5 061
订阅者
-424 小时
-217 天
-1430 天
帖子存档
5 060
🌿🎶 20-21 İyun | Samour Sound Kamp Festivalı 🎶🌿
✨ Təbiət, kamp və musiqi dolu 2 gün sizi nələr gözləyir:
🏕 Çadırda gecələmə
🎵 Canlı musiqi & DJ performansları
🧘 Yoqa praktikası
🏹 Oxatma təlimi
🎨 Ebru sənəti & Face Art
🚵 Dağ velosipedləri
🏐 Voleybol yarışı
🛍 Yarmarka və sərgilər
🎼 Lineup:
Joseph Abbas • Ayna Band • VUGARİXX • HUN • DAVİDOV
📅 20-21 İyun
💰 Bilet: 85 AZN
Qiymətə daxildir:
• Nəqliyyat
• Festival giriş bileti
• Çadırda yerləşmə
• Yuxu tulumu və izomat
• Yoqa praktikası
• Oxatma təlimi
• Voleybol yarışı
• Ebru sənəti
📞 Əlaqə: +994 50 713 22 55 (Telman Şükürlü)
5 060
+9
İyun ayında olacaq turlarımız:
🌿6 iyun - Qələbin şəlalələrinə yay yürüşü - https://t.me/kampinist/2453
🌿7 iyun - Mistik Kanyon yürüşü, Yardımlı (Milli mətbəxli) - https://t.me/kampinist/1772
🌿7 iyun - Bol yeyib içməli Cənub turu (Milli mətbəxli) - https://t.me/kampinist/1228
🌿13 iyun - Gizli Kanyon şəlaləsinə səyahət - https://t.me/kampinist/2884
🌿13 iyun - Sım-Dustaqxana - Ballıqaya yürüşü (Milli mətbəxli) - https://t.me/kampinist/2260
🌿14 iyun - Laza - Kuzun yay yürüşü (Milli mətbəxli) - https://t.me/kampinist/2368
🏕️13 - 14 iyun - Hamoşan yaylağında kamp - https://t.me/kampinist/2930
⛰️13 - 14 iyun - Kəpəz zirvəsinə yürüş - https://t.me/kampinist/2539
🏕️ 20-21 iyun - Samour Kamp musiqi festivalı - https://www.instagram.com/p/DYrIgolDuuT/?igsh=aWY1ZGI5NGN6ZjUw
🌿27 iyun - Qaranohur gölünə yay yürüş, İsmayıllı - https://t.me/kampinist/2549
🌿27 iyun - Mağara, göl və Şəlalə turu - https://t.me/kampinist/2250
Hər bir tur haqqında detalları məlumatı qarşısındakı linkdən əldə edə bilərsiniz🙏
5 060
Bu həftə və bayram həftəsi olacaq turlarımız:
🌿23 may - Sım-Dustaqxana - Ballıqaya yürüşü (Talış Milli mətbəxli) - https://t.me/kampinist/2260
🌿24 may - Mistik Kanyon yürüşü (milli mətbəxli) - https://t.me/kampinist/1772
🌿24 may - Laza-Kuzun yürüşü (milli mətbəxli) - https://t.me/kampinist/2368
🌿27 may - Gizli Kanyon şəlaləsinə yürüş (Talış Milli mətbəxli) - https://t.me/kampinist/2884
🍃28 may - Qələbin şəlaləsinə səyahət (Bol yeyib içməli) - https://t.me/kampinist/2453
🏕️27 - 28 may - Hamoşan yaylağında kamp - https://t.me/kampinist/2930
🏔️29-30 may - Kəpəz zirvəsinə yürüş (3066m) - https://t.me/kampinist/2539
🌿30 may - Mistik Kanyon yürüşü (milli mətbəxli) - https://t.me/kampinist/1772
🍃31 may - Bol gəzintili və yeyib içməli Cənub turu - https://t.me/kampinist/1228
🌿31 may - Mağara, göl və şəlalə yürüşü, Şamaxı (Xalıt şəlaləsi, Nərimankənd mağaraları və Yaşılgöl) - https://t.me/kampinist/2250
