7 300
订阅者
-124 小时
-17 天
-6130 天
帖子存档
7 299
İran raketinin zərbəsindən sonra Aradda kütləvi dağıntı və çox sayda itkilər olduğu bildirilir.
7 299
İran İsrailin cənubundakı Arad şəhərinə zərbə endirib. Çox sayda itki və yaralıların olduğu bildirilir.
7 299
+1
İsrailin Dimona şəhərinə düşən İran raketi Dimona Nüvə Obyektindən təxminən 12 km uzaqlıqda olub.
7 299
+1
ABŞ istehsalı olan AEGIR-W dəniz dronu Türkiyənin Qara dəniz sahilində yerləşən Ordu yaxınlığında sahilə çıxıb.
SNC tərəfindən istehsal olunan bu dron təxminən 900 km məsafədə 300 kq-a qədər yük daşıya bilir.
7 299
İndi bizim ultra savadlı yazanlarımız və ekspert kimi irəli çıxıb AI videoları paylaşanlarımız bu xəbəri oxuyub “Deməli İran Abraham Lincoln aviadaşıyıcısını” istəsə vura bilər deyə yazılar yazacaq.
7 299
Bəs İran birdən birə 4000 km və daha uzun məsafəyə uça bilən raketlər dizayn edə bilərmi?
Khorramshahr seriyasına aid raketlər standart olaraq 2000 km məsafəyə uça bilir və 1,5–2 tonluq döyüş başlığı daşıyır.
Döyüş başlığı yüngülləşdirilə və mühərrik rejimi dəyişdirilərək raket daha uzağa atıla bilər. Amma nə qədər dəqiq və nə qədər uzun mənzilli olacağı sual altında olacaq.
İran həmçinin ehtiyat üçün başqa raketlər hazırlaya bilər, onları sınaqdan keçirə və ya sınaqları elan etməyə bilərdi ki, diplomatik fon pozulmasın. Bu həm də kosmik proqram məqsədli ola bilərdi, hərbi deyil.
7 299
Bəs İran birdən birə 4000 km və daha uzun məsafəyə uça bilən raketlər dizayn edə bilərmi ?
Khorramshahr seriyasına aid raketlər standart olaraq 2000 km məsafəyə uça bilir və 1,5–2 tonluq döyüş başlığı daşıyır.
Döyüş başlığı yüngülləşdirilə və mühərrik rejimi dəyişdirilərək raket daha uzağa atıla bilər. Amma nə qədər dəqiq və nə qədər uzun mənzilli olacağı sual altında olacaq.
İran həmçinin ehtiyat üçün başqa raketlər hazırlaya bilər, onları sınaqdan keçirə və ya sınaqları elan etməyə bilərdi ki, diplomatik fon pozulmasın. Bu həm də kosmik proqram məqsədli ola bilərdi, hərbi deyil.
7 299
Uzun illər İran ballistik raketlərin uçuş məsafəsini 2000 km ilə məhdudlaşdırırdı. Bu, “agressiv niyyətin olmadığını göstərmək”, “İrandan qlobal təhlükə olmadığını sübut etmək” və diplomatik fonu pozmamaq məqsədi daşıyırdı.
Lakin həmin məhdudiyyəti qoyan keçmiş iranlı lider artıq öldürülüb və müharibə gedir.
7 299
Xəbərdə deyilir ki raketlər adaya, İran sahilindən təxminən 3800 km uzaqlığa atılıb.
ABŞ tərəfinin məlumatına görə, raketlərdən biri dənizə düşüb, ikincisi isə ABŞ gəmisindən SM-3 raketi ilə vurulub. Nəticədə, heç biri hədəfə çatmayıb.
7 299
+1
Moskva vilayətindəki Ramenkoe hava limanında strateji aviasiya üçün anqarların tikintisinə başlanıb.
Ukrayna tərəfindən yayımlanan kosmik şəkillər hava limanında ilkin tikinti mərhələsini göstərir. Eni 77 metr, uzunluğu 110 metr olan böyük konstruksiyalar inşa edilir.
Eyni şəkillərdən görünür ki, Ramenkoedə bir neçə Tu-160, Tu-95MS və Tu-22M3 təyyarəsi yerləşdirilib.
7 299
+2
Peyk görüntüləri ABŞ Hərbi Hava Qüvvələrinin Cask şəhərində, Hormuzqan əyalətində yerləşən hərbi-dəniz bazası və hava meydanına etdiyi zərbələrin nəticələrini göstərib.
Videoda 28 fevral tarixinə limanda təxminən 12 kater/patrul gəmisinin yanaşdığı görünür. 4 martdakı zərbə nəticəsində limandakı bütün gəmilər məhv edilib. Liman infrastrukturu qalmasına baxmayaraq, məhv edilmiş gəmilərin qırıntıları əngələ yapışıb.
Yaxınlıqda yerləşən hava meydanı sistemli dəqiq zərbələrə məruz qalıb. Bir neçə binanın damlarında sursatların nüfuz izləri aydın görünür. Əlavə olaraq, uçuş-eniş zolağı boyunca və yaxın meşə sahəsində bir çox kratərlər müşahidə olunub. Bu, meşəli ərazidə yerləşdirilmiş hava hücumundan müdafiə sistemlərinin və ya buraxılış qurğularının sistemli şəkildə məhv edildiyini göstərir.
7 299
İyun döyüşlərində BƏƏ-ni vuracaqlarını gözləyirdim. O zaman sadəcə Dohanı vurmuşdular.
7 299
CENTCOM tərəfindən yayımlanan zərbə görüntülərində İran hava hücumundan müdafiə sisteminin məhv edildiyi göstərilir.
Sistem Majid (AD-08)-dir.
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
