ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

前往频道在 Telegram

Gündəmi 1 mesajla izləyin!

显示更多
7 590
订阅者
-324 小时
-287 天
-16330 天
帖子存档
Lənkəranda fəaliyyət göstərən “Mandarin” hotelə basqın olub. Maska taxıb hotelə basqın edən, qadınların 5100₼ dəyərində qızıl
Lənkəranda fəaliyyət göstərən “Mandarin” hotelə basqın olub. Maska taxıb hotelə basqın edən, qadınların 5100₼ dəyərində qızılları quldurluq yolu ilə ələ keçirən kim olsa, yaxşıdır? Hoteli işlədən şəxs. Özü də Gürcüstana qaçmaq istəyib.
14 11月, 12:45

⚡️Sabahdan Azərbaycanda istilik mövsümü başlayır Noyabrın 15-dən Bakıda və digər ərazilərdə yaşayış binaları, məktəblər, bağçalar və xəstəxanaların istiliklə təminatına başlanılacaq.
14 11月, 04:06

❗️MN: Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu ▪️ Məhdudiyyət respirator xəstəliklərin və qrip infeksiyasının qarşısının alınması məqsədi daşıyır. ▪️ Valideynlərdən hərbi hissələrə gəlməmək və qərarı anlayışla qarşılamaq xahiş olunub.
14 11月, 02:11

🍋🍇ÖLKƏ❗️Mağazada istifadə müddəti bitmiş məhsul satan və ya alıcıları malın çəkisi, ölçüsü, qiymət hesabı və keyfiyyəti ilə
🍋🍇ÖLKƏ❗️Mağazada istifadə müddəti bitmiş məhsul satan və ya alıcıları malın çəkisi, ölçüsü, qiymət hesabı və keyfiyyəti ilə bağlı aldadan şəxslər 6 min manatadək cərimələnəcək.
14 11月, 01:27

Bu gün axşam saatlarında paytaxtın Nizami rayonu, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən qaçaraq keçməyə çalışan piyadanı minik avtomobillərindən biri vurub. Piyada aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
13 11月, 12:37

Tələbələrin fotolarını montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs həbs edilib.
13 11月, 10:53

❗️Gəncədə ər “Temu”dan tez-tez sifariş verən arvadını bıçaqladı Gəncə Şəhər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, mübahisə həyat yoldaşının telefondan çox istifadə etməsi və “Temu” platformasından tez-tez sifarişlər verməsi səbəbindən baş verib. Zərərçəkmiş qadın isə ifadəsində ərindən şikayətçi olmadığını, onu bağışladığını bildirib
13 11月, 10:18

⚡️⚠️ Motosikletlə vurulan məktəbli xəstəxanaya yerləşdirilib Hadisə noyabrın 13-də baş verib. Həmin vaxt Abşeron rayonu ərazisində A.Hüseynli idarə etdiyi motosikletlə yeniyetmə piyadanı vurub. Hadisə nəticəsində xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib. Onun aldığı xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin olunub. Motosiklet sürücüsünün əməlinə hüquqi qiymət verilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi istiqamətində polis tərəfindən araşdırmalar davam etdirilir. Mənbə: qafqazinfo.аz
13 11月, 07:19

MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır
13 11月, 00:35

❗️Nəvəsinin andiçməsindən qayıdanda itkin düşdü, günlər sonra meyiti tapıldı Günlərdir itkin kimi axtarışda olan Astara rayon
❗️Nəvəsinin andiçməsindən qayıdanda itkin düşdü, günlər sonra meyiti tapıldı Günlərdir itkin kimi axtarışda olan Astara rayonunun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynovun meyiti bu gün axşam saatlarında Göygöl rayonunda, Şıxın Düzü adlanan ərazidə yaşayış evlərindən çox uzaq sahədə aşkarlanıb.
12 11月, 23:32

❗️Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi şəhid olub.
12 11月, 12:09

🚨 Bakıda “TikTok” sosial şəbəkəsində saxta səhifə yaradıb, “iPhone” telefonlarını ucuz və kreditlə satacağını deyərək 70-dən
🚨 Bakıda “TikTok” sosial şəbəkəsində saxta səhifə yaradıb, “iPhone” telefonlarını ucuz və kreditlə satacağını deyərək 70-dən çox vətəndaşı aldadan Nihad Qurbanov saxlanılıb. O, vətəndaşlardan pulu öz bank kartlarına köçürmələrini istəyib. Hazırda faktla bağlı araşdırma aparılır. carchinews
12 11月, 09:58

⚠️ Gəncədə iki dost dəm qazından boğularaq ölüb 🏠 H. Əliyev prospektində kirayədə yaşayan 54 yaşlı İsgəndər Hacıyev və 39 yaşlı Tural Məmmədov dəm qazından zəhərlənərək həyatlarını itiriblər.
12 11月, 07:43

SƏHM VƏ İSTİQRAZ GƏLİRLƏRİNƏ 50 FAİZ GÜZƏŞT
Kapital bazarının inkişafı istiqamətində də yeni mexanizm hazırlanıb. Kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhm və istiqrazların alqı-satqısından əldə edilən gəlirlər üzrə verginin investisiya şirkətləri tərəfindən ödəmə mənbəyində tutulması təklif edilir. Eyni zamanda, həmin gəlirlərə 2027-ci il yanvarın 1-dən 5 il müddətinə gəlir vergisi üzrə 50 faiz güzəştin tətbiqi nəzərdə tutulur.
12 11月, 05:41

Rusiyalı MMA döyüşçüsü Usman Nurmaqomedovla UFC-nin sabiq çempionu Merab Dvalişvili arasında kütləvi dava baş verib.
12 11月, 01:57

⚡️ Azərbaycan şahmatçısı Nərmin Abdinova Avropa çempionatında qızıl medal qazanıb.
⚡️ Azərbaycan şahmatçısı Nərmin Abdinova Avropa çempionatında qızıl medal qazanıb.
12 11月, 00:58

Nikol Paşinyanın tədbirə gəlişi zamanı maraqlı məqam baş verib. Belə ki, Paşinyan içəri daxil olarkən Azərbaycan mahnısı səsləndirilib.
11 11月, 11:27

⚡️Azərbaycanda orta aylıq nominal əməkhaqqı 7,8% artaraq 1 173 manata çatıb.
11 11月, 04:21

📌 Şəhid ailələri və müharibə əlillərinə mənzil əvəzinə pul verilməsi təklif olunur • Deputat Qüdrət Həsənquliyev şəhid ailələri, müharibə əlilləri və ehtiyacı olan hərbçilərə mənzil əvəzinə pul kompensasiyası verilməsini təklif edib. • Deputat bildirib ki, bu halda həmin şəxslər istədikləri ərazidə mənzil ala və ya torpaq alaraq ev tikə bilərlər. • O, həmçinin mənzil növbəsində olanların, son 6 ildə evlə təmin edilənlərin və 2027-ci ildə mənzil alacaq şəxslərin sayının açıqlanmasını istəyib.
11 11月, 04:07

⚠️Bakının Babək prospektində BMW markalı avtomobil körpüdən aşıb. Yağışlı hava səbəbindən sürüşən avtomobil maneəyə çırpılaraq aşağı düşüb. Qəza nəticəsində sürücü xəsarət alıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım cəlb olunub.
11 11月, 02:09