ch
Feedback
Ormilitarism

Ormilitarism

前往频道在 Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

显示更多
7 265
订阅者
-824 小时
-167
-8630
帖子存档
Bayramınız mübarək əziz həmvətənlərim
Bayramınız mübarək əziz həmvətənlərim

Yəməndə, Əl-Mükalla limanına Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri tərəfindən endirilmiş zərbənin görüntüləri.

+1
Səudiyyə Ərəbistanının Kral Hərbi Hava Qüvvələri Yəmənin Hadramaut bölgəsində BƏƏ-nin dəstəklədiyi qüvvələrə məxsus hərbi karvanlara zərbələr endirib.

Son günlər BƏƏ-yə məxsus onlarla yeni zirehli texnikanın bu bölgədə, Cənub Keçid Şurasına (STC) bağlı qüvvələrə dəstək məqsədilə yerləşdirilməsi Riyadda ciddi narahatlıq yaradıb. STC Yəmənin cənubunun muxtariyyəti və faktiki olaraq ayrılması ideyasını müdafiə edən əsas silahlı-siyasi strukturdur və BƏƏ bu qurumu uzun müddətdir hərbi, maliyyə və siyasi baxımdan dəstəkləyir. Səudiyyə Ərəbistanı bu addımları Yəmənin parçalanmasına yönəlmiş təhlükəli proses kimi qiymətləndirir və bunu öz milli təhlükəsizliyinə birbaşa təhdid hesab edir. Xüsusilə Hadramautun Səudiyyənin şərq sərhədlərinə, enerji marşrutlarına və regional təsir balansına yaxınlığı Riyad üçün həssas məsələdir. Bu səbəbdən Səudiyyə tərəfi misli görünməmiş dərəcədə sərt bəyanatla çıxış edərək BƏƏ-ni 24 saat ərzində Yəməndən bütün qüvvələrini çıxarmağa, yerli silahlı qruplara hərbi və maliyyə dəstəyini dayandırmağa çağırıb və “qırmızı xətlər”in pozulacağı təqdirdə cavab veriləcəyini açıq şəkildə bəyan edib. Gərginliyi daha da artıran amillərdən biri Əl-Mükəlla limanına endirilmiş son zərbədir. Zərbənin konkret kim tərəfindən endirildiyi rəsmi şəkildə təsdiqlənməsə də, BƏƏ-yə yaxın media və şərhçilər dolayı yolla Səudiyyəni ittiham edirlər. Əslində problem husilərlə mübarizədən çoxdan çıxıb. Mövcud vəziyyət Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında Yəmənin gələcək siyasi xəritəsi uğrunda rəqabətin nəticəsidir. Səudiyyə vahid, mərkəzləşdirilmiş və öz təsiri altında olan Yəmən modelini müdafiə edir. BƏƏ isə cənubda STC üzərindən ayrıca təsir zonası formalaşdırmağa çalışır. Hadramaut və Əl-Mükəlla isə bu iki strategiyanın birbaşa toqquşduğu əsas cəbhəyə çevrilib.

Yəməndə baş verən son hadisələr Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında uzun müddətdir gizli qalan, indi isə açıq mərhələyə keçə
Yəməndə baş verən son hadisələr Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında uzun müddətdir gizli qalan, indi isə açıq mərhələyə keçən ciddi geosiyasi qarşıdurmanı üzə çıxarıb. Gərginliyin mərkəzində Yəmənin şərqində yerləşən və strateji əhəmiyyətə malik Hadramaut vilayəti, xüsusilə Əl-Mükəlla limanı dayanır.

Hadramaut vilayətinin Əl-Mükəlla şəhərində BƏƏ-yə məxsus onlarla yeni zirehli texnika müşahidə olunub. Texnikalar Cənub Keçid Şurasına (STC) bağlı qüvvələrə dəstək məqsədi daşıyır.

Rusiyanın “Oreşnik” raket sistemi rəsmi mərasimdən sonra Belarus ərazisində döyüş növbətçiliyinə başlayıb.

Bunu dünən yayımlayıb.

Səudiyyə Ərəbistanı BƏƏ-ni Yəmənin şərqində təribat xarakterli addımlar atmaqda ittiham edir, bu hərəkətlərin Səudiyyənin mil
Səudiyyə Ərəbistanı BƏƏ-ni Yəmənin şərqində təribat xarakterli addımlar atmaqda ittiham edir, bu hərəkətlərin Səudiyyənin milli təhlükəsizliyinə təhdid yaratdığını bildirir və “qırmızı xətlər”in pozulmasına cavab veriləcəyi barədə xəbərdarlıq edir. Riyad BƏƏ-ni 24 saat ərzində Yəməndən bütüm qüvvələrini çıxarmağa, Yəməndəki silahlı qruplara hərbi və maliyyə dəstəyini dərhal dayandırmağa çağırır. Eyni zamanda Yəmənin ərazi bütövlüyünə və siyasi həll yoluna dəstəyini bir daha təsdiqləyir.