Hər bir tur haqqında detalları məlumatı qarşısındakı linkdən əldə edə bilərsiniz✨🏕️
5 060
+9
Bu ilin may ayını da olacaq turlar:
🏕️16 - 17 may - Hamoşan yaylağında kamp - https://t.me/kampinist/2930
🌿16 may - Gizli Kanyon şəlaləsinə yürüş (Talış Milli mətbəxli) - https://t.me/kampinist/2884
🌿17 may - Mağara, göl və şəlalə yürüşü, Şamaxı (Xalıt şəlaləsi, Nərimankənd mağaraları və Yaşılgöl) - https://t.me/kampinist/2250
🏔️23-24 may - Cümhuriyyət zirvəsinə yürüş(3740 m) - https://t.me/kampinist/2920
🌿23 may - Sım-Dustaqxana - Ballıqaya yürüşü (Talış Milli mətbəxli) - https://t.me/kampinist/2260
🌿24 may - Mistik Kanyon yürüşü (milli mətbəxli) - https://t.me/kampinist/1772
🌿24 may - Laza-Kuzun yürüşü (milli mətbəxli) - https://t.me/kampinist/2368
🍃28 may - Qələbin şəlaləsinə səyahət (Bol yeyib içməli) - https://t.me/kampinist/2453
🏔️29-30 may - Kəpəz zirvəsinə yürüş (3066m) - https://t.me/kampinist/2539
🍃31 may - Bol gəzintili və yeyib içməli Cənub turu - https://t.me/kampinist/1228
Hər bir tur haqqında detalları məlumatı qarşısındakı linkdən əldə edə bilərsiniz✨🏕️
5 060
+9
16-17 may – Hamoşan yaylağında möhtəşəm mənzərəli kamp🏕️🔥⛰️
Talış dağlarının qoynunda möhtəşəm mənzərəli, canlı musiqili, ocaqda yeməklər və dağ yürüşü dolu dolu bir kamp səfəri sizi gözləyir!
▶️ 16 may
06:30 – Toplanış (20 Yanvar, Bravo)
12:00 – Astara, Hamoşam kəndinə çatış
12:30 – Dağ maşını ilə kamp ərazisinə keçid
15:00 – Kamp ərazisinə çatış, çadır qurulması, asudə vaxt
20:00 – Axşam yeməyi
▶️ 17 may
08:00 – Oyanış (gündoğumu izləmək istəyənlər üçün erkən çağırış)
09:00 – Səhər yeməyi
10:30 – Hiking
13:00 – Nahar
16:00 – Kəndə dönüş
16:30 – Bakıya yola düşmə
22:00 – Bakıdayıq
TURUN QİYMƏTİ:
Qidalanmasız (öz yeməyinizi gətirməklə): 95 AZN
Qidalanma ilə (2 dəfə): 115 AZN
Qiymətə daxildir:
1. Nəqliyyat (Bakı-Astara-Bakı)
2. Dağ maşını ilə kamp ərazisinə transfer
3. Çadır, mat, yuxu tulumu
4. 2 dəfə qidalanma (və ya şəxsi qidalanmada endirim)
5.Limitsiz çay
6. Canlı musiqi & əyləncəli oyunlar
7. Peşəkar tur rəhbəri
8. Dağ bələdçisi
Əlaqədar şəxs: Telman Şükürlü +994507132255 (WhatsApp & zəng)
5 060
+9
23–24 May ❄️⛰️🇦🇿
Cümhuriyyət zirvəsinə yürüş (~3740 m), Xınalıq
Cümhuriyyət zirvəsi Azərbaycanın yüksək dağ zirvələrindən biridir və Böyük Qafqaz silsiləsində, Xınalıq ərazisində yerləşir. Bu yürüş həm fiziki hazırlıq, həm də dağ şəraitinə uyğunlaşma tələb edən maraqlı və çətin marşrutlardan hesab olunur.
Bu yürüş 2 günlük düşərgəli, çətin səviyyəli zirvə yürüşüdür. Fiziki hazırlıq tələb olunur.
