatın qarşısı alınıb. Belə ki, qeyri-qanuni erməni silahlı dəstələri sözügedən istiqamətdə yerləşən mövqelərimizin qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər. "Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb", - t.me/xeberlerlive l MN
11 9月 2023, 00:30

⚡️ ⚡️ “Biz bütün beynəlxalq ictimaiyyəti Azərbaycandan mümkün qədər sərt şəkildə Berdzor (Laçın) dəhlizinin açılmasını və keçid məntəqəsinin götürülməsini tələb etməyə çağırırıq”. t.me/xeberlerlive I Ruben Vardanyan
10 9月 2023, 16:05

#SONDƏQİQƏ ❗️ Qondarma rejimin nümayəndəsi açıqlama verib ki, sabah Rusiya Qırmızı Xaç Cəmiyyətinin yük maşınının Ağdama, oradan isə Əsgərana daxil olmasına icazə veriləcək @xeberlerlive
10 9月 2023, 13:25

⚡️⚡️⚡Caliber: Aldığımız məlumata görə, Laçın sərhəd-keçid məntəqəsindən bir qədər aralıda BQXK-nın yük maşını keçidi üçün icazə gözləyir. Azərbaycan tərəfi Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq yükü keçməyə, eyni zamanda BQXK-nın yüklərini Ağdam yolu ilə keçirməyə hazırdır. Lakin Qarabağdakı xunta BQXK-nın yüklərindən də imtina edir. t.me/xeberlerlive
10 9月 2023, 12:48

⚡️⚡️Dünən separatçıların Xankəndidə keçirdiyi "seçki"yə mənfi reaksiya verən ölkələr: 🇹🇷 Türkiyə 🇺🇦 Ukrayna 🇪🇺 Avropa İttifaqı 🇲🇩 Moldova 🇬🇧 Böyük Britaniya 🇵🇰 Pakistan 🇬🇪 Gürcüstan t.me/xeberlerlive
10 9月 2023, 11:02

⚡❗️Sentyabrın 10-u saat 13:30 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Eminov Xəyyam Mahal oğlu Ağdam rayonu ərazisində bölmələrimizin təminat yolunda qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən təxribat məqsədilə basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb. İlk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün təhlükə yoxdur. t.me/xeberlerlive l MN
10 9月 2023, 08:23

🛑 Şarl Mişel Ərdoğanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib. t.me/xeberlerlive
10 9月 2023, 08:10