Çinin Xalq Azadlıq Ordusu (PLA) “Justice Mission–2025” təlimləri çərçivəsində Fujian əyalətində yerləşdirilmiş PCL-191 reaktiv yaylım atəşi sistemlərindən 16 ədəd uzaqmənzilli raket buraxıb. Hədəflərin müəyyənləşdirilməsi üçün CH-4 pilotsuz uçuş aparatından istifadə olunub. Raketlərin düşdüyü nöqtələr Tayvanın şimalında, açıq dəniz akvatoriyasına tuş gəlib.

Pentaqon Boeing şirkətinə İsrail üçün 25 ədəd F-15IA qırıcı təyyarəsinin istehsalı üzrə 8,6 milyard dollarlıq müqavilə verib.
Pentaqon Boeing şirkətinə İsrail üçün 25 ədəd F-15IA qırıcı təyyarəsinin istehsalı üzrə 8,6 milyard dollarlıq müqavilə verib. Müqavilədə əlavə 25 təyyarə üçün opsiya da nəzərdə tutulur. Bu razılaşma İsrail üçün xüsusi uyğunlaşdırılmış F-15EX variantının istehsalını rəsmiləşdirir.

Tramp Ermənistan–Azərbaycan sülhü barədə: “Putin mənə dedi ki, ‘Sən bunu necə həll etdin, inana bilmirəm, mən 10 ildir buna çalışırdım.’ Və mən sözün əsl mənasında bunu bir günə həll etdim.”

İspaniya istintaqçıları iddia edir ki, 2024-cü ilin dekabrında İspaniya sahilində partlayışlardan sonra batan Rusiyaya məxsus
İspaniya istintaqçıları iddia edir ki, 2024-cü ilin dekabrında İspaniya sahilində partlayışlardan sonra batan Rusiyaya məxsus “Ursa Major” yük gəmisi rəsmi olaraq bəyan edildiyi kimi buzqıran avadanlıqları deyil, gizli şəkildə Şimali Koreyaya göndərilməli olan iki ədəd VM-4SG nüvə sualtı qayıq reaktoruna aid komponentləri daşıyıb. Məlumata görə, hava çəkilişlərində reaktorlarla əlaqəli detallar əks olunub. İspaniya hakimiyyətini xilasetmə əməliyyatları zamanı Rusiya hərbi gəmilərinin müdaxiləsi də ciddi şübhə yaradıb. Bundan əlavə, casus fəaliyyəti ilə əlaqələndirilən “Yantar” gəmisinin bölgəyə gəlişi diqqət çəkib. Ehtimal olunur ki, bu gəmi həssas yüklərin bərpası və ya məhv edilməsi məqsədi daşıyıb.

Rusiya müdafiə naziri Belousov: Hər şey plana uyğun gedir.
Rusiya müdafiə naziri Belousov: Hər şey plana uyğun gedir.

Putin rusiyalı generallara bildirib ki, Zaporojye şəhərinə nəzarəti ələ keçirmək üçün əməliyyatların davam etdirilməsi zəruri
Putin rusiyalı generallara bildirib ki, Zaporojye şəhərinə nəzarəti ələ keçirmək üçün əməliyyatların davam etdirilməsi zəruridir.

Çinin kəşfiyyat-zərbə təyinatlı TB-001 pilotsuz uçuş aparatı Tayvan ətrafında keçirilən Justice Mission-2025 təlimləri çərçiv
+1
Çinin kəşfiyyat-zərbə təyinatlı TB-001 pilotsuz uçuş aparatı Tayvan ətrafında keçirilən Justice Mission-2025 təlimləri çərçivəsində paytaxta yerləşən Taipei 101 göydələnini görüntüləyib.

Ukraynanın Böyük Britaniyadakı səfiri və silahlı qüvvələrin keçmiş baş komandanı Valerii Zalujnı 2026-cı ilin yanvarının əvvə
Ukraynanın Böyük Britaniyadakı səfiri və silahlı qüvvələrin keçmiş baş komandanı Valerii Zalujnı 2026-cı ilin yanvarının əvvəlində istefa verməyi və Kiyevə qayıtmağı planlaşdırır. Məlumata görə, o, bu barədə Zelenskiyə bir neçə həftə əvvəl məlumat verib. Rəsmi açıqlama yanvarın 4–5-də verilə bilər.

Çin pilotsuz uçuş aparatlarının buraxılması üçün mobil, quru əsaslı elektromaqnit katapult sistemini nümayiş etdirib.
+1
Çin pilotsuz uçuş aparatlarının buraxılması üçün mobil, quru əsaslı elektromaqnit katapult sistemini nümayiş etdirib.

Çin mobil DF seriyalı qitələrarası ballistik raket (ICBM) buraxılış qurğularını Zoomlion kranları kimi maskalayır. Zoomlion Ç
+2
Çin mobil DF seriyalı qitələrarası ballistik raket (ICBM) buraxılış qurğularını Zoomlion kranları kimi maskalayır. Zoomlion Çində tikinti, kənd təsərrüfatı və ekoloji texnika istehsal edən iri şirkətlərdən biridir.

ABŞ-Ukrayna Florida danışıqları və sülh planı bir nəticə verməyəcəkdi onsuzda. Buna görə bəzən baş verən hadisələr paylaşma önəmi daşımır mənim üçün.