ch
Feedback
Dövlət Proqramı

Dövlət Proqramı

前往频道在 Telegram

Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar

显示更多
1 784
订阅者
+124 小时
+47
+630
帖子存档
Dövlət Proqramının qarşıya qoyduğu əsas məqsədlər və müvafiq olaraq iştirakçılarının öhdəlikləri nələrdir? Bu imkan gənclərə hansı fürsətləri açır və iqtisadiyyatımıza necə təkan verir? Təhsilini başa vurub ölkəmizə qayıdan məzunlardan əsas gözləntilər nələrdir? Bu və daha çox suala Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalovanın iştirakı ilə baş tutmuş, İctimai TV-də yayımlanan “Sabaha Saxlamayaq” verilişinin müvafiq buraxılışını izləyərək cavab tapa bilərsiniz. Aşağıdakı keçiddən istifadə edərək verilişin tam hissəsini izləməyiniz mümkündür. https://www.youtube.com/watch?v=7mjMjzJToXA

Əziz məzunlar! Sizi Dövlət Proqramı məzunları üçün keçiriləcək “Qlobal təhsildən milli inkişafa” adlı karyera sərgisinə dəvət
Əziz məzunlar! Sizi Dövlət Proqramı məzunları üçün keçiriləcək “Qlobal təhsildən milli inkişafa” adlı karyera sərgisinə dəvət edirik. Sərgidə iştirak edəcək 30-dan çox nüfuzlu qurumun nümayəndələrindən mövcud vakansiyalar haqqında ətraflı məlumat ala, ixtisas və təcrübənizə uyğun karyera imkanlarını dəyərləndirə bilərsiniz. İştirak edəcək məzunlardan aşağıdakı keçiddən istifadə edərək qeydiyyat formunu doldurmaları xahiş olunur. https://forms.gle/U5bqb9DiCMT64cGo9 Tarix: 28 fevral, saat 10:30 Məkan: ADA Universiteti Diqqət! Tədbir yalnız hazırda əmək fəaliyyəti ilə məşğul olmayan Dövlət Proqramı məzunlarının iştirakı üçün nəzərdə tutulub. Tədbirə qeydiyyat üçün son tarix: 26 fevral, saat 12:00

Kembric Universiteti Azərbaycan Cəmiyyəti (CUAS) artıq rəsmi fəaliyyətə başlayıb və bu mühüm təşəbbüsün arxasında Dövlət Proq
Kembric Universiteti Azərbaycan Cəmiyyəti (CUAS) artıq rəsmi fəaliyyətə başlayıb və bu mühüm təşəbbüsün arxasında Dövlət Proqramı təqaüdçülərinin əməyi dayanır. Dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Kembric Universiteti daxilində azərbaycanlı tələbələri bir araya gətirən bu platforma ölkəmizin mədəniyyətini, tarixini və milli maraqlarını beynəlxalq mühitdə layiqincə təmsil etməyi hədəfləyir. Tələbələrimizi dəyərli təşəbbüsləri münasibətilə təbrik edirik! Daha ətraflı: https://dp.edu.az/az/news/4967

2026-2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulunun başlama tarixi müəyyənləşib “Gənclərin xarici ölkəl
2026-2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulunun başlama tarixi müəyyənləşib   “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə 15 aprel 2026-cı il tarixindən sənəd qəbuluna start veriləcək. Dövlət Proqramı çərçivəsində 2026–2027-ci tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat, magistratura və doktorantura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı 12 yanvar 2026-cı il tarixində ictimaiyyətə təqdim edilib. Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan universitetlərdən müvafiq sahə və proqramlar üzrə qəbul sənədinin əldə edilməsidir. Tələb olunan sənədlərlə tanış olmaq və suallarınıza cavab tapmaq üçün www.dp.edu.az saytında yerləşən müvafiq elana keçid etməyiniz xahiş olunur.👇🏻 https://dp.edu.az/az/news/4966

Dövlət Proqramı məzunu BMT-nin mötəbər layihəsinin rəhbərliyində!🇺🇳 Dünyanın top universitetlərindən olan “Imperial College
Dövlət Proqramı məzunu BMT-nin mötəbər layihəsinin rəhbərliyində!🇺🇳 Dünyanın top universitetlərindən olan “Imperial College London” məzunu Nərmin Abdullayeva bilik və bacarıqlarını artıq Azərbaycanda tətbiq edir. O bu il Bakıda keçiriləcək BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Azərbaycan Əməliyyat Şirkətinin Kommunikasiya şöbəsində müdir müavini kimi fəaliyyətə başlayıb. Uğurlu karyera yolun davamlı olsun, Nərmin!