📊 Məlumat:
• Uzunluq: ~18–20 km
• Müddət: 2 gün
• Start: ~2000 m | Zirvə: ~3740 m
🗓 Proqram:
📍 23 May
05:00 – Bakıdan çıxış
07:30 – “5 Barmaq” fasilə
09:00 – Xınalıq (səhər yeməyi)
13:00 – 2700 m düşərgə
20:00 – Yatış
📍 24 May
04:00 – Oyanış
05:00 – Zirvəyə yürüş
11:00 – Zirvə
16:00 – Düşərgə
19:00 – Xınalıq → Bakı
00:00 – Bakı
💰 Qiymət: 230 AZN
Daxildir:
• Nəqliyyat
• Bələdçi
• Düşərgə təşkili
• Təlim və müşayiət
⏳ Son qeydiyyat: 7 May
💳 Ödəniş:
• 50% – 7 maya qədər
• 50% – 22 maya qədər
📞 Əlaqə: +994507132255 (Telman)
5 060
Bu ilin may ayınıda dolu-dolu keçirməyi planlaşdırmışıq🤩 Sizlərə mayın ilk həftəsində gedəcəyimiz məkanların siyahısını təqdim edirik:
🌿2 may - Mağara, göl və şəlalə yürüşü, Şamaxı (Xalıt şəlaləsi, Nərimankənd mağaraları və Yaşılgöl) - https://t.me/kampinist/2250
🌿 2 may - Qələbin şəlalələrinə yaz yürüşü (Talış milli mətbəxi tura daxildir) - https://t.me/kampinist/2453
🌿 2-3 may - Kəpəz zirvəsinə səyahət (3066m) - https://t.me/kampinist/2539
🌿 3 may - Mistik Kanyon turu (Cənub) milli mətbəxi tura daxildir) - https://t.me/kampinist/1228
Hər bir tur haqqında detalları məlumat qarşısındakı linkdən əldə edə bilərsiniz🙏
5 060
+2
Yazın ən gözəl aylarında olan Aprel sabahdan etibarən başlayır💚🌿 Bu ay olacaq turlarımız:
🌿 4 aprel / 26 aprel- Cənub zonasına 3lü yaz turu - https://t.me/kampinist/1772
🌿 5 aprel / 25 aprel - Mistik Kanyon turu (Bol yeyib içməli) https://t.me/kampinist/1772
🌿5 aprel / 12 aprel - Mağara, göl və şəlalə yürüşü, Şamaxı - https://t.me/kampinist/2250
🌿11-12 aprel - 2 günlük Bol yeyib içməli və gəzintili Astara - Sım turu - https://t.me/kampinist/2894
🌿11 aprel - Qələbin şəlalələrinə yaz yürüşü https://t.me/kampinist/2453
🌿12 aprel - Şi şəlaləsinə yaz yürüşü (Astara) - https://t.me/kampinist/1475
🌿18 aprel - Qaranohur gölünə yaz yürüşü - https://t.me/kampinist/2549
🌿19 aprel - Bibiyani şəlalələrinə yaz yürüşü - https://t.me/kampinist/2843
🌿19-20 aprel - Qax - Sarıbaş - İlisu hamamlarına yaz expressi (Qatar ilə) - Detallarını sabah bölüşəcəyik😁
🌿 25-26 aprel - Kəpəz zirvəsinə səyahət (3066m)- https://t.me/kampinist/2539
Hər bir tur haqqında məlumat qarşısındakı linkdə mövcuddur💚
5 060
+7
Mart Bayramı ərzində olacaq turlarımızı sizlərə təqdim edirik:
🍃 22 mart - Mistik Kanyon şəlaləsinə yürüş, Lerik - https://t.me/kampinist/2884
🌿23-24 mart - 2 günlük Bol yeyib içməli və gəzintili Lerik turu (3 yaz şəlaləsinə yürüşlü) - https://t.me/kampinist/2894
🌿25 mart - Lahıc-Mücü yürüşü (16km), İsmayıllı- https://t.me/kampinist/1505
🔫25 mart - Airsoft yarışı- https://t.me/kampinist/1617
🌿26 mart - Cənub zonasına 3lü yaz turu (Şəlalə, göl, meyvə bağları, milli mətbəx) - https://t.me/kampinist/2409
🍃27-28 mart - “Tarix, əyləncə və təbiət dolu Şimal turu”, Qax və Şəki - https://t.me/kampinist/2834
🌿29 mart - Mistik Kanyon yaz yürüşü (Milli mətbəxtli) - https://t.me/kampinist/1772
🌿30 mart - Laza-Kuzun turu (Milli mətbəxli)- https://t.me/kampinist/2368
Hər bir tur haqqında detalları məlumatı qarşısındakı linkdən əldə edə bilərsiniz💚
5 060
23-24 mart - “Nağıl kimi Sım kəndində 2 gün”, Astara rayonu🍃🤩☀️
Yaz fəslində daha da gözəlləşən Astaraya bu dəfə fərqli bir 2 günlük turla gedirik😉 Sım kəndinin möhtəşəm təbiətini, şəlalələrini və tarixi məkanlarını kəşf edəcəyik.
