7 262
订阅者
-424 小时
-207 天
-8230 天
帖子存档
7 262
ABŞ, Venesuelanın cənub sərhədi boyunca yerləşən ərazilərin üzərində hava məkanını bağlayıb. NOTAM 1 mart 2026-cı ilədək qüvvədə olacaq.
7 262
İddialara görə Venesuela prezidenti Maduro ABŞ rəsmilərinə 18 ay ərzində istefa verməyə hazır olduğunu bildirib.
7 262
Gəlın ay MQ-28 Ghost Batın eyni belə sınağı olacaq. Olandan sora sizə bəzi məsələləri yazacam.
7 262
Dünyada ilk dəfə olaraq pilotsuz döyüş təyyarəsi hava-hava raketi ilə görmə məsafəsindən kənarda reaktiv mühərrikli hədəfi vurdu. (?)
Sinopdakı sınaq zamanı Kızılelma hədəfi Aselsanın Murad AESA radarı ilə aşkarlayaraq və Tubitak Sage istehsalı olan Gökdoğan raketini atıb.
7 262
ABŞ Tobagoda yerləşən ANR Robinson Beynəlxalq Hava Limanına AN/TPS-80 Ground/Air Task Oriented Radar (G/ATOR) sistemi yerləşdirib.
Bu S-band radar sistemi hava və raket hücumundan müdafiə, atəşin idarə olunması və hava hərəkətinə nəzarət üçün uzunmənzilli, 360 dərəcəlik, 4D müşahidə imkanı yaradır və regiondakı vəziyyətin monitorinqini əhəmiyyətli dərəcədə gücləndirir.
7 262
Amerikalı tanış maxelərdən aldığım məlumata görə ABŞ ordusu 30 Noyabr tarixindən etibarən 1 həftə içində Venesuelaya hərbi müdaxiləyə başlayacaq.
7 262
NATO aviasiyası NATO-nun Baltic Air Policing missiyası çərçivəsində Baltik dənizi akvatoriyası üzərində Tu-22M3 təyyarələrini təhlükəsiz şəkildə müşayiət etdiklərini bildirib.
7 262
Tramp:
Bütün aviaşirkətlərə, pilotlara, narkotik satıcılarına və insan alveri ilə məşğul olanlara müraciət edirəm:
Venesuela üzərindəki və ətrafındakı hava məkanını tamamilə qapalı hesab edin.
7 262
Ukrayna FPV dronlarının Arktika üçün nəzərdə tutulmuş “Tor-M2DT” zenit kompleksinə və “Pantsir-S1” ZRK-nın maketinə, həmçinin FP-2 dronlarının Belbek aviabazasında qoruyucu anqarlar və dispetçer qülləsinə endirdiyi zərbələri.
Plan sadədir: əvvəlcə dəniz kamikadze katerlərindən buraxılan FPV dronları hava hücumundan müdafiədə koridor açır, sonra həmin koridora uzun mənzilli FP-2 dronları daxil edilərək əvvəlcədən seçilmiş hədəflər vurulur.
7 262
+2
Dünən Qara dənizdə Rusiyanın “kölgə donanması”na aid iki tanker — Kairos və Virat — hücuma məruz qalıb.
Bəzi məlumatlara görə, Kairos mina partlayışı nəticəsində zədələnib, Virat isə kamikadze katerlərinin zərbəsinə məruz qalıb.
7 262
Rusiyanın Orenburq vilayətindəki poliqonda raketin qalxışı və qəzaya uğraması anı.
İddialara görə bu uğursuz sınaqlar RS-28 “Sarmat” və ya UR-100N raketinin “Avangard” hipersəs blokunun sınaqları ola bilər.