Öyrəndiklərini və qazandığı təcrübəni dəyərə çevirən, innovativ düşünən, təşəbbüskar Azərbaycan gəncləri! Sizi Azərbaycan Gən
Öyrəndiklərini və qazandığı təcrübəni dəyərə çevirən, innovativ düşünən, təşəbbüskar Azərbaycan gəncləri! Sizi Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edirik!

🇦🇿🇲🇦Təqaüdçümüz Elşad Əhmədzadə Mərakeş Krallığında keçirilən gənclərin mədəni mübadilə proqramında Azərbaycan nümayəndə
+1
🇦🇿🇲🇦Təqaüdçümüz Elşad Əhmədzadə Mərakeş Krallığında keçirilən gənclərin mədəni mübadilə proqramında Azərbaycan nümayəndə heyətinin üzvü olub. Səfər çərçivəsində ICESCO rəhbərliyi, Mərakeş Gənclər Nazirliyi və Azərbaycanın Mərakeşdəki səfiri ilə görüşlər keçirilib, gənclər siyasəti üzrə təcrübə mübadiləsi aparılıb. Elşada beynəlxalq əməkdaşlıq sahəsində daha böyük uğurlar arzulayırıq!

Tələbəmizin innovativ layihəsi Kembricdə birinci oldu! UCL tələbəsi və Dövlət Proqramı iştirakçısı Arzu Mürsəlova Kembric Uni
+1
Tələbəmizin innovativ layihəsi Kembricdə birinci oldu! UCL tələbəsi və Dövlət Proqramı iştirakçısı Arzu Mürsəlova Kembric Universitetində keçirilən "Cambridge Edux Hackathon" yarışmasının qalibi olub. Onun rəhbərlik etdiyi "The Script Foundry" komandası süni intellektin təhsilə inteqrasiyası layihəsi ilə münsiflər heyətinin rəğbətini qazanıb. Təbriklər, Arzu!

Sizi Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalovanın proqramın məqsədləri, qəbul şərtləri və təqdim etdiyi imkan
Sizi Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalovanın proqramın məqsədləri, qəbul şərtləri və təqdim etdiyi imkanlar haqqında danışdığı geniş müsahibəni oxumağa dəvət edirik. Müsahibədə namizədləri ən çox maraqlandıran suallar cavablandırılıb, müraciət prosesində uğurun təmin edilməsi üçün təməl tövsiyələr verilib. Fəaliyyətimizin geniş ictimaiyyətə çatdırılmasında göstərdiyi dəstəyə görə AZƏRTAC-a təşəkkür edirik! Oxumaq üçün linkə keçid edin: https://azertag.az/xeber/idareetme_qrupunun_rehberi_dovlet_proqrami_cherchivesinde_her_il_500_dek_gencin_xaricde_tehsil_almasi_nezerde_tutulub___musahibe-3990643

👩🏼‍🏫📚 Böyükdən kiçiyə qədər hər birimizə elm qapısının açarını təqdim edən əziz və zəhmətkeş müəllimlərimizi 5 oktyabr -
👩🏼‍🏫📚 Böyükdən kiçiyə qədər hər birimizə elm qapısının açarını təqdim edən əziz və zəhmətkeş müəllimlərimizi 5 oktyabr - Müəllimlər Günü münasibəti ilə təbrik edirik. Bu şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayırıq! Gününüz mübarək, dəyərli müəllimlərimiz! #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #müəllimlərgünü #5oktyabr

📚🏆📚🏆BMU-İNHA İDP tələbəsi Robot Olimpiadasında birinci yeri qazanıb Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreya Respu
+1
📚🏆📚🏆BMU-İNHA İDP tələbəsi Robot Olimpiadasında birinci yeri qazanıb Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının (BMU-İNHA İDP) “Elektronika mühəndisliyi” ixtisası üzrə 3-cü kurs tələbəsi Tahirə Bəylərova Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçim turunda böyük uğura imza atıb. Azərbaycan Gənclər və İdman, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) təşkilatçılığı ilə keçirilmiş olimpiadada Tahirə Bəylərova “Future Innovator-Senior” kateqoriyası üzrə yarışan DeepSense komandasının üzvü kimi 1-ci yerin qalibi olub. 👉🏻DAHA ƏTRAFLI

27 Sentyabr - Anım Günüdür 🇦🇿 Vətən müharibəsinin başlamasından 5 il ötür. 🥀Bütün şəhidlərimizin xatirəsini dərin ehtiraml
27 Sentyabr - Anım Günüdür 🇦🇿 Vətən müharibəsinin başlamasından 5 il ötür. 🥀Bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla anırıq! #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #anımgünü #27sentyabr #vətənmüharibəsi