⸻
1-ci gün
Marşrut növü: Hiking
Çətinlik: Orta – Çətin
Məsafə: 11 km (4-5 saat)
06:30 Gənclikdə görüş
07:00 Bakıdan yola düşmə
- Sım kəndinə çatma və səhər yeməyi
- Padışah daşı – Sım şəlaləsi – Ballıqaya - Dustaqxana şəlaləsi yürüşü
- Kənd evinə qayıdış
Axşam yeməyi, samovar çayı və asudə vaxt oyunlar
⸻
2-ci gün
Marşrut növü: Gəzinti
Çətinlik: orta
Məsafə: 8-9 km
Səhər yeməyi
Buzxana, Ayıyuvası və Pələng daşı, Mamırlı qayaya yürüş
Sım təpəliyinə yürüş
Kənd evində nahar
18:00 Bakıya qayıdış
23:00 Bakıdayıq
⸻
Turun qiyməti: 120 AZN
Qiymətə daxildir:
• Bakı – Astara (Sım kəndi) – Bakı nəqliyyat
• Dağ maşını
• Kənd evində gecələmə
• 4 dəfə qidalanma
• 9 fərqli məkana səyahət
• Samovar çayı
• Tur bələdçiləri
⸻
Əlaqə:
Aygün +994 55 359 97 99 (Wp)
5 060
+9
22 mart - “Gizli Kanyon şəlaləsi - Tokiəxilə yürüş”, Lerik 🌳🪵🌊
Cənub zonası özündə çoxlu möcüzəvi şəlalələri gizlədir. Tokiəxil şəlaləsidə məhz bu gözəlliklərdən biridir. Tokiəxil talışca “Qaranlıq göl” deməkdir. Yayda bolsulu olan bu şəlalə əsl görülməli və yaşanmalıdır😍
Çətinlik dərəcəsi: Orta
Uzunluğu: 6 km (gediş-gəliş)
Müddəti: 3-4 saat
Tur planımız:
06:30 Gənclikdə görüş
07:00 Lerikə yola düşmə
11:00 Vizəzəmin kəndinə (Lerikə) çatma
11:30 Tokiəxil şəlaləsinə yürüş
12:30 Şəlalədə istirahət və nahar fasiləsi
15:00 Kəndə geridönüş və dadlı talış mətbəxi
18:30 Bakıya geridönüş
22:30 Bakıya çatma
Tur qiymətinə daxildir:
-Bakı-Lerik-Bakı nəqliyyat
-Dağ bələdçiləri
-Talış mətbəxi və samovar çayı
-Çay süfrəsi (şirniyyatlar ilə birgə)
Tur qiyməti - 60 manat
Əlaqədar şəxs : Telman Şükürlü - +994507132255 (wp, zəng)
5 060
Mart ayının ilk 2 həftəsində olacaq turlarımız:
❄️ 8 mart - Qarlı Şi şəlaləsi turu - https://t.me/kampinist/2864
❄️8 mart - Donmuş Qaranohur gölündə “Qış nağılı”, İsmayıllı - https://t.me/kampinist/2873
🍃 9 mart - Cənub zonasına 3lü yaz turu (Şəlalə, göl, meyvə bağları, milli mətbəx) - https://t.me/kampinist/2409
🍃14 mart - Astarada “Yaz nağılı”☀️Sım-Ballıqaya-Dustaqxana turu (Dadlı talış mətbəxli) - https://t.me/kampinist/2763
🍃15 mart - Yaz şəlalələri - Bibiyonilər (bol yeyib içməli) 🐛😍 - https://t.me/kampinist/2843
🍃15 mart - 3lü Şamaxı səyahəti - (Mağara, göl, şəlalə turu ☀️ -https://t.me/kampinist/2250