❗️BMU-İNHA İDP-nin 6 məzunu İNHA Universitetinin magistratura proqramına tam təqaüdlə qəbul olunub 👉🏻ƏTRAFLI
❗️BMU-İNHA İDP-nin 6 məzunu İNHA Universitetinin magistratura proqramına tam təqaüdlə qəbul olunub 👉🏻ƏTRAFLI

🇦🇿 Bu gün Vətənimizin Dövlət Suverenliyi Günüdür. Suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə Azərbaycan Dövlət Bayra
🇦🇿 Bu gün Vətənimizin Dövlət Suverenliyi Günüdür. Suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə Azərbaycan Dövlət Bayrağı daim qürurla dalğalansın. Dövlət Suverenliyi Günümüz Mübarək! #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #20sentyabr #DövlətSuverenliyiGünü

📚✍🏻 Dövlət Proqramı iştirakçısı Ayan Məmmədli “Diana” mükafatına layiq görülüb Məlumat üçün bildiririk ki, “Diana Award” so
+2
📚✍🏻 Dövlət Proqramı iştirakçısı Ayan Məmmədli “Diana” mükafatına layiq görülüb Məlumat üçün bildiririk ki, “Diana Award” sosial sahədə fəaliyyət göstərən gənclərə verilən ən prestijli mükafatdır. Şahzadə Diana Mükafatı ən azı 12 ayını tədris, xeyriyyəçilik və ya sosialyönümlü müxtəlif fəaliyyətlər vasitəsilə cəmiyyətə müsbət töhfə verməyə həsr etmiş gənclərə verilir. 2024-cü ildə 30-dan çox ölkədən olan 80-dən çox könüllü 1700 iştirakçını beş meyar əsasında qiymətləndirdi: görmə, sosial təsir, başqalarını ruhlandırmaq, gənclərin liderliyi və sosial fəaliyyətin isitqaməti. Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik! 👉🏻DAHA ƏTRAFLI

Elm və təhsil naziri Emin Əmrullayev Dövlət Proqramı çərçivəsində xaricdə təhsilə dair gələcək planlarla bağlı fikirlərini bölüşüb. Qeyd edək ki, Elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramının qonağı olub. https://youtu.be/nNBFig_XkZ4

Elm və təhsil naziri Emin Əmrullayev Dövlət Proqramı çərçivəsində xaricdə təhsilə dair gələcək planlarla bağlı fikirlərini bölüşüb. Qeyd edək ki, Elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramının qonağı olub. https://youtu.be/nNBFig_XkZ4

Elm və təhsil naziri Emin Əmrullayev Dövlət Proqramı çərçivəsində xaricdə təhsilə dair gələcək planlarla bağlı fikirlərini bölüşüb. Qeyd edək ki, Elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramının qonağı olub. https://www.youtube.com/watch?v=yx6WxoRfaOA

#fdf8ea.png🇦🇿📚 15 sentyabr Azərbaycanda Bilik günüdür Bu gün ölkəmizdə yeni tədris ili başlayır, ölkəmizin hər bir orta və
#fdf8ea.png🇦🇿📚 15 sentyabr Azərbaycanda Bilik günüdür Bu gün ölkəmizdə yeni tədris ili başlayır, ölkəmizin hər bir orta və ali təhsil müəsissəsi yenidən şagird və tələbələri qarşılayır. Dövlət Porqramı İdarəetmə Qrupunun kollektivi bu əlamətdar gün münasibətilə bütün təhsilalanları təbrik edir, hər birinə yeni tədris ilində uğurlar arzulayır! #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #15sentyabrbilikgünü #bilikgünü #backtoschool

✍🏻📚ADAU–EGE ikili diplom proqramında tələbə qəbulu 100% təşkil edib Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege
✍🏻📚ADAU–EGE ikili diplom proqramında tələbə qəbulu 100% təşkil edib Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramı üzrə 2025-ci tədris ili üçün bakalavriat səviyyəsində tələbə qəbulu göstəricisi 100 faiz olub. Bu nəticə, iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın uğurlu şəkildə həyata keçirildiyini və proqramın abituriyentlər arasında böyük maraq doğurduğunu bir daha təsdiqləyir. Qeyd edək ki, bu ildən ADAU-EGE beynəlxalq ikili dipom proqramına qəbul “Bitki mühafizəsi”, “Aqronomluq”, “Aqromühəndislik”, “Zoomühəndislik”, “Bağçılıq” və “Torpaqşünaslıq” ixtisasları üzrə aparılıb.