Hər bir tur haqqında detallı məlumatı qarşısındakı linkdən əldə edə bilərsiniz🍃
5 060
9 mart - Donmuş Qaranohur yürüşü❄️
Qış fəslində donan Qaranohur gölü İsmayıllı rayonunu Talıstan kəndi yaxınlığında Şahdağ Milli Parkının ərazisində yerləşir😍
Marşrut növü: Bir günlük (hiking)
Çətinlik dərəcəsi: Orta-çətin (ilk dəfə üçün çətin)
Məsafə: 12 km
Müddəti: 4-6 saat
Başlanğıc yüksəkliyi: 900 m
Son yüksəkliyi: 1540 m
Tur proqramı:
06:00 Toplanırıq (Gənclik m/s Badamlı çıxışı)
06:15 Yola düşürük
09:30 Talıstan kəndinə çatma və gölə yürüş
12:30 Gölə çatma, tonqal çayı (dadlı sendvic) və asudə vaxt
16:30 Kəndə geri dönüş
18:00 Samovar çayı və asudə vaxt
19:00 Bakıya yola düşmə
22:00 Bakıya çatma
Tur qiymətinə daxildir:
-Bakı-İsmayıllı-Bakı nəqliyyat
-Şahdağ Milli Parkına giriş bileti
-Dağ bələdçiləri
-Sendviclər
-Tonqal çayı və şirniyyatlar
-Kənd evində samovar çayı və mürəbbə
TURUN QİYMƏTİ - 50 AZN
Əlaqədar şəxs : Aygun Abbasova +994553599799 (wp və zəng)
5 060
8 mart - Astaranın ən hündür şəlaləsinə qarlı yürüş ❄️😍 Şi şəlaləsi, Diqo və Ayvarud kəndi, Astara rayonu
Bu dəfə Astaranın Şi şəlaləsinə gedirik. 60 metr hündürlüyü olan bu şəlaləyə Talış meşələrinin mənzərəvi yolları ilə gedəcəyik.
🆘 Bu yürüşə minimum 2 dəfə hikingdə olan şəxslər götürüləcək.
Marşrut növü: Bir günlük
Çətinlik dərəcəsi: Orta - Çətin
Uzunluğu: 14 km
Tur proqramı:
06:00 - Toplanma (Gənclik m/s Badamlı ç.)
06:30 - Yola düşmə
11:00 - Astaraya (Pəlikəş kəndi) çatma
11:30 - Pəlikəş - Avrayud kəndi (Dağ maşını ilə)
12:30 - Şi şəlasinə yürüş
15:00 – Şəlaləyə çatma və asudə vaxt
16:00 - Pəlikəşə yola düşmə və kənd evində çay süfrəsi
19:00 - Bakıya yola düşmə
23:00 - Bakıdayıq
Tur qiymətinə daxildir:
-Bakı-Astara-Bakı nəqliyyat (komfortlu avtobus)
-Avyaruda qalxmaq üçün dağ maşını
-Dağ bələdçiləri
-Yürüş zamanı isti çay
-Sendviclər
-Çay süfrəsi (Samovar çayı və şirniyyatlar)
Tur qiyməti - 60 manat
Əlaqədar şəxs : Telman Şükürlü - +994507132255 (wp, zəng)
5 060
28 fevral - Donmuş Əmbil gölünə səyahət, Şabran rayonu📌
Əmbil gölü Şabran rayonun Zeyvə kəndinin ərazisindədir. Göl Zeyvə meşəliyində 935 metr yüksəklikdə yerləşir. Əmbil gölünə gedən yolda gölün özü qədər gözəldir.
___
TURUN PROQRAMI
06:30 - Toplaşma (Gənclik)
07:00 - Bakı - Şabran - Zeyvə kəndinə yol düşmə
10:30 - Zeyvə kəndi - Səməd bulağı (dağ maşını ilə)
11:00 - Hazırlıq və yürüşə başlama
13:00 - Əmbil gölünə çatma və nahar fasiləsi
15:00 - Göldən geriyə dönüş
17:30 - Samovar çayı (kənd mühitində) və volleyball
19:00 - Bakıya geridönüş
21:30 - Bakıya çatma
___
Turun qiymətinə daxildi:
1. Bakı - Şabran - Bakı nəqliyyat
2. Dağ maşını (Zeyvə kəndi - Səməd bulağı)
3. Dağ bələdçisi
4. Sendvic
5. Ocaq çayı, marşmelo (gölün yanında)
6. Samovar çayı və şirniyyatlar
⠀
TURUN QİYMƏTİ - 45 AZN⠀
⠀
Əlaqədar şəxs : Aygun Abbasova +994553599799 (wp və zəng)
5 060
+9
22 fevral - Qış şəlalələri - Bibiyonilər (bol yeyib içməli) 🍁🍂😍
Hal hazırda Cənub zonası əsl günəşli qışı yaşayır, bu həftəsonu isə sizi bol yeyib içməli və gözəl mənzərələrlə dolu bir qış şəlalələri turu gözləyir🫠 Həmçinin kənd evində əsl talış mətbəxinə xas təamların dadına baxacaqsınlz.
Gedəcəyimiz şəlalələr - Bibiyoni şəlalələridir🫠 Bu şəlalələr adını Lerikin eyni adlı kəndindən götürüblər. Talış dilindəki bib(heyva) və honi(bulaq) sözlərinin birləşməsidir, heyvalı bulaq" mənasındadır.
Çətinlik dərəcəsi: Orta asan
Tur plan:
06:30 Gənclikdə görüş
07.00 Bakıdan çıxış
11.00 Lerikə çatma
11:15 Böyük və Kiçik Bibioni şəlalələrinə yürüş
15:00 Nahar fasiləsi
16:30 Hamarmeşə kəndinə geri dönüş
18:30 Bakıya qayıdış
Tur qiyməti - 60 manat
Qiymətinə daxildi:
1. Bakı-Lerik-Bakı nəqliyyat
2. Milli mətbəxli nahar (Aş, toyuq ləvəngi, qoz küküsü, qatıq, mövsüm salatı, kampot, təndir çörəyi)
3. Dağ maşını
4. Tur bələdçisi
5. Samovar çayı və Şirniyyat
Əlaqə: Aygün Abbasova +994553599799 (wp, zəng)
5 060
“Tarix, əyləncə və təbiət dolu Şimal turu”, Qax və Şəki
21-22 fevral (2 günlük) - SON 9 YER
Bu dəfəki səfərimiz tarixi gözəllikləri və təbiəti ilə seçilən Qax rayonunadır😍 Bu turla həm ruhunuzu, həm bədəninizi möhkəmlətməyi planlayırıq, Belə Qaxın 3 tarixi məkanına səfər edib, ləziz mətbəxinin dadına baxacaqsınız. Həm də yoluüstü Şəki pitisi də sizi gözləyir😁
——-
▶️21 fevral
05:30 Gənclikdə görüş
06:00 Qaxa yola düşmə
12:30 - Şəkidə piti fasiləsi
14:00 Qaxa çatma
🔸Mamırlı şəlaləsinə
🔸7 kilsə məbədinə yürüş
🔸Ulu körpü
🔸Şam yeməyi
▶️22 fevral
09:00 Səhər yeməyi
🔸Zipline və asudə vaxt (istəyən olsa İlisu hamamlarına da gedilə bilər)
🔸Nahar fasiləsi
🔸Kümrük məbədi
16:00 Bakıya geridönüş
TURUN QİYMƏTİ: 125 AZN
Qiymətə daxildi:
1. Bakı-Qax-Bakı nəqliyyat
2. İlisu resortda gecələmə
3. 3 dəfə qidalanma
4. Tur bələdçilər
5. Samovar çayı və şirniyyatlar
6. Şəki Xan sarayına giriş
İstəyə uyğun olaraq:
🔹İlisu hamamlarına gediş gəliş əlavə - 10 azn
🔹Zipline əlavə - 7 azn
Əlaqə: Telman +994507132255 (wp)
5 060
+9
15 fevral - Laza-Kuzun yürüşü - “Qış şəlalələri”⛄️❄️
Şahdağın heyranedici mənzərəsi ilə şəlalə (10 dağ şəlaləsi), kanyon, çay, meşə görmək istəyirsinizsə Laza-Kuzun yürüşü tam sizlikdir😉
Marşrut növü: Bir günlük yürüş
Çətinliyi: Orta
Uzunluğu: 13-14 km
Müddəti: 5-6 saat
Son yüksəkliyi: 1600 m
Tur proqramı:
06:00 - Toplanma (Gənclik m/s Badamlı ç.)
06:30 - Yola düşmə
11:00- Lazaya çatma və şəlaləyə yürüş
12:30 - Kənd evində nahar və samovar çayı
14:30 – Kuzuna yürüş
15:30 – Möhtəşəm Şahdağ(4243m) mənzərəli yüksəklikdə fasilə
18:00 - Kuzundan Bakıya yola düşmə
19:30 - Yolda çay fasiləsi
22:30 - Bakıya çatma
Tur qiymətinə daxildir:
-Bakı-Laza-Bakı nəqliyyat (komfortlu avtobus)
-Dağ bələdçiləri
-Dağ maşını (gediş)
-Nahar yeməyi (Milli mətbəx)
-Samovar çayı və şirniyyatlar
-Geridönüş yolunda çay
Tur qiyməti - 60azn
Əlaqədar şəxs : Telman Şükürlü +994507132255 (wp və zəng)
5 060
7 fevral - Bol yeyib içməli və qış mənzərəli Qrızdəhnə turu 💙☃️❄️
Bu dəfəki turumuz həm ləzzətli təamları, həm də gözəl bir Quba şəlaləsini əhatə edir. Dəniz səviyyəsində 1500 metr yüksəklikdə yerləşən Qrızdəhnə şəlaləsi Qubanın eyniadlı kəndində yerləşir.
Geridönüş yolunda isə Quba Panoramic otelde çox dadlı bir nahar süfrəmiz olacaq😍 Ondan sonra qara baxa-baxa samovar çayı və istirahət🤤
Tur proqramı:
06:30 - Toplanma (Gənclik m/s Badamlı ç.)
07:00 - Yola düşürük
10:30 - Qrızdəhnə şəlaləsinə yürüş
12:00 - Şəlaləyə çatma və asudə vaxt
13:00 – Şəlalədən Geridönüş
14:30 - Panoramic Oteldə nahar və istirahət
18:00 - Bakıya yola düşmə
22:00 - Bakıdayıq
Tur qiymətinə daxildir:
-Bakı-Quba-Bakı nəqliyyat (komfortlu avtobus)
-Dağ bələdçiləri
-Çay süfrəsi (Samovar çayı və şirniyyatlar)
-Günorta yeməyi
Nahara daxildir:
-Ləzgi turşulu setkada kənd toyuğu
-Plov
-Çoban salatı
-Reyhan kampotu
-Pendir
-Xərək çörəyi
Tur qiyməti - 60 manat
Əlaqədar şəxs : Aygun İsrafilova +99455 3599799 (wp)
5 060
Bu həftəki turlarımız:
🔹24 yanvar - Donmuş Əmbil gölünə səyahət- https://t.me/kampinist/2783
🔹25 yanvar - Qarlı Laza - Kuzun turu (Dadlı milli mətbəxli) - https://t.me/kampinist/564
🔹25 yanvar - Qarlı Mistik Kanyona səyahət - https://t.me/kampinist/2809
Gəlmək istədiyiniz turun detallarını qarşısındakı linkdən əldə edə bilərsiniz🙏
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
